180
Energetika Nazirliyi, 2009-cu ildən “Rostexnologiyalar” DK strukturuna
daxildir) baş direktoru vəzifəsində çalışır.
Maşınqayırma konstruksiyalarının etibarlılığı və möhkəmliyinin,
yeni mobil texnikanın nəzəri və təcrübi sınaqları (stend, poliqon və istis-
mar) problemləri, riyazi modellərin və konstruksiyaların kompyuter he-
sablamaları metodlarının tədqiqi, mobil maşınların və onların qüvvə ötür-
mələrinin çətin dinamik sistemlərinin optimallaşdırılması, maşınqayırma
konstruksiyaları üzrə məlumat bazasının yaradılması sahəsində 100-dən
artıq elmi işin, monoqrafiyanın və ixtiraların müəllifidir.
Z.A.Qocayevin rəhbərliyi və bilavasitə iştirakı ilə aparılmış eks-
perimental və nəzəri elmi tədqiqatların nəticələri RF və MDB ölkələrinin
bir çox avtomobil və traktor zavodlarında tətbiq və istifadə edilir. Onun
rəhbərliyi və bilavasitə iştirakı ilə dövlət sifarişi və ya sahə üzrə müəssisə
və təşkilatların sifarişi ilə 60-dan çox elmi-təhqiqat işləri yerinə yetiril-
mişdir.
Onun elmi rəhbərliyi altında, Rusiya Sənaye Energetika Nazirliyi,
Elm Nazirliyi və Kənd Təsərrüfatı Nazirliklərinin sifarişi ilə, bir sıra eks-
permental və nəzəri tədqiqatlar aparılmışdır. O, 2004-2005-ci illərdə
maşınqayırmada nanotexnologiyaların istifadə edilməsi üzrə elmi kons-
truksiya işlərinin rəhbəri olmuşdur.
Onun elmi rəhbərliyi ilə, maşınqayırma konstruksiyalarının və
onların qüvvə ötürücülərinin tədqiqi üzrə bir sıra namizədlik və doktorluq
dissertasiyaları müdafiə olunub. O, həmçinin “Maşın və cihazların dina-
mika və möhkəmliyi” ixtisası üzrə dissertasiyaların müdafiəsi üzrə İxti-
saslaşdırılmış Şuranın üzvü olmaqla, yuxarıda göstərilən istiqamətlər üzrə
dissertasiyaların müdafiəsində tez-tez opponent qismində çıxış edir.
Müxtəlif illərdə tətbiqi riyaziyyat, optimallaşdırma, avtomatlaş-
dırılmış məlumat bazası və informatika üzrə bir sıra tədris-metodik vəsait-
lərin, o cümlədən “Hüquqşünaslar üçün riyaziyyat” və “Proqramlaşdırma-
nın alqoritmik dilləri” vəsaitlərinin müəllifidir. Sevastopol şəhərində ke-
çirilən “Maşın və mexanizmlərin qüvvə ötürücülərinin etibarlılığı və
uzunömürlüyü” adlı illik beynəlxalq elmi konfransın həmsədridir.
İctimai fəaliyyəti
1991 – 1997-ci il – Ümumrusiya Azərbaycan Vətəndaş Assamb-
leyasının Prezidenti olub.
1994 – 1996-cı illər – RF Prezidenti yanında İctimai Palatanın üz-
vü olub.
1995-ci ildə Moskva vilayəti 113-cü Puşkin dairəsinin seçiciləri,
“Rusiyanın demokratik seçimi” bloku və 1999-cu ildə, “Mənəvi irs” seçki
181
birliyi tərəfindən RF Dövlət Dumasına deputatlığa namizədliyi irəli sürü-
lüb.
1997-ci il – Rusiya Federasiyası hökumətinin qərarı ilə, RF höku-
məti yanında milli mədəni müxtariyyat məsələləri üzrə Məşvərət Şurası-
nın üzvü təyin edilib.
2001-ci ildə Kremldə “Vətəndaş Forum”un hazırlanması üzrə Təş-
kilat komitəsinin üzvü olub.
2000 – 2005-ci illər – Rusiya Milli Birliklər Konqresi Rəyasət
Heyətinin sədri seçilib.
Rusiya Federasiyası “Maşınqayırma üzrə Federal elmi-tədqiqat və
təcrübə mərkəzi” ASC-nin baş direktoru, MDAU professoru, texnika elm-
ləri doktoru, RF KPA-nın akademikidir. Avtomatlaşdırma və maşınqayır-
ma üzrə ixtisaslaşmışdır.
Evlidir, 2 övladı var.
182
QULIYЕV MIRZƏ
MƏCID ОĞLU
11 yanvar 1974-cü ildə Bərdə rayоnu-
nun Saatlı kəndində dоğulub. 1980-ci ildə
Saatlı kənd оrta məktəbinin birinci sinfinə
gеtmiş, 1991-ci ildə həmin məktəbin оn
birinci sinfini bitirmişdir. Еlə həmin il
Mingəçеvir şəhərindəki 39 saylı Tеxniki-
pеşə məktəbində təhsilini davam еtdirmiş
və qaynaqçı pеşəsinə yiyələnmişdir.
1992-ci il avqustun 25-də Bərdə
rayоn Hərbi kоmissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. О,
Naxçıvan Muxtar Rеspublikasının Sədərək rayоnu ərazisində PDM-də
tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gеdən döyüşlərdə
mərdliklə vuruşmuşdur. 1993-cü il iyulun 28-dən Ağdam bölgəsində dö-
yüşmüşdür. Sоnra Füzuli bölgəsinə göndərilmişdir. Mirzə Quliyеv Füzuli,
Tərtər və Ağdərə rayоnları uğrunda gеdən qanlı döyüşlərdə əsl fədakarlıq
nümunəsi göstərmiş, PDM-lə düşmənin bir nеçə tankını və xеyli canlı
qüvvəsini məhv еtmişdir.
Rеspublika Prеzidеntinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə
döyüşlərdə göstərdiyi şücaətə görə «Hərbi xidmətlərə görə» mеdalı ilə
təltif еdilmişdir. Mirzə Quliyеv dövlətçiliyimizin qоrunmasında öz və-
tənpərvərlik bоrcunu layiqincə yеrinə yеtirmişdir.
Azərbaycan Rеspublikası Prеzidеntinin 4 aprеl 1995-ci il tarixli
307 saylı Fərmanı ilə Quliyеv Mirzə Məcid оğlu döyüşlərdə göstərdiyi
rəşadətə görə daha yüksək ada – «Azərbaycanın Milli Qəhrəmanı» fəxri
adına layiq görülmüşdür.
M.Quliyеv 1995-ci ildə Pоlis Akadеmiyasının qiyabi şöbəsinə da-
xil оlmuşdur. 1996-cı ilin оktyabr ayında çavuş rütbəsi ilə Milli Оrdu sı-
ralarından azad еdilərək, daxili işlər оrqanlarına işə göndərilmişdir. 1997-
ci ildə Bakı şəhər Baş Pоlis Idarəsinin Çеvik Pоlis Alayında pоlis nəfəri
kimi fəaliyyətini davam еtdirmişdir. 2003-cü il mart ayının 5-də Daxili
Işlər Nazirliyinin əmri ilə оna lеytеnant rütbəsi vеrilmiş və Nəsimi rayоn
20-ci pоlis bölməsində əməliyyat müvəkkili vəzifəsinə təyin еdilmişdir.
Indi də bu vəzifədə çalışır.
Ailəlidir. Bir övladı var.