BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə57/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   53   54   55   56   57   58   59   60   ...   155

 

212

 

ƏJDƏR  FƏRZƏLİ 

 

BƏRDƏNİN ŞÖHRƏTİ 

(Lirik poema) 

 



Sən aranın taxtısan, 



“Ağ qızıl” paytaxtısan. 

Ətalət dağlarını 

Kökündən uçurmusan, 

Hünər adlı bir dağın 

Zirvəsində durmusan. 

Qaliblər yarışında  

Həmişə birincisən. 

Vətən – bir qızıl tacdır, 

Sən – orda bir incisən! 

İlkin nəğməni babam

Ulu Nizami dedi. 

Pozulmasın yurdumda 

Elin nizamı – dedi 

El bir olsa, basılar, 

Dönər həramı – dedi. 

Baxdı gül camalına, 

Coşdu ilhamı – dedi. 

Nizami bu ellidir, 

Gəncəli, Bərdəlidir. 

Qoy bilsin hamı – dedi. 

Onun, sənin Nüşabən 

İdrakın qüdrətilə 

Mat qoydu İsgəndəri. 

Fəth etdi 

Yer üzünü  

Fəth edən cahangiri, 

Susduruldu yadelli, 

Kamalının önündə 

Döndü, çəkildi geri, 

Şöhrətin aşdı gəldi 

İlləri, əsrləri! 

 

 



 


 

213

 



 

Həşəmətli dünənim, 

Dünyanın ən basılmaz 

Qalasına dönənim. 

Bu gün də hünərinlə  

Alınmaz bir qalasan, 

Bu nişanda qalasan! 

Sənin zəhmət toyuna 

Dedilər qonaq olum, 

Sevincinə balan tək 

Mən də qoy ortaq olum. 

Qoşuldum o nurlu gün 

“Ağ qızıl” karvanına, 

Gəldim ana qoynuna. 

Ruhuma lay-lay çaldın. 

Sən məni məndən aldın. 

Od yurdu bir dastandır, 

Sən onun bir nəğməsi. 

Od yurdu bir ümmandır, 

Sən onun bir ləpəsi. 

Od yurdu bir çəməndir, 

Sən onun tər laləsi. 

Od yurdu bir səmadır, 

Sən orda bir ulduzum! 

Ürəyimdən keçdi ki, 

O bircə ulduzuma 

Mən də bir nəğmə yazım. 

 



 

Ürəksiz ötüşmək olmaz yanından, 

Ulduzlar saçılır asimanından. 

Qonağa mehriban, dosta mehriban, 

Ocağı Bərdənin, közü Bərdənin! 

 

Almazlar, incilər yağanda düzə, 



Qarışır bu yerdə gecə gündüzə. 

Yaraşır əzəldən nəğməyə, sözə, 

Söhbəti Bərdənin, sözü Bərdənin! 

 



 

214

Gəl, orda sirdaş ol sən də hünərlə

Açılsın səhərin min bir zəfərlə. 

Səni qarşılasın xoş müjdələrlə, 

Oğulu Bərdənin, qızı Bərdənin. 

 

İlham çeşməsidir torpağı, daşı, 



Odur ki, göylərə ucalır başı. 

Ellərin dilindən qopur alqışı, 

Ağdır el yanında üzü Bərdənin. 

 

Onun şəfəqilə mən də nur oldum! 



Ayna sularında axdım, duruldum. 

Nəğməsi gur oldum, səsi gur oldum. 

Güləndə körpə tək gözü Bərdənin! 

 



 

Bərdənin şöhrətini  

Çöllərində arayın. 

Gümüşü pambığının 

Tellərində arayın, 

İgidlərinin polad 

Qollarında arayın. 

Bol bəhrəsi daşınan 

Yollarında arayın. 

Qocasının, gəncinin 

Fikrində, arzusunda

İnamında arayın! 

Zəhmətindən aldığı 

İlhamında arayın! 

Aradım, düzə çıxdım, 

Gücü ana torpaqdan. 

Odu Günəşdən alan, 

Yüz igid əli sıxdım. 

Yer asiman kimiydi – 

Hər yanı ulduz-ulduz! 

İnci, almaz yığırdı 

Burdan min bir oğul, qız. 

Çöllərin yaxasına 

İnsan da yaraşırdı, 

Maşın da yaraşırdı, 

Günəş də yaraşırdı! 




 

215

“Ağ qızıl” meydanında 

İnsan da yarışırdı, 

Maşın da yarışırdı, 

Günəş də yarışırdı! 

Bu ecazkar yarışdan 

Qalib çıxırdı insan! 

 



 

Yol verin, a cərgələr, 

Qoynuna Tərlan gəlir! 

Adı bu gün Bərdəyə 

Şərəf, şan olan gəlir

Möhkəm tutub sükandan, 

O zəfər çalan gəlir! 

Yığır “mavi gəmi” si, 

Yığır çölün barını. 

Bu çöllərdə qazanıb 

Tərlan öz hünəriylə 

Elin etibarını 

Çöllərin ətəyindən 

Kür gümüşlənib gedir, 

Kür təzə bir nəğməni 

Gördüm zümzümə edir: 

Ana yurdu qəhrəmansız görmədim, 

Ana yurdun qəhrəmanı Tərlanım! 

Bu torpağı şərəf-şansız görmədim, 

Bu torpağın şərəf-şanı Tərlanım! 

Düzlərinin azalmasın heç barı, 

Çiçək açsın arzuların baharı. 

El də sevir təmiz andı, ilqarı 

Elin əziz, mehribanı Tərlanım. 

Əllərindən axsın bolluq çeşməsi,  

Aşıb, daşsın el-obanın süfrəsi. 

Məhsətinin, Nüşabənin nəvəsi, 

Bəzə bizim gül məkanı, Tərlanım! 

İgid gərək öz yurduna yaraşa! 

Zaman ilə çıxa hər gün yarışa, 

Arzum budur qarış-qarış dolaşa, 

Adın gəzə bu cahanı, Tərlanım! 

 

 



 

216

Oxuduqca bu nəğməni 

Kürün gümüş dodaqları, 

Nəğmə gəzdi ağız-ağız 

Yaxınları, uzaqları. 

O nəğmənin qanadında 

Gəzdim dağı, həm aranı, 

Nişan verdi ellər mənə 

Neçə-neçə qəhrəmanı. 

Çoxdur gördüm Bərdəmizin 

Dağ üstündə dağ qoyanı! 

Bu torpağın Hümbəti var

Yaxasında “Qızıl ulduz”, 

Qolunda dağ qüvvəti var! 

Bu torpağın Aydını var, 

Xalidi var, Yusifi var, 

İslamı var. 

Tərlan kimi, hər birinin  

Gəzir adı diyar-diyar. 

Mən onların gözlərilə  

Seyr elədim gen düzləri, 

Nur çilədi üfüqlərə 

Ömürlərin gündüzləri. 

 



 

Xəzan bilməz gülüm Bərdə! 

Tutdu səni könlüm Bərdə! 

Çox görmüşəm büsatını, 

Görüm bir də, 

Görüm Bərdə! 

Bu gün fərəh ümmanısan. 

Qəhrəmanlar diyarının  

Cən də bir qəhrəmanısan! 

Qurub-yaratmaq eşqilə 

Vəcdə gəlir insanların. 

Bürünüb el sevincinə 

Küçələrin, meydanların. 

Sənin məhsul bayramına 

Axın-axın ellər gəlir. 

Şərəf, şöhrət bayrağından 

Möhkəm tutan əllər gəlir. 

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə