BəRDƏliləR


  BƏRDƏLİ  ALİM  YUSİF  QARABAĞİ



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə31/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   27   28   29   30   31   32   33   34   ...   155

 

117

 

BƏRDƏLİ  ALİM  YUSİF  QARABAĞİ 



 

Fəlsəfə, məntiq, fiqh elmləri və poeziya sahəsində  məşhur olan 

Yusif Məhəmmədcan oğlu Qarabaği 1570-ci ildə Bərdə şəhərinin yaxın-

lığında, Tərtər çayının sağ sahilində yerləşən Mehribanlı kəndində anadan 

olmuşdur. O, ilkin çağlarda şeirlə maraqlanmış, şeirlərini Yusif Mehribani 

təxəllüsü ilə yazmışdır. 

Bəs necə olmuşdur ki, Yusif sonralar Qarabaği təxəllüsünü götür-

müşdür? Məlumdur ki, Yusif zamanın sərt üzünü görmüş, vətənindən çox 

uzaqlara düşmüşdür. Onun yaşadığı dövrdə hakimiyyət Səfəvilər dövləti-

nə  mənsub idi. Azərbaycanı inzibati ərazi bölmələri ilə adlandırırdılar. 

Arazdan ta Gəncəbasar tərəflərə  qədər Qarabağ  bəylərbəyliyi adlandırı-

lırdı. O dövrdə  Bərdə  və onun Mehribanlı  kəndi dünyəvi  əhəmiyyətdən 

məhrum idi. Onun elmi və  fəlsəfi  əsərləri orta Asiyada Mövlana Yusif 

Qarabaği adı ilə nəşr edilirdi. Bu baxımdan bərdəli alim Yusifi biz oxucu-

larımıza Yusif Qarabaği kimi təqdim edirik.  

Yusif Qarabağinin atası Məhəmmədcan dövrünün tanınmış ilahiy-

yatçısı idi. O, Yusifin təhsili ilə özü məşğul olduqdan sonra oğlunu İrana 

aparmış, orada dövrünün böyük alimi olan Həbibulla Mirzəcan Şirazinin 

məktəbinə qoymuşdu. Lakin alim İranda çox qala bilməyib müəllimi ilə 

birgə Orta Asiyanın  şəhərlərinə mühacirət etmişdir. O, əvvəlcə  Şərqin 

mühüm elm mərkəzlərindən biri olan Səmərqənddə yaşadıqdan sonra Bu-

xara şəhərinə köçür. Bu şəhərdə orijinal əsərlər və təsvirlər yazır. 

Bu zaman Buxara əmiri İmamqulu Bahadur xan idi. Bahadur xan 

yüksək şeir təbinə malik şəxsiyyət olduğundan bizim alim Yusif Qaraba-

ğini də hörmətlə qarşılamış, onunla dostluq etmişdir. 

Yusif Qarabaği  şeir deməkdə yüksək təbə  və istedada malik idi. 

Onun qəsidələri bədii sənətkarlıqla dolu olmuş  və  əvvəldən axıra kimi 

nadir və məzmunlu qafiyələrlə bitmişdi. Alimin əsərlər külliyatından Öz-

bəkistan Elmlər Akademiyasının  Şərqşünaslıq  İnstitutunun  Əlyazmalar 

Fondunda əsas aşağıdakılar qorunub saxlanılır. 

1950-1951-ci ildə  ərəb dilində yazılmış “Xanəngah haşiyəsi” 

əsəri; 


Buxara  şəhərində yazılmış “Anlaşılmayan məsələləri birtərəf 

haqqında tamamlayıcı təsvirləri” əsəri; 

Ərəb dilində yazılmış “Vaqifin (zərurətin) sübutu haqqında” 

traktatın şərhi əsəri; 

“Nur saraylarının şərhi olan nur mənzəhələrinə haşiyə”; 

Ərəb dilində yazılmış “Tənzib” kitabının şərhinə haşiyə əsəri; 

“Varlıq fəlsəfəsi” kitabına haşiyə əsəri.  



 

118

Göstərilən əsərlərdən əlavə alimin 10 mükəmməl əsəri də vardır ki, 

Özbəkistan EA-nın Əlyazmalar Fondunda saxlanılır. Bu əsərlər həm ərəb, 

həm də fars dilində olduğundan gənc alimlərimiz onların tədqiqatı ilə 

məşğul olmaqda çətinlik çəkirlər. 

Yusif Qarabaği 1645-ci ildə vəfat etmişdir. Qarabağinin qəbri Bu-

xara  şəhərinin cənubundakı Sefid Muy adlı  kənddə Baba Şoqi Pərəluz 

darvazası yaxınlığındadır. 

Allah ona rəhmət eləsin. Gün o gün olsun ki, Yusif Qarabağinin 

əsərləri Azərbaycana gətirilib tərcümə olunsun, xalqımız bu mənbələrdən 

bəhrələnsin. 

 

 



Əliyev Ə.  

“Bərdə” – 1991 – 2 noyabr 

 

 

 



 

 

 



 

 

 




 

119

 

BƏRDƏLİ  ŞAİR  DƏVDƏK 



 

Beşinci  əsrdən etibarən Azərbaycanın  Şimal hissəsi olan Albani-

yanın ictimai, iqtisadi və  mədəni həyatında çox mühüm tərəqqi nəzəri 

cəlb edir. Azərbaycan mədəniyyətinin həmin dövrdə yaranmış bəzi yadi-

garları bizim günlərə qədər gəlib çatmışdır. Yeddinci əsrdə yaşamış Dəv-

dəkin yazdığı “Şərq ölkəsinin kədəri” adlı mərsiyyəsi belə yadigarlardan-

dır.  

Dəvdək bərdəlidir. O, xalqımızın istiqlaliyyətini qoruyan, Sasani-



lərə və xəzərlilərə qarşı müqavimət göstərən, alban hökmdarı Cavanşirin 

müasiri, yaxın dostu və  məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə 

görüşlərində iştirak etmişdir.  

681-ci ildə “Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazla-

rının gizli qəsdi nəticəsində öldürüldükdə” (Ziya Bünyadov) Dəvdək sər-

kərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, bö-

yük vətənpərvər kimi xalqın dərin kədərini ifadə etmişdir. Mərsiyyə-poe-

madan bir parçanı oxuculara təqdim edirik: 

 

Mənim şərq ölkəmi bürüdü kədər

Yayılmış cahana bu qara xəbər, 

Qoy ellər eşitsin səsimi mənim, 

Səsimə səs verib ağı desinlər! 

 

Sakit həyatımız matəmlə doldu, 

Bizə soyğunçular həp yağı oldu 

Misilsiz bir dövlət çökdü kökündən, 

O, parlaq şüası saraldı, soldu. 

 

Cəsurdur, sanki bir heybətli aslan

Susardı önündə düşmən hər zaman 

Başçılar, işxanlar tabedir ona, 

Sonsuz məhəbbətdən, həm də qorxudan. 

 

Şöhrəti çatmışdı uzaq ellərə, 

Adı yayılmışdır bütün ellərə, 

Dünya heyrət ilə əhsən deyərdi

Ondakı zəkaya, elmə, hünərə. 

İşıqdı dünyada bizə hökmdar, 

Əmrinə tabedir dağlar, dalğalar, 

Tamam ram etmişdi böyük Cavanşir, 

Dünyada nə qədər istilaçı var. 



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə