BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə49/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   45   46   47   48   49   50   51   52   ...   155

 

180

Energetika Nazirliyi, 2009-cu ildən “Rostexnologiyalar” DK strukturuna 

daxildir) baş direktoru vəzifəsində çalışır.  

Maşınqayırma konstruksiyalarının etibarlılığı  və möhkəmliyinin, 

yeni mobil texnikanın nəzəri və təcrübi sınaqları (stend, poliqon və istis-

mar) problemləri,  riyazi modellərin və konstruksiyaların kompyuter he-

sablamaları metodlarının tədqiqi, mobil maşınların və onların qüvvə ötür-

mələrinin çətin dinamik sistemlərinin optimallaşdırılması, maşınqayırma 

konstruksiyaları üzrə  məlumat bazasının yaradılması sahəsində 100-dən 

artıq elmi işin, monoqrafiyanın və ixtiraların müəllifidir. 

Z.A.Qocayevin rəhbərliyi və bilavasitə  iştirakı ilə aparılmış eks-

perimental və nəzəri elmi tədqiqatların nəticələri RF və MDB ölkələrinin 

bir çox avtomobil və traktor zavodlarında tətbiq və istifadə edilir. Onun 

rəhbərliyi və bilavasitə iştirakı ilə dövlət sifarişi və ya sahə üzrə müəssisə 

və  təşkilatların sifarişi ilə 60-dan çox elmi-təhqiqat işləri yerinə yetiril-

mişdir.  

Onun elmi rəhbərliyi altında, Rusiya Sənaye Energetika Nazirliyi

Elm  Nazirliyi və Kənd Təsərrüfatı Nazirliklərinin sifarişi ilə, bir sıra eks-

permental və  nəzəri tədqiqatlar aparılmışdır. O, 2004-2005-ci illərdə 

maşınqayırmada  nanotexnologiyaların istifadə edilməsi üzrə elmi kons-

truksiya işlərinin rəhbəri olmuşdur. 

Onun elmi rəhbərliyi ilə, maşınqayırma konstruksiyalarının və 

onların qüvvə ötürücülərinin tədqiqi üzrə bir sıra namizədlik və doktorluq 

dissertasiyaları müdafiə olunub. O, həmçinin “Maşın və cihazların dina-

mika və möhkəmliyi” ixtisası üzrə dissertasiyaların müdafiəsi üzrə  İxti-

saslaşdırılmış Şuranın üzvü olmaqla, yuxarıda göstərilən istiqamətlər üzrə 

dissertasiyaların müdafiəsində tez-tez opponent qismində çıxış edir.  

Müxtəlif illərdə  tətbiqi riyaziyyat, optimallaşdırma, avtomatlaş-

dırılmış məlumat bazası və informatika üzrə bir sıra tədris-metodik vəsait-

lərin, o cümlədən “Hüquqşünaslar üçün riyaziyyat” və “Proqramlaşdırma-

nın alqoritmik dilləri” vəsaitlərinin müəllifidir. Sevastopol şəhərində ke-

çirilən “Maşın və mexanizmlərin qüvvə ötürücülərinin etibarlılığı  və 

uzunömürlüyü” adlı illik beynəlxalq elmi konfransın həmsədridir. 

 

 



İctimai fəaliyyəti 

 

1991 – 1997-ci il – Ümumrusiya Azərbaycan  Vətəndaş Assamb-

leyasının Prezidenti olub.  

1994 – 1996-cı illər – RF Prezidenti yanında İctimai Palatanın üz-

vü olub. 

1995-ci ildə Moskva vilayəti 113-cü Puşkin dairəsinin seçiciləri, 

“Rusiyanın demokratik seçimi” bloku və 1999-cu ildə, “Mənəvi irs” seçki 



 

181

birliyi tərəfindən RF  Dövlət Dumasına deputatlığa namizədliyi irəli sürü-

lüb.  

1997-ci il – Rusiya Federasiyası hökumətinin qərarı ilə, RF höku-



məti yanında milli mədəni müxtariyyat məsələləri üzrə Məşvərət Şurası-

nın üzvü təyin edilib.  

2001-ci ildə Kremldə “Vətəndaş Forum”un hazırlanması üzrə Təş-

kilat komitəsinin üzvü olub. 

2000 – 2005-ci illər – Rusiya  Milli Birliklər Konqresi Rəyasət 

Heyətinin sədri seçilib.  

Rusiya Federasiyası “Maşınqayırma üzrə Federal elmi-tədqiqat və 

təcrübə mərkəzi” ASC-nin baş direktoru, MDAU professoru, texnika elm-

ləri doktoru,  RF KPA-nın akademikidir. Avtomatlaşdırma və maşınqayır-

ma üzrə ixtisaslaşmışdır. 

Evlidir, 2 övladı var. 

 

 

 



 

 

 



 

 

 




 

182

 

 



QULIYЕV  MIRZƏ  

MƏCID  ОĞLU  

 

11 yanvar 1974-cü ildə  Bərdə rayоnu-

nun Saatlı kəndində dоğulub. 1980-ci ildə 

Saatlı kənd оrta məktəbinin birinci sinfinə 

gеtmiş, 1991-ci ildə  həmin məktəbin  оn 

birinci sinfini bitirmişdir.  Еlə  həmin il 

Mingəçеvir  şəhərindəki 39 saylı  Tеxniki-

pеşə  məktəbində  təhsilini davam еtdirmiş 

və qaynaqçı  pеşəsinə yiyələnmişdir. 

1992-ci il avqustun 25-də Bərdə  

rayоn Hərbi kоmissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. О, 

Naxçıvan Muxtar Rеspublikasının Sədərək rayоnu  ərazisində PDM-də 

tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gеdən döyüşlərdə 

mərdliklə vuruşmuşdur. 1993-cü il iyulun 28-dən Ağdam bölgəsində dö-

yüşmüşdür. Sоnra Füzuli bölgəsinə göndərilmişdir. Mirzə Quliyеv Füzuli

Tərtər və Ağdərə rayоnları uğrunda gеdən qanlı döyüşlərdə əsl fədakarlıq 

nümunəsi göstərmiş, PDM-lə düşmənin bir nеçə tankını  və  xеyli canlı 

qüvvəsini məhv еtmişdir. 

Rеspublika Prеzidеntinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə 

döyüşlərdə göstərdiyi  şücaətə görə «Hərbi xidmətlərə görə» mеdalı ilə 

təltif  еdilmişdir. Mirzə Quliyеv dövlətçiliyimizin qоrunmasında öz və-

tənpərvərlik bоrcunu layiqincə yеrinə yеtirmişdir. 

Azərbaycan Rеspublikası Prеzidеntinin 4 aprеl 1995-ci il tarixli 

307 saylı  Fərmanı ilə Quliyеv Mirzə  Məcid  оğlu döyüşlərdə göstərdiyi 

rəşadətə görə daha yüksək ada – «Azərbaycanın Milli Qəhrəmanı» fəxri 

adına layiq görülmüşdür. 

M.Quliyеv 1995-ci ildə Pоlis Akadеmiyasının qiyabi şöbəsinə da-

xil оlmuşdur. 1996-cı ilin оktyabr ayında çavuş rütbəsi ilə Milli Оrdu sı-

ralarından azad еdilərək, daxili işlər оrqanlarına işə göndərilmişdir. 1997-

ci ildə Bakı şəhər Baş Pоlis Idarəsinin Çеvik Pоlis Alayında pоlis nəfəri 

kimi fəaliyyətini davam еtdirmişdir. 2003-cü il mart ayının 5-də Daxili 

Işlər Nazirliyinin əmri ilə оna lеytеnant rütbəsi vеrilmiş və Nəsimi rayоn 

20-ci pоlis bölməsində  əməliyyat müvəkkili vəzifəsinə  təyin  еdilmişdir. 

Indi də bu vəzifədə çalışır. 

Ailəlidir. Bir övladı var. 

    



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə