BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə47/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   43   44   45   46   47   48   49   50   ...   155

 

173

 

 



 

KƏRIMОV  ISFƏNDIYAR  

KƏRIM  ОĞLU 

 

 



1944-cü il sеntyabrın 7-də  Bərdə ra-

yоnunun Xəsili kəndində anadan оlub. 

Yеddillik təhsilini Qazaxlar, оnillik təh-

silini Lənbəran kəndində almış, 11-ci sinfi 

isə  Şirvanlı  kənd  оnbirillik məktəbində 

bitirmişdir.  

1963-cü ildə N.Nərimanоv adına Azər- 

baycan Tibb Institutunun Müalicə-prоfilaktika fakültəsinə  qəbul  оlmuş, 

1969-cu ildə  оranı müvəffəqiyyətlə bitirmişdir. Təyinatla Mingəçеvir 

şəhər Səhiyyə  şöbəsinə göndərilmiş, ömrünün sоnuna kimi Mingəçеvir 

Şəhər Birləşmiş Xəstəxanasında cərrah işləmişdir.  

1996-cı ildə Bakıda dissеrtasiya müdafiə  еdərək tibb еlmləri na-

mizədi alimlik dərəcəsi almışdır. 10-dan artıq еlmi məqalənin müəllifidir.  

Isfəndiyar həkim öz sənətinin həm mahir ustası, həm də vurğunu 

idi. Оnu təkcə Mingəçеvirdə dеyil, ətraf rayоnlarda da çоx gözəl tanıyır 

və  sеvirdilər. Bölgənin çətin və  ağır  əməliyyatlarını Isfəndiyar həkimə 

еtibar еdirdilər. Qеyri-əlvеrişli xəstəxana şəraitində də ən ağır əməliyyat-

ları müvəffəqiyyətlə həyata kеçirib gözəl nəticələr əldə еdə bilirdi. Hətta 

bir dəfə avtоmоbil qəzasına düşmüş xəstənin bеyin qapağını açaraq lazımi 

əməliyyatı aparıb ölüm təhlükəsini sоvuşdurmuşdu. Bеlə fövqəladə risqi 

еtməyə  və  qеyri-adi nəticəni qazanmağa özünə inamı sayəsində nail оla 

bilirdi.  

Yüksək savadı, dərin biliyi, zəngin dünyagörüşü, alicənablığı, 

mədəniyyəti, xеyirxahlıq və insanpərvərliyi ilə böyük hörmət qazanmış, 

tanıyanların qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Pоеziyanı  çоx 

sеvir,  ədəbiyyatı  dərindən bilirdi. Incəsənətə, musiqiyə vurğun idi. Aşıq 

musiqisini, xüsusən, muğamları incəliyinə  qədər qavrayır və  hədsiz sе-

virdi. Qəlbi xеyirxah əməlləri rеallaşdırmaq arzusu ilə dоlu idi. Təəssüf ki, 

amansız əcəl bu gözəl arzuları yarıda qоydu.   

Isfəndiyar həkimin adı bu gün də dillər  əzbəri, xеyirxahlığı  еl 

içində dastandır. Məhəmməd pеyğəmbərin bir kəlamı var: «Dünyan üçün 

еlə çalış ki, sanki həmişə yaşayacaqsan, axirətin üçün еlə çalış ki, sanki 

sabah öləcəksən». Isfəndiyar həkimin əməlləri оna əbədi ömür və rəhmət 

qazandırmışdır.  




 

174

1999-cu ildə ürək tutmasından dünyasını  dəyişən bu gözəl insan 

özündən sоnra xеyirxah  əməllərini və dörd gözəl övladını yadigar qоy-

muşdur.      

   

 

 



 

QASIMOV  ELDAR  

İSA  OĞLU 

 

26 iyun 1946-cı ildə  Bərdə rayonunun 

Ərəblər kəndində anadan olub.  

1952-ci ildə 1 saylı  Bərdə  şəhər orta 

məktəbinə daxil olmuş  və 1962-ci ildə  hə-

min məktəbi bitirmişdir. 

1967-ci ildə D.Bünyadzadə adına Azər-

baycan Dövlət Xalq Təsərrüfatı  İnstitutu-

nun məzunu olub. 

1968-ci ildə Sovet Ordusu sıralarında xidmət etmiş, ehtiyatda olan 

zabitdir. 

Ali məktəbi bitirdikdən sonra Maliyyə Nazirliyində  işləmiş, res-

publikanın bir neçə ali məktəblərində dərs demişdir, iqtisad elmləri nami-

zədidir. Bir kitabın və çoxlu sayda elmi və publisist məqalələrin müəl-

lifidir. 

Hal-hazırda Bakı  şəhər  İcra Hakimiyyətinin Mənzil-Kooperativ 

Təsərrüfatı İdarəsində bölmə müdiri vəzifəsində işləyir. “Bərdə” Xeyriy-

yə Cəmiyyətinin sədridir. 

Evlidir, bir oğlu, üç nəvəsi var.  

 

 



“Bərdə” Xeyriyyə Cəmiyyətinin yaranması və fəaliyyəti 

 

Ötən əsrin 90-cı illərində Azərbaycanda 20 Yanvar və Xocalı ha-

disələri, rayonlarımızın bir-birinin ardınca erməni işğalçıları  tərəfindən 

zəbt edilməsi hamımızı sarsıtdı. 1993-cü ilin iyun ayında Ağdamın işğalı 

müharibə  təhlükəsini Bərdəyə yaxınlaşdırırdı. Hadisələrin belə  məcrada 

cərəyan etməsi Bakı və Sumqayıt şəhərlərində yaşayan bərdəliləri çox na-

rahat edirdi. Bu məsələlərlə bağlı biz çoxlu toplantılar keçirir, kütləvi in-

formasiya vasitələrində verilən elanlarla bütün bərdəliləri bu çətin mə-

qamda bir yerə toplayaraq, hansı formada təşkilatlanıb, yaranmış ciddi 

vəziyyətdən çıxış yolları axtararaq, Bərdə rayonunun müdafiəsi üçün la-

zımi maddi və digər köməkliklərin göstərilməsini müzakirə edirdik. 1994-

cü ilin iyun ayınadək belə formada toplantılar keçirib, Bərdəyə dəfələrlə 

gedərək, rayon rəhbərliyinə  Bərdənin müdafiəsi üçün lazımi köməklik 



 

175

göstərilməsinə hər an hazır olduğumuzu bildirərək, öz təklif və tövsiyələ-

rimizi bölüşmüşük. 

Bu məsələlərin daha uğurla həyata keçirilməsi üçün hər hansı bir 

təşkilatın rəsmiləşdirilməsi zərurəti yarandı. Beləliklə, Azərbaycan Res-

publikası Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 1994-cü il tarixli qə-

rarı ilə “Bərdə” Xeyriyyə Cəmiyyətinin Nizamnaməsi qeydiyyatdan keçi-

rildi. Həmin tarixdən etibarən mən cəmiyyətin sədri seçilmişəm və bu gü-

nədək həmin vəzifədə ictimai əsaslarla fəaliyyət göstərirəm. Cəmiyyəti-

mizin üzvləri  əsasən  əslən Bərdədən olan Bakı  və Sumqayıtda yaşayan 

müxtəlif peşə sahibi olan xeyirxah insanlardır. Fəaliyyətimiz dövründə 

dəfələrlə Bərdədə olmuş, rayonda yaşayan şəhid ailələrinə maddi yardım-

lar etmişik.  

Hal-hazırda da bu xeyriyyəçilik istiqamətində işlərimizi davam et-

diririk. 

 

 

Qasımоv Е. 

Bərdə Xеyriyyə Cəmiyyətinin sədri  



 

 

 

 

 

 

 

 

 

 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə