BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə41/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   37   38   39   40   41   42   43   44   ...   155

 

150

 

 

 

 

ƏLİYEV  KAMRAN 

HÜSEYN  OĞLU

 

 



1938-ci il may ayının 20-də  Bərdə rayo-

nunun Qayalı  kəndində anadan olmuşdur. 

1948-ci ildə Qayalı ibtidai kənd orta mək-

təbinə daxil olmuş  və 1951-ci ildə  həmin 

məktəbin dördüncü sinfini bitirdikdən sonra 

Yevlax şəhər 2 saylı orta məktəbin 5-ci sinfi- 

nə daxil olmuş, 1958-ci ildə həmin məktəbi 

əla qiymətlərlə bitirmişdir. 

1960-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İns-

titutunun alman dili şöbəsinə qəbul olmuş, 1965-ci ildə həmin şöbəni mü-

vəffəqiyyətlə bitirmişdir. Pedagoji fəaliyyətinə Yevlax şəhərində başlayan 

Kamran müəllim sonradan (1968-ci ildən etibarən) Bakı şəhərinə köçmüş, 

D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı  İnstitutunda müəllim 

vəzifəsində çalışmışdır. O, Azərbaycan Respublika Müəllimləri Təkmil-

ləşdirmə  İnstitutunda  əvvəlcə metodist, sonra isə ömrünün axırına kimi 

inspektor vəzifəsində çalışmışdır. 

Lap uşaqlıq illərindən Kamran Əliyevin  şeirə,  ədəbiyyata çox 

böyük həvəsi olmuşdur. Məktəbdə oxuduğu illərdə bir neçə  şeiri Yevlax 

rayonunun “Təşəbbüs” qəzetində  nəşr edilmişdir. Tələbəlik illərində isə 

onun şeirləri “Ulduz” jurnalında, “Azərbaycan müəllimi” və başqa qəzet-

lərdə dərc edilmişdir. Azərbaycan Xalq şairləri Rəsul Rza, Bəxtiyar Va-

habzadə onun yaradıcılığına “uğurlu yol” yazmışlar. 

1998-ci ildə vəfat edib.  

Ölümündən sonra şeir kitabı işıq üzü görmüşdür. 

 

 

 




 

151

 

 

 

ƏLİYEV  ƏLƏSGƏR  

MEHDİ  OĞLU 

 

İqtisad elmləri namizədi,  

dosent 

 

1954-cü ildə Bərdə rayonunun Türkmən 

kəndində anadan olmuşdur. İbtidai təhsili-

ni həmin kənddə alıb. 1970-ci ildə Bərdə 

şəhər 4 saylı orta məktəbini qızıl medalla 

bitirib.  

1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Tikin-

tinin iqtisadiyyatı və təşkili” ixtisasını almışdır. Əmək fəaliyyətinə Dövlət 

Plan Komitəsi nəzdində “İqtisadiyyat” institutunda başlamışdır.  

1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı institutunda aspiran-

turanı müvəffəqiyyətlə başa vurub, Təhsil Nazirliyinin təyinatı ilə Azər-

baycan İnşaat Mühəndisləri institutuna göndərilmişdir. 1982-ci ildən baş 

laborant, assistent, baş müəllim və 1993-cü ildən dosent vəzifəsində çalı-

şır. 1984-cü ildə  “Əsaslı  vəsait qoyuluşunun planlaşdırılmasının təkmil-

ləşdirilməsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi” mövzusunda nami-

zədlik (08.00.05 – “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ix-

tisası üzrə) dissertasiyasını müdafiə etmişdir. 

Ölkəmizdə və bir sıra xarici ölkələrdə nəşr olunmuş 50-dən çox el-

mi məqalənin, 5 metodik vəsaitin və 12 tədris proqramının müəllifidir. 

Azərbaycan Memarlıq və  İnşaat Universiteti “Tikinti-iqtisad” fa-

kültəsinin elmi şurasının üzvü, o cümlədən elmi katibidir. AzMİU həm-

karlar təşkilatı sədrinin müavinidir.  

   

 

 



 

152

 

 



 

 

 



ƏZİMOV  ELDAR   

XASAY  OĞLU 

 

 Əzimov Eldar 1947-ci ildə Bərdə rayo-

nunun Mirzəlibəyli kəndində anadan ol-

muşdur. 1964-cü ildə  Bərdə rayon 1 saylı 

orta məktəbi qızıl medalla bitirmişdir. 

1969-cu ildə “Neft və qaz yataqlarının işlə-

nilməsinin texnologiyası  və kompleks me-

xanikləşdirilməsi” ixtisası üzrə AzNKİ-nun 

(indiki ADNA) Neft-mədən fakultəsini bi- 

tirdikdən sonra, təyinatla “Neft Daşları” NQÇİ-yə göndərilmiş və burada 

əvvəlcə operator, sonra isə mühəndis işləmişdir. 1971-1996-cı illərdə 

Azərbaycan EA DNQYPİ-də mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, 

“Lay və quyuların tədqiqi” laboratoriyasının rəhbəri işləyib. 

1973-1975-ci illərdə bu institutun aspirantı olub. 1975-ci ildə na-

mizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 

1989-1992-ci illərdə AzİMİ-də “Qaz təchizatı  və mikroiqlimin 

təminatı sistemləri” kafedrasının professoru, eyni zamanda elmi fəaliy-

yətlə də məşğul olub. 1993-1996-cı illərdə ARDNŞ-də şöbə müdiri vəzi-

fəsində çalışıb. 1996-cı ildən indiyə qədər “British Petroleum” (BP) şirkə-

tinin əməkdaşıdır. 

E.Əzimov neft və qaz yataqlarının işlənməsi sahəsində tanınmış 

alimdir. 

100-dən artıq elmi məqalənin, 5 monoqrafiyanın müəllifidir.  İx-

tiralara görə 4 müəlliflik şəhadətnaməsi alıb. Kadr hazırlığı ilə məşğul olur. 

1985-ci ildə E.Əzimov bir qrup alimlə birgə “Mürəkkəb dağ-geoloji  şə-

raitlərdə çoxsaylı neft yataqlarının öyrənilməsinin dağ geofiziki və hidro-

dinamiki üsulları kompleksinin yaradılması  və  tətbiqi” işinə görə akade-

mik İ.M.Qubkin adına mükafata layiq görülüb. 

 



 

153

 

 



 

HACIYEV  İLQAR 

HÜMBƏT  OĞLU 

 

1967-ci ildə Bərdə şəhərində anadan 

olub. Hüquqşünas, ictimai xadim, Hü-

quq elmləri namizədidir. 1998-ci ildə 

Moskva Dövlət Hüquq Akademiyasını 

bitirmişdir.  

Hacıyev  İlqar  əmək fəaliyyətinə 17 

yaşında rəngsaz kimi Moskvanın Okt-

yabr rayonunda təmir-tikinti trestində 

başlayıb.  

1991-ci ildə “Səfa” adlı istehsalat-ticarət müəssisəsini təşkil edib və 1994-

də “Akvin”; 1996-ci ildə isə “Reksan” müəssisələrinə başçılıq edib. 1997-

99-cu illərdə  İlqar Hacıyev vəkil köməkçisi, sonra isə Moskva hüquq 

mərkəzində vəkil işləyib. 1999-cu ildən hüquq məsləhətxanasına başçılıq 

edir. O, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətində yaxından 

iştirak edir, Ümumrusiya Azərbaycan konqresinin Moskva əyalət  şö-

bəsinin sədridir.  

Hacıyev İlqar Rusiyanın sayılan vəkillərindəndir, “Vətənin müda-

fiəçisi” xaçı ilə, “Yüksək peşəkarlığa və vicdanlı əməyə görə” medalı ilə 

təltif olunmuş, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik 

Akademiyasının Beynəlxalq əlaqələr fakültəsinin dinləyicisidir.  

 

 



 

 

 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə