BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə50/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   46   47   48   49   50   51   52   53   ...   155

 

183

 

 



QULİYEV  MUSA 

(1869-1922) 

 

Musa Quliyev 1888-1892-ci illərdə 



Qori Seminariyasında təhsil alıb. Bərdə-

nin Mənsurlu kəndində anadan olub. İlk 

günlərdən istedadlı  şagird kimi tanınmış-

dı. Birinci sinifdə oxuyarkən Azərbaycan 

şifahi xalq ədəbiyyatı nümunələrini – na-

ğılları, bayatı  və mahnıları toplamaqla 

məşğul olmuşdur. Onun topladığı nağıllar 

və şeirlər (“Yaylaqla aranın bəhsi”, “Göy- 

lə yerin deyişməsi” şeirləri, “Dövlətli Əziz və onun qulu Mirzə haqqında” 

və “Ovçu Pirim” nağılları) 1892-1899-cu illərdə “Qafqazın  əraziləri və 

xalqlarının təsvirinə dair materiallar toplusu”nda dərc olunmuşdur. “Tatar 

nəğmələri” sərlövhəsi ilə  dərc etdirdiyi materialları müəllif Cavanşir 

qəzasının Mamırlı  kəndindən toplamışdır. (Bu kənd Bərdə rayonunda 

yerləşir) 

Musa Quliyev seminariyanı 1892-ci ildə əla əxlaq və qiymətlərlə 

qurtardığına görə Azərbaycan  şöbəsində  tərbiyəçi-müəllim vəzifəsində 

saxlanılmışdır. 

1900-cü ildə Parisdə keçirilən “Ümumdünya müəllim seminariya-

ları və institutlarının eksponatları” sərgisində Musa Quliyevin yazıya aldı-

ğı şifahi xalq ədəbiyyatı nümunələri mükafata layiq görülmüşdür. Bu sər-

gidə Qori seminariyasının bir qrup tələbəsinin elmi-nəzəri, tədqiqat xarak-

terli işləri nümayiş etdirilmişdir. (Gürcüstan Dövlət Maarif Muzeyinin ar-

xivi, qovluq №416 və 723-də). 

Bu məlumata görə  tədqiqatçı-alim  Şəmistan Nəzirliyə minnət-

darıq. 

 

 

 

 

 

 



 

184

 

 

 

 

 

LƏNBƏRANSKİ  CƏMİL 

NƏSİR  OĞLU 

 

Cəmil Lənbəranski Nəsir oğlu 1884-cü 



ildə Bərdə rayonunun Lənbəran kəndində 

anadan olmuşdur. O, 1908-ci ildə Bakı 

neft sahibkarlarının təqaüdü ilə Kiyevdə 

Müqəddəs Vladimir Universitetinin tibb 

fakültəsinə daxil olmuş və buranı 1913-cü 

ildə bitirmişdir. Sonra Vətənə qayıtmış və 

Tərtərdə kənd həkimi işləmişdir. Əhaliyə 

göstərdiyi yüksək tibbi xidmətə görə bütün Qarabağ mahalında məşhur-

laşmış, hamının hörmətini qazanmışdır.  

Cəmil Lənbəranski 1920-ci ildə Bakıya köçmüş və doktor Larino-

vun müalicəxanasında cərrah-ordinator işləmiş, Səhiyyə Komissarlığında 

müalicə  şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1922-ci ildə  Səhiyyə 

Komissarlığının əmri ilə cərrahlıq xəstəxanası təşkil etmiş və 1929-cu ilə-

dək onun başçısı olmuşdur. Bundan sonra o, 12 il Çaparidze adına xəstə-

xanada travmotoloji şöbənin müdiri işləmişdir. 

Cəmil Lənbəranski Böyük Vətən müharibəsi başlayan kimi ordu 

sıralarına səfərbərliyə alınmış və 1945-ci ilin noyabrında tərxis olunana-

dək Gəncədəki 296 saylı qarnizon hospitalının cərrahiyyə şöbəsinin rəisi 

vəzifəsində çalışmışdır. Sonra o, Bakıya qayıtmış, Ortopediya və  bərpa 

cərrahlıq ETİ-də baş həkim işləmişdir. 

Cəmil Lənbəranski 1947-ci ildə Böyük Vətən müharibəsi  əlilləri 

üçün yaradılan cərrahiyyə hospitalının aparıcı cərrahı olmuş, indiki Əfən-

diyev adına klinik xəstəxanada çalışmışdır. O, 1949-cu il oktyabrın 15-dən 

Azərbaycan Həkimləri Təkmilləşdirmə  İnstitutunun travmatologiya ka-

fedrasının dosenti, 1952-ci ildən həmin institutda Ortopediya, travmato-

logiya və hərbi səhra cərrahlığı kafedrasının müdiri vəzifələrində işləmiş-

dir. 

Cəmil Lənbəranski cərrahlığa aid bir neçə samballı əsərlərin müəl-



lifidir. Azərbaycan Respublikasının  Əməkdar həkimi, səhiyyə  əlaçısıdır. 

Bir neçə orden və medallarla təltif olunmuşdur.  

 



 

185

 

 

 

LƏNBƏRANSKİ  ƏLİŞ 

CƏMİL  OĞLU 

 

 

  Lənbəranski  Əliş  Cəmil oğlu 1914-cü 

ildə Bərdə rayonunun Lənbəran kəndində 

anadan olmuşdur. 

  Bakı  məktəblərində oxumuş, ali təhsil 

almışdır. Bakıdakı Azərbaycan Sənaye 

İnstitutunu neftayırma ixtisası üzrə 1936-cı 

ildə bitirmişdir.  Əmək fəaliyyətinə Nef-

tayırma zavodunda fəhlə kimi başlamışdır 

1936-ci ildə neft emalı zavodunda fəhlə, 1937-ci ildə sex rəisinin kömək-

çisi, 1937-38-ci illərdə sex rəisinin müavini, müxtəlif texnoloji sexlərin 

rəisi, 1939-cu ildə zavodun boyük mühəndisi, 1939-40 cı illərdə Ukrayna 

SSR-də hərbi xidmət keçmiş, 497-ci atıcı polkunun kiçik leytenantı olmuş-

dur. Qərbi Ukrayna uğrunda döyüşlərdə, Bessarabiyanın və Şimali Buko-

vinanın azad olunmasında iştirak etmişdir. 1940-41-ci illərdə mütəxəssis 

kimi ordudan tərxis olunmuş, zavodda mühəndis və sonra baş mühəndis 

kimi çalışmışdır. 1941-ci ildə yenidən ordu sıralarına çağırılmışdır. Pol-

kun mühəndis xidmətləri rəisi kimi, Böyük Vətən müharibəsi iştirakçısı 

olmuşdur. 1942-43-cü illərdə Rostovda döyüş zamanı dörd güllə yarası 

almışdır. Yaralı halda Don çayını üzərək keçmiş və səhra tibb məntəqəsi-

nə aparılmışdır. 

1943-cü ildə Böyük Vətən müharibəsi əlili; 

1943-44-cü illər Caparidze adına zavodun baş mühəndisi,  

1944-45-ci illər bu zavodun direktoru

1945-47-ci illər Bakı Neft Zavodları Trestinin rəhbəri;  

1947-50-ci illər Qarayev adına zavodun direktoru; 

1950-54-cü illər Azərbaycan Neftayırma Zavodları Birliyinin rəisi; 

1954-59-cu illər Azərbaycan SSR Neft Sənaye nazirinin müavini; 

1959-66-cı illər Bakı Şəhər İcraiyyə Komitəsinin sədri; 

1966-70-ci illər SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sə-

nayesi Baş İdarəsi rəisinin birinci müavini; 

1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini 

olmuşdur.  

Mükafatları: 2 “Lenin”, 3 “Qırmızı Əmək bayrağı”, “I və II dərə-

cəli Vətən müharibəsi”, “Xalqlar dostluğu”, “Oktyabr inqilabı” ordenləri 

və medalları ilə təltif edilmişdir. Dövlət mükafatı laureatıdır. Azərbaycan 

SSR-nin Əməkdar mühəndisidir. Azərbaycan SSR-nin Ali Sovetinin Fəx-

ri Fərmanlarına layiq görülmüşdür. 

Bakı şəhərində vəfat edib. 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə