Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə40/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

168                                                                             II fəsil                                                                                                                                       
Саn sağlığı dilərəm.  
Üllə balam, üllə, 
Üllə ruhum, üllə. 
Ailədə müəyyən bir sıxıntı baş vermişsə, uşağın atası 
qürbətdədirsə, oxunan layla qəmli olur. Ana təsəllisini 
laylalarda tapır. 
Gögərçin havadadı,  
Əl yetməz yuvadadı.  
Bir əlin başın altda,  
Bir əlinı duadadı,  
Leyla gülüm, leyla,  
Leyla, ömrüm leyla. 
Leyla dedim ucadan,  
Səsi gəldi bacadan.  
Baban səfərə gedib, 
Ağlama саn acıdan.  
Leyla balam, leyla,  
Leyla ömrüm, leyla. 
Professor V.Vəliyevin göstərdiyi kimi, bəzən elə  də 
olur ki, ananın şəxsi həyatı, iqtisadi vəziyyəti, ailə səadəti 
onu xəyala daldırır, fikrini qanadlanıdırır, uyumuş 
körpənin beşiyi üstündə ana öz həyat kitabını  vərəqləyir. 
Laylalarda ictimai məsələlərə toxunulur. Bu zaman 
qüvvətli kədər hissi layla ilə  ağı arasında mövcud olan 
sərhəddi pozur (61, 177). Məhz buna görədir ki, bəzən yas 
mərasimlərində  də laylalar oxunur. Bu vaxt onlar qəm, 
qüssə, kədər bildirir, sazlamaqlardan (ağılar) fərqlənrnirlər. 
Məsələn: 
Bala vay; 
Bal yemədim, bala vay. 
Çox beşigin bəzədim,  
Bir demədim, bala, vay. 
Kərkük folklorunun janrları                                           169 
Leyla balam, leyla,  
Leyla ömrüm, leyla. 
Leylanın adı nədi? 
Şəkərdən dadı, nədi? 
Çağırıram səs verməz, 
Bilmirəm dərdi nədi? 
Leyla gülüm, leyla,  
Leyla ömrüm, leyla. 
Burada beşik nəğmələri ilə bağlı vacib bir məsələdən 
də söz açmaq zəruridir. Rus folklorşünaslığında beşik 
nəğmələrinin mənşəyi barədə  tədqiqat aparan V.Anikinə 
görə  ən qədim beşik nəğmələri ovsun, tilsim, cadu və s. 
inamla  əlaqədar yaranınışlar. Tədqiqatçı indinin özündə 
belə bu nəğmələrdə  əfsun və tilsimin izlərinin qaldığını 
qeyd edir (268, 89). 
İraq-türkman folklorunda müşahidə edilən beşik 
nəğmələri nümunələri tədqiqatçının doğru qənaətə 
gəldiyini təsdiq edir. Doğrudan da, layla və oxşamalarda 
ilkin janrlardan bol-bol istifadə edilir. Bu, təbii ki, ananın 
inam və etiqadının, arzu və istəyinin nəticəsində meydana 
gəlir. Beşik nəğmələrində ovsun, tilsim, cadu, alqış, qarğış 
və s. tez-tez rast gəlinir. 
«İlkin janrlar» fəslində üzərliklə bağlı ovsun-mərasim 
deyilənlərə dayaq olur. Ana leyla və oxşamalarda özünü 
övladı yolunda qurban verməyə hazır olduğunu 
səmimiyyətlə  bəyan edir. Ana övladını gülə, bülbülə, 
göyərçinə, bənövşəyə, Aya, Günə və s. bənzədir. Ay, Gün 
göyərçinlə bağlı Xalqın inam və etiqadları barədə  «İlkin 
janrlar»da  ətraflı danışdığımızdan burada qızılgül və 
bənövşə ilə bağlı bir məsələni açıqlamaqla 
kifayətlənəcəyik. Qədim türk mifologiyasında qızılgül və 
bənövşə bitki ilahəsi, canlıların havadan kimi göstərilir 
(82, 82). 
Göründüyü kimi, ta qədim zamanlardan Xalqın 
məişəti bütövlükdə ilkin janrlarla bağlı olmuşdur. 


170                                                                           II fəsil 
OXŞAMALAR. Uşağa müraciətlə söylənilən 
oxşamalar da İraq-türkman folklorunda geniş yayılmışdır. 
Türkiyədə «sevmələr», Cənubi Azərbaycanda 
«nazlamalar» kimi tanınan bu şer parçaları Quzey 
Azərbaycanda da, Kərkük dolaylarında da «oxşamalar» 
adlanır (201, 29). 
Oxşamalar yalnız analar tərəfindən deyil, nənələr, bibi 
və xalalar, başqa yaşlı qadınlar tərəfindən də deyilir. 
Körpəsiz ev təsəvvür edilmədiyi kimi, oxşamasız da ev 
yoxdur. Oxşamaların geniş yayılmasının başlıca səbəbini 
hər  şeydən  əvvəl burada axtarmaq lazimdır. Oxşamaların 
çoxu laylalara bənzəsələr də, onlara çox yaxın olsalar da, 
bu bənzəyiş, bu yaxınlıq zahiridir. Onlar müxtəlif mə-
qamlarda işlənir və müxtəlif funksiyalar daşıyırlar. 
Oxşamalar formal əlamətlərinə görə  də laylalardan 
fərqlənirlər. Sübhi Saatçı bu münasibətlə yazmışdır: 
«Bəzən laylalar arasına da qanşan oxşamaları, əslində ауrı 
bir qrup halında düşünmək gərəkdir. Zira oxşamalar 
funksiyon etibarı ilə ninnilərdən ayrılırlar (201, 19). 
Doğrudan da, oxşamalarda məqsəd  əyləndirmə, 
əzizləmə, oxşama olduğu halda, əsasən uşaq yuxudan 
ayılandan sonra incə yumorla bağlı  şən  əhval-ralıiyyə 
əmələ  gətirmək üçün oxunduğu halda, beşik başında 
oxunan laylalarda başlıca məqsəd körpəni sakitləşdirmək, 
uyutmaq və yatırtmaqdır. Layla və oxşamalar məzmunca о 
qədər fərqlənməsələr də, oxşamaların poetik mətni vəzn 
cəhətdən, bəzən də heca cəhətdən özünəməxsusdur, 
Musiqi baxımından da bu fərq özünü göstərir. Laylalar 
melodiya və lad kökü etibarilə inkişaf etmişdir. Melodiya 
diapazon cəhətdən bir qədər qısa olsa da, daha ahəngdar, 
daha səmimi və emosional olurlar (126, 67). 
Tədqiqatçı R.Qafarov layla və oxşamaları biri-birinə 
qarışdırımış, eyni zamanda «oxşamalardakı incə yumor 
anaların şən əhval-ralıiyyəsindən (balası ilə ona dünyanın 
Kərkük folklorunun janrları                                          171 
ən böyük sevinci bağışlanır) doğmuşdur» desə də, onlarda 
olan incə yumoru doğrudan da duya bilməmişdir. O» 
göstərir ki, oxşamalarda ana qızına ikili münasibət 
bəsləyir. Birincisi, qızını marala bənzədir, ikincisi isə ana 
qizına gözə ox batıran, dərdsər gətirən bəla kimi baxır, 
hətta gərəksiz bir şey tək onun atılmasını istəyir: 
Qız gözə oxdur, 
Dərd-səri çoxdur. 
Götürün tullayın 
Bir xeyri yoxdur. 
Sonra isə müəllif aşağıdakı oxşamaları misal 
göstərərək qəribə bir nəticəyə gəlir: 
Dağda inklər 
Balamiməklər.  
Xonçalı bəуlər  
Bubalama urban. 
 
Çaydakı  qazlar,  
Tükün tarazlar.  
Nişanlı qızlar – 
Bu balama qurban. 
«Bu oxşamaları düzüb-qoşan qadınlar, yəqin ki, 
həyatda hər şeyə laqeyd olmuşlar, yoxsa iməkləyən uşağa 
hələ muradına çatmamış xonçalı  bəylərin, nişanlı  qızların 
qurban verilməsini istəməzdi. Sözsüz, elələri «gözə ox 
hesab etdikləri» doğma qızlarının da «götürülüb 
atılması»na göz yumurlar» (82, 86-87). 
Bununla belə, R.Qafarov Azərbaycan və İraq-türkman 
folklorunun müştərəkliyini təsdiq edə biləcək bir 
məsələdən söz açır və göstərir ki, rus, ukrayna, belarus, 
eston, 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə