BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə33/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   29   30   31   32   33   34   35   36   ...   155

 

124

liyyatında igid zabit kimi döyüşən Qaçay Aslanovun sinəsini “Qırmızı 

Ulduz” ordeni bəzəyirdi. Onu hamı “leytenant Aslanov” deyə çağırırdı.  

Bir axşam Qaçayı alay komandiri podpolkovnik Vladimir Litvi-

nov torpaq qazmaya yanına çağırdı. Onun yanında ortaboylu, suyuşirin 

qaraşın bir zabit də vardı. Litvinov gülümsünüb: 

– Hə, həmyerlilər, Aslanovlar, tanış olun – dedi və əlini Qaçayın 

çiyninə toxundurub, bu da bizim igid Azərbaycan oğlu Aslanovumuzdu – 

deyə polkovnikə təqdim etdi. 

Yanağı sərt şaxtadan azca allanıb qızarmış polkovnik qonaq Asla-

nov əlini Qaçaya uzadıb: 

– Tanış olaq, – dedi – eloğlu, mən Həzi Aslanovam. Hər dəfə ko-

mandirinlə görüşəndə səni bolluca tərifləyir. Hətta zarafatla deyir ki, Hə-

zi, qardaşın leytenant Aslanov alayımızın fəxridir. Gəldim ki, səninlə ta-

nış olum. Çox sağ ol ki, xalqımızın başını uca edirsən. 

Qaçay utancaq baxışlarını bilmədi haraya gizlətsin. Həzi Aslanov 

isə elə hey onu tərifləyirdi. Söhbətinə ara verər-verməz komandiri Litvi-

nov onun şücaətindən danışırdı: 

– Həzi, – noyabrın 19-da, iki gün əvvəl bizim leytenant Aslanovu 

səhər saat səkkizdə bölüyü ilə Plodaviti kəndi istiqamətində  kəşfiyyata 

göndərdim. Üç saata yaxın apardığı döyüş  əməliyyatında düşmənin de-

mək olar ki, bir rotasını yarıbayarı məhv edib geri oturtdu. 

Həzi Aslanov bu dəfə doğma ana dilində, canıyananlıqla: 

– Özünü gözlə eloğlu, sən hələ çox cavansan, neçə yaşın var? 

– İyirmi iki yoldaş polkovnik – deyə Qaçay nizami əsgəri qaydada 

cavab verdi: 

– Axı, biz hələ sənin toyunda oynamalıyıq. Sənə bir böyük qardaş 

məsləhətim, çalış döyüş vaxtı bölüyünün arxasını boş qoyma, onda daha 

arxayın vuruşarsan, döyüş uğurun da artıq olar. Yaxın günlərdə bir cəbhə-

də vuruşacağıq. Mən çayın o tayında müdafiədə duran 55-ci tank alayının 

komandiriyəm. Mənim alayımda da sənin kimi qoçaq həmyerlilərim çox-

dur. Amma sən burda, bu alayda tək-tənhasan darıxmırsan ki? 

– Nə danışırsınız yoldaş polkovnik, heç bu frislərin əlindən darıx-

mağa vaxt var... İcazə verin yoldaş polkovnik bir söz də mən deyim. 

– Buyur! 

– Bax, Siz məni tərifləyirsiniz. Mən yalnız alayımızda tanınıram. 

Sizi axı, bütün ölkə, bütün Azərbaycan tanıyır, fəxr edir. Sizin Moskva ət-

rafı döyüşlərdə göstərdiyiniz qəhrəmanlığı bütün Azərbaycan mətbuatı qı-

zılı hərflərlə yazır. Vətəndən aldığım qəzetlərdə Sizin haqqınızda bolluca 

yazılar var.  

– Qaçay, eloğlu, nə poetik danışığın, nə də ləhcən bizim Lənkəran

Astara bölgəsinə bənzəmir. Bilmək istərdim mənim həmfamilim olan igid 

hansı bölgədəndir? Bilirsən niyə soruşuram, alayıma qayıdanda mənim 



 

125

“uşaqlarım” belə şeyin çox marağındadırlar, bilirəm ki, məni sorğu-suala 

tutacaqlar. 

– Qarabağlıyam, yoldaş polkovnik. Aran Qarabağın Bərdə rayo-

nundanam. Kəndimin də adı  Kələntərlidir. Xanlıq dövründə bizim kənd 

Cavanşir xanlarının şəxsi mülkü olub. Tarixə Batmanqılınc adı ilə düşən 

igid Məmməd bəy Mehrəlibəyoğlu Cavanşirin kəndi olub. 

Polkovnik Həzi Aslanov gülümsünüb: 

–  İcazə ver, səndən soruşmadan özünə deyim ki, sənin  şeir yaz-

maq qabiliyyətin var. Bir də qarabağlı olasan yaxşı səsin olmaya? Bunlar 

da varmı? 

– Yeri gələndə şair Səməd Vurğun demişkən az-az uydururam... 

– Səmədlə tanışlığın varmı? 

– Yox, heç üzünü görməmişəm. Amma “Vaqif”ini əzbər bilirəm. 

– Ancaq mən yaxşı tanıyıram, ötən il Moskvada təsadüfən görüş-

dük. Restoranda birgə nahar etdik. Mən ona bir məktub da yazıb verdim. 

Özü şəxsən aparıb anam Nuşuya çatdırıb. Sağ olsun. Anam yazır ki, Həzi, 

oğlum, Səməd Vurğun gətirdiyi məktub bizə xeyli təsəlli verdi, sənin ba-

rəndə... Qaçay, Allah qoysa bu frislərin axırına çıxaq, müharibə qurtarsın 

sənin toyuna Səmədlə gələrik... İndi mən getməliyəm, axşam toranı düşür. 

Sənə ən vacib tövsiyəm döyüş vaxtı özünü qoru... 

Podpolkovnik Litvinov gülə-gülə: 

Yoldaş polkovnik, sizin dili bilməsəm də danışığınızın abı-hava-

sından belə başa düşdüm ki, qohum çıxdınız. Mən buna çox-çox şad oldum. 

Ayağının birini qaçaraq qoyub getmək istəyən Həzi Aslanov geri 

dönüb gülə-gülə dedi: 

– Biz azərbaycanlılar harada yaşayıb-işləməyimizə baxmayaraq 

hamımız bir ananın, bir atanın övladıyıq. Hələlik, görüşənə qədər. 

 

 

*** 



 

Şərəfli döyüş yоlu kеçmiş Qaçay Aslanоvun müharibədən sоnrakı 

həyatı  və  əmək fəaliyyəti də  nəsillərə örnək  оla biləcək ömür yоludur. 

Uzun illər məsul vəzifələrdə çalışmış,  əməksеvərliyi,  ədalətliliyi, 

humanizmi ilə еl arasında böyük hörmət qazanmışdı. Indi də adı çəkilən-

də hamı: «Rəhmətlik yaxşı kişi idi, Allah rəhmət  еləsin!» dеyib ruhuna 

dua оxuyur. «Yaxşı kişi» titulunu qazanmaq hər kəsə nəsib оlmur. Qaza-

nanlar isə еlin yaddaşında əbədi hеykələ dönür. Qaçay Aslanov kimi.     

 

 



 

126

  

 



 

ASLANOV  FƏRHAD  

QAÇAY  OĞLU 

 

1950-ci il may ayının 27-də  Bərdə rayo-

nunda anadan olub. 1967-ci ildə Bərdə şəhər 

2 nömrəli rus orta məktəbini bitirib. Həmin 

il Ç.İldırım adına Azərbaycan Politexnik 

İnstitutunun Mexanika fakültəsinin “Avto-

mobil nəqliyyatı” şöbəsinə daxil olub. 1972-ci 

ildə institutu müvəffəqiyyətlə başa vurub. Hə- 

min il institutun nəzdində hərbi hazırlıq keçərək “Zirehli avtomobillər tex-

nikası üzrə mühəndis mexanik” ixtisasına yiyələnib.  

1980-ci ildə Azərbaycan DİN-i kollegiyasının qərarı ilə SSRİ 

DİN-nin Akademiyasına daxil olmuşdur.   

1982-ci ildə həmin Akademiyanın Daxili İşlər Orqanlarının rəhbər 

işçilər hazırlayan fakültəsinin hüquqşünaslıq bölməsini bitirərək asayişi 

mühafizə sahəsində hüquqşünas təşkilatçı ixtisasına yiyələnib. Akademi-

yanı “Qırmızı diplom”la bitirən F.Aslanov yaxşı oxuduğuna görə SSRİ 

DİN-nin “Əla milis işçisi” döş nişanı ilə təltif olunub.    

1982-ci ildə həmçinin Akademiyanın nəzdində fəaliyyət göstərən  

“Kino, teatr, musiqi, təsviri incəsənət” ixtisası üzrə Mədəniyyət Universi-

tetini də qurtarmışdır. 

1974-1995-ci illərdə Azərbaycan DİN-də aşağıdakı vəzifələrdə ça-

lışmışdır: 

– Bakı şəhəri Nizami rayon polis idarəsində rəis müavini

– Bakı şəhəri Səbail rayonu polis idarəsində rəis; 

– Bakı şəhəri DİDİ-nin Dövlət Yol Polis idarə rəisi; 

– Azərbaycan Respublikası DİN-in DYP idarə rəisinin 1-ci müavini; 

– Azərbaycan Respublikası  DİN-in DYP idarəsində  rəis vəzifəsi 

səlahiyyətlərini icra etmişdir. 

1995-1998-ci illərdə müxtəlif diplomatik vəzifələrdə çalışmışdır: 

– İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası adından 

Yol Hərəkətinin Dövlətlərarası Beynəlxalq Təşkilatının Baş Assambleya-

sının üzvü 

– YHBT-nın hüquq komissiyasının sədri (İsveçrə, Cenevrə) 

– YHBT-nın elmi tədqiqat komissiyası  sədri vəzifəsinin səlahiy-

yətlərini icra edən (İsveçrə, Cenevrə) 

– YHBT-nın texniki komissiyasının sədri (İsveçrə, Cenevrə) 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə