BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə40/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   36   37   38   39   40   41   42   43   ...   155

 

147

 

 

 

    ƏLİYEVA  KÜBRA  

     MUXTAR  QIZI 

 

 Azərbaycanın nəşriyyat tarixində gör-



kəmli yeri olan bərdəli Orucov qardaşlarından 

Abuzər Orucovun qız nəvəsi olan Əliyeva 

Kübra Muxtar qızı 1944-cü ildə  Ağdam 

rayonunda ziyalı ailəsində anadan olub. 

1963-cü ildə M.A.Əliyev adına Azərbay-

can Dövlət Teatr İnstitutunun (indiki 

ADMİU) Mədəni-maarif fakültəsinə daxil  

olub, 1967-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.  

1967-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası 

Memarlıq və  İncəsənət  İnstitutunun “Dekorativ tətbiqi sənət”  şöbəsində 

baş laborant, elmi işçi vəzifəsində çalışıb. 

Hal-hazırda həmin institutda “Təsviri və dekorativ-tətbiqi sənət” 

şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. 1978-1980-ci illərdə Mosk-

va şəhərində Lomonosov adına Universitetin Tarix fakültəsində professor 

V.M.Vasilenkonun yanında təcrübə keçmiş, universitetdə mütəmadi ola-

raq mühazirələrdə çıxış etmişdir. Həmin illər ərzində Moskvada namizəd-

lik dissertasiyasını təkmilləşdirmişdir. 1984-cü ildə Moskvada SSRİ Rəs-

samlıq Akademiyasının nəzdində olan “Təsviri sənətin nəzəriyyə  və ta-

rixi” Elmi tədqiqat İnstitutunda “Azərbaycanın xovsuz xalçaları” adlı dis-

sertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsini al-

mışdır. 

1979-cu ilin axırlarından 2001-ci ilə qədər Azərbaycan Dövlət Mə-

dəniyyət və  İncəsənət  İnstitutunun rəssamlıq bölməsində  (əvəzçiliklə) 

(Quba filialında 10 il) dosent vəzifəsində  işləyərək onlarla peşəkar rəs-

samların yetişməsində əmək sərf etmişdir. 2001-ci ildən – 2004-cü ilə qə-

dər (əvəzçiliklə) Azərbaycan Dövlət Memarlıq və  İnşaat Universitetinin 

“Memarlıq dizaynı” bölümündə savadlı memar – magistrlərin yetişmə-

sində böyük əmək sərf etmişdir. 2003-cü ildən Azərbaycan Dövlət Rəs-

samlıq Akademiyasının “Sənətşünaslıq” kafedrasında müəllim – dosent, 

hal-hazırda isə professor vəzifəsində çalışır. 

Uzun illər  ərzində istər respublikamızda və istərsə  də Avropa

Yaxın  Şərq ölkələrində keçirilən samballı elmi simpoziumlara və konq-

reslərə dəvətlər alıb, Azərbaycan incəsənətinin bu və ya digər məsələləri-

ni özündə əks etdirən məruzələrlə çıxış etmişdir. 




 

148

Azərbaycan Ensiklopediyasının III cildindən başlayaraq X cildinə 

qədər Azərbaycan dekorativ – tətbiqi sənətinə aid 60-dan artıq məqalə-

lərin müəllifidir. Rusiyada çap edilən xüsusi cild Ensiklopediyasındakı 

Azərbaycan xalçalarına aid məqalələrin müəllifidir. Bundan əlavə Azər-

baycanın dövri mətbuatında, və xarici ölkələrdə nəşr edilən 100-dən artıq 

elmi məqalələri mövcuddur. 

Dörd kitabın (Azərbaycan xovsuz xalçaları – 1988, Xalı və xalça-

çılıq terminləri lüğəti – 1998; R.Əfəndiyevlə müştərək, 16-17 əsr Təbriz 

xalça məktəbi və onun Yaxın və Orta Şərq xalça sənəti ilə əlaqəsi – 1999, 

Lətif Kərimov Həyat və yaradıcılığı – Eldəniz İbrahimov – Bakı – 2007) 

müəllifidir. 

1989-cu ildə Əmək veteranı medalı ilə təltif edilmişdir. 

1988-ci ildən Azərbaycan rəssamlar  İttifaqının üzvüdür. Rəssam-

ların yaradıcılığına həsr edilən onlarca kataloqun müəllifidir. Uzun illər 

Prezident Aparatı yanında Ali Attestasiya Komissiyasının eksperti və 

Azərbaycan Milli Elmlər Akademiyası Tarix muzeyinin eksperti olmuş-

dur, AMEA terminologiya komitəsinin üzvüdür.  

2004-cü il may ayının 12-də Azərbaycan Dövlət Rəssamlıq Aka-

demiyasının birdəfəlik elmi şurasında “XVI-XVII əsr Təbriz xalça mək-

təbi və onun Yaxın və Orta Şərq xalçaları ilə əlaqəsi” adlı doktorluq dis-

sertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 

Müdafiədən sonra 5 beynəlxalq simpoziumda (Berlin, Bakı, Aşqa-

bad, Dənizli, Kazan) iştirak etmiş, bir neçə kataloq və məqalə çap etdir-

mişdir. 

Ailəlidir, 1 övladı var. 

 

 

 



 


 

149

 

          



 

 

ƏLİYEV  FİKRƏT 

HÜSEYN  OĞLU

 

 



1941-ci il dekabr ayının 2-də Bərdə rayo-

nunun Qayalı kəndində dünyaya göz açıb. 

1949-cu ildə Qayalı  kənd ibtidai mək-

təbinə daxil olub. 

1953-cü ildə həmin məktəbdə ibtidai təh-

silini başa vurduqdan sonra, Mehdixanlı 

kənd orta məktəbinin beşinci sinfinə daxil 

olub. 1959-cu ildə Mehdixanlı kənd orta mək- 

təbini yüksək qiymətlərlə bitirmişdir. 

1961-ci ildə keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Univer-

sitetinin (indiki BDU) Kimya fakültəsinə daxil olmuş, 1967-ci ildə həmin 

fakültəni bitirərək kimyaçı ixtisasına yiyələnmişdir. 

İlk  əmək fəaliyyətinə Yevlax tütün fermentasiya zavodunda qa-

pançı  vəzifəsində başlamışdır (orta məktəbi bitirdikdən sonra). Sonrakı 

əmək fəaliyyətini Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri el-

mi-tədqiqat İnstitutunda davam etdirib. 

Daha sonra D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna (in-

diki ADİU) müəllim vəzifəsinə keçib. 

1972-ci ildə istehsalatdan ayrılmamaq  şərtilə Azərbaycan EA 

Qeyri-üzvi və Fiziki kimya İnstitutunun aspiranturasına daxil olmuş, 

1978-ci ildə müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi al-

mışdır. 


80-dən çox elmi əsərlərin müəllifidir. 

Hal-hazırda Azərbaycan Respublikası İqtisad Universitetinin Kim-

ya kafedrasında dosent vəzifəsində çalışır. 

 

 

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə