176
QASIMOV CƏMŞİD
QURBAN OĞLU
Qasımov Cəmşid Qurban oğlu, 1937-ci
ilin 22 iyulunda Azərbaycan Respublikası
Bərdə rayonunun Ərəblər kəndində ana-
dan olub.
Təhsili: Mülki – 1957-ci ildə Bərdə şə-
həri, 10 № -li orta məktəb;
Hərbi: 1962-ci ildə Tümen hərbi mü-
həndis komandanlıq məktəbi; 1975-ci ildə
V.V.Kuybışev adına hərbi mühəndis (Moskva) akademiyası komandanlıq
kursu; 1980-ci ildə 8-ci Mərkəzi rəhbərlər heyətinin mükəmməlləşdirmə
kursu;
1982-ci ildə Partiya Universiteti.
1957-ci ildə Sovet Ordusu sıralarına çağrılmış və hərbi qulluqları
keçmişdir:
Kursant 432 №-li əlahiddə mühəndis-istehkamçı taborunda, X.
1957 - VIII. 1959, Novozibkov şəhəri, Moskva hərbi dairəsi; kursant Ka-
lininqrad və Tümen hərbi-mühəndis komandanlıq məktəbi; IX. 1959 -
VIII. 1962, Tümen şəhəri;
48652 №-li hərbi hissədə mühəndis-istehkam tağımının və bölü-
yünün komandiri, X. 1962 – III. 1969, Ağdam şəhəri;
61237 №-li hərbi hissədə mühəndis xidməti rəisi, III.1969 –
II.1973, Xankəndi şəhəri.
69610 №-li hərbi hissənin komandiri, II.1973 – III.1979, Naxçıvan
şəhəri;
Naxçıvan Respublikası hərbi komissarın müavini, III.1979 –
III.1983, Naxçıvan şəhəri.
26 Bakı komissarları rayonunda h/komissarın müavini, IV.1983 –
VI.1986, Bakı şəhəri;
Bakı “Alunit” zavodunun kadrlar şöbəsinin rəisi, VI.1986 –
XI.1991, Bakı şəhəri.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis qoşun-
ları idarəsinin rəisi, XII.1991 - VI.1997, Bakı şəhəri.
Azərbaycan Texniki Universitetinin hərbi kafedrasında silsilə rəisi,
VI.1997 - VIII.1998, Bakı şəhəri;
177
Azərbaycan Respublikası, Ərazilərin bərpası, yenidən qurulması
və minalardan təmizlənməsi üzrə “ANAMA” təşkilatında əməliyyat şö-
bəsinin rəisi, VIII.1998 - VI.2000, Bakı şəhəri;
1999-cu ildə Cenevrə və Lüblüyana şəhərlərində təlimdə iştirak
etmişdir.
Bakı beynəlxalq dəniz limanı, münəndis, XI.2000 - IV.2001, Bakı
şəhəri;
Azərbaycan Respublikası MTN Akademiyası, hərbi mühəndis
hazırlığı müəllimi, VI.2001 - I.2009, Bakı şəhəri;
Azərbaycan Respublikası Hərbi Sənaye Nazirliyinin ETİ-da şöbə
rəisi, 16.02.2009.
Hərbi qulluq etdiyi müddətdə hökumət təltifləri:
-
SSRİ-nin Şərəf nişanı Ordeni – 1971;
-
Qələbənin (1941-45) 20 illik medalı – 1965;
-
SSRİ Ordusunun yaranmasının 50 illik yubiley medalı – 1967;
-
Orduda qüsursuz xidmətə görə III dərəcəli medal – 1967;
-
Xidmətdə fərqləndiyinə görə, Leninin 100 illik yubiley medalı –
1970;
-
Orduda qüsursuz xidmətə görə II dərəcəli medal – 1972;
-
Orduda qüsursuz xidmətə görə I dərəcəli medal – 1978;
-
SSRİ Ordusunun yaranmasının 60 illik yubiley medalı – 1978;
-
SSRİ Ordusunun Veteranı medalı – 1986;
-
Azərbaycan Ordusunun veteranı medalı – 2008.
Hərbi rütbəsi ehtiyatda olan polkovnik.
178
QƏHRƏMANОV FARIZ
ÇОBAN ОĞLU
29 mart 1974-cü ildə Bərdə rayоnunun
Xəsili kəndində dünyaya göz açıb. Burada
оrta məktəbə gеtmiş və 1991-ci ildə təhsi-
lini başa vurmuşdur. Həmin il ali məktəbə
sənəd vеrmiş, lakin müsabiqədən kеçmə-
mişdir.
О, təhsilini Bərdə rayоnundakı 47 saylı
Tеxniki-pеşə məktəbində davam еtdirmiş-
dir. 1992-ci ilin iyun ayında Milli Оrduya
çağırılmış, 776 saylı hərbi hissədə xidmətə başlamışdır. О, hərbi hissənin
tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayоnları uğrunda
gеdən ağır döyüşlərin iştirakçısı оlmuşdur. Bir müddət hərbi hоspitalda
müalicə оlunmuşdur. Sоnra yеnidən cəbhəyə qayıtmışdır. О, 1995-ci il
martın 13-də dövlət çеvrilişinə cəhdin qarşısının alınmasında qəhrəmanlıq
nümunəsi göstərmişdir. Həmin hadisələr zamanı göstərdiyi igidliyə görə
Qəhrəmanоv Fariz Çоban oğlu Azərbaycan Rеspublikası Prеzidеntinin 4
aprеl 1995-ci il tarixli 307 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrə-
manı» adına layiq görülmüşdür.
Gənc döyüşçü 1995-ci ilin iyunundan 1996-cı ilin dеkabrınadək
Türkiyə Rеspublikasında Jandarm və Kоmanda məktəbini bitirmişdir.
1997-ci ildə isə təhsilini Azərbaycan Tеxniki Univеrsitеtində davam еt-
dirmiş, maşınqayırma sənayеsi üzrə mеnеcmеnt ixtisasına yiyələnmişdir.
О, 1999-cu ildə yеnidən sənədlərini Ali Birləşmiş Kоmanqdanlıq mək-
təbinə vеrmiş və mоtоatıcı qоşunlar kоmandiri ixtisası üzrə оrada tam
kursu başa vurmuşdur.
Subaydır.
Hal-hazırda kapitan rütbəsində Vətənin kеşiyindədir.
179
QOCAYEV ZAHİD
ADIGÖZƏL OĞLU
1951-ci ildə Bərdə rayonunun Gülgəzli
kəndində anadan olub.
1967-ci il – Bərdə şəhər 1 saylı orta
məktəbi bitirib.
1967-1971-ci illərdə Azərbaycan Döv-
lət Neft və Kimya İnstitutunda təhsil alıb.
1974-1975-ci illərdə Tümen vilayətinin
neft yataqlarında yeni texnikanın tətbiqi
üzrə mühəndis işləyib.
1975-1978-ci illərdə N.E.Bauman adına Moskva Ali Texniki Uni-
versitetin aspirantı olub.
1979-cu il – N.E.Bauman adına
Moskva Ali Texniki Universitetin
elmi işçisi olub.
1979-cu il – N.E.Bauman adına Moskva Ali Texniki Universite-
tində sürətləndirilmiş sınaq metodlarının təkmilləşdirilməsi üzrə texnika
elmləri namizədi dissertasiyasını müdafiə edib.
1979-2002-ci illər – “EATİ” Dövlət elmi-tədqiqat institutunun
baş elmi işçisi, aparıcı elmi işçisi vəzifələrində çalışıb.
1983-84-cü illərdə – konstruksiya materialları üzrə məlumat-
axtarış və konstruksiyaların möhkəmliyi sistemlərinin yaradılması üzrə
SSRİ Avtomobil və Kənd Təsərrüfatı Maşınqayırması Nazirliyinin nəz-
dində yaradıcı qrupun rəhbəri olub.
1994-cü il – texnika elmləri doktoru dissertasiyasını müdafiə edib.
1996-2009-cu illər – əvəzçiliklə, Bauman adına Moskva Ali Tex-
niki Universiteti (“Dinamika və möhkəmlik” kafedrasında), Moskva Av-
tomobil Yolları Universiteti və Moskva Dövlət Açıq Universitetində (“İn-
formatika”, “Tətbiqi riyaziyyat”, “Maşınların detalları” kafedralarında)
pedaqoji fəaliyyətlə məşğul olub.
2001-ci il – Keyfiyyət Problemləri Akademiyasının akademiki
seçilib.
2002-2004-cü illər – Moskva vilayətinin Çexov rayonunda yerlə-
şən Maşınqayırma üzrə Federal elmi-tədqiqat və təcrübə mərkəzinin
Federal Dövlət Unitar Müəssisəsinin baş direktoru vəzifəsində çalışıb.
2004-cü ildən hal-hazıradək Rusiya Federasiyası “Maşınqayırma
üzrə Federal elmi-tədqiqat və təcrübə mərkəzi” ASC-nin (Rusiya Sənaye
Dostları ilə paylaş: |