Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə44/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

188                                                                         III fəsil                                                                                                                        
Getdin gördün bir qoyun,  
Ye qalsın quru boyun. 
Neynirsən oyun-moyun, 
Pahlivanlıq edəcəydin? 
Getdin gördün bir keçi,  
Ye qalsın quru qıçı.  
Neynirdin iki-üçi,  
Çobanlıq edəcəkdin? 
Getdin gördün bir at,  
Ye, yanaşasında yat.  
Neynirdin barat-marat, 
İstambula gedəcəkdin? 
Göründüyü kimi, misra və beytlər dərin mənası  və 
nağılın məzmunu ilə uzlaşmasına görə  fərqlənirlər. Belə 
parçalar nağılların daha təsirli, daha maraqlı olmasına 
kömək edir. 
Heyvanlar haqqında nağıllarda, başqa xalqlarda 
olduğu kimi (319, 268), ən çox rast gəlinən, hiyləgərlik 
rəmzi olan tülküdür. Tülkü İraq-türkman folklorunda da 
müxtəlif fəndlərə, hiylələrə əl ataraq ən çətin vəziyyətdən 
belə  çıxır. Bu baxımdan «Tülkünün hiyləbazlığı» və 
«Mənim ömrüm nalımın içində yazılıb» nağılları maraq 
doğurur. Azərbaycan nağılları arasında təsadüf edilməyən 
hər iki nağılda tülkü dondan-dona girir, yeri gəldikcə məkr 
işlədir, nəinki vəziyyətdən çıxır, eləcə  də başqalarını 
çıxılmaz və ya gülməli vəziyyətdə qoyur. 
Təbii ki, bu nağılın  əsas qayəsi yalnız tülkünün 
hiyləbazlığını göstərmək deyil, eyni zamanda heyvanlar 
haqqında, onların yaşayışı, xasiyyəti barədə  məlumat 
vermək, hansı heyvanın hansı bitkini daha çox sevdiyi, 
hansı yeməklərə meyl etdiyi, hansı heyvanın daha güclü 
olduğu barədə  uşaqlara məlumat vermək, onların 
dünyagörüşünü inkişaf etdirməkdir. 
«Mənim ömrüm nalımın içində yazılıb» nağılı da öz 
Kərkük folklorunun janrları                                           189 
səciyyəvi xüsusiyyətləri ilə seçilir (133, 159). 
Nağılda bir yandan keçmiş haqqında təsəvvür yaranır, 
heyvanlar haqqında uşaqların təəssüratı  dəqiqləşir, başqa 
bir tərəfdən də onlara ibrət dərsi verilir. 
Burada heyvanlar haqqında  İraq-türkman nağıllarını 
Azərbaycan nağılları ilə doğmalaşdıran bir mühüm 
cəhətdən danışmamaq mümkün deyil. Kərkük dolaylarında 
da, Azərbaycanda da heyvanlar haqqında olan bütün 
nağıllarda heyvanlar bir-biri ilə danışır, vuraşur, küsüşür, 
dostluq və düşmənçilik edirlər. Bunlar müəyyən boyalarla, 
heyvan-lara məxsus bir əda ilə yerinə yetirilir ki, bu da 
nağılın maraqlı olmasına, bədiiliyinin artmasına xidmət 
edir (194,31). 
Bu nağılların bir çoxu dialoq şəklində qurulmuşdur. 
«Qurdla qoyun», «Titlə-Bitlə», «Keçəl oğlan», «Keçəl 
oğlan matalı», «Davzanqurtağı», «İki keçəl», «Tülkünün 
hiyləbazlığı» - belələrindəndir. Nağılların dialoq şəklində 
qurulması nağılın daha maraqlı olmasına kömək edir. 
Bu nağıllar kiçik yaşlı  uşaqlar üçün nəzərdə 
tutulduğundan onların dilinə, məzmununa, fıkir 
aydınlığına xüsusi fikir verilmişdir. Onlar çox sadə  və 
anlaşıqlı dildə yaradılmışlar. 
SEHRLİ NAĞILLAR. Məlumdur ki, müəyyən icti-
mai mərhələdə  təbiət hadisələrinə  və eləcə  də  əhatəsində 
olan mühitə münasibətində xeyirlə şərin daimi mübarizəsi 
insanın diqqət mərkəzində olmuşdur. Demək lazımdır ki, 
ümumbəşəri olan bu mübarizə  İraq-türkman sehrli 
nağıllarında bariz şəkildə özünü göstərir. Xalqın bədii-
fəlsəfi təfəkkürünün məhsulu olan bu nağıllarda fıtnə-
fəsad, xəyanətkarlıq, paxıllıq, yalan, kələk, pislik və s.-dən 
ilham alan qara qüvvələr, əsas qayəsi xeyirxahlıq, yaxşılıq, 
doğruçuluq olan xeyirxah qüvvələrə qarşı durur. Əsasını 
xariqüladə qüvvələr təşkil edən bu nağıllarda çox uzaq 
keçmişlərlə bağlı olan adət və ənənələrin izlərinə belə rast 
gəlmək olur. Qədim təsəvvürlərə görə sehrli nağıllarda 
heyvanlar istədikləri vaxt dönüb insan ola bilirmişlər. 


190                                                                         III fəsil                                                                                                                                  
İraq-türkman nağıllarında eyni zamanda heyvanlar da 
başqa heyvan və quş  şəklinə düşə bilirlər. Kərkük sehrli 
nağıllarında bİr çox başqa xalqların nağıllarında olduğu 
kimi (301, 25), insanların da quş  və  уа heyvan cildinə 
girdiyini müşahidə etmək olar. Bu təsəvvürün qalıqlarına 
«Xayın vəzir», «Sas tavuğun təlnəgi», «Odunçu qızı», 
«Div Hənfiş  və gözəl Gülbahar», «Ərsalan», «Əhməd və 
sehrkar sahibi» kimi sehrli nağıllarda təsadüf edilir. 
«Əhməd və sehrkar sahibi» nağılı, «Oxxayın nağılı» adlı 
Azərbaycan sehrli nağılıdan fərqlənmir. Nağılın həm 
Kərkük, həm də Azərbaycan variantlarında sehrbaz 
Əhmədə tilsim və sehrləri öyrədir. Sehrbazın qızı Əhmədi 
sevir, Əhməd də onu sevir. Qız Əhmədi başa salır ki, əgər 
sehr və tilsimləri yaxşı bildiyini sehrbaza nümayiş etdirsə, 
sehrbaz onu məhv edəcək. Odur ki, Əhməd özünü 
avamlığa vurur, heç nə yadında qalmadığını deyir. Sehrbaz 
ona inanır və sağ-salamat buraxır. Lakin tezliklə 
aldandığını başa düşür. At donuna girmiş  Əhmədi atası 
bazarda satarkən alır.  Əhmədin atası yadından çıxararaq 
atı yüyənlə satdığına görə Əhmədin tilsimi gücdən düşür. 
Çünki sehrbaz yüyəni  əlindən bir an belə buraxmır. Atı 
sarayına gətirir ki, öldürsün. Sehrbazın qızı  məsələnin nə 
yerdə olduğunu anlayır. Sehrkar balta dalınca evə gedəndə 
qızı atın yüyənini boşaldır və  sərbəstlik  əldə edən 
Əhmədin gücü özünə qayıdır. Usta-şagird arasında 
mübarizə başlayır. Hər cür heyvan, quş  və s. şəkillərinə 
düşürlər. Axırda  Əhməd qalib gəlir və sevgilisi ilə 
qovuşur. 
Bizim qənaətimizə görə bu nağılda insan gücünün 
оnun müstəqilliyində, azadlığında olduğu ideyası da irəli 
sürülür. Başqa sözlə desək, istər hər hansı bir şəxs və ya 
xalq olsun, onun üçün həyatda  ən ümdə  şərtlərdən biri, 
bəlkə də başlıcası onun azadlığı, müstəqilliyidir. 
«Xayın vəzir» nağılı isə Azərbaycan folklorunda 
önəmli yer tutan «Sehrkar padşahla sehrkar vəzir» nağılına 
çox yaxındır (20, 277-279; 133, 145-147). 
Kərkük folklorunun janrları                                            191 
Bu nağılda ən çox diqqəti cəlb edən rəmz məsələsidir. 
Azərbaycan nağıllarında göyərçin məhəbbət, xeyirxah, xoş 
xəbər rəmzi (194, 32) olduğu kimi, Kərkük folklorunda da 
bədii obraz olan göyərçin məhəbbət və xoş xəbər rəmzidir. 
«Xayın vəzir» nağılının başlıca qayəsi ondan ibarətdir ki, 
nağılda gənclərə dostluqda sədaqətli, vəfalı olmaq kimi 
nəcib hisslər aşılanır,  şöhrətpərəstlik, xəyanət və s. 
pislənir. 
«Odunçu qızı» və «Sas tavuqun təlnəgi»nə çap 
olunmuş Azərbaycan nağılları arasında təsadüf edilmir. 
«Odunçu qizı» nağılında odunçu Həsənin gözəl qızı 
Gülşən tilsimə düşmüş  gənc  ərini öz vəfası ilə xilas edir. 
Hər cür cəfaya dözür, mətanət göstərir. Nağıldan belə 
məlum olur ki, on il müddətinə bir gün belə Gülşən ərini 
yada salmasa, göz yaşı tökməsə əri məhv olacaqmış. 
Tilsimdən xilas olan Baznadan həmin  əvvəlki 
məlahətli səslə Gülşənə deyir: «Sənin məhəbbətin məni 
tilsimdən xilas etdi. Əgər on ildə bircə gün də  mənim 
haqqımda düşünməsəydin mən məhv olmalı idim» 
(133,154). 
Bəzi Azərbaycan nağıllarında olduğu kimi, «Odunçu 
qızı» nağılında da cadu, tilsim vasitəsi ilə bir anda 
xariqüladə hadisələr baş verə bilir. Bir anda odunçu 
Həsənin kasıb daxmasının yerində padşahların həsəd 
aparacağı bir imarət qurulur, xidmətçilər əmr gözləyirlər. 
Lakin bu nağıldakı  və eləcə  də başqa sehrli 
nağıllardakı tilsim və sehr heç də dini, mistik xarakter 
daşımır. Bu tilsim və cadular Xalqın arzu və istəklərini 
ifadə edir. 
Sehrli nağıllar  əsasən real həyatı  əks etdirir. Elə 
«Odunçu qızı» nağılında da hər şeydən əvvəl diqqəti cəlb 
edən cəhət budur. 
Gülşən nə  qədər qənirsiz gözəlliyə malik olsa da, 
«Altun saçlı, qara qaşlı, xumar gözlü Gülşən», «Aya deyir 
sən bat, mən çıxım» - gözəl olsa da, elə bil onu görən yox 
idi (133, 151). Çünki yoxsul bir kişinin qızı idi. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə