BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə48/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   44   45   46   47   48   49   50   51   ...   155

 

176

 

 

 

 

QASIMOV  CƏMŞİD  

QURBAN  OĞLU 

 

 Qasımov Cəmşid Qurban oğlu, 1937-ci 



ilin 22 iyulunda Azərbaycan Respublikası 

Bərdə rayonunun Ərəblər kəndində ana-

dan olub.  

Təhsili: Mülki – 1957-ci ildə Bərdə şə-

həri, 10 № -li orta məktəb; 

Hərbi: 1962-ci ildə Tümen hərbi mü-

həndis komandanlıq məktəbi; 1975-ci ildə 

V.V.Kuybışev adına hərbi mühəndis (Moskva) akademiyası komandanlıq 

kursu; 1980-ci ildə 8-ci Mərkəzi rəhbərlər heyətinin mükəmməlləşdirmə 

kursu; 


1982-ci ildə Partiya Universiteti. 

1957-ci ildə Sovet Ordusu sıralarına çağrılmış və hərbi qulluqları 

keçmişdir: 

Kursant 432 №-li  əlahiddə mühəndis-istehkamçı taborunda, X. 

1957 - VIII. 1959, Novozibkov şəhəri, Moskva hərbi dairəsi; kursant Ka-

lininqrad və Tümen hərbi-mühəndis komandanlıq məktəbi; IX. 1959 - 

VIII. 1962, Tümen şəhəri; 

48652  №-li hərbi hissədə mühəndis-istehkam tağımının və bölü-

yünün komandiri, X. 1962 – III. 1969, Ağdam şəhəri; 

61237  №-li hərbi hissədə mühəndis xidməti rəisi, III.1969 – 

II.1973, Xankəndi şəhəri. 

69610 №-li hərbi hissənin komandiri, II.1973 – III.1979, Naxçıvan 

şəhəri;  

Naxçıvan Respublikası  hərbi komissarın müavini, III.1979 – 

III.1983, Naxçıvan şəhəri. 

26 Bakı komissarları rayonunda h/komissarın müavini, IV.1983 – 

VI.1986, Bakı şəhəri; 

Bakı “Alunit” zavodunun kadrlar şöbəsinin rəisi, VI.1986 – 

XI.1991, Bakı şəhəri. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis qoşun-

ları idarəsinin rəisi, XII.1991 - VI.1997, Bakı şəhəri. 

Azərbaycan Texniki Universitetinin hərbi kafedrasında silsilə rəisi, 

VI.1997 - VIII.1998, Bakı şəhəri; 



 

177

Azərbaycan Respublikası,  Ərazilərin bərpası, yenidən qurulması 

və minalardan təmizlənməsi üzrə “ANAMA” təşkilatında  əməliyyat  şö-

bəsinin rəisi, VIII.1998 - VI.2000, Bakı şəhəri; 

1999-cu ildə Cenevrə  və Lüblüyana şəhərlərində  təlimdə  iştirak 

etmişdir. 

Bakı beynəlxalq dəniz limanı, münəndis, XI.2000 - IV.2001, Bakı 

şəhəri; 


Azərbaycan Respublikası MTN Akademiyası, hərbi mühəndis 

hazırlığı müəllimi, VI.2001 - I.2009, Bakı şəhəri; 

Azərbaycan Respublikası  Hərbi Sənaye Nazirliyinin ETİ-da  şöbə 

rəisi, 16.02.2009. 

Hərbi qulluq etdiyi müddətdə hökumət təltifləri: 

-

 



SSRİ-nin Şərəf nişanı Ordeni – 1971; 

-

 



Qələbənin (1941-45) 20 illik medalı – 1965; 

-

 



SSRİ Ordusunun yaranmasının 50 illik yubiley medalı – 1967; 

-

 



Orduda qüsursuz xidmətə görə III dərəcəli medal – 1967; 

-

 



Xidmətdə fərqləndiyinə görə, Leninin 100 illik yubiley medalı – 

1970; 


-

 

Orduda qüsursuz xidmətə görə II dərəcəli medal – 1972; 



-

 

Orduda qüsursuz xidmətə görə I dərəcəli medal – 1978; 



-

 

SSRİ Ordusunun yaranmasının 60 illik yubiley medalı – 1978; 



-

 

SSRİ Ordusunun Veteranı medalı – 1986; 



-

 

Azərbaycan Ordusunun veteranı medalı – 2008. 



Hərbi rütbəsi ehtiyatda olan polkovnik. 

 

 



 

 

 



 


 

178

 

 



 

QƏHRƏMANОV  FARIZ  

ÇОBAN  ОĞLU 

 

29 mart 1974-cü ildə  Bərdə rayоnunun 



Xəsili kəndində dünyaya göz açıb. Burada 

оrta məktəbə gеtmiş və 1991-ci ildə təhsi-

lini başa vurmuşdur. Həmin il ali məktəbə 

sənəd vеrmiş, lakin müsabiqədən kеçmə-

mişdir. 

О, təhsilini Bərdə rayоnundakı 47 saylı 

Tеxniki-pеşə məktəbində davam еtdirmiş- 

dir. 1992-ci ilin iyun ayında Milli Оrduya 

çağırılmış, 776 saylı hərbi hissədə xidmətə başlamışdır. О, hərbi hissənin 

tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayоnları uğrunda 

gеdən ağır döyüşlərin iştirakçısı  оlmuşdur. Bir müddət hərbi hоspitalda 

müalicə  оlunmuşdur. Sоnra yеnidən cəbhəyə qayıtmışdır.  О, 1995-ci il 

martın 13-də dövlət çеvrilişinə cəhdin qarşısının alınmasında qəhrəmanlıq 

nümunəsi göstərmişdir. Həmin hadisələr zamanı göstərdiyi igidliyə görə 

Qəhrəmanоv Fariz Çоban oğlu Azərbaycan Rеspublikası Prеzidеntinin 4 

aprеl 1995-ci il tarixli 307 saylı Fərmanı ilə «Azərbaycanın Milli Qəhrə-

manı» adına layiq görülmüşdür. 

Gənc döyüşçü 1995-ci ilin iyunundan 1996-cı ilin dеkabrınadək 

Türkiyə  Rеspublikasında Jandarm və  Kоmanda məktəbini bitirmişdir. 

1997-ci ildə isə  təhsilini Azərbaycan Tеxniki Univеrsitеtində davam еt-

dirmiş, maşınqayırma sənayеsi üzrə mеnеcmеnt ixtisasına yiyələnmişdir. 

О, 1999-cu ildə  yеnidən sənədlərini Ali Birləşmiş  Kоmanqdanlıq mək-

təbinə  vеrmiş  və  mоtоatıcı  qоşunlar kоmandiri ixtisası üzrə  оrada tam 

kursu başa vurmuşdur. 

Subaydır. 

Hal-hazırda kapitan rütbəsində Vətənin kеşiyindədir. 




 

179

 

 

QOCAYEV  ZAHİD 

ADIGÖZƏL  OĞLU 

 

1951-ci ildə  Bərdə rayonunun Gülgəzli 

kəndində anadan olub. 

1967-ci il – Bərdə  şəhər 1 saylı orta 

məktəbi bitirib.  

1967-1971-ci illərdə Azərbaycan Döv-

lət Neft və Kimya İnstitutunda təhsil alıb.  

1974-1975-ci illərdə Tümen vilayətinin  

neft yataqlarında yeni texnikanın tətbiqi 

üzrə mühəndis işləyib. 

1975-1978-ci illərdə N.E.Bauman adına Moskva Ali Texniki Uni-

versitetin aspirantı olub. 

1979-cu il – N.E.Bauman adına

 

Moskva Ali Texniki Universitetin 



elmi işçisi olub. 

1979-cu il – N.E.Bauman adına Moskva Ali Texniki Universite-

tində sürətləndirilmiş sınaq  metodlarının təkmilləşdirilməsi üzrə texnika 

elmləri namizədi dissertasiyasını müdafiə edib. 

1979-2002-ci illər – “EATİ” Dövlət elmi-tədqiqat institutunun  

baş elmi işçisi, aparıcı elmi işçisi vəzifələrində çalışıb.  

1983-84-cü illərdə – konstruksiya materialları üzrə  məlumat-

axtarış  və konstruksiyaların möhkəmliyi sistemlərinin yaradılması üzrə 

SSRİ Avtomobil və  Kənd Təsərrüfatı Maşınqayırması Nazirliyinin nəz-

dində yaradıcı qrupun rəhbəri olub. 

1994-cü il – texnika elmləri doktoru dissertasiyasını müdafiə edib. 

1996-2009-cu illər – əvəzçiliklə, Bauman adına  Moskva Ali Tex-

niki Universiteti (“Dinamika və möhkəmlik” kafedrasında), Moskva Av-

tomobil Yolları Universiteti və Moskva Dövlət Açıq Universitetində (“İn-

formatika”, “Tətbiqi riyaziyyat”, “Maşınların detalları” kafedralarında) 

pedaqoji fəaliyyətlə məşğul olub. 

2001-ci il – Keyfiyyət Problemləri Akademiyasının akademiki 

seçilib.  

2002-2004-cü illər – Moskva vilayətinin Çexov rayonunda yerlə-

şən Maşınqayırma üzrə Federal elmi-tədqiqat və  təcrübə  mərkəzinin 

Federal Dövlət Unitar Müəssisəsinin baş direktoru vəzifəsində çalışıb. 

2004-cü ildən hal-hazıradək Rusiya Federasiyası “Maşınqayırma 

üzrə Federal elmi-tədqiqat və təcrübə mərkəzi” ASC-nin (Rusiya Sənaye 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə