BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə29/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   25   26   27   28   29   30   31   32   ...   155

 

112

dıcılığına, folklora bağlılığı, özünəməxsus üslubu olduğunu aydın göstərir. 

Gülşəni yaradıcılığının dəyəri və gözəlliyi dərinlik və sadəliyindədir. O, 

yaradıcılığında müəllimi Rövşənidən bol-bol bəhrələnmişdir. Bərdəi şəx-

siyyət kimi Rövşəninin yetirməsi və eyni zamanda bir şair kimi onun da-

vamçısıdır.  

Gülşəni Bərdəinin şeirləri – eşq, məhəbbət, sədaqət, dostluq haq-

qında himndir. Əsərlərinin dili ilə həmahəng elmi dil nümunəsi tək diq-

qəti cəlb etdiyi kimi, sadə xalq danışığına yaxınlığı ilə də maraq doğurur. 

Tanınmış türk tədqiqatçısı Vəsfi Mahir Qocatürk Gülşəninin dilində bariz 

bir sadəlik əsasında azəri ləhcəsi (Azərbaycan dili A.M.) qalan bir səmi-

miyyət olduğunu qeyd edərkən, şairin əlimizdəki divanında olmayan aşa-

ğıdakı şeirini nümunə göstərmişdir: 

 

Bənim könlüm alan dilbər,  

Gedər derlər, gedər derlər. 

Bəni Məcnun tək o Leyla 

Edər derlər, edər derlər. 

Nə sevdadır deyiniz bana, 

Eşidib qalmanız tana 

Könül bəndən qaçıb ona, 

Gedər derlər, gedər derlər. 

 

Bərdəinin bütün əsərlərinin bir yerə toplanıb tədqiq edilməsi, elmi 

tənqidi mətnlərinin hazırlanması azərbaycanşünaslıq, eləcə də türkologiya 

qarşısında duran vacib problemlərdən biridir. 

Aşağıda Şeyx İbrahim Gülşəni Bərdəinin yeganə nüsxə olan 1614-

cü ildə üzü köçürülmüş əlyazma divanından seçmələri oxuculara təqdim 

edirik: 

 

Eşqə könül verməyən cananı qıymaz bana 



Bəlləgini tərk edüp, qal ilə gəlməz bana. 

Eşqi murad edübən tərki-murad etməyən, 

Olubanı namurad, eş ilə uymaz bana. 

Eşq ilə Məcnun olan əql ilə divanəvəş, 

Olubani münkirim, qal ilə gəlməz bana. 

Diri ikən ölüymüş, istəyibən bulmazam, 

Çünki diri olmayan eşq ilə duymaz bana. 

Cani-cahandan köçüb, istəməyən eşqərin,  

Dirilu üçün eşqlə cananı verməz bana. 

Bir nəfər yüz belə can verübəni almayan. 

Diləsəm ondan baha eşq ilə saymaz bana. 

Eşq oduna yanmayan, Gülşəndir, sanmanuz. 

Rövşənin yürəki mehr ilə yanmaz bana. 

 

 


 

113

Gəl, ey Misri-dilim dilbər,  

Əzizi canımın, cananı dilbər. 

Günəş kimi nəzirün yox cahanda, 

Mələksima gözəllər canı, dilbər, 

Cahanda xublarının təndə rəvanı, 

Bilindi səndən imiş canı, dilbər, 

Məzəllahki, edəm səndən özgə, 

Davasız dərdimə dərmanı, dilbər. 

Yunban həsrətündən axıduram, 

Gözümdən yaş yerinə qanı, dilbər, 

Cahanda Rövşənidən özgə degil, 

Bana, ey Gülşəni, sən xanı dilbər. 

 

Gülüstan xar olubdur bana sənsiz

Genişlik dar olubdur bana sənsiz, 

Çıxıb sevdası eşqimin başuma, 

Xəyalun yar olubdur bana sənsiz. 

Fəragun zikri söyləmək dilümdən, 

İnildə zar olubdur bana sənsiz. 

Cahanda bir nəfəs, ey dilbəri-şux, 

Dirilmək ar olubdur bana sənsiz. 

Fəragun zövqüdür ağudan acı, 

Ki, zəhri-mar olubdur bana sənsiz. 

Yanaram həsrətindən gecə-gündüz, 

Çü hicran nar olubdur bana sənsiz. 

Dəmadəm Gülşəni der Rövşəniyə

Rəqibim yar olubdur bana sənsiz. 

 

 

Musayeva A. 

 “Elm və həyat” – 1984 – № 9 




 

114

 

MUSA  KALANKAYTUKLU 

 

Musa Kalankaytuklunu Azərbaycan tarixçilərinin ulusu adlandır-

maq olar. O öz mənalı ömrünü xalqımızın tarixi keçmişinin, əhalinin se-

vinci, kədəri, təsərrüfatı, məişətinin öyrənilməsinə həsr etmişdir. 

O, ömrü boyu üzərində işlədiyi “Alban tarixi” adlı iki kitablıq əsə-

rində qədim babalarımız olan albanların tarix səhnəsinə çıxmasından baş-

lamış ta VII əsrin sonuna kimi böyük və tarixi hadisələrlə zəngin bir döv-

rünü tam dəqiqliyi ilə təsvir etmişdir. Müqayisələrdən məlum olur ki, o, 

VII  əsrin I rübündə  qədim tarixli Qarabağın dilbər guşələrindən birində 

anadan olmuşdur. Bu gözəl diyar görkəmli tarixçinin özünün yazdığı kimi, 

əsl-nəcabətinin anadan olduğu yer Kalankaytuk idi. Akademik Z.M.Bün-

yadovun dediyi kimi, bu kənd Bərdədən çox da uzaq olmayan bir ərazidə, 

onun bir neçə fərsaxlığında, Tərtər çayının sahilində, dağətəyi hissədə sa-

lınmışdır. Eyni ifadəni hələ X-XI əsrlərdə yaşamış ərəb müəllifləri də iş-

lətmiş və onların yazılarında göstərilən yer tarixçilərin dilinin qanunların-

dan asılı olaraq Kəlkətus kimi qeyd edilmişdir.  

Əbu  İshaq  İbrahim ibn Məhəmməd  əl-Farisi  əl-İstəxri (X əsr), 

Əbu əl-Qasim ibn Hövqəl (X əsr), Əbu Abdulla Məhəmməd ibn Məhəm-

məd ibn Abdulla ibn İdris (XI-XII əsrlər) və başqalarına görə  Bərdədən 

Dəbilə (Dvinə) gedən ticarət yolunun 9 fərsaxlığında gur Tərtər çayının 

sahilində idi. Hələ 1902-ci ildə  Şamaxı keşişi M.Barxudaryan özünün 

“Albaniya tarixi” adlı əsərində yazırdı: “Kalankat kəndi xarabaları Tərtər 

çayının solunda olmuş Divdakan və Metaqis kəndlərinin arasındakı  və 

hal-hazırda da neçə azərbaycanlı ailələrinin yaşadığı yerdə Qarı körpüsü 

deyilən çay-üstü körpü qalığının yaxınlığındakı yerdə idi”. Bu yer hal-ha-

zırda Bərdə  şəhərinin Cənubi-Qərbində  Şirvanlıya gedən yolun sol tərə-

findədir. Bir çox müəlliflər isə həmin yerin Albaniyada qədim Uti vilayə-

tinin mərkəzi şəhəri Bərdənin cənubi-qərbində Tərtər çayı sahilində olan 

Ağdərə yaşayış yerinin yaxınlığında olduğunu göstərir. Hətta müasir Bər-

də rayonu ərazisində yaşayan ağsaqqal qocaların, dünya görmüş kişilərin 

söyləməsinə görə o kənd hal-hazırki dövrdə rayon mərkəzindən 3 kilo-

metr cənubi-qərbdə olan Kələntərli kəndidir. Bu fikrə isə qəti münasibət 

bildirmək, əlbəttə, çətindir və bunun üçün xeyli iş aparmaq lazımdır. La-

kin M.Barxudaryanın öz əsərində göstərdiyi yer təqribən Kələntərli yaşa-

yış yeri ərazisinə uyğun gəlir. Ancaq bu çox tutarlı bir dəlildir ki, ilk orta 

əsrlərdən mövcud olmuş Kalankat kəndi qədim Bərdədən çox da uzaqda 

olmayan ərazidə idi və görkəmli Azərbaycan (alban) tarixçisi Musa Kalan-

kaytuklu da II əsrin birinci rübündə bu yerdə anadan olmuşdur. Ağıllı gənc 

elə ilk təhsilini də güman ki, burada olan kilsə  məktəbində almışdır və 

sonradan Bərdəyə köçmüşdür. Həssas alimin təsvirlərindən məlum olur ki

o görkəmli alban hökmdarı Cavanşirin (637-38-690) müasiri olmuşdur. 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə