15
deyil, başqa xalqa mənsub olduğunu qeyd edir. M.S.Ordubadi ərəb mən-
bələrinə əsaslanaraq “Bərdə” toponimi haqqında “dustaqların saxlandığı
həbsxana”, “dustaq düşərgəsi” fikrinə tərəfdar çıxır. Q.Melikişvili Bərdə
ilə e.ə. VIII əsrdə Mannada olan “Parda” arasında əlaqə olduğunu göstə-
rir. M.Minorski şəhərin adının “palan” mənası verdiyini hesab edir, lakin
bunu heç cür şərh etmir. A.Məmmədov Bərdə şəhərinin adını Firuz, Pe-
roz, Barda, Partav və Bərdə kimi qeyd edir. R.Yüzbaşov “Bərdə” toponi-
mini tayfa adı kimi qəbul edir. T.Səlimov “Bərdə”nin farsdilli söz olub,
“qız şəhəri” mənası verdiyini yazır. N.Nəbiyev isə V.Sısoyevin fikri ilə
razılaşdığını bildirir. A.Axundov göstərir ki, Bərdə türk mənşəli “berdi”
sözündən olub, “qab,piyalə,kuzə” mənasını verən toponimdir. E.Əzizova
görə, Bərdə “Berdi” sözü olub, “ensiz çay, qol, tel” mənasındadır. Q.Qey-
bullayev “Bərdə” toponiminin Urmiya gölü sahilindəki Parda şəhərinin
adı ilə əlaqədar olduğunu qeyd edir. T.Rəsuloğlu (Əliyev) “Bərdə” adının
Əhəməni hökmdarı Kirin oğlanlarından birinin adı ilə – Bisütun qayala-
rında yazılmış “Bardiya” ilə əlaqədar olduğunu bildirir.
Qeyd etmək lazımdır ki, son dövrlərdə yaşayış məskəni adlarını
tayfa adları ilə izah etməyə maraq artmışdır. Bu, ilk növbədə bir vaxtlar
müəyyən təsirlərə, tarixi təhriflərə məruz qalmış həqiqətlərin bərpası kimi
qəbul edilir. Bu, çox təqdirəlayiq haldır. Lakin unutmaq olmaz ki, heç bir
elmi mülahizə tarixi həqiqətləri kölgədə qoymamalıdır. Faktsız, elmi
cəhətdən əsaslandırılmamış, tələsik fikirlər söyləməkdənsə, susmaq daha
dürüstdür.
Qaynaqlarda və tədqiqat əsərlərində sakların e.ə. VIII–VII əsrlərdə
Azərbaycana gəlməsi və Kür–Araz ovalığında yerləşməsi barədə məlumat
verilir. Bildirilir ki, saklar indiki Bərdə şəhərindən Qafqaz dağlarına qədər
böyük bir ərazini tutmuşdular. Həmin sak tayfaları içərisində “bərdor” ad-
lı tayfanın mövcud olduğundan bəhs edilir. Bərdənin adına və onun eti-
mologiyasına bu nöqteyi-nəzərdən yanaşmalar da vardır. Ə.Haqverdiyev
Bərdənin adının eradan əvvəl Cənubi Qafqaza gəlmiş saklar içərisindəki
bərdorların adından götürüldüyünü yazır.
Məhərrəm Bayar göstərir ki, “saklar (albanlar, sakasenlər, gögə-
rənlər, taoklar, phasianlar, pakturlar və konduklar) türkmən uluslarından-
dır”.
M.Bayara görə, sak (iskit) türklərinə assuriyalılar “aşkuzan\işku-
za”, yəhudilər Tövratda “aşkenaz”, yunanlar “skcuthe”, farslar “saki”,
hindlilər “sakya” deyirdilər”.
A.Zəki Vəlidi Toğan apardığı araşdırmalarda G.Nemet, Qutşmidt,
O.Franke, N.Aristov, Edvard, Meyer, Mortmann kimi görkəmli türkoloq-
ların sakların türk olduğunu qəbul etdiklərini bildirir.
Herodotun yazdığına görə, Qaqunun oğlu Parati Anadolunu, Fə-
ləstini, Suriyanl almış və e.ə. 634-cü ildə Misirə hücum etmişdi. Strabona
16
görə, Qaqu və Gögün (Assuriya mənbələrində Lu kimi də adı çəkilir) rəh-
bərliyi ilə saklar Arandan cənuba yenərək Xram suyu və yuxarı Kür boy-
larını da tutmuşdular.
Saklar Xəzər dənizinin şimalından keçərək Qafqazı almışdılar.
İndiki Qarabağ bölgəsində binələyən sak (iskit) kraliçası Tomris e.ə. 529-cu
ildə Xəzər dənizinin cənubunda İran hökmdarı Kuruşu məğlubiyyətə uğ-
ratmışdı.
Bərdə şəhərinin tarixi ədəbiyyatda məlum olan adları və qədim
dövrdə adlandırıldığı gümanları nəzərdə tutaraq apardığımız araşdırmalar
müəyyən nəticələr çıxarmağa imkan verir. Belə ki, e.ə. VIII əsrdə Zikertu
vilayətinin indiki Mianə-Ərdəbil bölgəsində yerləşdiyi bildirilir və vilayə-
tin paytaxt şəhərinin Parda (bu ad sonrakı Bərdə şəhərinin adı ilə səsləşir)
olduğu qeyd edilir. Göstərilir ki, İşquz vilayəti Marağa ətrafı torpaqlarda
yerləşirdi. Ondan quzeyə doğru Urmu gölünün gündoğan tərəfində Subi
və Bari adlanan daha iki qonşu vilayət vardı; yaxşı möhkəmləndirilmiş
Tarui və Tarmakisa (indiki Təbriz) adlı zəngin qalalar Bari vilayətində
idilər. Onun gündoğan səmtində indiki Qarabağ bölgəsində Puluadı vila-
yətinin paytaxtı Libliuni şəhəri (hazırki Varsağan inzibati mərkəzi yaxın-
lığında) yerləşirdi. Tarixi mənbələrə əsaslanan ədəbiyyatda göstərilir ki,
“I Rusa ilə savaşı tezləşdirmək üçün Sarqon Zikertuya yollandı. O, Man-
nada Urartupərəst müxalifət ocaqlarını dağıtmaq istəyirdi. O, İştaraura
çayını keçib Parda şəhərində oturan Metatti üzərinə gəldi. Çünki, sonuncu
öz hərbi qüvvələrini kömək üçün I Rusanın sərəncamına göndərmişdi”.
Manna hökmdarı ilə müqavilə üzrə Assur çarı Urartudan alıb Assuriyaya
qatdığı iyirmi iki qalanı, üstəlik bərkidilmiş Uşkaya və Parda şəhərlərini
Mannaya qaytarmalı oldu. E.ə. 674-cü ildə Manna hökmdarı Ahşeri
“mannalıların ölkəsindəki vilayətdə” gəlib məskunlaşan iskitlərlə Assuri-
yaya qarşı ittifaqa girdi. Bu ittifaqa midiyalılar da qoşuldu. Öz yürüşləri
ilə Ön Asiyanı qorxu içində saxlayan iskitlər ilə müqavilə bağladı. Hasa-
raddon o ittifaqı pozmağa maraq göstərdi. Təxminən 672-ci ildə “işqus
(iskit) ölkəsinin çarı” Partatua ilə yaxınlaşıb danışığa başladı. Herodota
görə, skif-sakların bir başçısının adı Prototiy (Assur mənbələrində Parta-
tua) idi. Partatua adını qədim fars dilindəki tava “güc”, “qüvvət” (“tab”
sözü də buradandır) sözü ilə bağlayır və onun “Avesta” dilindəki Partava
– “döyüş”, “vuruşma” sözü ilə əlaqələndirirlər.
M.N.Poqrebova yazır: “Hesab edirlər ki, Partatua (Partatua da “İş-
quzlar ölkəsinin çarı” adlandırılır) Prototiy formasında Herodotda skif ça-
rı Madyanın atası kimi xatırlanır”.
İqrar Əliyev “Midiya tarixi”ndə Bardiya haqqında ətraflı məlumat
verir. Həmin Bardiyanın Bərdə ilə nə dərəcədə əlaqəsi olmasını müəyyən-
ləşdirməyə də maraq yaranır.
Məmmədtağı Zöhtabi “İran türklərinin əski tarixi”ndə Qaumat-