BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə37/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   33   34   35   36   37   38   39   40   ...   155

 

136

 

 

 

ƏFƏNDİYEV FİKRƏT  

ŞƏRİF OĞLU 

 

Əfəndiyev Fikrət Şərif oğlu 1926-cı il may 

ayının 5-də Azərbaycan Respublikası Bərdə 

rayonunun Lənbəran kəndində müəllim ailə-

sində anadan olmuşdur. 

F.Ş.Əfəndiyev əmək fəaliyyətinə 1943-cü 

ildə başlamışdır. O, doğma kəndində klub 

müdiri, rabitə  şöbəsinin müdiri və yerli 

məktəbdə müəllim işləmişdir. 

F.Ş.Əfəndiyev 1947-ci ildə keçmiş S.M.Kirov adına Azərbaycan 

Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Burada oxuyar-

kən o, ictimai işlərdə fəal iştirak etmişdir. 1952-ci ildə universiteti bitir-

dikdən sonra F.Ş.Əfəndiyevi partiya işinə irəli çəkmişlər. O, Bakı Vilayət 

Partiya Komitəsi təşviqat bölməsinin təlimatçısı, Azərbaycan KP MK təb-

liğat və  təşviqat  şöbəsinin təlimatçısı, Azərbaycan KP Balakən Rayon 

Komitəsinin ikinci katibi olmuşdur. 1957-ci ildə onu Balakən Rayon İc-

raiyyə Komitəsinin sədri seçmişlər. 1958-1962-ci illərdə F.Ş.Əfəndiyev 

Vartaşen (Oğuz) Rayon Partiya Komitəsinin birinci katibi, 1962-ci ildən isə 

Nuxa Kolxoz-Sovxoz Ərazi-İstehsalat  İdarəsində Azərbaycan KP MK-nın 

partiya təşkilatçısı, Ağdaş İstehsalat İdarəsi partiya komitəsinin katibi ol-

muşdur. F.Ş.Əfəndiyev 1965-ci ildən Ağdaş Rayon Partiya Komitəsinin 

birinci katibi seçilmişdir. 1980-ci ildən isə F.Ş.Əfəndiyev Qasım İsmayı-

lov (indiki Goranboy) Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. 

1981-ci ildən Azərbaycan Respublikası  Kənd Təsərrüfatı Nazirliyində 

kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1990-cı ildən ömrünün so-

nuna kimi Azərbaycan Respublikası Maddi Mədəniyyət Abidələrinin Mü-

hafizə  Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Beş çağırış 

Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. F.Ş.Əfəndiyev bir sıra 

orden, medal və fəxri fərmanlarla təltif edilmişdir. F.Ş.Əfəndiyev partiya-

nın işləməyə göndərdiyi bütün vəzifələrdə özünü qabiliyyətli, təşəbbüskar 

rəhbər işçi, zəhmətkeşlərin ehtiyac və istəklərinə həssaslıqla, qayğı ilə ya-

naşan bacarıqlı  təşkilatçı kimi göstərmişdir. F.Ş.Əfəndiyev Azərbaycan 

SSR Ali Sovetinin deputatı olduğu illərdə xalqın ən ləyaqətli elçisi kimi 

təmsil etdiyi rayonların çox mühüm sosial və iqtisadi problemlərinin həl-

linə çalışmış və buna əsasən nail olmuşdur. Onun əmək fəaliyyətinin əsası 

Zərdab rayonu ilə bağlı olmuşdur. O bu rayonda 13 il birinci katib vəzifə-




 

137

sində çalışmışdır. Fikrət müəllimin təşkilatçılıq qabiliyyətinin nəticəsində 

rayonda mədəni məişət obyektləri, yeni müasir tipli tarla düşərgələri, 

kolxoz idarə heyətləri üçün yeni malikanələr, mədəni-maarif, səhiyyə, 

təhsil müəssisələri tikilmişdir. Küçələrin asfaltlaşması, kəndarası yolların 

çəkilməsi işi başa çatdırılmışdır. Torpaqların şoranlaşmasına qarşı tədbirlər 

həyata keçirilmişdir. Onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Kürsa-

hili park bu gün də zərdablıların istirahət güşəsinə çevrilmişdir. Rayonda 

pambıq, taxıl, barama, heyvandarlıq məhsullarının istehsalı xeyli artmış-

dır. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin abidəsi də hə-

min illərdə qoyulmuşdur. Onun gecə-gündüz yorulmadan fəaliyyəti nəti-

cəsində Kür çayı bəndlərlə möhkəmləndirilməsəydi bəlkə də təbii fəlakət 

nəticəsində rayon indi də təhlükə altında qalardı. 1978-ci ildə Zərdab ra-

yonunun təbii fəlakətlə üzləşdiyi bir dövrdə Fikrət Əfəndiyev böyük işlər 

görmüşdür. Belə ki, həmin vaxt Zərdab rayonunda Kür çayının daşması 

nəticəsində bir çox evlər su altında qalmışdır. Düz bir ay ərzində o, rayo-

nun rəhbəri kimi gecə-gündüz bu daşqının qarşısının alınmasında Kürün 

sahillərində olmuşdur. O dövrdə Azərbaycan Kommunist Partiyası  Mər-

kəzi Komitəsinin birinci katibi H.Ə.Əliyev Zərdab rayonuna gəlmişdir. O, 

vəziyyətlə yerində tanış olaraq öz göstəriş  və  sərəncamlarını rayon 

rəhbərinə vermişdir. H.Ə.Əliyev o dövrdə Zərdab rayonunda görülən işləri 

çox bəyənmişdir. Zərdab şəhərilə Gəlmə kəndini birləşdirən Qarasu çayı 

üstündəki piyadalar körpüsü bilavasitə Fikrət müəllimin gərgin əməyi və 

layihəsi nəticəsində inşa edilmişdir. “SU-19” deyilən qəsəbə, yeni tipli 

ikimərtəbəli mərkəzi kitabxana, neçə-neçə kənd klubu, məktəb, xəstəxana 

və s. yaşayış binaları Fikrət müəllimin adı ilə bağlıdır. Bu və ya digər xe-

yirxah  əməllərin nəticəsidir ki, bütün zərdablılar ona bu gün də  rəhmət 

oxuyurlar. 

Əfəndiyev Fikrət  Şərif oğlu 1998-ci il noyabr ayının 10-da Bakı 

şəhərində vəfat etmişdir. 



 

 

 

 

 

 


 

138

 

 

 

      

ƏFƏNDİYEVA  (QURBANOVA) 

      RÜZGAR  ŞAHMAR QIZI 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü 

(1988), Jurnalistlər Birliyinin üzvü (1994), 

“Araz” ali ədəbi (1997), “Heyran xanım” 

ədəbi (1994), “Qızıl qələm”  (2005), “Nigar 

Rəfibəyli” (2006) adına mükafatların laurea-

tıdır.  

1947-ci il mayın 9-da Azərbaycanın 

Bərdə şəhərində qulluqçu ailəsində anadan  

olmuşdur. Bərdə  şəhər 3 saylı orta məktəbində  təhsil almışdır. (1954-

1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi baş-

lamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində  təhsilini davam 

etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədə-

biyyat müəllimi işləmişdir (1970-1974). 1975-ci ildə “Maarif” nəşriyya-

tında korrektor, kiçik redaktor, redaktor və “Azərbaycan dili və ədəbiyyatı 

dərslikləri” redaksiyasının müdiri (1994-2005) vəzifələrində  işləmişdir. 

Bədii yaradıcılığa orta məktəbdə ikən coşqun həvəs göstərmişdir. İlk mət-

bu  şeirləri (“Könül verərsənmi?”, “İstərəm”), “Lenin tərbiyəsi uğrunda” 

çoxtirajlı Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmış-

dır. Dövri mətbuatda,  ədəbi almanaxlarda müntəzəm çıxış edir. Şeirləri 

Bolqarıstanda, Əfqanıstanda, Türkiyədə, Rusiyada, Özbəkistanda və baş-

qa xarici ölkələrdə bolqar, fars, türk, rus, özbək və s. dillərdə dərc olunur.   

Bəstəkarlardan Oqtay Kazımov, Elza İbrahimova, Həsənağa Qur-

banov, Oqtay Rəcəbov, Bahadur Hüseynov, Ülviyyə Süleymanova və b. 

80-dək şeirlərinə musiqi bəstələmişdir. 

Onun “Axtarma məni” (musiqisi: Bahadur Hüseynov) mahnısını 

məşhur türk müğənnisi Əməl Sayın, “Sənli günlərim”-i (musiqisi: Oqtay 

Kazımov) isə Nəşə Qaraböcək oxuyur.  

“Unuda bilməzsən”, “Gözlə”, “Ömürdən keçən illər”, “Lalənin lə-

çəyi”, “Aydınlıqdan gedən yolda”, “Gedən də var, qalan da var”, “Xatirə-

lər çiçəkləyəndə”, “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların 

müəllifidir. O, həm də romanlar, povestlər, hekayələr müəllifidir. “Yol-

gözləyənlər” povesti 1997-ci ildə, “İki sahil” qəzetində çap olunmuşdur. 

Bu povestin radio tamaşası (ssenarisini Şəfəq Sultan Əlixanlı yazmışdır) 

Azərbaycan radiosunun fondundadır. Vaxtaşırı səsləndirilir.  



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə