Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə36/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

148                                                                            II fəsil 
sözləri miyan saymamışlar. Onlara görə əsl miyan xoyratın 
sonunda gələn nəğməli sözlərdir ki, xoyrat üsulu onunla 
bitir(212, 162). 
Onu da demək lazımdır ki, bəzi xoyrat üsulları elə 
xoyratın özü ilə bitir. 
Bu baxımdan musiqişünas alim Ə.İsazadənin fıkri 
maraq doğurur: «Xanəndələr mahnıların bir qismində 
bayatılardan olduğu kimi, digər qismində isə onların 
mətninə kiçik bir əlavə ilə istifadə etmişlər. Mətni bayatı 
olan xalq mahnılarının  əvvəlinə  və ya sonuna artırılan, 
«bala neynim», «ay aman», «gülüm ey», «ay balam», «ay 
gözəl» və s. sözlər, nəqəratlar şübhəsiz ki, mətnə ifaçıların 
motivə uyğun etdikləri əlavələrdir» (125, 6). 
Burada maraqlı bir məsələ də üzə çıxır. Məlumdur ki, 
xoyratların birinci misrası üç-beş hecadan ibarət olur. Əta 
Tərzibaşı buna öz münasibətini belə bildirınişdir: 
«... boşluqlar isə xoyratın nəğməylə söyləniş əsnasında 
«baba, bu gün», «ağam-ağam», «dədəm-dədəm», «gözüm» 
və başqa bir taqım basmaqəlib sözlərlə doldurulmaqdadır» 
(212, 115). 
Göründüyü kimi, bu məsələdə  Əta Tərzibaşı ilə 
mübahisə etmək olar. Əvvəla,  əgər müəyyən sözlər 
xoyratlarda yalnız boşluğun doldurulması xatirinə 
işlədilirsə, bəs kəm misrası olmayan bayatı  və manilərdə 
bu sözlər niyə işlənir? 
Digər bir tərəfdən də aşıq sənətindən az-çox məlumatı 
olanlar yaxşı bilirlər ki, aşıqlar qoşma, təcnis və s. havalar 
oxuyarkən xoyratlar da oxuyurlar. Burada birinci misra 
kəm hecalı olduğu halda, boşluğu doldurmaq üçün heç bir 
əlavə sözdən istifadə edilmir. Deməli, bu məsələdə 
Azərbaycan alimlərinin fikri ilə razılaşmaq olar. 
Musiqişünas alim, professor M.İsmayılovun fikrincə 
bu sözlərin mahnıların daxili inkişafında böyük əhəmiy-
yəti olmaqla yanaşı, onların mahnının orta hissəsində  və 
yaxud sonunda tamamlayıcı xarakter daşıyan melodik ifa- 
Kərkük folklorunun janrları                                           149 
dələr də həmin sözlər vasitəsi ilə əmələ gəlir (127, 31). 
İraq-türkman folklorunda miyan adlanan belə sözlərə 
Azərbaycanda lirik xalq mahnılarınada təsadüf edildiyi 
halda, Kərkük dolaylarında xoyrat havalarında işlənir, lirik 
xalq havalarında isə  əsasən bütöv misralar təşkil edən 
döndərmələr (nəqəratlar) yer alır (133, 251-296). 
Xoyrat havalarının sonunda gələn miyanlar lap 
çoxdur. Onlardan aşağıdakıları göstərmək olar: 
Bəşiri: 
«Ey yar, ey yar, ey yar, ey yar  
Gözün şirindi neynim». 
Muçala və Yetimi: 
«Ax mən, yox sən,  
Ölürəm bu gündə mən». 
Yetimi: 
«Yengi canbaz olubsan,  
Dədənin evi xarab».  
Yıxma dədəm evini,  
Dədənin evi xarab.  
Dədəm nedim, ömrüm nedim  
Uçubdu könlüm quşu.  
Neynən könlüm şad edim  
Cümlə canım xarabdı  
Dərmana kimə gedim, 
 
Matarı: 
Gəhdə bir, həftədə bir  
Gözündən öpsəm nə var.  
İldə qurban bir olar  
Hər gün qurbanın olsam nə var. 


150                                                                          II fəsil 
Atıcı: 
Güvənmə budağa bülbül  
Yel gələr yuvan yıxar.  
Görsən nə bərbad eylər  
Eylər gözün, eylər. 
Nobatçı: 
Нə dedin bağımnan gül dərmək olmaz,  
Çamur başına bülbül,  
Mən bağından gül dərdim. 
Malalla və Yolçu: 
Di gəl, ağam, di gəl, aşam  
Di gəl, öz bəyim, ağam oğlu. 
Qızıl: 
Mən özüm, özüm, özüm  
Dağı əridər sözüm.  
Od sənnən, odun mənnən 
Yandırım özüm özüm. 
Dəllihəsən: 
Bağbanım olsun bülbül  
Malalla: 
Gəl getmə yad bağına 
Muxalif: 
Hə dolan, bizim bağa gəl  
Şərifə: 
Aman əlindən, cavan əlindən 
Kərkük folklorunun janrları                                          151 
Muxalif: 
Aman... aman...a man.  
Ağam, Ağam:  
Aman, aman əlindən 
Muxalif və başqaları: 
Нес bilməm hara gedim. 
Mən özüm ziyhmirəm 
Dərd dərdd dayər ziylər. 
Qoy ölsün əcəld borclu canım 
Qurtulsun vah demədən. 
 Di gəl о bəlalı başına dönüm 
Di gəl, ağam, ey yar, yar, yar... 
Di gəl, heyran olum, 
О boya dönüm. 
Hə dedin səninəm, sənin 
Qoynunda bu yad nədi? 
Hə dedin bəу mənəm, adil mənən 
Köyündə bu dad nədi? 
Hə dedin «malım, mülküm, əmlakım» 
Heç demədin ölüm var. 
Mən sənə bəyim deyərəm 
Bəyim daim bəy olar. 
Aman, aman, aman, aman 
Qoy dolaşım bir zaman. 
Ağa neynim, paşa neynim 
A belə neynim. 
Kürdü: 
Bax bu mürvətsiz yara, 
Al geyib nə sallanır. 
Nə bəzənir, nə düzənir. 
Мənə deyir gəl getmə. 
Bu gündə qal 
Bu dəmdə qal. 
                          Di gəl ağam, di gəlpaşam, 
Mən qəribəm yol tanımam. 
                          Özün bəzm, özün düzən, özün gəl, 
                        Мənə zülm edən öz ağam oldu. 


152                                                                           II fəsil 
Göründüyü kimi, hər hansı bir miyanın istənilən 
üsulda oxunması çox vaxt xoyrat çağıranın arzusundan 
asılı isə, bəzi miyanlar müəyyən xoyrat üsullarına mənsub 
olub, yalnız о üsulla oxunur. 
Demək lazımdır ki, əski xoyrat çağıranlar «Kürdü» 
xoyrat üsulunu xoyrat havası deyil, təcnis sayırlar (208, 
34). 
Kərkük dolaylarında xoyrat üsullarının hər birinin 
müəyyən bəstələri var ki, üsulun sonunda oxunur. Hər 
maninin kəsb etdiyi mənasına uyğun nəqəratı - döndərməsi 
olur. Bəstələrdə döndərmə (nəqərat) xoyrat tərzinin əksinə 
olaraq xor tərəfindən yerinə yetirilir. Mani -dördlük isə 
solo halında tək bir şəxs tərəfindən - bəstə deyən oxucu 
tərəfindən söylənir. Döndərmə, yuxarıda göstərdiyimiz 
kimi, bu qrup tərəfindən təkrarlanır. «Bu xal nə xaldı, 
gözəl, nə xaldı, yanaqda dögdürübsən. Canım nə xaldı, 
gözüm nə xaldı, aləmi yandırıbsan» bəstəsində olduğu 
kimi. Bu döndərmə  hər dördlükdən sonra təkrarlanır. 
Məsələn: 
Evlərində xalı var, 
Dodağında balı var.  
Mən öz yarım tanıram 
Yanağında xalı var. 
Sonra isə xorla yenidən döndərmə oxunur. 
Azərbaycanda da bir çox xalq mahnılarında bayatı 
mahnının  əsasını  təşkil edir. Hər bayatıdan sonra 
döndərmə təkrar olunur. Məs.: 
Bu dağda maral gəzər 
Telini darar gəzər və s. 
oxunur və bayatı bitən kimi döndərməyə keçilir: 
Dağlarda çiçək, ay Güləbatın, 
Hamıdan göyçək ay Güləbatın 
Doldur ver içək, ay Güləbatın - 
Kərkük folklorunun janrlar                                             153 
gəlir və mahnının ritmi dəyişir, rəngarənglik yaranır, 
dinləyicinin qəlbini oxşayır. 
Xalq havaları  və onların döndərmələrinin hansı 
məqamda, necə  işlənməsi və s. barədə «Xalq türküləri» 
bölməsində ətraflı danışılır. Burada isə onu demək yerində 
olardı ki, xoyrat üsullarını  və eləcə  də xalq türkülərini 
oxuyarkən müğənniləri: zurna, zurnaba, meytər (davul), 
dümbələk, qaşuq, çarpara, dəf, zilli dəf, zil, dumbulbas, 
ney, bəlul, saz, santur, ud, kaman və s. kimi xalq musiqi 
alətləri ilə müşayiət edirlər. 
XALQ TÜRKÜLƏRİ 
Kərkük xalq mahnıları da xoyrat havaları kimi şifahi 
xalq  ədəbiyyatının həm musiqi, həm də  ədəbi janr olmaq 
baxımından, bədii-estetik gücünə  və tez qaranılmasına 
görə çox geniş yayılmış lirik növüdür. Xalq mahnıları son 
dərəcə rəngarəng və ürək oxşayandır. Bəziləri oynaq, şux, 
digərləri melodik və axıcıdırlar. 
Təsadüfı deyildir ki, görkəmli Azərbaycan bəstəkarı 
Qara Qarayev xalq mahnılarından söz salaraq yazırdı: 
«Sadə lirik mahnıların məlahəti, muğam strakturunun 
qəşəngliyi arxasında yalnız estetik yox, həm də  məntiqi 
mahiyyətli həssas bir sistem və gözəllik vardır» (295, 11). 
Xalqın ümid və arzularını, keçmişini, bu gününü, 
məhəbbətini, yaşamaq eşqi və adət-ənənələrini orijinal 
surətdə  əks etdirən, kütlələrin ideya-estetik tərbiyəsində 
əvəzsiz rol oynayan (29, 3) xalq mahnıları Azərbaycanda 
olduğu kimi (227, 11), şəriət tərəfindən vaxtilə günah 
hesab edilsə  də, xalq tərəfindən həmişə sevilmiş, Kərkük 
dolayiarında geniş yayılmışdır. Xalq arasında «bəstə», 
«mahnı», «xalq türküsü» kimi tanınan havaların həm sözü, 
həm də havası xalqa mənsubdıır. Odur ki, xalq 
mahnılarının və  bəstələrin  əksəriyyətinin mətninin baya-
tılardan ibarət olması təəccüb doğurmur. 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə