Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

136                                                                             II fəsil 
 
İraq-türkman  folklorunda  sözün  həqiqi  mənasında 
xalq poeziyasının zirvəsi, onun şah əsəri hesab olunan 
xoyrat   və   manilər   xalqın   bədii-estetik   tərbiyəsində 
müstəsna rol oynayır, mənəvi qidaya çevrilir. Təkcə onu 
demək lazımdır ki, əsl ilham məhsulu olan bu incilərə 
münasibət əsrlər öncə olduğu kimi qalır. Şer yazmağa 
başlayan gəncin ilk qələm təcrübəsi xoyrat və mani olduğu 
kimi, yaşlı şairlər də fəlsəfi fikirlərini izhar etmək üçün bu 
janra müraciət edirlər. Zəngin şifahi xalq ədəbiyyatına bu 
mövqedən yanaşma onların əsl sənətkar olmalarına dəlalət 
edir. Bunu biz Şeyx Əbdülqadir Tələbanidə də, Abdulla 
Safıdə də, Hicri Dədədə, Məhəmməd Sadiq, Mustafa 
Gögqaya, Osman Məzlum və başqa şairlərdə də görürük. 
Osman Məzlumun yazdığı 359 xoyratın ayrıca kitab 
şəklində buraxılması dediklərimizi təsdiqləyir (171). 
Bu baxımdan tədqiqatçı  Əta Tərzibaşının sözləri də 
yerinə düşür: «Bu tərzdə  şerlər yazan əski xalq şairləri 
bulunduğu kimi, bu gün daha xoyrat və mani dörtlükləri 
biçimində  şer yazan çoxdur. Hətta yeni nəsil - gənc 
türkman  şairlərinin  şerə mani yazmaqla başladıqlarını 
söyləmək yerində olur» (212, 14). 
Bizcə, xoyrat və manilər  şairlər üçün gözəl sənət 
məktəbinə çevrilir. Xalq yazıçısı Mehdi Hüseynin yarım 
əsr  əvvəl bu münasibətlə dediyi sözlər bu gün də öz 
aktuallığını itirməmişdir: «Yalnız məzmun dərinliyi və 
fıkir zənginliyi cəhətdən deyil, söz sənətkarlığıı, obrazlar, 
müqayisələr və bədii ustalığın bütün başqa ifadə vasitələri 
cəhətindən də bayatılarda öyrəniləcək xüsusiyyətlər az 
deyildir. Təqlid və  təkrar üçün yox, yeni şerin bədii 
qüdrətini artırmaq üçün, zəngin fikirləri belə aydın və 
parlaq ifadə etmək üçün» (51, 14). 
Demək lazımdır ki, gənc  şairi  əsl və geniş poeziya 
aləminə aparan yeganə yol «xoyrat və mani» yoludur. Bu 
yoldan yan keçib poeziya aləminə gələn demək olar ki
Kərkük folklorunun janrları                                           137 
yoxdur.  İndinin özündə belə  İraq türkmanlarının həftəlik 
«Yurd» qəzetində hər nömrənin iki səhifəsi şairlərin xoyrat 
və manilərinə ayrılır. Adlı-sanlı  şairlər belə  fəlsəfi və 
siyasi məzmunlu  şerlər yazır, bununla fəxr edirlər. 
Maraqlıdır ki, 
Gülə naz; 
Bülbül eylər gülə naz. 
Girdim dost baxçasına 
Ağlayan çox, gülən az  
bayatısını Azərbaycan şairi dahi Füzuliyə aid edirlər (212, 
112). 
Əta Tərzibaşı  Nəsimi, Füzuli, Xətai, Yunis İmrə, 
Abdul Qadir Marağayi və başqa klassik şairlərin də bayatı 
yazdıqlarını  və onların bu baxımdan da özlərindən sonra 
gələn bir çox şair və el sənətkarlarına qüvvətli təsirindən 
söz açır (212, 78-81). 
Hələ  Nəsimidən də  əvvəl yazıb-yaratmış  Cəlaləddin 
Ruminin: 
Keçginən oğlan, hey bizə gəlgil,  
Dağdan en, dağdan hey, düzə gəlgil.  
Ay bəgi sənsən, Gün bəgi sənsən  
Biməzə gəlmə, baməzə gəlgil - 
şer parçasının Kərkük dolaylarında məşhur olan: 
Səhər olsun bizə gə
Qırmızı gey, gözə gə.  
Bir əlin dolu badə,  
Bir əlində məzə gə. 
dördlüyü ilə yaxınlığından da danışmaq olar. Kim bilir, 
bəlkə da şairin yuxarıda göstərdiyimiz unudulmaz şer par-
çasının yaranmasına bu gözəl bayatı təsir etmişdir. Unut- 


138                                                                            II fəsil                                                                                                                                               
maq olmaz ki, dünyanın bütün qüdrətli sənətkarlarının 
əbədi yaşamaq hüququ qazanmış elə bir əsəri tapılmaz ki, 
qidasını xalq yaradıcılığının qaynar çeşməsindən almasın 
(1, 1). 
M.C.Cəfərov təsadüfi yazmamışdır ki, istər klassik, 
istərsə  də müasir şerimizin  ən yaxşı nümunələrınin 
sənətkarlıq baxımından hansı  xəzinədən gəldiyini 
araşdırdıqda yenə gedib müdrik xalq yaradıcılığı 
xəzinəsinə çıxırıq (251, 145). 
Kərkük dolaylarında müasir şairlərin yaradıcılığında da 
xoyratların təsiri  açıq-aydın görünməkdədir. Hətta cəsarətli 
axtarışlar yolu ilə gedən şairlər belə, xoyratlara laqeyd və 
biganə qalmamışlar; ondan Azərbaycanda olduğu kimi, 
faydalanmışlar. Lakin yaşlı şairlər ictimai-siyasi məzmunlu 
xoyratlara üstünlük verdikləri halda, gənclər eşq-məhəbbəti 
tərənnüm edən xoyratlara daha çox meyl edirlər. Demək 
lazımdır ki, ictimai-siyasi məzmunlu xoyratlar poetik 
baxımdan ədəbi nümunələr səviyyəsinə yüksələ bilmiş, 
onların çoxu siyasi lirika adını qazanmışdır. Siyasi lirikanın 
səfərbər edici imkanlarından məharətlə istifadə edən 
Ə.Bəndoroğlu bu janrın ilk yaradıcısı hesab olunur (95, 
136). 
Kərkük dolaylarında şairlərin ellikcə xoyrat və mani 
yazdığını nəzərə alaraq onları müəllifi məlum və naməlum 
olması baxımından iki yerə bölmək olar. Əta Tərzibaşı onları 
«Anonim cinaslı xoyratlar», yəni müəllifi naməlum cinaslı 
xoyratlar, «Çağdaş cinaslı xoyratlar», yəni müəllifi məlum 
müasir cinaslı xoyratlar və eləcə də «Anonim cinassız 
manilər» və «Çağdaş cinassız manilər» adı altında 
qruplaşdırmışdır. Xoyrat və manilər arasında ən geniş 
yayılanları eşq-məhəbbətlə bağlı olanlardır. Divan 
ədəbiyyatında olduğu kimi, xoyrat və manilərdə də gözəlin 
boyu, gərdəni, köksü, qaşı, gözü, kirpiyi, üzü, beli, biləyi, 
yanağı, zülfu, dodağı və s. təşbih və bənzətmələrlə vəsf 
olunur. Xoyrat və manilərdə gözəl aşağıdakı sözlərlə vəsf 
olunur: ağa, paşa, bəy, bəylərbəyi, pəri, sə- 
Kərkük folklorunun janrları                                             139 
nəm, cəyran, gül, açılmış nar gülü, könül quşu, qönçə gül, 
ay, maral, qumra, göyərçin, cəllad, dini tərsə, gözəllər 
xəzinədan, gözəllər sultanı, baba dövləti, ocaqda bir dənə. 
Aşiq isə özünü «miskin, məcnun, abdal, dərviş, qul, 
yetim, xəstə, yoxsul, düşgün,  əsas (gecə qarovulçusu), 
boynu buruq qaz, bağbançı, bağgir, xidmətkar, bütpərəst» 
və s. sözlərlə  təqdim edir. Gözlərini «bahar buludu»na 
bənzədir, könlünü «fənar»,  şüşə, kabab, illər xəstəsi, 
yetimlər əyləncəsi, miskinlər yurdu və s. adlarıdınr. 
Gözəlin əzaları xoyrat və manilərdə belə təsvir edilir: 
 
Boy: çinar, səlb ağacı (sərv), dal (budaq), əlif (qamətli) və s. 
Üz: (hüsn və camal da beləcə) Ay, Gün, gül, güzgü və s. 
Göz: şahin, ceyran, xumar, qanedən, cadugər va s. 
Qaş: qələm, xəncər, cəllad, yay, kaman, mil və s. 
Kirpik: ox, neştər, qiyamət qoparan və s. 
Yanaq: alma, gül şərabı, lab, lalə dağı, qaymaq və s. 
Sind: cənnət bagı, bostan, qar, nişan (hədəj), taxt və s. 
Zülf: kəmənd, şahmar, üz hasarı, əcəm ipəyi, sümbül və s. 
Мəmə: turunc, narınc, şamama, şəftəli, cənnət narı və s. 
Ağız: bal, gül, gül şərabı. 
Dil: xurma, nabat şəkəri, badam içi və s. 
Gözəlin qəmzə  və baxışı: maxmur, can alan, eşq 
qırğısı, yerişi də bəstə-asta qaz, yaltana-yaltana, yayxana-
yayxana (sallana-sallana) gedən kimi sözlərlə  vəsf edilir 
(212, 83-84). 
Çəkinmədən demək olar ki, xoyrat və manilər canlı 
poetik salnamə olmaq baxımından  İraq-türkman folklo-
runu yaradıb-yaşadanların dünəni, bu günü, sabahıdır. Xal-
qın  əbədi arzusunu ifadə edən lirik növün bu heyrətamiz 
inciləri bələkdən ömrünün sonuna qədər  İraq türkman-
larının həmdəmi olur. Şübhəsiz buna görədir ki, vaxtilə 
Azərbaycanda olduğu kimi (230,188), Kərkük dolalarında 
da hər münasibətdə, xüsusən də  əyləncələrdə, toylarda, 
çöllərdə, xırmanlarda, yollarda, bazarda mal satarkən


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə