BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə46/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   42   43   44   45   46   47   48   49   ...   155

 

169

 

 



 

KƏRİMOV  YUSİF  

ABBAS  OĞLU 

 

Nasir, publisist, dramaturq 

 

1 iyul 1940-cı ildə Azərbaycanın Bər-



də şəhərində doğulub. 

1957-ci ildə Bərdə şəhərindəki 1 saylı 

orta məktəbi bitirib. 

1962-ci ildə Azərbaycan Dövlət Uni-

versitetinin Jurnalistika şöbəsini bitirib. 

1963-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvüdür. 

1978-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. 

Çalışdığı xidməti vəzifələr: 

-

 

KP Mərkəzi Komitənin rayonlararası “Yüksəliş” qəzeti redaksi-



yasında məsul katib (1962-1964); 

-

 



“Bakı” axşam qəzetində şöbə müdiri (1964-1973); 

-

 



Azərbaycan televiziyasında gənclər üçün proqramlar Baş redaksi-

yasında Baş redaktor (1973-1978); 

-

 

Bakı Ali Partiya Məktəbində müdavim (1978-1980); 



-

 

“Azərbaycan gəncləri” respublika qəzetinin redaktoru (1980-



1995); 

-

 



Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının mətbu-

at katibi (1995-1997); 

-

 

AR Ticarət Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsində məslə-



hətçi (2001-2007); 

-

 



Milli Aviasiya Akademiyasında məsləhətçi (2009-cu ilin apre-

lindən). 

İctimai vəzifələri: 

-

 



Azərbaycan Gənclər  İttifaqı  Mərkəzi Komitəsinin Büro üzvü 

(1982-1995); 

-

 

Azərbaycan Jurnalistlər  İttifaqı  İdarə heyətinin katibi (1982-



1987); 

-

 



Azərbaycan Yazıçılar İttifaqı (Yazıçılar Birliyi) Təftiş Komissi-

yasının sədri (1987-2004); 

-

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr 



buraxılışı üzrə Dövlət Komissiyasının sədri (2000-2003); 

-

 



BDU jurnalistika fakültəsində müəllim (2000-2007). 


 

170

Yaradıcılıq mükafatları: 

-

 

Azərbaycan Jurnalistlər  İttifaqının “Qızıl Qələm” mükafatı 



(1975); 

-

 



Azərbaycan Yazıçılar Birliyinin “Yaddaş” Milli Mükafatı 

(2003); 


-

 

Heydər  Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun laureatı 



(2004); 

Olduğu ölkələr: 

ADR – Qərbi Berlin (1969), Misir ƏR (1975), Türkiyə (1975, 

1989, 1990, 1992), Yuqoslaviya (1982), Macarıstan (1983), AFR (1984), 

Bolqarıstan (1987), İran (1991,1992), Səudiyyə  Ərəbistanı (müqəddəs 

Məkkə və Mədinə şəhərlərinə ziyarət) – 1992. 

 

 

 



 

 

 



 

 

 



 


 

171

 

 



 

KƏRİMOV  ELGİZ 

KƏRİM  OĞLU 

 

Elgiz Kərim oğlu Kərimov 1971-ci il 

yanvar ayının 5-də Azərbaycan Respubli-

kasının Bərdə şəhərində anadan olmuşdur. 

1978-ci ildə Bərdə şəhər 4 saylı orta mək-

təbin I sinfinə daxil olub, 1988-ci ildə 

həmin məktəbin X sinfini bitirmişdir. 

1989-1991-ci illərdə Sverdlovsk şəhə-

rində həqiqi hərbi xidmətdə olmuşdur. Ki- 

çik serjant rütbəsində ordudan tərxis olunmuşdur.  

Elgiz Xocalı soyqırımından sonra dözə bilməyib silaha sarılır və 

qeydiyyatdan keçmiş Bərdə özünümüdafiə batalyonunda PDM-ə atıcı tə-

yin olunur. Bir çox döyüşlərdə iştirak edir, əvvəl Tərtər bölgəsində, son-

ralar Əsgəran istiqamətində döyüşə göndərilir. 

2 mart 1992-ci ildə səhər saat 5-ə işləmiş həyəcan siqnalı verilir. 

Düşmən qəfil hücum edərək 17 nəfər döyüşçünü mühasirəyə alır.  

Könüllü olaraq Elgiz Səfiyar Behbudovla birgə PDM-də düşmən 

üzərinə hücuma keçərək, onları böyük itgiylə geri çəkilməyə vadar edib, 

döyüşçülərimizi mühasirədən qurtarırlar. Özləri isə Əsgərana doğru irəli-

ləyirlər. Onlar “Qara qaya” deyilən yerdə düşmənin böyük qüvvəsinə rast 

gəlirlər, lakin geri çəkilməyərək bərabər olmayan döyüşə atılırlar. 

Bu döyüşdə düşmən tərəfi onların PDM-ni vurur. Hər ikisi maşını 

tərk edib döyüşə atılır və Elgiz həlak olur. 

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 

fərmanı ilə göstərdiyi igidlik və şücaətə görə Elgiz Kərimova ölümündən 

sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.  

Məzarı Bərdədəki Şəhidlər qəbiristanlığındadır. 

Bərdə şəhər 4 saylı orta məktəb onun adını daşıyır. 

 

 

 



 

 



 

172

 

 



KƏRIMОV  ƏDALƏT 

KƏRIM  ОĞLU 

 

Kərimоv  Ədalət Kərim  оğlu Bərdə 

rayоnunun Xəsili kəndində anadan оlub. 

Bakı  şəhərində 1 saylı fizika-riyaziy-

yat təmayüllü internat məktəbi (indiki 1 

saylı riyaziyyat-infоrmatika lisеyini) bitir-

mişdir. 

Azərbaycan Dövlət Nеft Akadеmiyası-

nda Tətbiqi riyaziyyat ixtisası üzrə  təhsil 

almışdır. 

1985-ci ildə  Mоskva  şəhəri SSRİ EA Hesablama Mərkəzində 

«Dinamik  оbyеktin  оptimal təsnifatlarının qurulması  və mürəkkəb sis-

tеmlərin vəziyyətlərinin öncə görülməsi» mövzusunda namizədlik, 1999-

cu ildə isə  Mоskva  şəhərində, həmin elmi mərkəzdə «Qеyri-səlis ilkin 

infоrmasiyalı mürəkkəb dinamik оbyеktlərin vəziyyətlərini tanıma və 

öncəgörmə sistеmlərinin оptimallaşdırılması» mövzusunda dоktоrluq dis-

sеrtasiyasını müdafiə еdərək fizika-riyaziyyat еlmləri dоktоru alimlik də-

rəcəsi almışdır, professordur.  

Azərbaycan Dövlət Iqtisad Univеrsitеtində  İqtisadi infоrmasiya 

sistеmləri və tеxnоlоgiyaları kafеdrasının müdiri, AMЕA-nın Kibеrnеtika 

Institutunda aparıcı  еlmi işçidir. Həmin institutun nəzdində  fəaliyyət 

göstərən Dоktоrluq dissеrtasiyası müdafiə  şurasının üzvüdür. Оnun rəh-

bərliyi altında 5 namizədlik dissеrtasiyası müdafiə оlunmuş, iyirmiyə qə-

dər namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmişdir.     

Rеspublikamızda və xarici nəşrlərdə çap еdilmiş 50-ə yaxın еlmi 

məqalənin müəllifidir. 4 Bеynəlxalq Cəmiyyətin üzvüdür: 

1. «Zadə irsi və süni intеllеkt»; 

2. Beynəlxalq qеyri-səlist sistеmlər və «Sоft cоmputing» assоsia-

siyası; 

3. Rusiya süni intеllеkt assоsiasiyası; 

4. Türk dünyası riyaziyyatçılar cəmiyyəti. 

Еlmi kоnqrеs və  kоnfranslarda plеnar və  sеksiyalarda məruzələr 

еtməklə, bir nеçə  kоnfrans və  kоnqrеslərdə prоqram və  təşkilat kоmitə-

sinin üzvü оlmuş, riyazi kibеrnеtikanın və mоdеlləşdirmənin bir nеçə sa-

hələrini əhatə еdən sеksiyalara rəhbərlik еtmişdir.    

   


    


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə