Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə35/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

144                                                                             II fəsil                                                                                                                                                  
bir daha təsdiq edir ki, mahnı özlüyündə poeziya və 
musiqinin birləşməsinin məhsuludur (299, 105; 146, 23), 
«Kim bilir, bəlkə  də mahnı  mətnini yaradan qüdrətli bir 
bəstəkar, yaxud musiqi bəstələyən eyni zamanda istedadlı 
bir şair imiş» (252, 196). 
Belə olan halda xalq mahnı  mətnlərinin tədqiqini 
folklorşünaslığın ümumi sahəsindən çıxarıb dar çərçivəyə 
salmağı məqbul saymaq olmaz. 
Kərkük dolaylarında xalq mahnılarının toplanası  və 
onların poetik mətnlərinin çapı və tədqiqi yolunda az-çox 
işlər görülmüşdür (208; 91; 350). Folklorşünas Əta Tərzi-
başı «Kərkük havaları» adlı qiymətli kitabının giriş 
məqaləsində Kərkük havalarını qırıq və ya qısa havalar və 
uzun havalar adı altında qruplaşdırmışdır. 
Tədqiqatçı  qısa havalar sırasına bəstə (xalq türküsü), 
tənzilə (dini türkü və şərqi), şərqi (marş və bənzəri); halay 
və oyun havalarını daxil etmişdir. Uzun havalar sırasına 
isə muğamlar; xoyrat havaları; divan-urfa; qəzəl; aşıq 
havaları; Kərəm havası; sazlamaq; laylalar daxil edilmişdir 
(208). 
Göründüyü kimi, yuxarıda göstərilənlərin hamısını 
xalq havası kimi qəbul etmək doğru olmazdı. Bundan 
əlavə,  Əta Tərzibaşının toxunmadığı, ümumiyyətlə, 
Kərkük folklorunda tədqiq olunmamış xalq mərasim 
nəğmələri də  Kərkük dolaylarında çoxdur. Lakin bunları 
«Mərasim folkloru» fəslində  tədqiq etdiyimizdən «Xalq 
mahnıları  və onların poetik mətnləri» bölməsində yalnız 
xoyrat üsulları və xalq türkülərini nəzərdən keçirəcəyik. 
XOYRAT ÜSULLARI. Xoyratlarla oxunduğuna görə 
xoyrat havaları və ya xoyrat üsulu adı ilə tanınan, yüngül, 
sadə və yığcam olan, musiqi ahənginə uyğun gələn, hamı 
tərəfindən sevilən, xalq arasında geniş yayılan lirik janrdır. 
Kərkük dolaylarında iyirmidən artıq xoyrat üsulu var-
dır: Bəşiri, Nobatçı, Müxalif, Muçala, Yetimi, Ömərqələ, 
 Kərkük folklorunun janrları                                         145 
Malalla, Şərifə, Yolçu, Əhməd dayı, Kəsük, Ağam-ağam, 
Qarabağı  və ya Qarabağlı,  Əydələ,  İskəndəri, Bayat, 
Kürdü, Qızıl, Misgini, Dəllihəsəni, Mazan, Matar, Kəsük 
Matar, Atıcı və s. 
Xalqın musiqi mədəniyyəti ilə  sıx bağlı olan xoyrat 
havalarında bir və ya bir neçə xoyratdan və miyan adlanan 
əlavə söz, ifadə  və misralardan istifadə edilir. Miyanlar 
xoyratın  əvvəlində, ortasında və eləcə  də axırında gələ 
bilər. Miyanlar xoyrat havasının nəğməsinə uyğun olaraq 
müəyyən tərzdə oxunurlar. Bundaıı  əlavə  hər xoyrat 
üsulunun özünə  məxsus başda, ortada və axırda gələn üç 
çeşid miyanı vardır. Çox zaman onlar vəznli olurlar. 
Xoyrat havalarının  ən mahir ustalarından biri Əbdül 
Vahid Kuzəçi oğlunun vala yazdırdığı xoyrat havaları 
arasında xüsusilə seçilən üsullardan verdiyimiz poetik 
mətn nümunələri yuxarıda deyilənləri daha da 
aydınlaşdırır. Dırnağa düşməyən misralar xoyrat havasının 
mətni, dırnaqda verilən söz, ifadə və misralar isə miyandır. 
«Bəşiri» xoyrat üsulu: 
«Baba, bu gün» 
 Oyan yeri: 
 Səhərdən oyan yeri. 
«Dönüm,, dininə dönüm» 
«Hə bəs mən özüm» 
«Ey, ey, ey, öz anam oğlu» 
Yüz il sel gəlsə oymaz 
«Vallah» 
 Bir gün qəm oyan yeri, 
«Eyyar... eyyar əlindən» 
«Aman, aman, aman, yar əlindən» 
«Heç bilməm hara gedim». 
«Ağam, ağam» xoyrat üsulu: 
                                «Ağam, ağam, ağam, ağam» 
       Oyağam; 
        Yatmamışam oyağam. 


146                                                                             II fəsil 
Aləm şirin yuxuda 
Мən eşqindən sayığam 
«Di gəl, ağam, di gəl paşam, di gəl», 
«Мən özüm ziyləmirəm. 
Dərd dərdə dəyər ziylər» 
                           «Ağam ziylər, paşam ziylər, 
Di gəl gözəlim». 
Çağırdım çağlar oldu, 
Didəm qan ağlar oldu. 
Hansı yarın eşqinnən 
Məskənim dağlar oldu. 
«Di gəl ağam, gəl, 
      Мən qəribəm, yol tanımam». 
«Özün bəzən, özün düzən, özün gəl» 
«Мənə zülm edən öz ağam oldu» 
Öz ağam: 
Qəlbin saf et, gəz, ağam, 
Məhəbbət ölüncədi, 
Demə gözdən uzağam. 
Maraqlıdır ki, miyanlar bəzən hər misranın əvvəlində, 
bəzən isə eyni bayatıda, gah misranın ortasında və ya 
axırında da gələ bilər. 
Aşağıdakı parçalar dediyimizə əyani misaldır. 
«Əydənə» üsulu: 
«Gözüm» 
«Сənə» bağçayam, baram sənə,  
«Mina boylum», heyvayam, naram sənə. 
«Eviyanmış», könlün fikir etməsin  
«Oz ağam oğlu». ölüncə yaram sənə.  
«Hə neynim, gənə evi xarab» va s. 
Göründüyü kimi, miyanlar xoyratın hər bir 
misrasından əvvəl işlənınişdir. 
 
Кərкüк folklorunun janrları                                            147 
«Matar» üsulu: 
Bağlamadı, «bağlamadı, qurban», 
Yaramı bağlamadı. 
«Dədə mənə», yar məni yaraladı, «hey havar», 
Bir dönüb bağlamadı. 
«Oy... oy... oy... oy neynim. 
«Billah mənə», hər kəsçin yaş tökən yar 
Mənimçin aglamadı. 
«Yara yar», «ay yar» «ay, yar ay» 
«Yar əlindən hara gedim», 
Bu parçada isə miyan misranın həm  əvvəlində, həm 
ortasında, həm də axırında özünü göstərir. 
Başda keçən miyanlar ən çox «Kürdü», «Dəllihəsəni» 
və «Malalla» üsullarında «A...x», «Kəsük» üsulunda 
«Da...d», «Müxalif», «Yetimi», «Bəşiri» və «Matarı» 
üsullarında, «Baba, bu gün», «Dədə, bu gün»; «Şərifə» 
üsulunda «Dədəm, dədəm, dədəm», «Yolçu» üsulunda 
«Ağam, ağam, ağam»; «Muçala»da «Zalım Zalım»; 
«Nobatçı»da «Ulan, ulan, ulan»; «Ömərqələ»də «A belə 
gənə» və «La billa neynim» işlənir. 
Bəzi üsullarda isə xoyrat miyansız, yəni elə belə 
xoyratın sözləri ilə başlayır. 
Ortada isə «Kürdü» üsulunda «Qadan mən alım», 
«Fədan mən olum»; «İskəndəri» üsulunda «Ay, ay dədəm 
oğlu», «Mina boylum», «Evi yanmış»; «Bəşiri»də 
«Musulmanlar». «Gözlərim», «Mənim ağam», «Özünnən 
bixəbər», «Yeri dininə dönüm», «Dönüm, dininə dönüm», 
«Bəs mən özüm»; «Muçala»da «Mina boylum, sənəm 
gözlüm»; «Müxalif»də «Gözlərim ağam, gözlərim 
paşam», «Mina boylum»; «Dəllihəsəni»də «Da...d, ey, 
da...d
,
 ey, kafır ey», «Yeri dədə, yeri, yıxılsın öz baban 
evi»; «Kəsük»də «Yuvan dağılsın» kimi söz, ifadə  və 
cümlələr işlənir. 
Bəzi görkəmli xoyrat çağıranlar yuxarıda göstərilən 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə