BəRDƏliləR


      HACIYEV  QASIM



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə42/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   38   39   40   41   42   43   44   45   ...   155

 

154

 

 



 

HACIYEV  QASIM 

ƏHƏD  OĞLU 

 

Hacıyev Qasım Əhəd oğlu 1950-ci ildə 



Bərdə rayonunun Hacıalılı kəndində ana-

dan olub.  

1970-1974-cü illərdə Azərbaycan Döv-

lət Pedaqoji İnstitutunun (indiki APU) 

Tarix fakültəsini (əyani) bitirib. 1984-

1987-ci illərdə Azərbaycan Elmlər Aka- 

demiyası Tarix İnstitututunun aspiranturasını (əyani) bitirib.  

1990-cı ildə Kemerova Dövlət Universitetinin İxtisaslaşdırılmış 

Müdafiə Şurasında «Şabran şəhərinin şüşə məmulatı (IX – XVII əsrlər)» 

mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri 

namizədi alimlik dərəcəsi alıb.  

1990-1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoq-

rafiya sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində 

çalışıb. 1997-ci ildən Tarix İnstitutunun aparıcı elmi işçisi, şöbə müdirinin 

müavini vəzifəsində işləyib. 

2000-ci ildə «Bərdə  şəhərinin tarixi (e.ə.III-b.e.XVIII  əsri)» adlı 

monoqrafiyasını nəşr etdirib.  

2003-cü ildə Azərbaycan MEA Tarix İnstitutunda yaranmış 

«Qarabağ tarixi» şöbəsinin müdiri vəzifəsinə seçilib. Hazırda həmin vəzi-

fədə çalışır və Qarabağın tarixinə dair tədqiqat aparır. 2006-cı ildə Azər-

baycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitu-

tunun Birləşdirilmiş Elmi Şurasında «Bərdə  şəhərinin tarixi (e.ə.III  əsr-

b.e.XVIII əsri)» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, tarix 

elmləri doktoru alimlik dərəcəsi almışdır. 

Qasım Hacıyev 2000-ci ildə çap olunmuş «Bərdə  şəhərinin 

tarixi (e.ə.III əsr-b.e.XVIII əsri)» və 2006-cı ildə çap olunmuş «Bər-

də  şəhərinin tarixi (e.ə.IV  əsr-b.e.XIX  əsri) adlı 2 monoqrafiyanın, 

50-dən artıq elmi məqalənin müəllifidir. 

1992-ci ildən Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində 

Azərbaycan tarixi, Arxeologiya, Türk xalqlarının tarixi fənləri üzrə müha-

zirələr oxuyur.  



 

155

 

 



 

HACIYEV  ƏBÜLFƏT  

ƏHƏD  OĞLU

 

 



16 iyul 1952-ci ildə Bərdə rayonunun 

Hacıalılı kəndində anadan olmuşdur. 1959-

cu ildə  həmin rayonun Mehdixanlı  kən-

dindəki orta məktəbin 1-ci sinfinə getmiş, 

1969-cu ildə  məktəbi bitirmişdir. Həmin 

ili Çingiz İldırım adına Politexnik İnstitu-

tunun “Sənaye və mülki tikinti” fakültəsi-

nin axşam şöbəsinə daxil olmuş, elə hə- 

min ildən də Qaradağ rayonu “Neft və Qazçıxarma” idarəsində yeraltı tə-

mir üzrə operator, sonradan çilingər işləmişdir. 

1971-1973-cü illər Belarus Respublikasının Minsk şəhərində 

hərbi qulluqda olmuşdur. Ordudan tank qoşunları hissələrində siyasi işlər 

üzrə ehtiyatda olan leytenant hərbi rütbəsi ilə  tərxis olunmuşdur. Hərbi 

xidmətdən qayıtdıqdan sonra hələ orta məktəbdə oxuyarkən dedektiv ki-

tablara marağı, qanunçuluq keşiyində  fəaliyyət göstərmək həvəsi onu 

Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə gətirmişdir. 1974-cü 

ildə həmin fakültənin axşam şöbəsinə daxil olmuş, elə həmin ildən də Da-

xili  İşlər Nazirliyinin Hərbiləşdirilmiş Yanğından Mühafizə hissələrində 

əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə Hüquq fakültəsini bitirdikdən 

sonra Azərbaycan Respublikası DİN-in Bakı Baş Polis İdarəsində Cinayət 

Axtarışı  şöbəsində inspektor, baş inspektor və 5-ci bölmənin rəisi vəzi-

fəsində çalışmışdır. 1985-ci ildən 1992-ci ilə qədər Bakı şəhərinin Səbail 

rayon Polis İdarəsində müstəntiq, baş müstəntiq işləmişdir. 1993-cü ildə 

DİN-nin Nəqliyyatda Baş Polis İdarəsində mühüm işlər üzrə  baş müstən-

tiq, sonra istintaq şöbəsinin rəisi, Təşkilat  İnspektor idarəsinin (qərarga-

hın)  rəisi, 2001-ci ildən Baş İdarə rəisinin müavini işləmişdir. 2004-cü il-

dən 2008-ci ilə qədər Bakı Dəmir Yol Nəqliyyatında Polis İdarəsinin rəisi 

vəzifəsində fəaliyyət göstərmişdir. 

Hal-hazırda Bakı  şəhərinin Qaradağ rayon Polis İdarəsinin rəis 

müavini vəzifəsində işləyir. 1995-ci ildən polis polkovniki rütbəsindədir. 

İşlədiyi müddətdə qüsursuz xidmətlərinə görə  Azərbaycan Respublikası 

DİN-nin rəhbərliyi tərəfindən dəfələrlə I, II, III dərəcəli medallar, əla xid-

mətə görə döş nişanı və fəxri fərmanlarla təltif edilib.   



 

156

 

 



 

 

HACIYEV  SALEH   

 HİLAL  OĞLU 

 

25 oktyabr 1932-ci ildə Bərdə şəhə-



rində anadan olub. 1951-ci ildə Yevlax 

şəhər  orta məktəbini bitirib.Qarabağ Su 

Tikinti idarəsində yol ustası  işləyib. 

1952-ci ildə Azərbaycan Dövlət Poli-

texnik İnistituna daxil olub. 1957-ci ildə 

təhsilini müvəffəqiyyətlə başa vurub. 

1960-cı ildə Kür-Araz Su Tikinti tres- 

tində sahə rəisi kimi işə başlayıb və müxtəlif  vəzifələrdə  çalışıb. 1968-ci 

ildə trest rəisinin I müavini vəzifəsinə irəli çəkilib. 1971-ci ildə  Azərbay-

can SSRİ Kənd Tikinti naziri  təyin edilib. 1974-cü ildə isə SSRİ  Su  Tə-

sərrüfatı  Nazirliyinin Azərbaycan SSR üzrə Melorasiya Tikintisi idarəsi-

nin  rəisi vəzifəsinə keçirilib. 1983-cü ildə  Azərbaycan SSR Tikinti Quraş-

dırma  nazirinin  müavini, 1988-ci ildə  isə  Meliorasiya və Su Təsərrüfatı  

naziri təyin olunub. İşlədiyi müddət ərzində 3 dəfə Azərbaycan SSR Ali 

Sovetinə deputat seçilmiş, Azərbaycan KP MK-nın üzvü olmuşdur. Dəfə-

lərlə dövlət tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür. 

Respublikanın Əməkdar mühəndisidir. 

 

 



 

 

 



 

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə