Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

140                                                                           II fəsil 
dini bayramlarda, çayxanalarda, sini-zərf oyununda, 
yaslarda, uşağa layla çalarkən, sənət işlərini yerinə 
yetirərkən xoyrat və mani oxunur. Burada görkəmli xoyrat 
ustaları yetişirlər. Xoyrat çağıranlar tez-tez xoyrat 
mərəkələrində qarşılaşırlar. Belə qarşılaşma 
«qənşərbəqənşər çağırma» və ya «qənşərin vermək» 
adlanır (212, 197). Bu cür məclislərə çox vaxt çalğılı  və 
içkili xoyrat məclisləri deyirlər. Məclislər saatlarla, bəzən 
də axşamdan səhərə kimi davam edir. «Qənşərbəqənşər 
çağırma» məclislərində çox vaxt bir neçə xoyrat çağıran 
müğənni iştirak edir. Müğənnilərin belə məclislərdə iştirak 
etməsi üçün bir neçə  şərt vardır. Birinci şərt odur ki
müğənni deyişmə üçün şərt olan müxalif, kürdü, bəşiri, 
muçala, yetimi, yolçu, nobatçı, dəllihəsəni və s. xoyrat 
üsullarını bilsin. İkinci şərt odur kİ, külli miqdarda xoyrat 
bilsin ki, rəqibin çağırdığı xoyrata müqabil xoyrat oxuya 
bilsin və tez məğlub olmasın. Elə xoyratlar seçə bilsin ki, 
təhqiranə olmasın. Hətta namərd, alçaq, düşgün və s. sözlər 
işlənən xoyratları oxumamağa çalışmalıdır ki, rəqib ondan 
da təhqiramiz xoyrat seçməsin. Doğradur, hərdən dava 
düşür, təhqiredici xoyratlar çağırılır və hətta qarşısındakını 
tam susdurmaq üçün bədahətən xöyratlar da deyirlər. 
Bununla belə, məclisin başlaması, gedişi və  nəhayəti 
adətən eyni olur. Məclisə toplaşanlar ondan mənəvi zövq 
alırlar. Məclis təqribən belə başlayır. Müğənnilərdən kimsə 
bu xoyratla özünə rəqib axtarır: 
 
Kabab yandı, köz istər,  
Sürma yandı, göz istər.  
Göz gözə, gözüm gözə,  
Usta durub söz istər. 
Müğənnilərdən biri onun cavabını verir: 
Kabab yandı., közün seç,  
Sürmə yandı, gözün seç. 
Kərkük folklorunun janrları                                           141 
Göz gözə, gözüm gözə,  
Ustan gəldi, özün seç, 
Ara get-gedə  qızişır. Xoyrat çağıranlar arasında 
pərtləşmə - biri-birini bərkə-boşa salma dövrü yaxınlaşır. 
Bu vaxt məclisdə  iştirak edən başqa xoyrat çağıranlar 
hamısı birdən nəşəli bir bəstə - mahnı oxumağa başlayırlar. 
Xeyli beləcə davam edir, ayrı-ayrı müğənnilər qəlbə yatan 
bəstələr oxuyurlar. Sonra müğənnilərdən biri əlini 
qulağının dibinə qoyub uca səslə: 
 
Ağır - ağır:  
Addım at ağır-ağır,  
Bəstəydən gecə bitməz,  
İgid ol xoyrat çağır — 
oxuyur və yenidən məclisin ahəngi dəyişir. Xoyratlaşma 
zamanı əməl olunması zəruri olan bir şərt də vardır. Məna 
bir yana, gərək cinaslar da biri-birinə uyğun gəlsin, 
məsələn: 
 
Günahımı:  
Bağışla günahımı.  
Deyirlər gün tutulub,  
Eşidib gün ahımı. 
Günahımnan:  
Xudam, keç günahımnan. 
Cigərdən bir ah çəksəm  
Tutular gün ahımnan. 
Təəssüf ki, xoyrat və manilərin xalq arasında daha 
geniş yayılmasına kömək edən bu adət yavaş-yavaş 
unudulmağa və  əvəzində  səhnə  və ya radiodan xoyrat 
söyləmək adətinə keçilməkdədir. 
Kəsik bayatılarla - xoyratlarla belə deyişmə məclislə-
rinin vaxtilə Azərbaycanda da geniş yayıldığından söz 


142                                                                         II fəsil 
açmaq olar. «Kəm misralı (kəm hecalı - Q.P.) bayatı ənə-
nəsi, bizcə  təkcə bayatılarla deyişmə  məclislərində uzun 
müddət yaşamışdır ki, bundan da məqsəd öz qafiyəsini -
mövzusunu rəqibinə  xəbər vərməkdən, deyəcəyi bağlama 
bayatıları hansı qafiyə, hansı cinas üzərində quracağı 
barədə xəbərdarlıq etməkdən ibarət olmuşdur» (215, 201). 
Xalq kütləsinin bədii zövqünü oxşayan, təşbih və 
məcazlarla zəngin olan, nəsildən nəslə keçən, yaşayan, onu 
yaradan xalqı  əbədi yaşadan, xalq istedadının bu yığcam 
və müdrik nümunələri elə  sənət abidəsi, elə  təfəkkür 
məhsuludur ki, zaman keçdikcə  dəyər-qiyməti daha da 
artacaq, «həssas qulaq onlarda qəlbimizə munis olan çox 
şey duyacaq, həssas ürək bu nadir inciləri yaradan xalqın 
dühasına dərin minnətdarlıq hissilə  çırpınacaqdır» (129, 
24). 
Məlumdur ki, xalq poeziyasının məzmunu xalq 
həyatının məzmunu ilə müəyyən olunur. Harada ki, xalq 
poeziyasının məzmunu yoxsuldur, deməli orada xalq 
həyatının özü də yoxsuldur. Və  əksinə, xalq poeziyası 
ürəyi yaşamaq eşqilə döyünən, nəcib hisslərlə yaşayan, 
səmimiyyəti, alicənablığı, ləyaqəti ilə seçilən xalqlarda 
daha güclü olur (332, 52). Ümumiyyətlə, hər bir xalqın 
şifahi  ədəbiyyatının zənginliyi, onun ifadə etdiyi fəlsəfi 
dərinlik, müdriklik, həmin xalqın mənəvi dühasını, yüksək 
düşüncə qabiliyyətini, təfəkkür və  təxəyyülünün inkişaf 
səviyyəsini göstərən ən ümdə amillərdəndir (3, 44). 
Iraq-türkman folklorunun çələngi hesab olunan mani 
və xoyratlar öz zənginliyi ilə seçilir. Bu, təsadüfi deyildir. 
Lirik növün ən geniş yayılan bu janrı üzərində xalq 
yaradıcılığı can qoymuş, «bu əsərlərin üzərində  əsrlər 
boyunca müştərək olaraq bir el çalışmışdır» (116, 7). 
Xoyrat və manilərin sənətkarlıq və üslub xüsusiyyət-
lərini, dilinin səlisliyini, dərin mənasını  dərk etdikcə on-
ların  əsl ilhamın, yüksək bədii təfəkkürün məhsulu oldu-
ğunu duymaq asanlaşır... Buradakı zəriflik, incəlik onu ya- 
Kərkük folklorunun janrları                                           143 
radanların nə qədər incə və zərif zövqə, bəşəri hisslərə, 
duyğulara malik olduğunu əyani şəkildə göstərir. 
XALQ MAHNILARI VƏ ONLARIN 
POETİK MƏTNLƏRİ 
Əsrlərdən  əsrlərə, nəsillərdən nəsillərə yadigar qalan, 
əmanət olan, musiqi ilə xalq poeziyasının vəhdətindən 
yaranan, lirik növün aparıcı janrlarından olan xalq havaları 
İraq-türkman folklorunda xalqın mənəvi mədəniyyəti, 
həyat tərzi, məişəti, keçmişi, bu günü və eləcə  də xalq 
dilinin qorunub saxlamnası, zənginləşməsi, gözəlləşməsi 
yolunda əvəzsiz xəzinədir. 
Təəssüf ki, İraq-türkman xalq havaları forma, şəkil, 
mövzu, məzmun və ideya cəhətdən, konkret xüsusiyyətləri 
baxımından tədqiq olunınamış, xalq musiqi ənənələrinin 
rolu və mövqeyi aydınlaşdırlmamışdır. Xalq musiqi 
folklorunun - xalq havalarının  ədəbi, etnoqrafık tarixi, 
psixoloji təhlili, elmi analizi bir yana, toplanıb-yazılması 
da arzu olunan səviyyədə deyildir. 
Hələ XX əsrin  əvvəlində Ü.Hacıbəyovun dediyi «El 
mahnılarımıız bizim musiqi sərvətimiz və musiqi 
mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və  mənbədən 
layiqincə istifadə edə bilməmişik» (230, 201) sözlərini bu 
gün bütövlükdə  İraq-türkman xalq mahnıları  və musiqi 
folkloruna da aid etmək olar. Yeri gəlmişkən qeyd edək ki, 
aşıq havaları istisna olmaqla, Azərbaycanda xalq mahnıları 
nədənsə musiqi folklorunun sahəsi hesab edilmiş, 
folklorşünaslarımız tərəfindən gərəyincə 
tədqiq 
olunmamışdır. Nəticədə folklorşünas P.Əfəndiyev ürək 
ağrısı ilə yazmışdır: «Ancaq təəssüf ki, indiyə qədər xalq 
mahnılarına nəinki dissertasiya, monoqrafiya, hətta 
sanballı bir məqalə belə  həsr edilməmiş, geniş  tədqiq 
olunmamışdır» (111,156). 
Halbuki, həm musiqidə, həm də poeziyada ritmin ol-
ması onların güclü vəhdətinə gətirib çıxarmışdır ki, bu da 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə