BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə55/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   51   52   53   54   55   56   57   58   ...   155

 

202

 

 



 

VƏZİROV  ASLAN  

FƏRHAD  OĞLU 

 

1910-cu ildə  Bərdə yaxınlığındakı 

Zümürxan kəndində anadan olmuşdur. 

Sovet Ordusu polkovniki, Sovetler İttifaqı 

qəhrəmanıdır. 1928-ci ildə Zaqafqaziya 

Hərbi-piyada məktəbini, 1930-cu ildə Le-

ninqrad Hərbi-mühəndis məktəbini, 1941-ci 

ildə isə Moskva Hərbi-mühəndis Akade-

miyasını bitirmişdir. 

Aslan Vəzirov 1927-ci ildə Sovet or- 

dusunda hərbi qulluğa başlamışdır. Hərbi-mühəndis məktəbini bitirdikdən 

sonra Sovet İttifaqının müxtəlif hərbi qarnizonlarında qulluq etmişdir. 

Böyük Vətən müharibəsinin başladığı ilk günlərdən o, hərbidə olmuşdur. 

Şimali Qafqaz cəbhəsindəki 5-ci mühəndis-texniki briqadasına, Ukrayna 

cəbhəsindəki mühəndis-texniki briqadasına və Belorusiya cəbhəsindəki 

qvardiya  şturmavoy mühəndis-minaaxtaranlar briqadasına komandanlıq 

etmişdir. Aslan Vəzirov 20 aprel 1945-ci ildə Oder çayını döyüşə-döyüşə 

keçməkdə xüsusilə  fərqlənmişdir. Sonra Aslan Vəzirov düşmənin güclü 

atəşləri altında 70-ci birləşmiş orduya da başçılıq etmişdir. 3 gün ərzində 

sahili tərk etməyib, briqadanın  şəxsi heyətini ruhlandıraraq, cəsarət və 

qorxmazlıq rəmzi oldu. Göstərdiyi bu şücaətə və cəsarətə görə ona “Sovet 

İttifaqı qəhrəmanı” adı verildi. O Dneprodzerjinski və Moqilevin sayılan 

vətəndaşları siyahısına layiq görülüb.  

Vəzirov Aslan Fərhad oğlu müharibədən sonra Kaunas və Voronej 

şəhərlərində, 1965-ci ildən isə Bakıda yaşayıb. Böyük Vətən müharibəsi 

veteranları  şurasının sədri, Respublika Ali Sovetinin deputatı seçilib. O 

bir çox orden və medallarla təltif olunub, bunlardan 4 “Qırmızı Bayraq” 

ordeni, Polşanın “Qrunvaldın rıtsar xaçı” ordeni və s. adlarını  çəkmək 

olar. XXI əsrin başlanğıcında Bakı  şəhərində  rəhmətə gedib və orada da 

dəfn olunub. 

 



 

203

 

 



 

 

YUSİFOV  ABDULLA   

RƏSUL  OĞLU 

 

1909-cu ildə  Bərdə rayonunun Qara-

yusifli kəndində anadan olmuşdur. Əmək 

fəaliyyətinə 1925-ci ildə başlamış, fəhlə-

likdən Rayon İcraiyyə komitəsinin sədri 

vəzifəsinə qədər yüksəlmişdir. 

1943-cü ildə açılmış Bərdə rayon Ma-

şın-traktor stansiyasının direktoru vəzifə- 

sində  çalışmış, bundan sonra 1957-ci ildə 

ilk kolxozlararası tikinti idarəsinə rəhbərlik etmişdir. 1964-cü ildə Bərdə 

rayon  İcraiyyə Komitəsinin sədri vəzifəsinə  təyin edilmişdir və bundan 

əlavə bir çox rəhbər vəzifələrdə çalışmış, rayonun inkişaf etməsində çox 

böyük əmək fəaliyyəti olmuşdur. Abdulla Yusifov əmək uğurlarına görə 

“Qırmızı əmək bayrağı”, “Böyük Vətən müharibəsi” ordenləri, “Qafqazın 

müdafiəsi”, “Almaniya üzərində  qələbə” medalları ilə təltif olunmuşdur. 

1973-cü il sentyabr ayının 9-da vəfat etmişdir. 

 

 

 



 

 

 



 

 

 



 


 

204

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

KÖNÜLLƏR  VƏSF  EDİR 

GÖZƏL  BƏRDƏNİ

 

 

(Bərdə haqqında yazılmış şеirlər) 

 

 

 

 

 




 

205

 

NİZAMİ  GƏNCƏVİ 

 

İSGƏNDƏRİN  AZƏRBAYCANA  GƏLMƏSİ VƏ BƏRDƏ 

PADŞAHI  NÜŞABƏ İLƏ GÖRÜŞMƏSİ 

  

Canpərvər şərabı dur gətir, saqi, 



O susuzlar üçün çeşmədir, saqi! 

Yanıram, təşnəlik salmış bir dərdə, 

Mənə ver, şərabə oldum aludə! 

 

Bərdə nə gözəldir, necə qəşəngdir, 



Yazı da, qışı da güldür, çiçəkdir. 

İyulda dağları lalələr səpər, 

Qışını baharın nəsimi öpər. 

O yaşıl meşəsi cənnətə bənzər, 

Şən ətəklərinə bağlamış kövsər. 

Söyüdlük çöllərə vermişdir zinət, 

O, “Bağisəfid”i elə bil cənnət. 

Qırqovul yuvası hər sərv ağacı, 

Oxuyur kəkliyi, ötür turacı. 

Səssizlik içində dincəlir gülşən, 

Torpağı silinmiş qayğı, kədərdən. 

Reyhanı yaşıldır illər uzunu

Hər çeşid naz, nemət bürümüş onu. 

Yem üçün gələr quş, bu gözəl yurda, 

İstəsən “quş südü” taparsan burda. 

Torpağı yoğrulmuş qızıl suyundan, 

Elə bil hər yanda açmış zəfəran. 

 

O yaşıl yerləri dolaşıb gəzsən, 



Şənlikdən başqa bir xəyal görməzsən. 

İndi o dərgahın taxtı alçalmış, 

İpəyi, qumaşı küləklər çalmış. 

Təzə nar gülləri tökülüb solmuş, 

O narlar, nərgizlər dönüb toz olmuş. 

İndisə yerində bu gözəl yurdun

Var sel yumuş dərə, qurumuş odun. 

Yenə də bol olan o göyərtilər, 

Ədalət toxumundan göyərsə əgər, 

Yenidən gözəlcə bəslənsə diyar, 

Get-gedə yaşıllıq, gözəllik artar. 



 

206

Padşahın əlinə keçərsə fürsət, 

O taxta yenidən verərdi zinət. 

“Hərum” adlanırdı bu yurd hər yerdə, 

İndisə adına deyirlər Bərdə. 

Bu mərdlər, gözəllər yurdunda inan

Çox saysız xəzinə gizləmiş zaman. 

Böylə şux, sevimli gülşən harda var? 

Harda var xəzinə saçan bu diyar?! 

Böylə nəql edir söz xəzinədarı: 

Köhnə xəzinənin adlı saları: 

Hakim qadın varmış adı Nüşabə, 

Uymuş il uzunu kefə, şərabə. 

Erkəksiz yaşayan bu dişi ceyran, 

Gözəldi, göyçəkdi erkək tovuzdan. 

Xoşsöhbət, ürəyi saf, mətanətli, 

Bir pəri əndamlı, xoş təbiətli. 

 

Önündə minlərcə gözəl qız varmış, 



Xidmətə ay kimi kəmər bağlarmış. 

Bunlardan başqa var igid, qəhrəman

Otuz min qulamı – qılınc oynadan. 

Dərgaha yaxın da olsa, yenə də 

Evinə girməzdi erkək bir bəndə. 

Qadınla aşardı onun hər işi, 

Tapşırıq almamış ondan bir kişi. 

Sarayda iş bilən qadınları var, 

Yalnız kətxudasız iş görər onlar. 

Qulları bir yurdda salmışdı məskən, 

Yaxın bir obanı etmişdi vətən. 

 

Qəhrindən, kinindən onun qorxaraq, 



Şəhrinə bir kişi basmamış ayaq. 

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə