161
zərnеftqaz» istеhsalat birliyi baş dirеktоrunun müavini C.Q.Ibrahimоv
vəfat еtmişdir. Həmin ildə də Еlçinin оğlu – balaca Cümşüd dünyaya gəl-
di. Bеləliklə, Cümşüd müəllimin ən böyük arzusu yеrinə yеtirildi. Artıq
Cümşüdün 22 yaşı var. Öz dеdiyi kimi о, bütün səy və bacarığı ilə çalışır
ki, babasının adına layiq оlsun.
Allah tоrpağı sanı qədər Cümşüdə ömür vеrsin!
Həssas insan, qabiliyyətli mütəxəssis оlan C.Q.Ibrahimоv оnu ta-
nıyanların qəlbində əbədi yaşayacaqdır.
162
İBRAHİMOV ELÇİN
CÜMŞÜD OĞLU
İbrahimov Elçin Cümşüd oğlu 25 oktyabr
1960-cı ildə Bakı şəhərində məşhur neftçi
ailəsində anadan olmuşdur.
Onun atası Respublikanın Əməkdar neftçisi
Cümşüd Qulu oğlu İbrahimov uzun illər
neft sənayesində çalışmış, ömrünün axırına
kimi neft və qaz yataqlarının mənimsənil-
məsində böyük xidmətlər göstərmiş, gənc
neftçi kadrların yetişdirilməsində əvəzedilməz rolu olmuşdur.
İbrahimov Elçin Cümşüd oğlu 1981-ci ildə Ç.İldırım adına Azər-
baycan Politexnik institutunun “Avtomobillər və avtomobil təsərrüfatı”
fakültəsinə qəbul olmuş və 1986-cı ildə institutu bitirdikdən sonra gənc
mütəxəssis kimi təyinatla Xəzərdənizneftqaz İstehsalat Birliyinin 1 saylı
Texnoloji nəqliyyat idarəsinə göndərilmişdir, o orada böyük dispetçer, qa-
raj rəisi, baş mühəndis vəzifələrində çalışmışdır. İşdə göstərdiyi xidmət-
lərə görə 1993-cü ildə ona etibar edilərək, Azərbaycan Respublikası Döv-
lət Neft Şirkətinin Avtonəqliyyat və Xüsusi Texnika Baş İdarəsinin rəisi
vəzifəsinə təyin edilmişdir. ARDNŞ-də struktur dəyişiklikləri edildikdən
sonra adı çəkilən Baş idarə Avtomobil, dəniz nəqliyyatı və xüsusi texnika
şöbəsinə çevrilmiş və 1994-cü ildən həmin şöbəyə rəhbərlik etmişdir.
E.C.İbrahimov ARDNŞ-in balansında olan 7 mindən çox müxtəlif təyinatlı
avtonəqliyyata, dəniz nəqliyyatı və xüsusi texnika vasitələrinin struktur
bölməsində nəqliyyat xidmətinin təşkilinə, təmir işlərinin aparılmasına və
yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə rəhbərlik edir. Onun rəh-
bərliyi nəticəsində son illərdə nəqliyyat və sənayenin digər sahələrində
texnikanın istismarında səmərəlilik artırılmış, yanacaq – sürtkü material-
larından istifadə edilməsinə nəzarət gücləndirilmiş və bunun nəticəsində
ARDNŞ üzrə yanacağın sərfi azaldılmışdır.
E.C.İbrahimov ARDNŞ-də yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi üzrə komissiyanın sədri kimi vacib sahəyə də rəhbərlik edir.
Onun tələbkarlığı nəticəsində son illərdə ARDNŞ üzrə yol nəqliyyat ha-
disələrinin sayı xeyli azalmışdır.
E.C.İbrahimov Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şura-
sının 94 nömrəli 01.01.1999-cu il tarixli qərarı ilə Neft və Qaz sənayesinin
inkişafında xüsusi xidmətlərinə görə fəxri fərmanla və Azərbaycan Res-
publikası Prezidentinin 3049 nömrəli 18.09.2008-ci il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilib.
163
İBRAHİMOV ÇƏRKƏZ
İSMAYIL OĞLU
İbrahimov Çərkəz İsmayıl oğlu 1922-ci
ildə Bərdə rayonu Məşədiibişli kəndində
anadan olmuşdur. 1930-cu ildə Məşədi-
ibişli kənd ibtidai məktəbinin 1-ci sinfinə
daxil olsa da, atasının işi ilə əlaqədar Bər-
də rayonu Nazırlı kəndinə köçmüş və 7 il-
lik məktəbi orada bitirərək, Gəncə şəhərin-
dəki Pedaqoji texnikuma qəbul olmuşdur.
1942-ci ildə texnikumu bitirdikdən sonra 1943-cü ilə qədər Nazırlı
kəndində müəllim işləmişdir. 1943-cü ildə Böyük Vətən müharibəsində
iştirak etmək üçün cəbhəyə getmiş, Ukrayna cəbhəsində yaralanaraq arxa
cəbhəyə qaytarılmış və 1946-cı ildə Bərdə rayonunun Mollalı kəndinə
müəllim təyin olunmuşdur.
1949-cu ildə Bakı şəhərində Pedaqoji İnstitutun Tarix-coğrafiya fa-
kültəsinin qiyabi şöbəsinə daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir.
1949-cu ildə Mollalı kəndində məktəb direktoru vəzifəsinə təyin
olunmuş, ömrünün sonuna qədər bu məktəbdə işləmişdir. Şagirdlərinin
xatirəsində Azərbaycan tarixini gözəl bilməsi və məhdudiyyətlərə baxma-
yaraq dərindən tədris etməsilə qalıb.
O həmişə şagirdlərinə deyərdi ki, öz vətəninizin tarixini mükəm-
məl bilməsəniz, onun böyüklüyünü anlamaz, layiqincə sevməzsiniz. Həd-
siz səxavətli və geniş dünyagörüşlü Çərkəz müəllim Vətəninə, xalqına
olan sonsuz sevgisini dərs dediyi yeniyetmələrə ötürməyi çox gözəl baca-
rırdı. Bu sevginin şölələri bu gün də sönməyib və nəsildən-nəsilə ötürülür.
Çox təəssüf ki, Tanrı bu gözəl insana çox az ömür bəxş etdi.
1976-cı il mart ayının 13-də gözəl arzularla döyünən qəlbi qəflətən
dayandı.
164
İBRAHİMOV SABİR
İSMAYIL OĞLU
İbrahimov Sabir İsmayıl oğlu 1932-ci
ildə Bərdə rayonunun Nazırlı kəndində
anadan olmuşdur. 1939-cu ildə Nazırlı
kəndindəki 7 illik məktəbin 1-ci sinfinə
qəbul olmuş və 1946-cı ildə həmin mək-
təbi bitirib, 1947-ci ildə Bərdə şəhərindəki
1 saylı məktəbin 8-ci sinfinə daxil оlaraq,
1950-ci ildə оrta məktəbi bitirib. 1953-
cü ildə Bakı şəhərində Pоlitеxnik
Institutuna daxil оlaraq, 1957-ci ildə оranı müvəffəqiyyətlə bitirib. Həmin
ildən Bərdə rayоnunda Kоlxоz tikintisi idarəsində mühəndis vəzifəsində
çalışıb. Işlədiyi müddətdə işgüzarlığına və bacarığına görə böyük hörmət
qazanıb.
Daha sonra Ağac emalı zavodunda müdir vəzifəsinə təyin olun-
muş və ömrünün sonuna qədər o zavodda çalışmışdır.
Dəfələrlə оnu ali məktəbdə dərs dеməyə, еlmi yaradıcılıqla məşğul
оlmağa dəvət еtsələr də, о istеhsalatdan ayrılmamış, savadlı kadrlara
burda da еhtiyac оlduğunu söyləmişdir. Təmiz, vicdanlı əməyi xalq ya-
nında başını həmişə uca еtmiş, bu gün də о ucalıqdan еnməmişdir. Yük-
sək mədəniyyəti, dərin biliyi, insanpərvərliyi ilə tanıyanların qəlbində
əbədi iz salmışdır.
1996-cı il dekabrın 3-də qəflətən vəfat etmişdir.