BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə12/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   8   9   10   11   12   13   14   15   ...   155

 

39

yirəm ki, bu məsələlər 1994, 1995-ci illərdə, hətta 1996-cı ildə Milli Məc-

lisdə müzakirə ediləndə, indi sizdən səs istəyən, Azərbaycanı dağıdan, 

böhrana salan, sonra qorxaqcasına qaçıb gizlənən müxalifət tərəfindən 

çox böyük etiraza səbəb olmuşdu. Mənim yadımdadır, – o vaxt da Milli 

Məclisin deputatı idim, – "Şahdəniz" layihəsi orada müzakirə olunanda, 

indi sizdən  əbəs yerə  səs istəyən Etibar Məmmədov hətta öz dəstəsi ilə 

Milli Məclisin iclasını tərk etmişdi. Nəyə görə bunu etmişdi? Çünki o bi-

lirdi, Azərbaycanda vətəndaş müharibəsini başlayan, qardaş qanını tökən 

İsa Qəmbərov da yaxşı bilirdi ki, əgər neft sektorunda Heydər  Əliyevin 

planlarında, proqramında nəzərdə tutulan tədbirlərin görülməsi mümkün 

olacaqsa, onda əlbəttə ki, Azərbaycan zəngin dövlətə çevriləcəkdir. Bu 

gün əldə olunan bütün nəticələri biz o vaxt görürdük. Müxalifət də, – bax-

mayaraq ki, bu sahədə çox da böyük biliyə malik deyillər, amma o qədər 

də ağılsız deyillər, – bilirdi ki, bu tədbirlər Azərbaycana yaxın gələcəkdə 

böyük faydalar verəcəkdir. Onlar bunu istəmirdilər. Mən bunu demişəm, 

bir daha deyəcəyəm. Azərbaycanın iqtisadi inkişafını dünyada iki qüvvə 

istəmir – biri Ermənistan, biri də Azərbaycan müxalifəti.  

Ermənistan ona görə istəmir ki, başa düşür – bu layihələr həyata 

keçəndən sonra Azərbaycan iqtisadi cəhətdən güclənəcək, zəngin, qüdrətli 

dövlətə çevriləcəkdir. Bu da öz növbəsində bizə imkanlar yaradacaq ki, 

Dağlıq Qarabağ məsələsini öz xeyrimizə, yəni ədalətli şəkildə, bütün bey-

nəlxalq hüquq normalarına əsaslanaraq həll edək.  

Müxalifət bunu istəmir ona görə ki, çünki başa düşür, əgər bütün 

nəzərdə tutulan məsələlər öz həllini taparsa, Azərbaycan xalqı daha yaxşı, 

daha da zəngin yaşayacaq və o vaxt nəinki onlara səs verməyəcək, heç 

onların üzünə də baxmayacaqdır. Bu məsələdə ermənilərin və müxalifətin 

maraqları üst-üstə düşür. Amma qoy onlar özlərini yormasınlar. Azərbay-

can qüdrətli dövlətdir, öz siyasətini aparır. Azərbaycan Heydər  Əliyevin 

siyasətini dəstəkləyir, bundan sonra dəstəkləyəcək və mən də bütün xalqı-

mızla birlikdə bu siyasəti davam etdirəcəyəm.  

Biz Ermənistanla Azərbaycan arasında olan münaqişəni sülh yolu 

ilə  həll etmək istəyirik. Bu məqsədlə danışıqlar aparılır. Düzdür, hələlik 

danışıqların heç bir nəticəsi yoxdur. Bu məsələyə kömək göstərmək funk-

siyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, təəssüflər olsun ki, 

çox zəif fəaliyyət göstərir və onun fəaliyyəti bizi qane etmir. Bütün bunla-

ra baxmayaraq, biz xoş niyyət göstərərək, hələlik yenə də danışıqlar pro-

sesindən imtina etmirik. Çünki ümidvarıq ki, beynəlxalq ictimaiyyət, nə-

hayət, Ermənistanı məcbur edəcək ki, o, işğal olunan torpaqlardan çəkil-

sin. Eyni zamanda, Azərbaycan bu istiqamətdə bütün beynəlxalq təşkilat-

larda öz fəaliyyətini gücləndirib və BMT-nin də məlum qətnamələri var. 

Bu yaxınlarda Avropa Şurası bu məsələdə çox düzgün, ədalətli mövqe nü-

mayiş etdirmişdir.  Əlbəttə ki, bu, ilk növbədə Azərbaycan nümayəndə 



 

40

heyətinin fəaliyyətinin nəticəsində baş veribdir. Biz çox şadıq ki, Avropa 

Şurasının deputatları  qəbul olunan sənədlərdə Ermənistanı  işğalçı dövlət 

kimi tanıyıblar. Biz hesab edirik ki,bütün bunlar gələcək danışıqlar pro-

sesinə müsbət təsir göstərməlidir və göstərəcəkdir. Mən  əminəm ki, biz 

məsələnin həllinə sülh yolu ilə nail ola bilərik. Amma, mən dəfələrlə de-

mişəm və bir daha burada qeyd etmək istəyirəm ki, bizim səbrimiz də tü-

kənməz deyil. Əgər biz görsək ki, bütün bu danışıqlar, sadəcə olaraq, for-

mal xarakter daşıyır və heç bir nəticəsi yoxdur, onda Azərbaycan xalqının 

tam haqqı var ki, nəyin bahasına olursa-olsun, öz torpaqlarını azad etsin.  

Azərbaycanda gedən və bundan sonra da gedəcək iqtisadi inkişaf 

bizə imkan verəcək ki, həm iqtisadi cəhətdən möhkəmlənək, həm də ordu 

quruculuğuna daha böyük diqqət göstərək.  

Azərbaycanın sosial problemlərini də uğurla həll edək. İnsanların 

həyat səviyyəsini qaldıraq. Bu proses də davam edir və cənab Prezidentin 

son sərəncamları ilə məhz Neft Fondunun hesabına səhiyyə, təhsil, mədə-

niyyət işçilərinin maaşları, pensiyalar artırılıb və bu proses bundan sonra 

da davam edəcəkdir.  

Azərbaycanın bütün bölgələrində, o cümlədən Bərdədə də elektrik 

enerjisi və qaz təminatı yaxşılaşır. Düzdür, bütün rayon əhalisinə qazın 

verilməsi hələlik mümkün deyil, buna imkanımıız çatmır. Amma böyük 

sayda abunəçiyə qazın verilməsi bərpa olunubdur. Mən istəyirəm siz bilə-

siniz ki, bu məqsədlər üçün Azərbaycan dövləti Rusiyadan alınan qazın 

haqqının ödənilməsinə  hər il 200 milyon dollardan çox vəsait xərcləyir. 

Bu, bir daha onu göstərir ki, Azərbaycanda sosial məsələlərin həllinə bö-

yük diqqət yetirilir və bundan sonra da yetiriləcəkdir. Mən böyük məmnu-

niyyətlə onu da deyə bilərəm ki, alınan məlumatlara görə, son vaxtlar 

Bərdə  şəhərində böyük abadlıq, quruculuq işləri aparılıbdır, yeni yollar 

salınıbdır, yeni məktəblər tikilibdir. İnsanlara qayğı çox artıbdır. Bu, se-

vindirici haldır və mən çox istərdim ki, bu qayğı, diqqət bundan sonra da 

artsın. Azərbaycan xalqı buna layiqdir. Azərbaycan xalqı qəhrəman xalq-

dır. Azərbaycan xalqı, o cümlədən Bərdə camaatı daim Heydər Əliyevin si-

yasətini dəstəkləyib və mən əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.  

Bu gün qədim Bərdədə, hər bir azərbaycanlı üçün doğma olan Qa-

rabağ torpağında gözəl Olimpiya kompleksi açılır. Milli Olimpiya Komi-

təsinin prezidenti kimi mən bu gün çox xoşbəxt günümü keçirirəm. Mən 

inanıram və əminəm ki, burada məşğul olan uşaqlar, gənclər öz sağlam-

lıqlarını möhkəmləndirəcəklər. Amma bütün bu görülən işlərlə yanaşı, 

istəyirəm sizə bildirəm, qərara gəldim ki, bu komplekslə yanaşı, burada 

gözəl bir üzgüçülük hovuzu da tikək. Milli Olimpiya Komitəsi bunu edə-

cəkdir. Çünki bilirsiniz, biz bu kompleksləri tikməyə başlayanda üzgüçü-

lük hovuzları nəzərdə tutulmamışdır. Amma əlbəttə, həyat bir yerdə dur-

mur, daim inkişaf edir və başqa rayonlarda tikilən bəzi komplekslərlə ya-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə