29
yonlardan 5 min nəfərdən çox seçici gəlmişdir. Bərdə rayonunun mədə-
niyyət işçiləri, yuxarı sinif şagirdləri, ziyalılar, ağsaqqallar, əmək qabaq-
cılları, təsərrüfat rəhbərləri də çox hörmətli namizədi qarşılamağa çıxmış-
dılar.
Tədbirin bütün detallarına Rayon İcra Hakimiyyətinin başçısı El-
man Allahverdiyev cənabları şəxsən başçılıq edirdi. Burada böyük qələ-
bəlik, bayram əhval-ruhiyyəsi hökm sürürdü. Xalq öz namizədini böyük
təntənə ilə qarşılayırdı. Elə bu qarşılanma mərasiminin özü rayon seçicilə-
rinin, ümumiyyətlə Qarabağ bölgəsi əhalisinin yekdilliklə kimi prezident
seçəcəyindən xəbər verirdi.
Budur, maşın karvanı Bərdənin giriş qapısına yaxınlaşır. Əhalinin
“Heydər-xalq” səsləri, alqışları ətrafa yayılır. Prezidentliyə namizədə gül
dəstələri təqdim olunur. Məktəblilər onun şəninə şeirlər, mahnılar söylə-
yirlər. Ulu sazın, qara zurnanın səsi asimana bülənd olur. H.Əliyev cənab-
larının ayaqları altında ona dərin hörmət əlaməti olaraq çoxsaylı qurbanlar
kəsilir. Namizəd ictimaiyyət nümayəndələrini böyük minnətdarlıqla sa-
lamlayıb, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı cənab E.Allahverdi-
yevlə, Ağcabədi, Laçın, Kəlbəcər, Tərtər və başqa rayonların rəhbərləri,
sıravi əmək adamları ilə görüşüb rayon mərkəzinə yola düşür.
...Rayon mədəniyyət sarayının qarşısında bu vaxta qədər görünmə-
miş bir izdiham hökm sürür. Burada Bərdənin və ətraf rayonların çoxmin-
li əhalisi Heydər Əliyev cənablarını hərarətlə qarşılayırlar. Yığıncağı Bər-
də şəhər 6 saylı orta məktəbin direktoru Nizami Quliyev açaraq prezident-
liyə namizədin həyat yolundan, onun platformasından müəyyən məqam-
ları seçicilərə çatdırır. Sürəkli alqışlar uzun müddət səngimək bilmir.
Heydər Əliyev cənabları mikrafona yaxınlaşıb seçicilərə öz ürək
sözlərini, onların etimadını doğrultmaq üçün var qüvvəsini sərf edəcəyini,
Bərdə və onun əhalisi haqqında arzularını bildirir.
Çıxış edənlər 11 oktyabrda xalqın ən ləyaqətli övladına səs verə-
cəklərini H. Əliyev cənablarına çatdırırlar.
Respublika prezidentliyinə namizəd N saylı hərbi korpusda da se-
çicilər, əsgərlər və zabitlər qarşısında çıxış edib onlarla səmimi görüşdük-
dən sonra “Qızıl Ay” çadır şəhərciyinə gedir. Köçkünlər burada onu bö-
yük istiqanlılıq, hərarət və mehribanlıqla qarşılayıb, ayaqları altında qur-
banlar kəsirlər. Yalnız Heydər Əliyevə səs verəcəklərini dönə-dönə bildi-
rirlər. H.Əliyev cənabları isə çadır şəhərciyi əhalisinə söz verir ki, onların
öz doğma ocaqlarına qayıtması üçün var qüvvəsini sərf edəcəkdir.
Görüş başa çatır. Bu görüşdən alınan təəssürat isə hələ uzun müd-
dət rayon əhalisini tərk etməyəcəkdir.
“Bərdə” qəzeti,
10 oktyabr 1998-ci il
36
BƏRDƏDƏ OLİMPİYA İDMAN KOMPLEKSİNİN
AÇILIŞ MƏRASİMİ
Azərbaycanın baş naziri İlham Əliyev mərasimdə
iştirak etmişdir
Oktyabrın 7-də Bərdə şəhərində Olimpiya idman kompleksinin
təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev mərasimdə
iştirak etmişdir.
Tikintisi başa çatdırılmış Bərdə Olimpiya İdman Kompleksinin
qarşısında toplaşmış on minlərlə insan Baş nazir İlham Əliyevi böyük
səmimiyyətlə və hərarətlə qarşıladılar. Onların əllərində respublikamızın
dövlət bayraqları, Prezident Heydər Əliyevin və Baş nazir İlham Əliyevin
portretləri və transparantlar var idi.
Mərasimi giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Elman
Allahverdiyev açdı.
AZƏRBAYCANIN BAŞ NAZİRİ
İLHAM ƏLİYEVİN ÇIXIŞI
“Əziz bərdəlilər! Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl, yeni Olim-
piya idman kompleksinin açılışı münasibətilə səmimi qəlbdən təbrik edi-
rəm. Gün gələcək, Azərbaycanın işğal altında olan torpaqları azad edilə-
cək və Milli Olimpiya Komitəsinin prezidenti kimi mən sizə söz verirəm
ki, hər bir işğaldan azad olunan rayonda buna bənzər olimpiya kompleks-
ləri tikiləcəkdir. Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarımı-
zın beynəlxalq yarışlarda göstərdiyi nəticələr bizim hamımızı çox sevindi-
rir. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər bey-
nəlxalq yarışlarda idmançılarımız doğma Vətənimizi ləyaqətlə təmsil
edirlər. Ölkəyə medallar gətirirlər. Son 6 il ərzində beynəlxalq yarışlardan
idmançılarımız Vətənə mindən çox medal gətiriblər. Bu onu göstərir ki,
Azərbaycanda idman sahəsində çox güclü potensial yaranıbdır. Azərbay-
canın, demək olar ki, bütün idman federasiyaları öz fəaliyyətlərini yüksək
səviyyədə qura biliblər. İdmançılarımız bütün beynəlxalq yarışlarda işti-
rak edir, qələbə qazanır və hər dəfə qələbə qazanılanda Azərbaycanın mil-
li bayrağı qaldırılır, Azərbaycanın dövlət himni səslənir. Ən böyük müka-
fat məhz bunlardır. Bütün Azərbaycan xalqı çox böyük qürur hissi ilə id-
mançılarımızın qələbələrini alqışlayır, qarşılayır. Amma təəssüflər olsun,