BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə54/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   50   51   52   53   54   55   56   57   ...   155

 

198

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Rus imperiyasının hər cür qadağalarına baxmayaraq onların adları 

tarix və ədəbiyyat kitablarında hər cür yad edilmişdir. Tədqiqatçı alimlər 

Orucov qardaşlarına həsr edilmiş monoqrafiyalar, dissertasiyalar, elmi 

məqalələr yazmışdır. 

Гянбяр Оруъуов



 

199

 

 

 



PAŞAYEV  KƏRİM  

PAŞA  OĞLU 

 

K.P.Paşayev 1936-cı il iyunun 29-da 

Azərbaycan Respublikasının Bərdə rayo-

nunun Lənbəran kəndində anadan olmuş-

dur. 1954-cü ildə orta məktəbi bitirmiş  və 

K.Marks adına Az.XTİ-nun “Ticarət-iqti-

sad” fakültəsinə daxil olmuş, 1958-ci ildə 

həmin institutu bitirmişdir. 1958-1960-cı 

illərdə Sumqayıt şəhər Komsomol Komi-

təsində təlimatçı işləmişdir. 

Elmə olan həvəsi onu yenidən instituta qayıtmağa sövq etmişdir. 

1960-1962-ci illərdə keçmiş S.M.Kirov adına ADU-da “Sahələr iqtisadiy-

yatı” kafedrasında baş laborant işləmişdir. 1962-1965-ci illərdə Q.V.Ple-

xanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda aspiranturada oxumuş 

və oranı bitirmişdir. 1966-cı ilin fevral ayında müdafiə edərək iqtisad elm-

ləri namizədi adını almış, 1981-ci ilin fevralında isə Moskva şəhərində 

Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Elmi Şurasın-

da doktorluq dissertasiyasını müdafiə etmiş, 1982-ci ildən professordur.  

1966-67-ci illərdə Az.XTİ-nun “Əmtəəşünaslıq”fakültəsinin ax-

şam  şöbəsinin dekanı, 1967-1970-ci illərdə isə  həmin institutun ümumi 

axşam fakültəsinin dekan müavini vəzifəsində  işləmişdir. 1970-79-cu il-

lərdə “Ticarətin təşkili və texnikası” kafedrasının dosenti, 1979-1989-cu 

illərdə isə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. 1989-1993-cü 

illərdə Respublika Təhsil Nazirliyinin elm idarəsinin rəisi, nazir müavini, 

Gəncə Texnologiya İnstitutunun birinci prorektoru, N.Tusi adına Pedaqoji 

Universitetin iqtisadi məsələlər üzrə prorektoru olmuşdur. 1993-cü ildən 

2005-ci ilədək “Marketinq və ticarət” kafedrasının professoru vəzifəsində 

çalışmış, 2005-ci ildən “Ticarət” kafedrasının müdiri vəzifəsində işləyir. 

K.P.Paşayev SSRİ  məkanında bir çox elmi şuraların üzvü olmuş, 

hal-hazırda ADİU-nun Elmi Şura və Müdafiə Şurasının üzvüdür. K.P.Pa-

şayev onlarla namizədlik dissertasiyasının elmi rəhbəri olmuşdur. K.P.Pa-

şayev 2 monoqrafiyanın, 2 dərsliyin, 5 dərs vəsaitinin, 100-lərlə məqalə, 

tezis, kitab, proqram və s. müəllifidir. Onlardan 1 monoqrafiya, broşüra 

və onlarla məqalələri Moskva və digər respublikalarda çap edilmişdir. 

K.P.Paşayevin Moskva şəhərində çap edilmiş “Upravlеniе  оptоvоy 

tоrqоvli” monoqrafiyasına Bolqarıstanda, Polşada və keçmiş Almaniya 

Demokratik Respublikasında rəylər çap edilmişdir. 



 

200

 

 



 

RƏCƏBOV  RƏCƏB 

 

 

1913-cü ildə Bərdə rayonunun Qasım-



bəyli kəndində anadan olmuşdur. Orta 

təhsilini Bərdə  şəhərində almış, 1931-ci 

ildə Azərbaycan Dövlət Tibb İnstitutunun 

müalicə-profilaktika  şöbəsinə daxil olmuş, 

1936-cı ildə oranı bitirmişdir. O, respub-

likamızın müxtəlif rayonlarında  əhalinin 

sağlamlığı keşiyində dayanmış və çalışdı-

ğı yerlərdə səhiyyə işlərinin təşkilatçısı ol- 

olmuşdur. 1938-1940-cı illərdə Mirbəşir (indiki Tərtər) rayon xəstəxana-

sının baş həkimi vəzifəsində çalışmışdır. 1941-1942-ci illərdə Bərdə Mər-

kəzi rayon xəstəxanasının baş həkimi, 1942-1944-cü illərdə Bərdə rayon 

ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. O, II Dünya Mü-

haribəsinin iştirakçısıdır. 1944-1945-ci illərdə  İranın Xoy şəhərində işlə-

mişdir. 1945-1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda cərra-

hiyyə kafedrasında assistent vəzifəsində çalışmışdır. 1949-1959-cu illərdə 

yenidən Bərdə  Mərkəzi rayon xəstəxanasının baş  həkimi, 1959-1970-ci 

illərdə baş həkimin müalicə işləri üzrə müavini vəzifələrində çalışmışdır. 

1959-cu ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi  alimlik 

adı almışdır. 1970-1975-ci illərdə o, Azərbaycan Dövlət  Tibb  İnstitutu-

nun müəllimi olmuş, 1975-ci ildən ömrünün sonuna kimi Bərdə Mərkəzi 

rayon xəstəxanasının baş həkimi  vəzifəsində çalışmışdır. “Qırmızı əmək 

bayrağı” ordeni, “Əməkdə fərqlənməyə görə” medalı və fəxri fərmanlarla 

təltif olunmuşdur.   

 

 

 

 

 



 

201

 

 

 

SEYİDOV  QABİL   

SALEH  OĞLU

 

 



 

17 may 1929-cu ildə Bərdə rayonunun 

Lənbəran kəndində anadan olmuşdur. 

Bərdə şəhər 1 saylı orta məktəbi bitirmiş, 

1948-ci ildə ADU-ya daxil olmuş, 1952-ci 

ildə universitetin Məntiq və Psixologiya 

şöbəsi izrə tam kursu bitirmişdir. Elə hə-

min il Ağdam Müəllimlər İnstitutuna baş 

müəllim təyin olunmuş, 1954-cü ildə ins- 

titut H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Nuxa (indiki 

Şəki) filialına köçürülmüşdür. Elə həmin ildən orada  baş müəllim vəzifə-

sində çalışmışdır. Az müddətdən sonra filialın ləğv edilməsi ilə əlaqədar 

o, Gəncə Dövlət Pedaqoji İnstitutunda məntiq və fəlsəfə ixtisası üzrə baş 

müəllim vəzifəsində işləmişdir. 

Azərbaycan Ali Təhsil Nazirliyinin göndərişi ilə 1959-cu ildə 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsi-

nin bir illik aspirantı olmuş və 1961-ci ildə “Dil və bstrakt təfəkkür” möv-

zusunda namizədlik dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri namizə-

di alimlik dərəcəsi almışdır. Sonra o, Moskvadan əvvəlki iş yerinə qayı-

daraq, fəlsəfə ixtisası üzrə əvvəlcə baş müəllim, sonra isə dosent vəzifə-

sində işləmişdir. 1965-ci ilin sentyabr ayında Respublika Təhsil Nazirli-

yinin göndərişi ilə M.V.Lomonosov adına MDU-nun əmri ilə həmin uni-

versitetin fəlsəfə fakültəsinin dialektik materializm kafedrasında baş elmi 

işçi vəzifəsinə təyin olunmuş və 1967-ci ilin dekabrında dissertasiya mü-

dafiə edərək 38 yaşında fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 

1968-ci ilin yanvar ayında Moskvadan əvvəlki iş yerinə qayıdaraq,  əv-

vəlcə fəlsəfə kafedrasının müdiri, eyni zamanda tarix fakültəsinin dekanı, 

1972-ci ildən 1976-cı ilə  qədər H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji 

İnstitutunun rektoru vəzifəsidə işləmişdir. O, 1970-ci ildə Ümumdünya fi-

losoflarının Berlin konqresinin, 1979-cu ildə Bolqariyanın Varma şəhə-

rində Ümumdünya filosoflarının XX konqresinin iştirakçısı olmuş, hər iki 

konqresin bölmə yığıncağında çıxış etmişdir. 

Professor Q.S.Seyidov  “İdrak nəzəriyyəsi və müasir elm” mövzu-

sunda geniş həcmli monografiyanı və “Məntiq” adlı dərsliyi yazmışdır. 

Q.S.Seyidovun yerli və  mərkəzi mətbuat orqanlarında 100-dən 

çox əsəri dərc olunmuşdur. 

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə