Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə39/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

164                                                                             II fəsil                                                                                                                                             
lara daxil edirlər. Məs.:  Əbdül Vahid Kuzəçi oğlu Səməd 
Vurğunun «Gülə-gülə» və Rəsul Rzamn «Beşik nəğməsi» 
şerinə musiqi bəstələyib kitabına daxil etmişdir (91,47, 
52). 
Kərküklü müğənni Siddiq Bəndə Qafur isə 
azərbaycanlı şair Əhməd Cavadın «Çırpmırdı Qara dəniz» 
şerinə  bəstələnmiş mahnını ümumi bir münasibətdə 
oxuduğuna görə başı bəlalar çəkmişdir (212, 264). 
Şairin musiqi bəstələnmiş  şerinin  İraq türkmanları 
arasında oxunması və eləcə də Əhməd Cavadın onlara şer 
qoşması (344, 49), iraqlı  tədqiqatçıların «Bu gələn yar 
olaydı», «Samavar almışam silənim yoxdur», «Layla 
balam, a layla», «Ay qiz, mənə bax, bax», «Vəfasız», «Bu 
xal nə xaldı», «Qarabağı», «Altun üzük yaşıl qaş» və s. 
Azərbaycan mahnıları olduğunu qeyd etməsi (208, 80; 350, 
11), bu sahədə də müştərək olduğumuza dəlalət edir. 
Xalqın milli xarakterini, sevinc və  kədərini,  ən gizli 
hisslərini özündə  əks etdirən İraq-türkman xalq mahnıları 
sonsuz rəngləri, çalarları olan bir aləmdir. 
Bununla belə,  İraq-türkman xalq mahnılarına yaxşı 
bələd olmayanlara ilk baxışda elə  gələ bilər ki, bu 
havalarda nəsə bir yeknəsəqlik və monotonluq vardır. Belə 
mahnılar başqa Xalqın nümayəndələrinə bəzən mənasız və 
anlaşılmaz kimi görünə bilər. Lakin ana dilsiz-ağızsız 
körpəsini anladığı kimi, xalq da özü yaratdığı mahnıları 
dərindən duyur və gərəyincə qiymətləndirir. 
BEŞİK NƏĞMƏLƏRİ 
Beşik nəğmələri İraq-türkman folklorunda lirik növün 
geniş yayılan janrlarındandır. Buraya layla və oxşamalar 
daxildir. Onlar formaca xoyrat və manilərə, ağılara 
oxşasalar da, bu oxşayış zahiridir, məzmun və oxunuş 
tərzinə və eləcə də icra yerinə görə fərqlənirlər. Deyək ki, 
ağılar hüznlə  əlaqədar yaranıb, dərdli,  ələmli günlərdə 
oxunduğu, daim kədərli olduğu halda, beşik nəğmələri 
zərif- 
Kərkük folklorunun janrlar                                            165 
liklə, istəklə, məhəbbətlə  əlaqədar yaranır, beşik başında 
oxunur. 
Demək olar ki, ana ilə körpə arasında  əbədi 
məhəbbətin təməli layla və oxşamalarla qoyulur. Bizə 
qalırsa, uşaq  ən incə,  ən saf, ən ülvi, müqəddəs duyğular 
aşılayan ana laylalarını  eşitməzsə, onun qəlbinə pis 
əməllər,  şər qüvvələr daha tez nüfuz edər, onun qəlbində 
mərhəmət, şəfqət, məhəbbət, xeyirxahlıq hissləri zəif olar. 
«Kim bilir, bəlkə  də  uşağın tərbiyəsində  hələ ki, sirri 
açılmamış bir çox uğursuzluqlar elə buradan başlayır» 
(226). Axı layla deyə bilən anaları indi barmaqla saymaq 
olar. 
Türkiyədə «ninni» kimi tanınan laylalar, İraq-türkman 
folklorunda «leyla» və «layla» kimi məlumdur (149, 129). 
Formaca xoyrat və manilərə oxşayan laylaların axırında 
«layla balam, layla» ilə  bərabər «leyla balam, leyla», 
«leyla gözüm, leyla», «leyla ömrüm, leyla» və ya «üllə 
balam, üllə», «üllə ruhum, üllə» kimi iki misralı 
döndərmələr (nəqəratlar) yer alır (201, 25). Məsələn: 
Oyaq qallam yatınca, 
Bəklərəm ay batınca. 
Qolum yastıq edərəm,  
Sən hasilə çatınca  
Leyla halam, leyla,  
Leyla gülüm, leyla. 
Leyla dilər;  
Yatıpdı, leyla dilər. 
Vurğun yuxu salıpdı, 
Mənnən bir leyla dilər. 
Üllə balam, iillə,  
Üllə ruhum, üllə. 
Bu xüsusiyyətlər Azərbaycan folklorunda da eynilə 
belədir (61, 177). Bununla belə, tədqiqatçılarıınızın çoxu 
nədənsə buna əhəmiyyət verməmiş, onları ağılar, oxşa- 


166                                                                            II fəsil                                                                                                                                                 
malar, hətta holavar və sayaçı sözlər kimi, bayatı adı 
altında vermişlər. Halbuki, ağılar, oxşamalar, laylalar, 
holavarlar və s. məzmun etibarilə bayatılardan fərqlənirlər 
(111, 146; 103,87). 
İraqlı tədqiqatçı Sübhi Saatçı da layla və oxşamalardan 
danışarkən bu qənaətə gəlmişdir (201, 19-20). 
Beşik nəğmələri musiqi baxımından da fərqlənirlər. 
Poetik vəzni, musiqi dili aydın və çox sadə olan beşik 
nəğmələri özünəməxsus bir üslubda ifa olunur: «Ana beşik 
başında oturaraq onu yırğalayır, onun ritminə uyğun halda 
bəmdən yan oxuma, yarı deklamasiya halında, bir sözlə, 
reçitativ deklamasiya üslubunda oxuyur» (126, 67). Layla 
və oxşamaları uşaq folkloru ilə qarışdırıb tədqiq edənlər də 
olmuşdur (303, 93; 82, 66, 89). Hətta O.Kapitsa bu 
münasibətlə yazmışdır: «Uşaq folkloru deyəndə biz həm 
böyüklərin uşaqlar üçün yaratdığı folklor nümunələrini, 
həm də ənənəvi uşaq folkloranu nəzərdə tuturuq» (294, 5). 
Bununla belo, demək lazımdır ki, hələ vaxtilə 
Q.Vinoqradov yazırdı ki, böyüklərin yaratdığı folklor uşaq 
folklorana daxil edilmir (278, 29). 
Bu, belə də olmalıdır. Biz uşaq folklora dedikdə о xalq 
yaradıcılığını nəzərdə tuturuq ki, burada uşaqlar fəal iştirak 
edərək onun həm yaradıcısı, həm yaşadıcısı, həm də 
yayıcısı olur; halbuki, uşaqların qeyrifəal iştirak etdikləri 
layla və oxşamalar onlara müraciətlə yaransa da böyüklər 
tərəfindən və böyüklərin ifası üçün yaradılır. Həm də ana 
qəlbinin dərinliklərindən gələn içli duyğuları, arzu, istək və 
niyyəti bəyan etmək üçün söz kifayət etmir. Müqəddəs ana 
hissləri, arzuları musiqiyə çevrilir. Sözün həqiqi mənasında 
laylaları qoşanlar da, musiqisini bəstələyənlər də, 
oxuyanlar da analar özləri olmuşlar. Təsadüfi deyildir ki, 
Azərbaycanın xalq şairi Hüseyn Arif bunu dərindən 
duymuş və qabarıq şəkildə vermişdir: 
Kərkük folklorunun janrları                                         167 
Elə ki , balalar ğəlir dünyaya  
О gündən hey ölçüb, biçir analar.  
Mahnı da oxuyur, şer də deyir  
Bəstakar analar, şair analar (243, 126). 
О da bəllidir ki, xoyrat və maniləri hər adam 
yazıboxuya bildiyi halda, layla və oxşamaları yalnız 
qadınlar düzür və oxuyurlar. Laylaların  əsas qayəsi 
körpəni uyutmaq, sakitləşdirmək və yatırtmaqdır: 
Leyla edim mən dayim, 
Yuxun olsun mülayim. 
Xudama çox yalvarram 
Olasan mənim payım.  
Leyla balam, leyla,  
Leyla ömrüm, leyla. 
Yağış yağar, göl olar,  
Karvan keçər, yol olar.  
Sənin axır-şər (talesiz) nənən  
Yatmaz-yatmaz, kor olar,  
Leyla balam, leyla  
Leyla gözüm, leyla. 
Kərkük folklorunda arzu-dilək, dua, xəstəlikdən xilas 
olma, nəzərdən saqınma və s. kimi mövzulardan bəhs edən 
laylalar daha çoxdur. Məsələn: 
Leyla edərəm naçar,  
Leyla dərd önün açar.  
Xudama çox yalvarram,  
Bəlkə dərdindən keçər.  
Leyla balam, leyla,  
Leyla ömrüm, leyla. 
Leyla, leyla elərəm,  
Leylav haqdan dilərəm.  
Səni verən xudadan 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə