BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə32/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   28   29   30   31   32   33   34   35   ...   155

 

120

 

Qürurun məlumdur bütün cahana

Min yara vurardın asi düşmana, 

Noldu günəşimiz azdı yolunu, 

Qulların övladı əl açdı Sana? 

 

Ona qıymış olan məlum bədniyyət, 

Ona vermiş olan əzab-əziyyət, 

Görüm min lənətə gəlsin o xain, 

Gəzsin Qabil kimi, olmasın rahat. 

 

Qara tikan bassın onun yolunu, 

Bayquşlar bürüsün sağ və solunu, 

Düzlərdə qarğalar qonsun başına 

Yırtıcı heyvanlar izləsin onu. 

 

Olsun sığnacağı onun tikanlar, 

Daraşsın canına əfi ilanlar, 

Tökülsün üstünə zəhərlə acı, 

Şişsin və partlasın görüm o murdar. 

 

Cavanşir, Cavanşir, ey ulu igid, 

Sənə dağ və dəniz heyrandı gerçək, 

Əmrinə tabedir ən azğın külək, 

Sənin həsrətinlə cuşa gələnlər 

Qıracaq düşmanı nar çubuğu tək. 

 

Həmin sətirləri Mikayıl Rzaquluzadə, əsərin bütöv mətnini isə Xə-



lil Rza tərcümə etmişdir. 

Dərin bədii ehtirasla yazılmış bu əsər müəllifin daha bir çox bədii 

əsərlər yazmış olduğunu bildirir.  

Dəvdək Cavanşirin ölümündən sonra Bərdədə vəfat etmişdir. 



 

 

Ə.Əliyev.  

“Bərdə”. 1991, 10 aprel 




 

121

 

 

 

AĞAYEV  HÜSEYN   

BAYRAM  OĞLU 

 

 

    1926-cı ildə Bərdə rayonunun Xəsili kən-



dində anadan olmuşdur. Müharibəyə  qədər 

Xanağalı kənd orta məktəbində oxuyub. Mü-

haribə dövründə kadr  çatışmamazlığı ilə əla-

qədar olaraq kadr  hazırlığı məktəbində im-

tahan verib 10-cu sinfi bitirib. 

Müharibə zamanı Bəcrəvan kəndində kol-

xozda mühasib işləyib. 1951-ci ildə  kənd sovetinin sədri, 1952-ci ildə 

Rayon Partiya Komitəsinin göndərişi ilə MTS-in müdiri işləyb. 

1955-ci ildə Azərbaycan kolxozunun sədri vəzifəsinə  təyin olu-

nub. Onun işlədiyi dövrdə Azərbaycan kolxozu “Lenin” ordeni almışdır. 

1960-cı ildə qiyabi yolla Gəncə  şəhərində Azərbaycan Kənd Tə-

sərrüfatı institutunun zootexnik fakültəsini bitirib. 

Hüseyn Ağayev 1980-ci ildən Moskva kolxozunun sədri vəzifə-

sində işləmişdir. 

İşlədiyi müddət ərzində 3 dəfə Lenin ordeni,  Qırmızı Əmək Bay-

rağı ordeni, Şərəf Nişanı ordeni alıb. 1974-1983-cü illərdə Azərbaycan 

Ali Sovetinin çağırışı ilə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. 

           H.Ağayev 2000-ci ildə vəfat etmişdir. 




 

122

 

 



 

 

 ASLANOV   QAÇAY  

ALLAHQULU  OĞLU  

 

 

 

1920-ci il yanvarın 14-də Bərdə rayonunun 

Kələntərli kəndində anadan olub. 1929-cu 

ildə Uğurbəyli kəndində 1-ci sinfə gedib. İlk 

müəllimi Pənah Səmədov olub. 1930-cu ildə 

təhsilini doğma kəndi Kələntərlidə keçəl lə- 

qəbli Cəmilin evində yaradılmış  məktəbdə davam etdirib. 1-ci sinfi qur-

tardıqdan sonra 4-cü sinfə  qədər  İbişin evində yerləşən məktəbdə, 5-ci 

sinfi Salır Muğanlının evindəki məktəbdə oxuyub. 7-ci sinfi isə Kələntər-

lidən xeyli aralıda yerləşən Şirvanlı kəndində başa vurub.  

1937-ci ildə  Gəncə  şəhərində Azərbaycan Xalq Komissarlığının 

Tibb Texnikumunun “Feldşerlik” şöbəsinə daxil olub. 1964-cü ildə Gəncə 

şəhərində Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. 

1975-ci ildə Respublika hüquq işçilərinin ixtisasartırma kursunda hüquq-

şünas ixtisasına yiyələnib. 1940-52-ci illərdə Yevlax rayonunun Malbinə-

si kəndində tibb məntəqəsində feldşer işləyib. 1941-45-ci illər Böyük Və-

tən müharibəsində iştirak edib.  

1947-ci ildə ordudan ehtiyatda olan böyük leytenant rütbəsi ilə 

tərxis olunub. 1948-ci ildə Mollalı  kənd sovetinin feldşer məntəqəsinin 

müdiri işləyib. Həmin ilin sonunda Bərdə rayon partiya komitəsi bürosu-

nun qərarı ilə  Bərdə rayon PK katibinin köməkçisi vəzifəsinə  təyin olu-

nub.  


1952-ci ildə Gəncə Vilayət Partiya Komitəsində partiya kollegiya-

sı üzvünün köməkçisi işləyib. 1953-cü ildə Gəncə Vilayət Partiya kollegi-

yasının ləğvi ilə əlaqədar olaraq Bərdə rayon PK-da kənd təsərrüfatı şöbə-

sinə müdir vəzifəsinə keçirilib. 1956-cı ildə Bərdə rayon PK-da MTS üzrə 

katib seçilib. 1959-63-cü illərdə isə Bərdə rayon “Sosializm” kolxozunda 

sədr vəzifəsində çalışıb.  

1963-1973-cü illərdə  Bərdə rayon PK-nın ikinci katibi, 1973-

1986-cı illərdə  Bərdə rayon 105 saylı texniki peşə  məktəbinin direktoru 

işləyib. 1986-cı ildən respublika əhəmiyyətli xüsusi təyinatlı təqaüdçü idi. 

1987-ci ildə Azərbaycan SSRi Ali Sovetinin və Azərbaycan SSRİ Nazir-

lər Sovetinin orqanı olan “Kommunist” qəzetinin, 1991-ci  ildə “Bərdə” 

qəzetinin, 1997-ci ildə Azərbaycan Hüquqşünaslar İttifaqının orqanı olan 

“Hüquqşünas” qəzetinin ştatdankənar müxbiri olub.  



 

123

1955-1980-ci illərdə daim kənd və rayon zəhmətkeşləri xalq depu-

tatları sovetinin deputatı seçilmişdir. Otuza yaxın orden, medal, təşəkkür 

və mükafatlar almışdır. Təkcə üç dəfə “Qırmızı ulduz” ordeni ilə  təltif 

olunmuşdur. İstefada olan mayor idi.  

İncəsənəti,  ədəbiyyatı çox sevirdi. Azərbaycanın Xalq artistləri 

Lütfəli Abdullayev, Rübabə Muradova, Şövkət Ələkbərova, Canəli Əkbə-

rov, Ramiz Hacıyevlə, bir çox rəssamlarla, mədəniyyət və incəsənət usta-

ları ilə dostluq edirdi. Özü tarda çox gözəl ifa edirdi. Poeziyanın vurğunu 

idi, poema və şeirlər də yazırdı. Füzulini, Nizamini, Puşkini, Yesenini əz-

bər bilirdi. Tarixə xüsusi marağı vardı və hərbi tarixdən məqalələr yazırdı. 

Avtomobil idarə etmək xobbisi idi. Ömrünün sonuna qədər şəxsi avtomo-

bilini özü idarə etdi.    

 

      Yazıçı-publisist Şəmistan Nəzirli iki dəfə 

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun si-

lah dostu bərdəli mayor Qaçay Aslanov haq-

qında sənədli  əsər yazır. Həmin  əsərdən 

“Həzi ilə görüş” fəslini möhtərəm oxuculara 

təqdim edirik. 

 

HƏZİ  İLƏ  GÖRÜŞ 

 

Tırtıllı tankların gur səsindən sonra dalbadal qumbara atıldı. Qum-

baraların gurultusu torpağı lərzəyə gətirdi. Kazarmanın qapıları və şüşələ-

ri cingilti ilə yerə töküldü. Yuxudan sərsəm oyanan əsgərlər komandirin 

gur səsini eşitdilər: – Müharibə! – deyə qışqıran gənc leytenant – silaha 

sarılın! – komandasını dalbadal təkrar etdi. 

1941-ci il iyul ayının 26-da Kiyev şəhəri yaxınlığında yerləşən 4-cü 

mexanikləşdirilmiş korpusun tərkibində 20-ci tank alayının  əsgər və 

zabitləri yağı düşmənlə döyüşə girdi. Bu ölüm-dirim savaşında mərdliklə 

vuruşan alayda bircə  nəfər həmyerlimiz vardı. O, iyirmi bir yaşı yenicə 

tamam olan bərdəli Qaçay Allahqulu oğlu Aslanov idi. Artıq ikinci il növ-

bəti hərbi xidmətdə olan Qaçayı alayda hamı nizam-intizamlı bir zabit ki-

mi yaxşı tanıyırdı. 

Bütün Avropanı ayağa qaldıran Hitler Almaniyası ilk vaxtlar çox 

sürətlə irəliləyirdi. Yaxın Şərqə yol açmaq istəyən faşizm özünün “məğ-

lubedilməz” ordu gücünü Stalinqrada yönəltmişdi. Ona görə  də Ali Baş 

Komandanlıqdan gələn əmrə əsasən leytenant Qaçay Aslanovun döyüşdü-

yü alay da Stalinqrad cəbhəsinə göndərildi. Onların alayı  şəhərin Qərb 

hissəsindəki Uşakovka kəndi yaxınlığında yerləşirdi. Döyüşlər beş ay idi 

ki, davam edirdi. Nə gecə, nə də gündüz vuruşma ara vermirdi. Tapşırıq 

çox qəti verilmişdi. Düşməni  şəhərə buraxmamaq! Bir neçə döyüş  əmə-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə