37
elələri də var ki, onlar nəinki sevinmir, hətta peşman olurlar. Bunlar kim-
dir? Bizim müxalifət. Nəyə görə? Çünki onlar hesab edirlər ki, bir halda
ki, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir, bu qələbələr
əlavə siyasi kapital verəcəkdir.
Buna görə onlar bütün çıxışlarında, qəzetlərində gedən yazılarda
idmançılarımıza, idmanla məşğul olanlara, idmana rəhbərlik edən şəxslərə
böhtanlar atırlar. Bu, bir daha göstərir ki, onların maraqları Azərbaycan
xalqının maraqları ilə üst-üstə düşmür.
Amma bütün bunlara baxmayaraq, biz onlara fikir vermirik. Bizim
məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək.
Azərbaycanın hər sahəsi inkişaf etsin, o cümlədən idman da. Əlbəttə ki,
bunu əldə etmək, idmanla məşğul olmaq üçün, ilk növbədə, gözəl şərait
yaradılmalıdır və biz bu şəraiti yaradırıq. Bu gün burada açılan, bütün
müasir standartlara cavab verən Olimpiya kompleksi bunu bir daha təs-
diqləyir. Mən çox istərdim ki, bu kompleksdən səmərəli istifadə olunsun.
Uşaqlar, gənclər, yeniyetmələr, idmançılar buraya gəlib idman bölmələ-
rində məşğul olsunlar. Bu, onları fiziki cəhətdən, eyni zamanda, mənəvi
cəhətdən də sağlam edəcəkdir. Beləliklə, Azərbaycanda idmanla məşğul
olmaq kütləvi xarakter alacaqdır. Bu, artıq baş verir. Azərbaycanın müx-
təlif bölgələrində buna oxşar idman kompleksləri tikilib, istifadəyə veri-
libdir. Biz bu proqramı başlayanda istəyirdik ki, bu komplekslərdən biri
də Qarabağ torpağında tikilsin. Mən çox xoşbəxtəm ki, biz bunu etmişik
və bu gün sizinlə birlikdə onun açılışına toplaşmışıq.
Bərdə Azərbaycanın dilbər guşəsidir. Hər bir azərbaycanlı üçün
doğma yerdir, doğma məkandır. Bərdə çox inkişaf edib, gözəlləşir, abad-
laşır. Siz bilirsiniz ki, möhtərəm cənab Prezident keçmişdə, 1970-ci illər-
də də, ondan sonrakı dövrlərdə də mütəmadi qaydada Bərdəyə gəlmiş,
bərdəlilərlə ünsiyyətdə olmuş, Bərdəyə və Bərdə camaatına daim diqqət
göstərmişdir. Mən sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz Bər-
dəyə daim diqqət göstərəcəyik, hörmət göstərəcəyik, birlikdə Azərbaycanı
inkişaf etdirəcəyik.
Mən bərdəlilərə bir də ona görə öz minnətdarlığımı bildirmək istə-
yirəm ki, onlar çətin vəziyyətə düşən, öz ata-baba yurdlarından didərgin
salınan qaçqınlara, məcburi köçkünlərə çox mehriban münasibət göstərir-
lər. Onlar üçün hər bir şərait yaratmağa çalışırlar. Baxmayaraq ki, onların
özlərinin də imkanları məhduddur. Amma o qaçqınlara və məcburi köç-
künlərə göstərilən diqqət və qayğı təqdirəlayiqdir. Mən əminəm ki, bun-
dan sonra da belə olacaqdır.
Ancaq eyni zamanda, bizim məqsədimiz bundan ibarətdir ki,
Azərbaycanda Ermənistanın işğalı nəticəsində öz torpaqlarını itirmiş in-
sanlar üçün yeni qəsəbələr, yeni şəhərciklər tikilsin. Bu istiqamətdə işlər
görülür. Bildiyiniz kimi, Biləsuvar rayonunda çadır düşərgələrində məs-
38
kunlaşmış insanlar üçün möhtərəm cənab Prezidentin fərmanları ilə yeni
qəsəbələr salınıbdır. Bu yaxınlarda mən orada olarkən qəsəbənin açılışın-
da iştirak etdim. 2600 ailə yeni, müasir evlərə köçürülübdür. Ondan əvvəl
orada çadır düşərgəsində məskunlaşmış Füzuli qaçqınları da yeni tikilmiş
evlərə köçürülmüşlər. Mən bilirəm ki, Bərdədə üç çadır düşərgəsi vardır.
Bunlarda təxminən 3 min ailə, 12 min insan yaşayır. Bizim məqsədimiz
bundan ibarətdir ki, o çadır düşərgələrini də ləğv edək və əvəzində müasir
evlər tikək. Mən sizə söz verirəm ki, bu, belə də olacaqdır. Bir dənə də
çadır düşərgəsi qalmayacaq, orada yaşayan qaçqınlar və məcburi köçkün-
lər yeni, müasir evlərə köçürüləcəklər.
Bütün bu tədbirləri görmək üçün əlbəttə ki, Azərbaycanda gərək
iqtisadiyyat güclü olsun. Bu istiqamətdə Heydər Əliyev tərəfindən keçiri-
lən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycan iqtisadi cə-
hətdən güclənir, ayağa qalxır, ölkədə çox güclü iqtisadi potensial yaran-
mışdır. Bu, ona görə baş verir ki, Azərbaycanda islahatlar keçirilir. Aqrar
islahat nəticəsində torpaq kəndlilərin mülkiyyətinə verilibdir. Kənd təsər-
rüfatı ilə məşğul olan adamlar məndən yaxşı bilirlər ki, bu, nə qədər bö-
yük xeyir gətirir. Azərbaycanda özəlləşdirmə prosesi həyata keçirilir və
on minlərlə sahibkarlar yaranıbdır. Onlar da öz tərəfindən Azərbaycanın
iqtisadiyyatını gücləndirirlər. Sizə deyə bilərəm ki, indi Azərbaycanın iq-
tisadiyyatını özəl sektor daha fəal formalaşdırır. Ümumi daxili məhsulun
75 faizi özəl sektorun payına düşür. Bu, çox gözəl nəticədir və Azərbay-
canda iqtisadi islahatların çox uğurla aparıldığını göstərir. Bizimlə əmək-
daşlıq edən dünyanın aparıcı maliyyə qurumları da bunu qiymətləndirir,
təsdiq edirlər.
Azərbaycanda Heydər Əliyevin neft strategiyası həyata keçirilir.
Bunun nəticəsində Azərbaycanın nefti dünya bazarlarına çatdırılır. Neft
kəmərləri tikilibdir. Hazırda əsas ixrac neft kəməri - Bakı-Tbilisi - Cey-
han kəməri tikilir və demək olar ki, işlərin xeyli hissəsi görülüb və inşal-
lah, yaxın gələcəkdə onun açılışında iştirak edəcəyik. Bu, bizə imkan ve-
rəcək ki, Azərbaycan iqtisadi cəhətdən daha da güclənsin, zənginləşsin.
Bilirsiniz ki, Azərbaycanda Dövlət Neft Fondu yaradılıbdır. Bu, o
məqsədlə yaradılıb ki, neftdən əldə olunan gəlirlər bir yerdə, şəffaf şəkil-
də saxlansın və ilk növbədə, sosial problemlərin həllinə xərclənsin. Məhz
belə də edilir. Biləsuvarda məcburi köçkünlər üçün qəsəbə məhz Neft
Fondunun vəsaiti hesabına tikilibdir. Burada, Bərdədə, Ağdamda, işğal-
dan azad olunan digər ərazilərdə yaxın gələcəkdə məcburi köçkünlər üçün
yeni qəsəbələr də Neft Fondunun vəsaiti hesabına tikiləcəkdir. Budur,
Heydər Əliyevin neft strategiyası, budur, Heydər Əliyevin neft strategiya-
sının təntənəsi!
Amma sizə deyə bilərəm ki, bu strategiya Azərbaycan xalqının bö-
yük əksəriyyətinin dəstəyinə arxalanıbdır. Eyni zamanda, xatırlatmaq istə-