169
KƏRİMOV YUSİF
ABBAS OĞLU
Nasir, publisist, dramaturq
1 iyul 1940-cı ildə Azərbaycanın Bər-
də şəhərində doğulub.
1957-ci ildə Bərdə şəhərindəki 1 saylı
orta məktəbi bitirib.
1962-ci ildə Azərbaycan Dövlət Uni-
versitetinin Jurnalistika şöbəsini bitirib.
1963-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür.
1978-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.
Çalışdığı xidməti vəzifələr:
-
KP Mərkəzi Komitənin rayonlararası “Yüksəliş” qəzeti redaksi-
yasında məsul katib (1962-1964);
-
“Bakı” axşam qəzetində şöbə müdiri (1964-1973);
-
Azərbaycan televiziyasında gənclər üçün proqramlar Baş redaksi-
yasında Baş redaktor (1973-1978);
-
Bakı Ali Partiya Məktəbində müdavim (1978-1980);
-
“Azərbaycan gəncləri” respublika qəzetinin redaktoru (1980-
1995);
-
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının mətbu-
at katibi (1995-1997);
-
AR Ticarət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində məslə-
hətçi (2001-2007);
-
Milli Aviasiya Akademiyasında məsləhətçi (2009-cu ilin apre-
lindən).
İctimai vəzifələri:
-
Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin Büro üzvü
(1982-1995);
-
Azərbaycan Jurnalistlər İttifaqı İdarə heyətinin katibi (1982-
1987);
-
Azərbaycan Yazıçılar İttifaqı (Yazıçılar Birliyi) Təftiş Komissi-
yasının sədri (1987-2004);
-
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr
buraxılışı üzrə Dövlət Komissiyasının sədri (2000-2003);
-
BDU jurnalistika fakültəsində müəllim (2000-2007).
170
Yaradıcılıq mükafatları:
-
Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatı
(1975);
-
Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” Milli Mükafatı
(2003);
-
Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun laureatı
(2004);
Olduğu ölkələr:
ADR – Qərbi Berlin (1969), Misir ƏR (1975), Türkiyə (1975,
1989, 1990, 1992), Yuqoslaviya (1982), Macarıstan (1983), AFR (1984),
Bolqarıstan (1987), İran (1991,1992), Səudiyyə Ərəbistanı (müqəddəs
Məkkə və Mədinə şəhərlərinə ziyarət) – 1992.
171
KƏRİMOV ELGİZ
KƏRİM OĞLU
Elgiz Kərim oğlu Kərimov 1971-ci il
yanvar ayının 5-də Azərbaycan Respubli-
kasının Bərdə şəhərində anadan olmuşdur.
1978-ci ildə Bərdə şəhər 4 saylı orta mək-
təbin I sinfinə daxil olub, 1988-ci ildə
həmin məktəbin X sinfini bitirmişdir.
1989-1991-ci illərdə Sverdlovsk şəhə-
rində həqiqi hərbi xidmətdə olmuşdur. Ki-
çik serjant rütbəsində ordudan tərxis olunmuşdur.
Elgiz Xocalı soyqırımından sonra dözə bilməyib silaha sarılır və
qeydiyyatdan keçmiş Bərdə özünümüdafiə batalyonunda PDM-ə atıcı tə-
yin olunur. Bir çox döyüşlərdə iştirak edir, əvvəl Tərtər bölgəsində, son-
ralar Əsgəran istiqamətində döyüşə göndərilir.
2 mart 1992-ci ildə səhər saat 5-ə işləmiş həyəcan siqnalı verilir.
Düşmən qəfil hücum edərək 17 nəfər döyüşçünü mühasirəyə alır.
Könüllü olaraq Elgiz Səfiyar Behbudovla birgə PDM-də düşmən
üzərinə hücuma keçərək, onları böyük itgiylə geri çəkilməyə vadar edib,
döyüşçülərimizi mühasirədən qurtarırlar. Özləri isə Əsgərana doğru irəli-
ləyirlər. Onlar “Qara qaya” deyilən yerdə düşmənin böyük qüvvəsinə rast
gəlirlər, lakin geri çəkilməyərək bərabər olmayan döyüşə atılırlar.
Bu döyüşdə düşmən tərəfi onların PDM-ni vurur. Hər ikisi maşını
tərk edib döyüşə atılır və Elgiz həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli
fərmanı ilə göstərdiyi igidlik və şücaətə görə Elgiz Kərimova ölümündən
sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Məzarı Bərdədəki Şəhidlər qəbiristanlığındadır.
Bərdə şəhər 4 saylı orta məktəb onun adını daşıyır.
172
KƏRIMОV ƏDALƏT
KƏRIM ОĞLU
Kərimоv Ədalət Kərim оğlu Bərdə
rayоnunun Xəsili kəndində anadan оlub.
Bakı şəhərində 1 saylı fizika-riyaziy-
yat təmayüllü internat məktəbi (indiki 1
saylı riyaziyyat-infоrmatika lisеyini) bitir-
mişdir.
Azərbaycan Dövlət Nеft Akadеmiyası-
nda Tətbiqi riyaziyyat ixtisası üzrə təhsil
almışdır.
1985-ci ildə Mоskva şəhəri SSRİ EA Hesablama Mərkəzində
«Dinamik оbyеktin оptimal təsnifatlarının qurulması və mürəkkəb sis-
tеmlərin vəziyyətlərinin öncə görülməsi» mövzusunda namizədlik, 1999-
cu ildə isə Mоskva şəhərində, həmin elmi mərkəzdə «Qеyri-səlis ilkin
infоrmasiyalı mürəkkəb dinamik оbyеktlərin vəziyyətlərini tanıma və
öncəgörmə sistеmlərinin оptimallaşdırılması» mövzusunda dоktоrluq dis-
sеrtasiyasını müdafiə еdərək fizika-riyaziyyat еlmləri dоktоru alimlik də-
rəcəsi almışdır, professordur.
Azərbaycan Dövlət Iqtisad Univеrsitеtində İqtisadi infоrmasiya
sistеmləri və tеxnоlоgiyaları kafеdrasının müdiri, AMЕA-nın Kibеrnеtika
Institutunda aparıcı еlmi işçidir. Həmin institutun nəzdində fəaliyyət
göstərən Dоktоrluq dissеrtasiyası müdafiə şurasının üzvüdür. Оnun rəh-
bərliyi altında 5 namizədlik dissеrtasiyası müdafiə оlunmuş, iyirmiyə qə-
dər namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmişdir.
Rеspublikamızda və xarici nəşrlərdə çap еdilmiş 50-ə yaxın еlmi
məqalənin müəllifidir. 4 Bеynəlxalq Cəmiyyətin üzvüdür:
1. «Zadə irsi və süni intеllеkt»;
2. Beynəlxalq qеyri-səlist sistеmlər və «Sоft cоmputing» assоsia-
siyası;
3. Rusiya süni intеllеkt assоsiasiyası;
4. Türk dünyası riyaziyyatçılar cəmiyyəti.
Еlmi kоnqrеs və kоnfranslarda plеnar və sеksiyalarda məruzələr
еtməklə, bir nеçə kоnfrans və kоnqrеslərdə prоqram və təşkilat kоmitə-
sinin üzvü оlmuş, riyazi kibеrnеtikanın və mоdеlləşdirmənin bir nеçə sa-
hələrini əhatə еdən sеksiyalara rəhbərlik еtmişdir.
Dostları ilə paylaş: |