BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə35/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   31   32   33   34   35   36   37   38   ...   155

 

130

 

 

 

 

BAXŞƏLİYEV  BAXŞƏLİ  

HƏSƏN  OĞLU  

 

Baxşəli Həsən oğlu Baxşəliyev keçən 

əsrin 70-80-ci illərində xalqımızın ümum-

milli lideri Heydər  Əliyevin rəhbərliyi ilə 

Respublikamızda vüsət alan əzəmətli qurucu-

luq işlərinin fəal iştirakçısı olmuş, böyük 

öndərimizin Azərbaycanın sosial-iqtisadi 

tərəqqisi və çiçəklənməsi naminə qarşıya  

qoyduğu bütün vəzifələri öz fəaliyyəti sahəsində şərəf və ləyaqətlə yerinə 

yetirmişdir. O, mənalı həyat yolu keçmiş, ömrünün son 18 ilini isə Azər-

baycan SSR-in Maliyyə naziri vəzifəsində xalqına və vətəninə sədaqətlə 

xidmət etmişdir. 

B.H.Baxşəliyev 1920-ci il avqust ayının 20-də  Bərdə  şəhərində 

doğulmuşdur.  Əmək fəaliyyətinə 1937-ci ildə başlayan B.H.Baxşəliyev, 

1940-cı ildən Bərdə rayon maliyyə şöbəsində baş inspektor, baş mühasib, 

nəzarətçi-müfəttiş  vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan 

SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi-müfəttiş işinə 

keçirilmişdir. Sonra Nəzarət-təftiş  İdarəsinin  şöbə  rəisi, Azərbaycan SSR 

Dövlət Sığorta Baş  İdarəsinin rəisi olmuş, 1968-ci ildə isə Azərbaycan 

SSR Maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. 1970-ci 

ildən 1987-ci ilədək Respublikanın Maliyyə naziri olmuşdur. Təcrübəli 

maliyyə işçisi, yüksək ixtisaslı mütəxəssis B.H.Baxşəliyev Respublikanın 

Maliyyə naziri olaraq özünü bacarıqlı  rəhbər, təşəbbüskar dövlət adamı, 

qabiliyyətli təşkilatçı kimi göstərmişdir.  İşlədiyi həmin məsul vəzifədə o, 

büdcə və maliyyə sisteminin təkmilləşdirilməsi, maliyyə intizamının möh-

kəmləndirilməsi işinə və bütövlükdə respublikamızın sosial-iqtisadi inki-

şafına böyük töhfələr vermişdir. Onun hərtərəfli biliyi və yorulmaz fəaliy-

yəti sayəsində respublikamızda maliyyə, kredit və sığorta sistemi xeyli in-

kişaf etdirilmiş, SSRİ miqyasında aparıcı mövqe tutmuşdur, Maliyyə Na-

zirliyi isə dəfələrlə keçici Qırmızı Bayraq almış və Sosialist Yarışmasının 

qalibi elan edilmişdir. Respublikada yüksək ixtisaslı maliyyəçi kadrların 

hazırlanması sahəsində  də B.H.Baxşəliyevin  əvəzsiz rolu və böyük zəh-

məti olmuşdur. 

 

 




 

131

B.H.Baxşəliyev respublikanın ictimai-siyasi həyatında da fəal işti-

rak etmiş, dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.  

Respublika zəhmətkeşləri arasında xalq elçisi kimi böyük nüfuz qazan-

mışdır. Onun uzunmüddətli məhsuldar fəaliyyəti ölkənin yüksək mükafat-

ları ilə – 2 “Qırmızı  Əmək Bayrağı” ordeni, “Xalqlar Dostluğu”, “Şərəf 

Nişanı” ordenləri və SSRİ medalları ilə qeyd edilmişdir. Ona həmçinin 

“Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı verilmişdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

132

 

 

 

BAXŞƏLİYEVA  GÖVHƏR  

BAXŞƏLİ  QIZI 

 

Baxşəliyeva Gövhər 26 noyabr 1954-cü 

ildə  Bərdə  şəhərində doğulub. 1972-ci ildə 

Bakı şəhəri 212 saylı orta məktəbi bitirdik-

dən sonra elə  həmin il Azərbaycan Dövlət 

Universitetinin şərqşünaslıq fakültəsinin ərəb 

bölməsinə daxil olub. 1977-ci ildə ADU-nu 

fərqlənmə diplomu ilə bitirərək, Azərbay-

can Elmlər Akademiyası Şərqşünaslıq İns- 

titutuna işə qəbul olunub, baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi 

işçi, “Şərq filologiyası” şöbəsinin müdiri vəzifələrində çalışıb. 

1993-cü ildən G.Baxşəliyeva  Şərqşünaslıq  İnstitutunun elmi işlər 

üzrə direktor müavini, 1997-ci ildən direktoru vəzifəsində çalışır. 1984-cü 

ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. 

Filologiya elmləri doktoru, professordur. Beynəlxalq Elmlər Akademiya-

sının həqiqi üzvüdür. Klassik və müasir ərəb  ədəbiyyatı,  ərəbdilli Azər-

baycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və mən-

bəşünaslıq üzrə mütəxəssisdir. 

Onun  əsərləri keçmiş sovet respublikalarında və  ərəb ölkələrində 

elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, haqqında mətbu-

atda bir neçə məqalələr yazılıb, tədqiqatlarda əsərlərinə istinadlar edilib. 3 

monoqrafiya, 5 kitab (“Əbdüssəlam əl-Üceyli. Həyat və yaradıcılığı”, B., 

Elm, 1989, 5,7 ç.v.; “Bir Məcnun vardı”, B., Yazıçı, 1990, 4 ç.v.; Əbülfərəc 

əl-İsfahani. “Nəğmələr kitabı”,  ərəbcədən tərcümə  və  şərhlər. B., Elm, 

1994, 17,75 ç.v.; “Əbülfərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik 

Azərbaycan ədəbiyyatı”. Monoqrafiya, B., Elm, 1998, 12 ç.v.; “İlahi eşq 

dastanları”, B., Maarif, 2001, 23,75 ç.v.; “Hamıdan ucadır alimin yeri”, 

B., 2003, 20,3 ç.v.; Əbülfərəc əl-İsfahani. “Məcnun ləqəbli Qeys ibn Mü-

ləvvəh və ərəbdilli Azərbaycan şairləri haqqında hekayətlər”. Ərəbcədən 

filoloji tərcümə, müqəddimə, tədqiqat,  şərhlər və göstəricilər, B., Elm, 

2007, 23,5 ç.v.; “Müasir Suriya hekayəsi”. B., 2007, 20 ç.v.) və 85 elmi 

məqalə və məruzələrin müəllifidir. Şərq filologiyası və mənbəşünaslıq sa-

həsində bir çox əsərlərin elmi redaktorudur. Bir sıra elmi dərgilərin redak-

toru və ya redaksiya heyətinin üzvüdür. “Azərbaycan şərqşünaslığı” jur-

nalının baş redaktorudur. 

G.B.Baxşəliyeva Azərbaycan  şərqşünaslıq elmini dəfələrlə xarici 

ölkələrdə (Rusiya Federasiyası (Moskva, Sankt-Peterburq, Mahaçqala, 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə