5
ta qədimdən bu günə qədər Bərdənin yеtirdiyi, ölkənin ictimai-siyasi
həyatında əhəmiyyətli rоlu оlan şəxsiyyətlər haqqında məlumat vеrilir.
Təbii ki, bеlə şəxsiyyətlər kitabda vеrilənlərdən qat-qat artıqdır. Ancaq bir
kitaba sığmadığından Bərdənin layiqli оğul və qızlarının hamısını əks
еtdirə bilmədik.
Bərdə haqqında yazılmış şеirlərin bir qismi tоplanmış bölmə isə
«Könüllər vəsf еdir gözəl Bərdəni» adlanır.
Kitabı tərtib еdərkən yaradıcılıq məhsullarından istifadə еtdiyimiz
tədqiqatçı alimlərə və jurnalistlərə, şairlərə dönə-dönə təşəkkür еdirik.
Bərdəyə sоnsuz məhəbbətinə, tarixə еhtiramına, bərdəlilərə hörmətinə
görə hər bir qələm sahibi qarşısında minnətdarlıqla baş əyirəm. Bu
insanların adına kitabın hər səhifəsində rast gələcəksiniz. Bu üzdən ad-
larını çəkməyə еhtiyac duymadıq.
Əziz bərdəlilər və möhtərəm оxucular, böyük məhəbbətlə tərtib
оlunmuş bu kitab haqqında irad və rəylərinizi bildirməkdən çəkinməyin.
Bizim üçün ən dəyərli söz, fikir оxucu sözü, оxucu fikridir.
Sоnda kitabın çapına maddi və mənəvi kömək göstərən insanlara
hamımızın adından təşəkkür еdirəm.
6
BƏRDƏ RAYONUNUN İNZİBATİ ƏRAZİ VAHİDİ
Bərdə rayonu – Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Qarabağ düzündədir. Sahəsi 957 km
2
,
əh. 138,1 min nəfərdir. (01.01.2006). Mərkəzi Bərdə şəhəridir.
Rayona Bərdə şəhəri və Ərəblər, Güloğlular, Şorəlli, Qaraqo-
yunlu, Qaradağlı, Divanlı, Cəyirli, Gərənə, Şatırlı, Kürdborakı, Qa-
zaxlar, Nəzirli, Yeni Daşkənd, Mehdixanlı, Tağılar, Canavarlı, Qaya-
lı, Həsənqaya, Saatlı, Qəhrəmanlı, Mirzəcəfərli, Mollagüllər, Əyricə,
Yeni Əyricə, Kərimbəyli, Nəcəfqulubəyli, Mirzalıbəyli, Qaraməm-
mədli, Məmmədli, Mustafaağalı, Mollalı, Məşədiibişli, Lənbəran, Xə-
sili, Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkərlar, Otuz-
ikilər, Hacıəhmədli, Bayramlı, Xanərəb, Şərəfli, Qurdlar, Kətəlparaq,
Piyadalar, Şirvanlı, Dəymədağlı, Uğurbəyli, Qullar, Hüseynbəyli,
Xanxanımlı, Kələntərli, Darğalar, Əliyanlı, Muğanlı, Qasımbəyli,
Alaçadırlı, Alpout, Qarayusifli, Tumaslı, Lək, Arabaçılar, Hacılar,
Qaradırnaq, Qaratəpə, Mehdili, Qaradəmirçi, Türkmən, Həsənli, Kö-
bərkənd, Hacıbəyli, Çumalar, Təhlə, Çələbilər, Nifçi, Böyük Göyüş-
lü, Bala Göyüşlü, Soğanverdilər, Bəcirəvan, Zümürxaç, İmamqulu-
bəyli, Dilənçilər, Umudalılar, Cimcimli, Hacıalılı, Mirasəfli, Qaraha-
cı, Samuxlu, Vəliuşağı, Bala Qacar, Böyük Qacar, Körpüsındıran, Bi-
rinci Qaradəmirçi, İkinci Qaradəmirçi, Hüseynalılar, Xanagahlı, Mir-
zəxan-Qaraqoyunlu, Qafarlı, Hacılı, Əmirli, Şahvəlilər, Qazıqurdalı,
Yerli Ağalı, Bala Ərəblər kəndləri daxildir.
Rayonun ərazisi Qarabağ düzünün mərkəzi hissəsindədir. Sət-
hi az meylli və dalğalı düzənlikdən ibarətdir. Antropogen sisteminin
çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var. Rayonun
Muğanlı kəndində “Muğanlı suyu” adlanan müalicə əhəmiyyətli təbii
bulaq mövcuddur. İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq
keçir. Orta temperatur yanvarda 1,2-1,8
o
C, iyulda 25,6-26,5
o
C-dir.
İllik yağıntı 250-350 mm-dir. Rayon ərazisindən Tərtər və Xaçın çay-
ları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz –
çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və
yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi
sah. 7,3 min ha) var. Heyvanları: tülkü, canavar, çöldonuzu, boz dov-
şan, süleysin və s. Quşları: turac, qırqovul, qaz, ördək və s. R-n ərazi-
sində Bərdə yasaqlığı var.
Bərdə inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Burada əkin-
çilik və maldarlıq əsas yer tutur.
Rayonda “Qarabağ-Pambıq” ASC, “Yağ-Pendir” ASC, “Fərid”
inşaat firması, mini makaron fabriki və s. müəssisələr fəaliyyət göstə-
7
rir. 74 ümumtəhsil məktəbi, 32 məktəbəqədər və 5 məktəbdənkənar
tərbiyə müəssisəsi, 112 klub, rəsm qalereyası, tarix-diyarşünaslıq mu-
zeyi, 121 kitabxana, 17 xəstəxana, 18 feldşer-mama məntəqəsi, 2 dis-
panser, vərəm sanatoriyası var.
Rayonda Axsadanbaba türbəsi, Bərdə türbəsi, Güloğlular kən-
dində XVIII əsrə aid səkkizguşəli türbə və s. memarlıq abidələri mü-
hafizə olunur.
“Azərbaycan ensiklopediyası”,
Bakı, 2007
8
BƏRDƏ ŞƏHƏRİNİN TARİXİ ƏRAZİSİ,
TƏŞƏKKÜLÜ VƏ ADININ ETİMOLOGİYASI
Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azər-
baycan həm də ulu tarixə malik şəhərlər diyarıdır. Həmin şəhərlərdən biri
də vaxtilə ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi – paytaxtı olmuş
Bərdədir. Bərdə orta əsrlərdə Yaxın və Orta Şərqin nəhəng şəhərlərindən
olmuşdur.
Azərbaycanda qədim və orta əsr şəhərlərinin yaranması və əsas in-
kişaf xüsusiyyətləri, şəhərin quruluşu, ictimai həyatı, hərbi-strateji möv-
qeyi, inzibati-idarə üsulu, sənətkarlıq və ticarəti, mədəniyyəti, xarici əla-
qələri və şəhər həyatı ilə bağlı digər məsələlər tarix elmimiz üçün vacib,
habelə mühüm elmi axtarışlar tələb edən məsələlərdir.
Mənbələr, arxeoloji materiallar və etnoqrafik müşahidələr əsasın-
da aparılmış tədqiqat Bərdənin çoxəsrlik və zəngin tarixə malik olması
qənaətinə gəlməyə imkan verir. Cənubi Qafqazda, qədim və beynəlxalq
ticarət yollarının kəsişdiyi yerdə yaranaraq inkişaf etmiş Bərdə şəhəri
Azərbaycan xalqının iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oy-
namışdır. Bərdə orta əsrlərdə, mənbələrin dili ilə desək, “Arranın anası”
olmuşdur. Yeri gəlmişkən, ərəb mənbələrində indiki Cənubi Azərbaycan
“Azərbaycan”, Albaniya isə “Arran” adlandırılmışdır.
Bərdə şəhəri dünyanın ən qədim insan məskənlərindən olan Azıx
yaşayış məskəninə yaxın bir ərazidə – Kür və Tərtər çayları arasında sa-
lınmışdır.
Bərdə ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata yunan və
latın mənbələrində – Strabonun coğrafi təsvirində, Ptolomeyin “Coğrafiya
dərsliyi”ndə, Böyük Pliniyin “Təbiət tarixi”ndə rast gəlinir. Albaniyaya
aid həmin təbii-coğrafi təsvirlər, şərhlər qədim Bərdə ərazisinin təbii-
coğrafi şəraiti və eyni zamanda təbiətinin özünəməxsus xüsusiyyətləri
haqqında ümumi nəticə çıxarmağa imkan verir. Bu baxımdan Strabonun
“Coğrafiya” əsərindəki Albaniya ərazisinin etnonim, toponim, oronim və
hidronimlərinə aid məlumatlar böyük maraq doğurur.
I əsrdə yaşamış yunan alimi Strabon Kür çayı haqqında danışarkən
qeyd edir: “Çay suları daşarkən sahilləri daşlarla doldururdu”. Çox güman
ki, həmin fikir Kür çayının yuxarı axını boyuna aiddir. Arxeoloji qazıntı-
lar zamanı məlum olur ki, Bərdəyə yaxın ərazidə su selinin yuduğu yer-
lərdə yarğanlar əmələ gəlmiş və çay qumu təbəqələri əraziyə yayılmışdır.
Kür çayı sahilinin yaşayış üçün təbii cəhətdən tarixən daha əlve-
rişli olduğu məlumdur. O da məlumdur ki, Kür çayı daşarkən sahillərinin
subasması bir neçə kilometrə qədər çatırdı. Bəlkə də buna görə də Bərdə
şəhəri Kür çayının lap sahilində deyil, bir qədər aralıda salınmışdır. Bu