194
оktyabrınadək Azərbayjan Rеspublikasının Prеzidеnti yanında Ali
Attеstasiya Kоmissiyasında şöbə rəisi vəzifələrində işləmişdir.
2000-ji ildən 2004-jü ilədək Azərbayjan Еlmi-Tədqiqat Kənd
Təsərrüfatının Iqtisadiyyatı və Təşkili Institutunda «Еlmi nətijələrin nəşri
və yayımı», 2006-2008-ji illərdə Azərbayjan Rеspublikası Müəllif
Hüquqları Agеntliyinin «Bеynəlxalq əlaqələr və infоrmasiya təminatı»
şöbələrinə rəhbərlik еtmişdir.
Hazırda AMЕA-nın Fоlklоr Institutunda çalışır. Azərbayjan
Yazıçılar Birliyinin üzvüdür.
195
ORUCOV QARDAŞLARI
XX əsrin əvvəllərində elm və mədəniyyət cəbhəsinə atılmış yüz-
lərlə maarifçi ziyalılardan olan Oruc, Qənbər və Abuzər Orucov qardaşları
qədim tarixə malik olan Bərdənin Alpout kəndində dünyaya göz açmış,
hər üçü uşaqlıq və gənclik illərini bu kənddə keçirmişlər. Qardaşların bö-
yüyü Oruc Orucov Qori müəllimlər seminariyasını və Gəncə şəhərində sə-
nət məktəbini bitirmişdir. Ötən əsrin 10-cu illərində mətbuatda publisist,
ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. O biri qardaşların da rus, ərəb və
fars dillərini bilmələri, mətbəə-nəşriyyat işində fəal çalışmaları ailə ənə-
nələrinə uyğun olaraq xüsusi təhsil almalarından, bilik və bacarıqlarından
xəbər verir.
Kifayət qədər savada malik olan Orucov qardaşları XX əsrin əv-
vəllərində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişlər.
Orucov qardaşları ata-babalarından qalma mülkü və əmlakı satmaqla əldə
etdikləri vəsait hesabına çox xeyirli addım ataraq mətbəə avadanlığı almış
və geniş nəşriyyat fəaliyyətinə başlamışlar. Orucov qardaşlarının mətbə-
əsi öz dövrünə görə yüksək texniki avadanlıqla təchiz edilmişdi. Burada
“Mille” markalı şrifti özüyığan maşın, “Frangental”, “Arzburq”, “Ameri-
kanka” markalı çap maşınları, kağız tikən maşınlar da var idi. Bunların
əksəriyyəti Almaniyadan gətirilmişdi. Naşir qardaşlar Azərbaycan, Rus,
Avropa və Şərq xalqları ədəbiyyatından bir çox qiymətli kitabları ilk dəfə
çap edərək onları oxucularımıza çatdırmışlar. Azərbaycan yazıçılarından
A.Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, Ə.Haqverdiyev,
M.S.Ordubadi, Ü.Hacıbəyov və başqa klassiklərin onlarca əsərləri bu
mətbəədə işıq üzü görmüşdür. Onlarca kitabları nəşr etməklə ədəbiyyatı-
mızı zənginləşdirmişlər.
XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən çox saylı
mətbəələr arasında Orucov qardaşlarının mətbəə nəşriyyatı diqqəti daha
çox cəlb edir. Milli kitab xəzinəmizin zənginləşdirilməsində və çap mədə-
niyyətinin inkişafında həmin mətbəənin xidmətləri əvəzsiz olmuşdur. Ba-
kıda azərbaycanlılara məxsus ən iri çap bazası və texniki avadanlığı olan
bu mətbəə əsasında sonralar Orucov qardaşlarının nəşriyyatı yaradılmış-
dır. Bu da Azərbaycan mədəniyyəti tarixində ilk nəşriyyat hesab edilir.
Orucov qardaşlarının nəşr etdikləri kitabların satışı ilə məşğul olan xüsusi
mağazaları və Qafqazın iri yaşayış məntəqələrində xüsusi vəkilləri vardı.
Abuzər Orucovun doğma nəvəsi, sənətşünaslıq doktoru Kübra Əli-
yeva yazır: “...Abuzər və böyük qardaşı Oruc Tiflisdə, sonralar isə Peter-
burqda təhsil almışlar. Dövrün təhsilli, savadlı və hörmətli adamları ol-
muşlar. Rus, fars və ərəb dillərini gözəl bilib, ağıllı, tədbirli və əsrin əv-
vəllərində nəinki Azərbaycanda, bütün Qafqazda sayılan şəxslərdən ol-
196
muşlar. Oruc və Abuzər əsrin əvvəllərində Bakıda böyük mətbəə təşkil
edib, çap işinə başlamışlar. Mətbəənin bütün işlərini yalnız A.Orucov
aparırdı. Çap olunan kitabların, rayonlarda yerləşən mağazalarda satışına
Qənbər Orucov rəhbərlik edirdi”.
“Bakı və bakılılar” kitabında Orucov qardaşlarının fəaliyyətinə xü-
susi yer ayıran qocaman ədibimiz Qılman İlkinin yazdığına görə Orucov
qardaşlarının mətbəə və nəşriyyatı ilkin olaraq Tağıyevin qız məktəbinin
zirzəmisində yerləşirdi.
Абузяр Оруъов
197
Xalqımızın maarifçi ziyalılar dəstəsinə mənsub olan Orucov
qardaşları M.Ə.Rəsulzadə, M.Ə.Sabir, N.Nərimanov, D.Bünyadzadə,
P.Axundov, Ü.Hacıbəyov və başqa görkəmli şəxslərlə dostluq və yaxınlıq
edirdilər. N.Nərimanov A.Orucovun ailəsinin səhhətini himayə edən ev
həkimi olmuşdur.
Mətbuat tariximizdə parlaq səhifə açan maarifpərvər ziyalılardan
olan Orucov qardaşlarının həyat və fəaliyyətləri acınacaqlı və faciəli son-
luqla başa çatmışdır. Abuzər Orucovun nəvəsi Ofelya xanım Əliyeva de-
yir ki, babam repressiya qurbanı olmuş, sürgündən qayıtmamışdır. Son-
ralar bir çoxları kimi ona da bəraət vermişdilər. Lakin onun qəbri belə və-
təndə yoxdur.
Оруъ Оруъов