BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə56/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   52   53   54   55   56   57   58   59   ...   155

 

207

 

QASIM  BƏY  ZAKİR 

 

BƏRDƏ  ŞƏHƏRİ 

 

O viladə bir mehriban görmədim

Gəlmişəm indi də mehriban gəzim, 

Seyr eləyim tamam Tərtərbasanı, 

Varmı aşiqanə can qıyan gəzim. 

 

Tülək tərlan ovladığı bu yerlər, 



Bərdə torpağına eləyim güzər, 

Görüm qalıbdırmı Şirindən əsər, 

Baxım hər tərəfə nigaran gəzim. 

 

Xosrovi – Pərvizin şənü şövkətin, 



Fərhadın ələmü qəmü möhnətin, 

Şapurun çəkdiyi nəqşü surətin 

Arayıb axtarıb hər zaman gəzim. 

 

Dolanıb sərasər çaru, bazarı, 



Gətirim nəzərə səmti-minarı, 

Görsəm, xəbər alım bülbüli-zarı, 

Necoldu ol güli-gülüstan gəzim. 

 

Deyim hanı munda gəzən gözəllər? 



Teyhulu meşələr, sonalı göllər? 

Çayın kənarında tikilən ellər? 

Yoxdu heç birindən bir nişan, gəzim. 

 

Ol baş-başa verən sərvi-rənalar, 



Hər guşədən gələn sövtü sədalar, 

Zərrin piyalələr, meyi-səhbalar, 

Gərdişi-badəyi ərfüğan gəzim. 

 

Adətü qanunun o diyarın mən 



Görmüşəm yazıblar xeyli müstəhsən, 

Bayram gecələri ta ki, sübhətən 

Neçə həmdəm ilə çirağan gəzim. 

 

 



 


 

208

Əmirzadələr edib naharı, 

Yenə çarpışırmı Xənəgə sarı, 

Boynu qiladəli səgi-şikarı 

Gəmişirmi seydə süvaran gəzim. 

 

Bundan əzəlki tək o viranədə



Guşti tutulurmu asitanədə, 

Çillədə əsrəmiş şütürxanədə, 

Qızmış dəvələri görüb yan gəzim. 

 

Aşiqə söyləyər qasid ənqərib, 



Qəm yemə dilrüba sənədir nəsib, 

Zimistan qeydindən çıxan əndəlib 

Axtarırmı tazə aşiyan, gəzim. 

 

Gecə, gündüz daim bangi-cərəsdən 



Qulaq tutulurmu sədadən, səsdən. 

Bakidən, Dərbənddən, Krım, Çərkəsdən, 

Gəlirmi mətai-bipayan, gəzim. 

 

Cəvahirfüruşlar satırmı gövhər, 



Xublar yaraşığı görürmü zərgər, 

Karvansaraylarda tacir, qələndər, 

Necə keçir şami-qəriban, gəzim. 

 

Sayəyi-sərvdə məcməi-xuban, 



Yenə əyləşərmi xoşdilü xəndan. 

Yoxsa ki, onlara saqiyi-dövran

İçiribdir mey yerinə qan, gəzim. 

 

Nazəninlər ta tülui-afitab, 



Oturub gecələr çəkərmi gülab, 

Çeşmi-aşiq kimi fəvvarədən ab 

Tökülürmü hevzə nümayan, gəzim. 

 

Müzəyyən məhəllər, münəqqəş evlər, 



Mütrüblər içində bang, hava söylər, 

Töylələrdə kişnəşirmi bidovlar, 

Çəkərmi səyhəyi-füravan, gəzim. 

 

 



 


 

209

Hammamlara məsrəf olan ağçanı, 

Pozğun otaqları, uçuq tağçanı, 

Yıxılan tağları, viran bağçanı, 

Xatirimə salıb pərişan gəzim. 

 

Təblü ələm sahibləri xanlara, 



Darğanişinlərə, pasibanlara, 

Ol səri sövdalı növcavanlara, 

Yaxa yırtıb çaki-giriban gəzim. 

 

Qibləyi-hacətə yıxıb özümü, 



İmamzadəyə sürtüb üzümü, 

Xak olan tənlərə tikib gözümü, 

Olam sağlığıma peşiman gəzim. 

 

Hərgiz bu cahanə yoxdur etibar, 



Səfası bir isə, cəfası çox var, 

Baş götürüb gedim diyarbədiyar, 

Eyləyim aləmi imtahan, gəzim. 

 

Bülbüli-biçarə verdi xəbəri, 



Dedi ki, qalmayıb şənlik əsəri, 

Mən Zakirəm, onu görəndən bəri

Gərək Məcnun olub biyaban gəzim. 

 



 

210

 

OKTAY  RZA 

 

BƏRDƏ 

 

Gözəllikdə tutub qərar 

Yaşıllıqda üzən Bərdə 

Qoruğunda qırqovullar, 

Göyərçinlər süzən Bərdə. 

 

Şam – göy donlu mələkmidir, 



Sərv ucalan diləkmidir, 

Qovaq nəhəng lələkmidir, 

Köksü nərgiz, süsən Bərdə. 

 

Nizaminin sözü dastan 



Nüşabənin özü dastan 

Babəklərin izi dastan 

Adı eli gəzən Bərdə. 

 

Bağlarının yığ barını, 



Səslə payız toylarını, 

İlin bütün aylarını 

Gəlin sayaq bəzən Bərdə. 

 

 

Ş. ABDULLAYEV 

 

BƏRDƏYƏ GƏL... 

 

Kür qırağı tamaşa 

Hər yan yaşıl meşələr 

Zümrüd çəmən, göy tala 

Ara-sıra bərələr... 

Tül örpəkli tarlaya, 

Bol nemətli çölə bax. 

“Ağ qızıl”ın diyarı, 

Qarabağdır, Qarabağ! 

Qonaqsevər elləri 

Varın düzər süfrəyə 

Nüşabənin vətəni 

Bərdəyə gəl, Bərdəyə! 



 

211

 

*** 



Göy donunu dəyişib, 

Ağ geyər yayda tarla 

Payızda tel-tel olub 

Gülümsəyər vüqarla. 

Qızlar sükan tutanda 

Ay boylanır səmadan 

Bunkerdən “ağ qızılı”ı  

Boşaltdıqca qəhrəman 

Ellər taya düzəldir 

Çöllər dönür sərgiyə  

İnanmırsan, a dostum

Bərdəyə gəl, Bərdəyə! 

 

*** 


Tərtər üstdə bir şəhər  

Ay üzündə xal kimi 

Görüşdürür yolları 

Şirin bir vüsal kimi 

Sahilləri xiyaban  

Yol kənarı al-əlvan 

Gündüzləri günəşli,  

Gecələri çıraqban 

 

De kim tanımır onu 



Baxma heç xəritəyə  

Sür maşını birbaşa 

Bərdəyə gəl, Bərdəyə! 

 

 

 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə