17
Bardiya-Zöhhak haqqında şərhlər verir, Bardiyanın (Qaumata) qiyamın-
dan xüsusi bəhs edir.
Bunlardan əlavə, tarixi ədəbiyyatda Makedoniyalı İsgəndərin Şər-
qə doğru yürüşləri ilə bağlı bəzi maraqlı faktlar da öz əksini tapır. Bar-
yaks adlı birisi makedoniyalıların hakimiyyətinə qarşı üsyan qaldırıb özü-
nü Parsa və Madanın çarı elan edir. Atropat öz gücü ilə Baryaksın üsyanı-
nı yatırır. Üsyançını əsir edib, makedoniyalılara verirlər. Baryaks Pasar-
qadda qətlə yetirilir.
Görünür Nizaminin “İsgəndərnamə” poemasındakı Bərdə hökm-
darı (Nüşabə) surəti də İsgəndərin müasiri olmuş Alban çarı haqqında an-
tik müəlliflərin verdikləri məlumatlara söykənir.
Skiflərin Şimali Azərbaycan ərazisində yayılması yeni tədqiqat-
larda çox mühüm yer tutur. Burada skif mədəniyyətinin izlərinin tarixi-
arxeoloji öyrənilməsi indiyə qədər qaranlıq qalan problemlərin həllinə
imkan verir.
Skiflər haqqında qiymətli tədqiqatlardan biri olan Azər Həsənovun
“Çar skiflər” adlı monoqrafiyasında qeyd edilir ki, “Skiflərin adı ən ilkin
olaraq Assuriya çarı Asarxaddonun yazılarında (e.ə. VII əsrin 70-ci illəri)
çəkilir”. Burada Assuriyaya qarşı mübarizə aparan skiflərin çarlarından
birinin adı Partatua olduğu bildirilir, Asarxaddonun diplomatiyaya əl ata-
raq qızını Partatuaya ərə verməklə skiflərlə ittifaq bağlamasından bəhs
edilir.
Tarixən bir tayfa ittifaqının da şəhər yaratmaq imkanı olduğundan
onlar “tayfa şəhərləri” hesab edilmiş, tayfanın və ya tayfa başçılarının bi-
rinin adı ilə adlandırılmışlar. Bərdə şəhərinin adı onun siyasi-inzibati hə-
yatında baş verən dəyişikliklərlə əlaqədar olaraq dəyişmiş, eləcə də başqa
xalqların dilindəki sözlərə uyğun şəkildə fonetik cəhətdən müxtəlif şə-
kildə ifadə edilmiş, sonuncu şəklini – Bərdə – saxlamışdır. Belə ki, bu ad
e.ə. VII əsrdən tarixə məlum olan Partatuadan götürülmüş, sonrakı dövr-
lərdə Partav, Bərdaa və nəhayət Bərdə şəklinə düşmüşdür.
Qasım Hacıyev,
tarix elmləri doktoru
18
19
21
22
AZƏRBAYCAN XALQININ ÜMUMMILLI LIDЕRI
HЕYDƏR ƏLIYЕV VƏ BƏRDƏ
Qarabağın Bərdə şəhəri qədim tarixə, zəngin ənənəyə malikdir.
Heydər Əliyev
Bəşər tarixinin ən məşhur simalarından biri, Azərbaycanın dahi
oğlu, ümummilli liderimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə qə-
dim Bərdəyə və bərdəlilərə xüsusi diqqət və qayğı göstərmişdir. Azərbay-
cana rəhbərlik etdiyi dövrdə 14 dəfə Bərdədə olmuş, Bərdənin inkişafına
ağıllı nəsihətləri, uzaqgörən məsləhətləri ilə təkan vermiş, bərdəlilərin
qəlbində əbədi məhəbbət yuvası salmışdır.
Heydər Əliyevin Bərdə səfərləri
28 may 1974-cü il 05 sentyabr 1980-ci il
12 avqust 1975-ci il 02 oktyabr 1980-ci il
07 oktyabr 1976-cı il 04 sentyabr 1981-ci il
03 sentyabr 1977-ci il 03 sentyabr 1982-ci il
26 avqust 1978-ci il 26 iyul 1993-cü il
03 oktyabr 1978-ci il 10 aprel 1994-cü il
11 sentyabr 1979-cu il
08 oktyabr 1998-ci il
Heydər Əliyevin Bərdədə keçirdiyi görüşlər zamanı
söylədiyi nitqlərdən
Heydər Əliyevin Bərdəyə ilk səfəri 1974-cü ilin may ayına təsadüf
edir. Böyük rəhbər səfəri zamanı rayonun təsərrüfatlarında olmuş, demək
olar bütün sahələrdə qarşıya qoyulmuş vəzifələrin icrası ilə maraqlanmış-
dır. Sadə adamlarla görüşlər onda zəngin təəssürat yaratmışdır.
İlk gəlişində Heydər Əliyev rayon partiya və təsərrüfat fəallarının
yığıncağını keçirtmiş və toplantıda nitq söyləmişdir:
– Bizim pambıq rayonlarına çıxmağımız və zona müşavirələri ke-
çirməyimizdə məqsəd ondan ibarətdir ki, rayonlarda partiya sovet orqan-
larının apardıqları təşkilatçılıq işlərinin vəziyyətini yoxlayıb, təhlil edək.
Bu, çox vacibdir. Axı son illər respublika kənd təsərrüfatı məhsulları is-
tehsalını artırmaq sahəsində bir çox nailiyyətlər əldə etmiş, keçici qırmızı
bayraqlar almışdır. Lakin bütün bunlarla yanaşı bizim işimizdə nöqsanlar
23
və həll edilməmiş problemlər də vardır. İlin əvvəlində işimizi təhlil etmiş,
gələcəkdə kənd təsərrüfatını inkişaf etdirməyin yollarını müəyyən etmişik.
Respublikanın iri rayonlarından olan Bərdənin vəzifəsi daha ağır,
daha ciddidir. Son zamanlar Mərkəzi Komitə Bərdə rayonuna böyük qay-
ğı göstərir. Lakin hər il rayon pambıqçılıq sahəsində öhdəlik götürür, onu
yerinə yetirmir. Bu da bizdə inamsızlıq yaradır. Öhdəliklərin yerinə yeti-
rilməməsinin səbəbi isə təşkilatçılıq işinin aşağı səviyyədə olmasıdır. Bər-
də zəhmətkeşləri işgüzardırlar, ancaq adamları işlətmək, onlardan tələb
etmək lazımdır.
İndi pambığın becərilməsi vəziyyəti yaxşıdır. Əgər arxayınçılığa
yol verməsəniz, əlbəttə siz bütün öhdəliklərinizin yerinə yetirilməsinə nail
olarsınız.
“Kommunizm yolu” qəzeti,
28 may 1974-cü il
BƏRDƏLİLƏRİN YENİ ÖHDƏLİYİ:
Dövlətə 53 min ton pambıq verəcəyik
Bərdə pambıqçıları onuncu beşilliyin ilk ilində görkəmli əmək
qələbəsi qazanmışlar. Ölkəyə 50 min tondan çox ağ qızıl verilmiş, qəbul
olunmuş əlavə öhdəliklər artıqlamasıyla yerinə yetirilmişdir. Bu qələbəyə
həsr olunmuş rayon zəhmətkeşləri fəallarının yığıncağı keçirilmiş, yığın-
cağın işində Azərbaycan KP MK-nın birinci katibi H.Ə.Əliyev iştirak
edərək nitq söyləmişdir:
– Bu gün Bərdədə böyük bayramdır. Çünki rayonun zəhmətkeşləri
partiyamızın XXV qurultayının qərarlarını həyata keçirmək uğrunda so-
sializm yarışını genişləndirərək nəinki rayonun tarixində, habelə respubli-
kanın rayonları arasında ilk dəfə olaraq dövlətə 50 000 ton məhsul satmış
və öz əlavə öhdəliklərini layiqincə yerinə yetirmişlər. Bu böyük qələbə
münasibətilə sizi, rayonun bütün əməkçilərini Azərbaycan KP MK, Azər-
baycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Respublika Hökuməti adın-
dan səmimi qəlbdən təbrik edir, sizin hamınıza xoşbəxtlik və səadət arzu-
layıram.
Pambıqçılıq iqtisadiyyatımızda mühüm rol oynayır. Son zamanlar
həqiqətən pambıqçılıqda böyük dönüş yaranmışdır. Pambıq özü mürək-
kəb bitkidir və Azərbaycan şəraitində çətin başa gəlir. Bizim şəraitdə bol
məhsul yetişdirmək əsl hünər tələb edir. Respublikamızda pambıqçılığın
inkişaf etdirilməsində Bərdə rayonunun rolu böyükdür. Rayonun zəhmət-
Dostları ilə paylaş: |