BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə58/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   54   55   56   57   58   59   60   61   ...   155

 

217

Sirdaş olub arzulara

Aylar gəlir, illər gəlir. 

Sinə gərib o kürsüyə 

Alnı açıq Rüstəm əmi, 

Salamlayır igidləri 

Qədirbilən ata kimi. 

Deyir ki, biz təbiətdən 

Gözləmədik mərhəməti, 

Yaxşı tutdu qolumuzdan 

Dağlar yıxan el qüvvəti! 

Ağlımıza, gücümüzə inamımız, 

Dözümümüz, inadımız 

Heyran qoydu təbiəti. 

Maymaqlığı, qorxaqlığı 

Asmasaydıq, kəsməsəydik, 

Biz hər kolun üzərində 

Ana kimi əsməsəydik, 

Şirin-şəkər yuxumuzdan 

Bilə-bilə kəsməsəydik, 

O “ağ qızıl” dağlarımız 

Başı qarlı Şah dağından 

Yüz qat uca olardımı?! 

Ürəklərdən səda gəlir, 

Gülür qoca, cavan, Bərdə, 

Tarixlərdə izi qalan, 

Min söhbəti, sözü qalan 

Qoca yaşlı cavan Bərdə! 

Söz verilir komsomola: 

– Əlimizlə, – deyir, gərək 

Bütün dünya cənnət ola. 

Qızıl kürsü qabağından  

Gül balalar gəlib keçir. 

Boynu qızıl qalstuklu 

O körpələr də and içir: 

Sabah biz də olacağıq  

Hümbət kimi, Tərlan kimi! 

Sərdar kimi, Şaban kimi! 

 

Döşlərdəki ordenlərdən 



Medallardan göz qamaşır. 

Dalğalanır insan seli  

Ümmandımı, aşır-daşır?! 



 

218

Bu təntənə, bu toy-büsat 

Bu gün daha çox yaraşır, 

Aranımın gül taxtına, 

“Ağ qızılın” paytaxtına! 

Cərgə-cərgə, alay-alay 

Gəlib keçir qəhrəmanlar, 

Bolluq dağı yaradanlar! 

Neçə qorxmaz ər böyüdən 

Neçə igid, nər böyüdən 

Ağbirçəkli ana keçir. 

Düzlərimin yaraşığı 

Neçə nazlı sona keçir. 

Çirkinlik də, bədbinlik də 

Gendən, yana-yana keçir. 

Hər baxışdan nur ələnir 

Ömürlərin xoş baxtına 

“Ağ qızılın” paytaxtına! 

“Azərbaycan” kolxozunun 

İgidləri qabaqdadır. 

Gedir mətin sıralarla, 

Əllər qızıl bayraqdadır. 

Vətən sözü, Vətən andı 

Min nəğməli dodaqdadır. 

Əmək, hünər cəbhəsindən 

O müzəffər çıxanlara, 

Ulduzları yaxasına 

Qoşa-qoşa taxanlara, 

Dönüb qeyrət qılıncına  

Geriliyin başı üstə  

Şimşək kimi çaxanlara, 

Tək Qarabağ deyil, bu gün 

Şirvan baxır, Muğan baxır, 

Bütün Azərbaycan baxır 

Şəhərlərin xoşbaxtına,  

“Ağ qızılın” paytaxtına! 

 



 



Xoş sevdalı bir nida 

Dolanır izdihamı, 

Yayılır dalğa-dalğa 

 



 

219

Vətənin vuran qəlbi 

Moskvanın salamı! 

Dilimizin əzbəri,  

Azad xalqlar şəhəri, 

Sülhün enməz qalası 

Moskva da söyləyir: 

– Sağ ol, ağ günlü Bərdə! 

Toylu-düyünlü Bərdə! 

Bu sevincə birinci 

Üzeyirlər vətəni –  

Ağcabədi qoşulur, 

Qonşu kimi, dost kimi, 

Bərdənin əllərini  

Dönə-dönə sıxır o, 

Dönə-dönə şad olur. 

Suqovuşandan gəlir 

Sabirabadın səsi. 

Nəğmələrə qarışır 

Mirbəşirin, Yevlağın, 

Ağdamın da nəğməsi. 

Neçə qardaş təbriki 

Zərdabdan, Füzulidən, 

Qədim Salyandan gəlir, 

Özbəkistandan gəlir, 

Türkmənistandan gəlir, 

Min bir diyardan gəlir, 

Gəlin bahardan gəlir! 

 



 



Təkcə Bərdə deyil bu təmtəraqda, 

Hər kəndim, şəhərim toy-büsatlıdır. 

Sorağı ellərdən-ellərə çatan 

Müjdələr necə də quş qanadlıdır. 

Hər gələn bu yerdə bayrama gəlir. 

Ulduzlar qoynuna salama gəlir. 

Könüllər dil açıb ilhama gəlir, 

Bu şöhrət sənindir, Azərbaycanım! 

Dünya heyran qalıb cah-cəlalına, 

Mənsə vurulmuşam gül camalına, 

Alqış bu gününə, istiqbalına  

Bu qüdrət sənindir, Azərbaycanım! 




 

220

Əlində müzəffər qızıl bayrağın, 

Üfüqlər ardından gəlir sorağın, 

Hər qəlbi isidir odun, ocağın, 

Bu hörmət sənindir, Azərbaycanım! 

Görüb növrağını Mil, Muğan gülür. 

Gülür Qarabağım, Naxçıvan gülür. 

Qədim Gəncə, Qazax, Lənkəran gülür, 

Bu sərvət sənindir, Azərbaycanım! 

Gülür qızıl Bakı, paytaxtım mənim! 

O odlar beşiyim nur taxtım mənim! 

Xoş taleyim mənim, xoş baxtım mənim, 

Bu dövlət sənindir, Azərbaycanım! 

Haqqa sadiq qalıb nəsillərimiz, 

Lenindən dərs alıb mərd ellərimiz! 

Yol açır sabaha əməllərimiz

Bu cürət sənindir, Azərbaycanım! 

Əzəldən bəhrəli, nemətli yurdum, 

Bitib-tükənməyən sərvətli yurdum 

Mənim qəlbi açıq, qeyrətli yurdum! 

Bu qüvvət sənindir, Azərbaycanım! 

 

Dost ellər söz açır səxavətindən, 



Dostluğa əbədi sədaqətindən,  

Ali məclislərdə ləyaqətindən

Bu ülfət sənindir, Azərbaycanım! 

Ey ulu beşiyi şeirin, sənətin, 

Nizamin fəxridir bəşəriyyətin! 

Heyranın olmamaq çətindir, çətin 

Rəşadət sənindir, Azərbaycanım! 

Hələ min igidin, qəhrəmanın var, 

Üzeyirin, Vurğunun, Nərimanın var! 

Hələ çox söhbətin, çox dastanın var 

Səadət sənindir, Azərbaycanım! 

Ey müqəddəs adı ulduzlar aşan, 

Hüsnünə baxdıqca gözüm qamaşan, 

 

Qəlbimdə hər zaman çağlayıb daşan, 



Məhəbbət sənindir, Azərbaycanım! 

Sədaqət sənindir, Azərbaycanım! 

 

 

 



 

221

 

 

CƏFƏR  ÇƏMƏNLİ 

 

BƏRDƏNİN 

 

Əkinli-biçinli, bağlı-bağatlı, 

Rəssam sərgisidir düzü Bərdənin. 

Hünəri, şöhrəti, səsi, sorağı, 

Gətirir ilhama bizi Bərdənin. 

 

Gözəl Vətənimdə adı, sanı var, 



Yüzlərlə yenilməz qəhrəmanı var, 

Ellər yaraşığı bir Tərlanı var, 

İgiddir oğulu, qızı Bərdənin. 

 

Ana gülüşüdür o saf gülüşü



Hər yana səs salıb hünəri, işi, 

Zəhmətlə ölçülür hər yüksəlişi, 

Gülür çiçək kimi üzü Bərdənin. 

 

İgid Nüşabənin gözəl diyarı 



Qoynunda böyüdü Fərhadın yarı, 

Böyük Nizaminin fəxri, vüqarı, 

Min ildir söylənir sözü Bərdənin. 

 

Çörəkdir dünyada hər varın başı, 



İsgəndər yemədi ləli, daş-qaşı, 

Əzəldən Cəfərin könül sirdaşı 

Aşığı Bərdənin, sazı Bərdənin. 

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə