BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə39/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   35   36   37   38   39   40   41   42   ...   155

 

143

 

 



 

 

 

 

ƏKBƏROV  RASİM  

HACI  OĞLU 

 

Əkbərov Rasim Hacı  oğlu 21 dekabr 

1927-ci ildə Bakı şəhərində anadan olub. 

1934-1944-cü illərdə 134 saylı orta mək-

təbdə təhsil alıb. 1947-ci ildə orta – ixti-

sas təhsili alıb. Elə həmin il keçmiş Ki-

rov adına ADU-nun (indiki Bakı Dövlət  

Universiteti) hüquq fakültəsinə qəbul olaraq, 1952-ci ildə ali təhsilini başa 

çatdırıb. 

1952-1954-cü illərdə  Nərimanov rayonunda müstəntiq, 1954-

1957-ci illərdə Suraxanı rayonunda prokuror, 1957-1958-ci illərdə Bakı 

şəhər prokurorluğunda istintaq rəisi, 1958-1969-cu illərdə  Xətai rayo-

nunda prokuror, 1969-1977-ci illərdə Nəsimi rayon prokuroru vəzifəsində 

çalışıb. 1977-ci ildə Azərbaycan SSR-i vəkillər kollegiyasının üzvü olub. 

1975-ci ildə “Cinayətin öyrənilməsinin səbəbləri və təhqiqatın aparılma-

sı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, hüquq elmləri 

namizədi dərəcəsi alıb. Dəfələrlə rayon sovetinin və Bakı şəhər sovetinin 

deputatı seçilib. 

Işlədiyi bütün vəzifələrdə dövlətin ali qanunlarının kеşiyində sa-

yıqlıqla dayanaraq, vətəninə, xalqına layiqli vətəndaş  оlmuş, bu gün də 

tanıyanların qəlbində məhəbbətlə anılır, sеvilir və ruhuna dualar оxunur.   

1979-cu il mayın 12-də ürək çatışmamazlığından vəfat edib. 



 

 

 

 

 

 


 

144

 

 

 



 

 

ƏKBƏROV  SƏFƏR  



ƏLİPAŞA  OĞLU 

 

Əkbərov Səfər  Əlipaşa oğlu 28 noyabr 

1940-cı ildə  Bərdə rayonunun Məmmədli 

kəndində anadan olmuşdur. 

1948-1955-ci illərdə Bərdə rayonu, Məm-

mədli kənd məktəbində  təhsil alıb və  əla 

qiymətlərlə həmin məktəbi bitirib. 

1955-1959-cu illərdə Bakı Kommunal-

Tikinti texnikumunda təhsil alıb. 

1963-1969-cu illərdə Azərbaycan Texniki Universitetinin (indiki 

Azərbaycan Politexnik Universiteti) İnşaat  şöbəsində mülki və  sənaye 

tikinti ixtisası üzrə təhsil alıb.  

1959-1974-cü illərdə Bakı Baş Tikinti İdarəsində, tikinti ustası və-

zifəsindən idarə rəisi vəzifəsinə kimi yüksəlmişdir. 

1974-cü ildə AR Daxili İşlər Nazirliyinin tikinti idarəsinin rəisi, 

1976-cı ildə  DİN-in  əsaslı tikinti şöbəsinə  rəis təyin olunmuş (zabit rüt-

bəsinə) və 1990-cı ilə kimi bu vəzifədə polkovnik-leytenant rütbəsinə 

çatmışdır. 

1990-1993-cü illərdə Azərbaycan Respublikası Mənzil Kommunal 

Təsərrüfat Nazirliyinin layihə-təmir tikinti istehsalat birliyində rəis vəzi-

fəsində çalışmışdır. 

1993-1996-cı illərdə AR DİN-in əsaslı tikinti şöbəsində baş mühən-

dis vəzifəsində çalışmış, 1996-cı ilin iyun ayından isə təqaüdə çıxmışdır.  

1996-cı il 05 dekabrda vəfat etmişdir. 



 

 

 

 


 

145

 

 

 

 

ƏKBƏROV  MƏDƏT  

MÜSÜL  OĞLU 

 

Əkbərov Mədət Müsül oğlu 1950-ci 

ildə  Bərdə rayonunun Məmmədli kən-

dində anadan olub. 1957-ci ildə  həmin 

kənddə yerləşən 8 illik məktəbin I sin-

finə gedib. 1965-ci ildə 8-ci sinfi bitirib, 

həmin il Mingəçevir şəhərində yerləşən 

3 saylı məktəbin  

9-cu sinfinə qəbul olub. 1967-ci ildə  

10-cu sinfi bitirib. 1968-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İns-

titutuna (indiki Azərbaycan Dövlət  İqtisad Universitetinə) qəbul olub. 

1972-ci ildə həmin institutu bitirib. 1971-ci ildə həmin məktəbdə oxuya-

oxuya Bakı Qaz İdarəsinə çilingər vəzifəsinə  qəbul edilib. İnstitutu biti-

rəndən sonra 1972-ci ildə hərbi xidmətə çağırılıb. 1973-cü ildə hərbi xid-

mətdən ehtiyata buraxılıb. 1974-cü ildə Nəsimi rayonu qaz idarəsinə mü-

həndis vəzifəsinə qayıdıb. 1976-cı ildə Bakqazın xasiyyətnaməsinə əsasən 

Daxili İşlər Nazirliyinə xidmətə qəbul edilib. 

26.12.1976-cı ildən 1 iyul 1978-ci ilədək 7 saylı İslah Əmək Mü-

əssisəsində dəstə  rəisi vəzifəsində işləyib. 1 iyul 1977-ci ildə islah əmək 

müəssisələrinin mərkəzi xəstəxanasında müəssisə növbə  rəisinin kömək-

çisi, 6500 saylı  hərbi hissədə alay komandirinin xidmət üzrə müavini, 

Məhkəmə qərarları icrası baş idarəsində müxtəlif vəzifələrdə çalışıb. Pol-

kovnik-leytenant rütbəsinə  qədər yüksəlib. 1999-cu ildən Xaçmaz rayo-

nunda yerləşən Penitensiar xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin rəi-

si vəzifəsində çalışıb.  

2009-cu ilin iyul ayının 24-də vəfat edib. Özündən sоnra xеyirxah 

əməllərini və 2 övlad, 4 nəvəsini yadigar qоyub. 

 

 



 

 


 

146

 

 



 

 

ƏLƏKBƏRZADƏ  AFTANDİL  

VAQİF  OĞLU 

 

Ələkbərzadə Aftandil Vaqif oğlu 1970-ci 

il sentyabrın 2-də Bərdə şəhərində anadan 

olmuşdur. Ali dərəcəli cərrah, endosko-

pist, koloprontoloq, tibb elmləri doktoru-

dur.  


1993-cü ildə Azərbaycan Tibb Universi-

tetinin müalicə-profilaktika fakültəsini “M-

üalicə  işi” ixtisası üzrə  fərqlənmə diplo-

mu ilə bitirmişdir. Sonra 2 il Azərbaycan 

Səhiyyə Nazirliyinin klinik və eksperimental cərrahiyyə elmi-tədqiqat 

institutunda “Cərrahiyyə” ixtisası üzrə klinik ordinatorluq kursu keçmiş-

dir. 1996-1999-cu illərdə elə bu ixtisas üzrə Respublika Cərrahiyyə mər-

kəzində aspiranturada öz təhsilini davam etdirərək, namizədlik dissertasi-

yasını müdafiə etmişdir. 

2001-ci ildə Moskva Tibb Akademiyası müalicə-profilaktika fa-

kültəsi cərrahiyyə kafedrasının assistenti, 2003-cü ildə isə bu kafedranın 

elmi katibi vəzifəsinə təyin olunmuşdur. Bir ildən sonra “Qanaxma ilə nə-

ticələnən mədə yarası  xəstəliklərinin müalicə  nəticəsində sağalması yol-

ları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun müda-

fiəsi Moskva Tibb Akademiyasının Elmi Şurasında keçirilib. Növbəti il, 

müdafiədən sonra elə bu akademiyanın müalicə-profilaktika fakültəsinin 

cərrahiyyə kafedrasının dosenti seçilib.  

A.V.Ələkbərzadə  cərrahi qastroenterologiya, endoskopiya, kolo-

protologiya sahəsində 100-dən çox elmi işin, kəşflərinə görə Rusiya Fede-

rasiyasının 2 patentinin müəllifidir. 

2001-ci ildə N.V.Sokolovski adına təcili yardım institutunda “En-

doskopiya” ixtisası üzrə professional hazırlıq keçmişdir. 2004-cü ildə ona 

cərrahiyyə üzrə ilk ixtisaslaşdırılmış dərəcə verilmiş, bir neçə ay sonra isə 

elə bu ixtisas üzrə Ali ixtisas dərəcəsi şəhadətnaməsi almışdır.  

2005-ci ildə Aftandil Ələkbərzadənin tibb elmləri doktoru, pro-

fessor O.P.Kurquzovla birgə yazdıqları “Çənbər bağırsağın xərçəngi” adlı 

kitabı işıq üzü görmüşdür.  



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə