BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə36/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   32   33   34   35   36   37   38   39   ...   155

 

133

Simferopol  şəhərləri),  İran, Türkiyə, Birləşmiş  Ərəb  Əmirlikləri, Misir, 

Səudiyyə Ərəbistanı Krallığı, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya 

və s.) ləyaqətlə təmsil edib, elmin aktual problemlərinə dair məruzələrlə 

çıxış etmişdir. Xarici mətbuatda bir sıra məqalələri nəşr olunmuşdur. 

G.B.Baxşəliyeva  şərqşünas kadrların hazırlanmasında yaxından 

iştirak etmiş, onun bilavasitə rəhbərliyi ilə on bir namizədlik dissertasiyası 

müdafiə olunmuşdur. 10.01.02. – “Türk xalqları ədəbiyyatı” və 10.01.03 

– “Dünya ədəbiyyatı” ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşü-

naslıq sahəsində respublikada aparılan elmi işlərin koordinasiyası üzrə 

Problem Şurasının sədridir. 

O, pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Dövlət Universite-

tinin  Şərqşünaslıq fakültəsində  ərəb  ədəbiyyatı  fənni üzrə xüsusi kurs 

aparmışdır. 

G.B.Baxşəliyeva elm təşkilatçısı kimi də xeyli işlər görmüşdür. 

Onun  İnstituta rəhbərlik etdiyi dövrdə  şərqşünaslıq elminin ən müxtəlif 

sahələrinə aid onlarca tədqiqat hazırlanıb çap olunmuş, bir sıra beynəlxalq 

və respublika elmi konfrans və simpoziumları keçirilmiş, institutun pers-

pektiv inkişaf planları işlənib hazırlanmışdır. Qədim tarixi ənənələri olan 

Azərbaycan şərqşünaslığı onun direktorluğu dövründə yeni inkişaf mərhə-

ləsinə qədəm qoymuşdur. İnstitutun profili və aparılan elmi tədqiqatların 

başlıca istiqamətləri genişlənmiş, Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ic-

timai-fəlsəfi fikri, filologiyası, Azərbaycanın  Şərq ölkələri ilə tarixi-mə-

dəni  əlaqələrinin aktual problemləri,  Şərq-Qərb qarşılıqlı münasibətləri 

kompleks şəkildə tədqiq olunmuşdur. 

G.B.Baxşəliyeva 1997-ci ildə  Şərqşünaslıq  İnstitutunun çətin bir 

dövründə direktor olmasına baxmayaraq, öz vəzifəsinin öhdəsindən uğurla 

gəlmişdir. Onun fəaliyyəti nəticəsində 1990-cı illərin  əvvəllərində baş 

vermiş kadr axınının qarşısı alınmış və istedadlı gənc kadrların cəlb olun-

ması ilə institutun elmi potensialı möhkəmləndirilmişdir. Eyni zamanda 

institutda şərqşünaslığın ənənəvi klassik istiqamətləri ilə yanaşı Azərbay-

can elminin müasir tələblərinə uyğun olaraq yeni tədqiqat sahələrinin in-

kişafına diqqət yetirilməyə başlanmışdır. Bu məqsədlə institutun struktu-

runda dəyişikliklər aparılmış, yeni şöbə  və elmi qruplar yaradılmışdır. 

G.B.Baxşəliyevanın rəhbərliyi ilə son illərdə institutun beynəlxalq elmi 

əlaqələri xeyli genişlənmişdir. ABŞ, Almaniya, Hollandiya, Çin, Rusiya, 

Türkiyə, Ərəb ölkələri, İran, Özbəkistan, Qazaxıstan və s. bu kimi bir sıra 

xarici ölkələrdəki şərqşünaslıq mərkəzləri ilə fəal elmi mübadilələr həyata 

keçirilmişdir. 

G.B.Baxşəliyeva 5 noyabr 2000-ci ildə 57 saylı  Bərdə-Ağcabədi 

seçki dairəsindən Azərbaycan Respublikasının II çağırış Milli Məclisinə 

deputat seçilmişdir. 2001-ci ilin iyun ayından 2005-ci ilin dekabr ayına-

can Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini olub. Milli 



 

134

Məclis sədrinin müavini kimi sosial qanunvericiliyə kuratorluq edib. 

2005-ci ilin noyabr ayında III çağırış Azərbaycan Respublikasının Milli 

Məclisinə üzv seçilib. Milli Məclisin Elm və Təhsil məsələləri üzrə daimi 

komitəsinin üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinin  İslam 

Konfransı Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəridir. 

İKT Pİ  İcraiyyə komitəsinin üzvüdür. O, bir sıra səfərlərdə Azərbaycan 

Respublikasının Milli Məclisinin nümayəndə heyətinə rəhbərlik edib (Mi-

sir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, Norveç Krallığı, 

Fransa, Böyük Britaniya, İtaliya), çoxsaylı görüşlər keçirib, Azərbaycanın 

nailiyyətləri, üzləşdiyi problemlər və  gələcək  əməkdaşlıq perspektivləri 

haqqında geniş fikir mübadiləsi aparıb. Azərbaycan Parlamentini bir sıra 

beynəlxalq sessiya və konfranslarda təmsil edib (Qərbi Avropa İttifaqının 

Parlamentlərarası Assambleyasının 51-ci sessiyası, Paris, may, 2005; Bər-

paolunan enerji ehtiyatlarından istifadə, Bonn, may, 2004; Uşaq haqlarının 

müdafiəsinə  həsr olunmuş ümumdünya qadın parlamentarilərin konfransı, 

Roma, oktyabr, 2004; Beynəlxalq davamlı enerji günləri çərçivəsində 

keçirilən və enerji təhlükəsizliyinə  həsr olunmuş beynəlxalq konfrans, 

mart, 2006, Avstriya, Uels ş.; 2006-cı il Aprelin 8-13 İstanbulda İKT Par-

lament  İttifaqının VIII sessiyası  və konfransı; 2006-cı il 6-11 sentyabr 

Liviya–Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Li-

viyaya səfər; İKT Parlament İttifaqının IX sessiyası və konfransı, Qahirə, 

fevral, 2007; İKT Parlament İttifaqının X sessiyası, Malaziya, Kuala–

Lumpur, 2008; İKT Parlament İttifaqının fövqəladə sessiyası,  İstanbul, 

sentyabr, 2008; İKT Parlament İttifaqının XI sessiyası, Niger, Niamey ş

fevral, 2009; BMT-nin “Sivilizasiyaların alyansı”, II forum, İstanbul, 

aprel, 2009 və s.) 

 

 




 

135

 

 

 

BAXŞƏLİYEV  ADİL  

BAXŞƏLİ  OĞLU 

 

Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci ildə 

Bərdə şəhərində anadan olmuşdur. 1981-ci ildə na-

mizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq 

dissertasiyasını müdafiə etmişdir. A.B.Baxşəli-

yev akademik C.Abdullayev adına Elmi-Tədqi-

qat Kardiologiya İnstitutunun direktoru vəzifə- 

sində çalışır. Eyni zamanda o, Azərbaycan Tibb Universitetinin kliniki 

farmakologiya kafedrasının müdiridir. 2004-cü ildə professor elmi adını 

almışdır. 

1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mər-

kəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piro-

qov adına II Moskva Dövlət Tibb İnstitutunda doktoranturanı bitirmişdir. 

Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına 

Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə 

ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə İnstitutunun terapiya I kafedrasında böyük laborant vəzi-

fəsində işləmişdir. 1977-78-ci illərdə adı çəkilən institutun mərkəzi elmi-

tədqiqat laboratoriyasının kiçik elmi işçisi vəzifəsində işləyib. 1978-1981-

ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə 

“Daxili xəstəliklər” ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-

ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 1981-ci 

ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns-

titutunun terapiya I kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984-

1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun “arterial hi-

pertoniya”  şöbəsinin müdiri vəzifəsində  işləyib. 1985-1990-cı illərdə 

Moskva şəhərində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunda 

“kardiologiya” ixtisası üzrə doktoranturada olub və 1990-cı ildə doktorluq 

dissertasiyasını müdafiə etmişdir. 1990-91-ci illərdə Azərbaycan Tibb 

İnstitutuna konkursdan keçdikdən sonra müalicə-profilaktika fakültəsinin 

“Daxili xəstəliklər I” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur və 

1992-ci ildən “klinik farmakologiya” kafedrasının müdiri vəzifəsində ça-

lışır. 1998-ci ildən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İns-

titutunda direktor vəzifəsində işləyir. 

A.B.Baxşəliyev 110-dan artıq elmi əsərin, o cümlədən 2 dərslik, 12 

metodik tövsiyənin, 7 tədris vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 

22 namizədlik dissertasiya işi başa çatdırılmış, 4 doktorluq, 12 namizədlik 

dissertasiyası yerinə yetirilir. 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə