79
BƏRDƏ PULLARI
Pul – dövlətçiliyin ilkin şərtidir.
VIII-IX və X əsrlərdə Bərdə şəhəri Azərbaycanın paytaxtı olmaqla
bərabər, dünyanın ən böyük şəhərlərindən biri idi. Şəhərdəki sikkəxanada
qızıl, gümüş və mis pul kəsilirdi. Mənbələr 767-ci ildə Xəlifə əl-Mənsurun
dövründə Bərdədə qızıl, gümüş pul sikkələri kəsildiyindən xəbər verir.
Professor E.A.Paxomov yazır: Azərbaycan və Arran sikkəxanala-
rında kəsilən sikkə uzaqlara, Şimalda – Rusiya, Almaniya, İsveç, Norveç,
Baltik sahillərinə, həmçinin Şərq ölkələrinə gedir, əvəzində həmin ölkə-
lərdən xammal gətirilirdi. Arran ərazisində Abbasilərin ilk sikkələri hicri
140-cı ildə Yəzdiyyədə və hicri 142-ci ildə (759/60-cı ildə) Bərdədə kə-
silmiş fels adlı sikkə idi.
889-929-cu illərdə Saci sülaləsi Azərbaycanda hakim idi. Bu sülalə-
dən hakim olan Məhəmmədin, Yusifin və Fəhdin adına Bərdə şəhərində
qızıl və gümüş (dinar və dirhəm) pul sikkələri kəsilmişdir.
Saci sülaləsindən hakim olan Məhəmməd Afşinin (889-900) adına
889-cu ildə Bərdə şəhərində kəsilmiş gümüş pul 1913-cü ildə Kiyev şə-
hərindəki dəfinədən tapılmışdır. Həmin ildə Məhəmməd Afşinin adına
Bərdə şəhərində kəsilmiş digər gümüş pul sikkəsi hazırda Azərbaycan Ta-
rixi muzeyində numizmatika fondunda saxlanılır. R.R.Fasmerin təsvirinə
görə bu pul 1913-cü ildə Kiyevdə tapılmış pulun eynidir.
901-ci ildə Bərdə şəhərində kəsilmiş gümüş pul 1913-cü ildə Esto-
niyanın Fridrixsqor dəfinəsindən tapılmışdır. Əhməd Kəsrəvinin məlu-
matına görə Yusif İbn Abu Sacinin adına daha çox qızıl və gümüş pul kə-
silmişdir ki, R.R.Fasmer bu pulları 7 tipə ayırmışdır. Yusif Azərbaycanın
ən güclü dövlət xadimlərindən olmuşdur.
904-cü ildə Yusifin adına Bərdə şəhərində kəsilmiş qızıl pul Mosk-
va şəhərindəki Tarix muzeyində P.V.Zubovun kolleksiyasında saxlanılır.
1835-ci ildə İsveçin Medel Pad əyalətindən tapılmış pul da 904-cü
ildə Bərdə şəhərində kəsilmişdir.
1886-cı ildə Pomarinidəki pul dəfinəsindən tapılmış gümüş pul da
905-ci ildə Bərdədə kəsilmişdir.
907 və 916-cı illərdə Bərdə şəhərində kəsilmiş pullar 1868-ci ildə
Vladimir quberniyasının Murova şəhərindəki dəfinədən tapılmışdır.
Yusifin adına 902-ci ildə Bərdə şəhərində kəsilmiş pul 1840-cı ildə
İsveçə məxsus Hotland adasının Botels burnunda tapılmışdır.
910-cu ildə Bərdə şəhərində kəsilmiş 4,29 qram ağırlığında qızıl pul
A. Markovun məlumatına görə imperator Ermitajının (hazırda Sankt-Pe-
terburq Dövlət Ermitajı) müsəlman pulları kataloqunda saxlanılır.
80
Rusiya, İsveç, Pribaltika, Almaniya, Orta Asiya və bir çox ölkələr-
dən tapılmış sacilərin qızıl və gümüş pul sikkələri Azərbaycanın xarici öl-
kələrlə ticarət əlaqələrində böyük rol oynamışdır. O vaxtlar Azərbaycan
daxilində kiçik alver mis pullarla aparılırdı. Tarixi məlumatlardan aydın
olur ki, Bərdənin dünyanın bir çox ölkələri ilə qarşılıqlı ticarət əlaqələri-
nin nəticəsidir ki, Bərdədə kəsilmiş pullar dünyanın bir çox ölkələrində
tapılır və həmin ölkələrin tarix muzeylərində nümayiş etdirilir.
Həmin vaxtlar qədim Bərdə şəhəri dünyanın ən böyük, çiçəklənən
şəhərlərindən biri olmaqla yanaşı, odlar diyarı Azərbaycanın elm və mə-
dəniyyət mərkəzi idi. Şəhərdə əhalinin sayı yüz min nəfərə çatırdı.
XIII əsrin ərəb tarixçisi İbn əl-Əsirin (1160-1234) “Əl-Kamil-Fit-
Tarix” kitabında da Bərdə şəhərinin tarixi keçmişi haqqında bir çox ma-
raqlı məlumatlara rast gəlmək olur. Həmin kitabda göstərilir ki, VII əsrdə
ərəb sərkərdəsi Səlman İbn-Rəbiyə əl-Bahili Bərdə şəhərinə gəldi və
şəhərin bir fərsəngliyində (6 kilometrliyində) olan Sərsur (Tərtər red.) ça-
yı üzərində əsgəri qərargah qurdu. Yerli əhali onunla bir neçə gün vuruş-
du. Nəhayət, şəhər əhalisi onunla Beyləgan sülhü bağladı. O, şəhərə girdi.
Həmin kitabda daha sonra göstərilir ki, VII əsrdə Səid əl-Hərəşi
Xilatdan çıxıb yoluna davam etdi. Yol üstündəki hasarları və qalaları bir-
birinin ardınca fəth edərək Bərdəyə çatdı.
Bəcirəvanda Səidin yanına bir nəfər ağ atlı gəlib salam verdikdən
sonra ondan soruşdu: “Ey əmir, sən cahad və qənimət istəmirsən?”
Səid dedi: “Mən bunları haradan tapa bilərəm.”
Atlı dedi: “Budur, burada xəzərlilərin 10 min əsgəri var. Yanlarında
da müsəlmanlardan 5 min nəfər kişi, arvad və uşaq əsirdir. Özləri də siz-
dən 4 fərsəng məsafədə düşmüşlər.”
Sonra kitabda göstərilir ki, Səid xəzərlilərə hücum etdi. Xəzərlilər
tərəfindən əsir olunmuş müsəlmanları azad edərək özü ilə bərabər Bəcirə-
vana gətirdi.
Kitabda hadisələrlə əlaqədar olaraq daha bir neçə yerdə Bəcirəvanın
adı çəkilir. Bizcə, həmin Bəcirəvan hazırda rayonumuzun ərazisində yer-
ləşən Bəcirəvan kəndidir. Bu da bizə məlumdur ki, qonşu rayonların heç
birisində Bəcirəvan adlı kənd yoxdur.
Beləliklə, demək istəyirik ki, Azərbaycan dövlətçiliyi tarixində Bər-
dənin xüsusi rolu olmuşdur. Arranın, Albaniyanın nəinki sikkə siyasəti,
ümumdövlət qurumu əsaslı öyrənilməlidir.
81
BƏRDƏ XALÇALARI
Qarabağda xalq sənətkarlığı onun gözəl təbiəti kimi təkrarolunmaz
dərəcədə zəngindir. Əlverişli iqlimin və xammal bazasının genişliyi xalq
sənətkarlığının daha geniş inkişaf etməsinə şərait yaratmışdır.
X əsrin sonunda yaşamış Əl-Müqəddəsi göstərirdi ki, Bərdədə is-
tehsal olunan xalçaların, kəlağayıların və baş örtüklərinin tayı-bərabəri
yoxdur. X əsr ərəb alimi və səyyahı İbn Hövqəl də yazır ki, Bərdədən xa-
ricə, Xəzər dənizi vasitəsilə Curcana və oradan quru yolu ilə Hindistana
boyaq kökü ixrac edilirdi və Qərbi Avropa tacirləri Azərbaycanda pudu
15-16 manata aldıqları ipək parçaları öz ölkələrində çox baha qiymətə
sataraq, çoxlu gəlir əldə edirdilər. Məsələn, Azərbaycan ipəyinin bir pudu
Rusiyanın Yaroslavl şəhərində 50-60 manata, Arxangelskdə isə 70 mana-
ta satılırdı.
Azərbaycanda, o cümlədən, Qarabağda xalçaçılığın tarixi çox qə-
dimlərə aiddir. XV əsrdə ümumdünya bazarlarında qədim diyarın bu gö-
zəl sənətkarlıq malları geniş şöhrət tapmışdı. Tədqiqatlar göstərir ki, bu
xalçalar Qarabağda, xüsusilə, Şuşa, Ağdam, Bərdə, Tərtər, Cəbrayıl, Qu-
badlı, Lənbəran, Malıbəyli, Horadiz və s. yerlərin bədii ənənəsindən və
xammalından asılı olaraq, müxtəlif kompozisiyalara, bəzəklərə malik ol-
muş, müxtəlif üsullarla toxunmuşdur.
Tarixdən məlumdur ki, Qarabağda ipəkçiliyin ən çox inkişaf etdiyi
Bərdə rayonunun Lənbəran kəndində XVIII əsrdə toxunmuş “Şəddə”nin
bəzəkləri xoş təsir buraxır. Xalçanın eninə üfüqi şəkildə ardıcıl düzülmüş
bir neçə qızıl quşla ova çıxan atlı və bir neçə dəvə fiquru rəsmlərindən iba-
rətdir. Sənətşünaslıq doktoru, Azərbaycan EA-nın müxbir üzvü R.Əfən-
diyevin təsvirinə görə bu xalçadakı rəsmlər nisbətən statistik bir səpkidə
verilsə də, xalq sənətinə xas olan rəngarəngliyi və şərti dekorativliyi ilə
diqqəti cəlb edəndir. Qarabağın Lənbəran kəndində XIII əsrdə toxunmuş
“Şəddə” xalçası hazırda Kiyev şəhərində Qərb və Şərq İncəsənəti Muze-
yində saxlanılır.
Qarabağın sənətkarlıq nümunələri xalqımızın zaman-zaman məşğu-
liyyətini, ölkəmizin gözəlliyini əks etdirir. Hazırda rayonumuzun ərazisin-
dəki qəbirüstü abidələrdə həkk olunmuş qoyun və digər heyvanların təs-
viri burada heyvandarlığın, sənətkarlığın geniş inkişafına dəlalət edir.
Mənbələrdə göstərilir ki, XIX əsr və XX əsrin əvvəllərində Qarabağ
xalçalarının ilk alıcıları erməni tacirləri olmuşdur. Xalça ustalarının toxu-
duqları məhsulları erməni tacirləri çox ucuz qiymətə alır, bəzən də onların
toxunulduğu yerin adını dəyişərək Avropa bazarlarında çox baha qiymətə
satırdılar. Qarabağ xalça və gəbələri Avropa, Asiya və Amerika ölkələ-
rində bir çox dövlət xadimlərinin, fermer və digər varidatlı adamların ev-
lərinin bəzəyidir.
Dostları ilə paylaş: |