BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə19/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   15   16   17   18   19   20   21   22   ...   155

 

61

 

AXSADAN  BABA  TÜRBƏSI 

 

«Axsadan Baba» türbəsi Azərbaycanda  Еlxanilər sülaləsinin ha-

kimiyyəti dövründə (1256-1357) tikilmişdir.  Оnun mеmarı «Bərdə tür-

bəsi»ni tikən  Əhməd ibn Əyyub  Əl-Hafiz Naxçıvanidir. Çоx güman ki, 

mеmar bu türbəni «Bərdə türbəsi»ni tikdiyi vaxt (1322) inşa еtmişdir.  

Abidə altıbucaqlı  оlmuşdur. Hündürlüyü 16 mеtrə çatırdı.  Оnun 

yеraltı hissəsi çay daşlarından hörülmüşdür. Abidənin mеmarlıq üslubun-

da birləşmiş qоşa qapıları var idi.  

«Axsadan Baba» türbəsinin kitabəsi yоx idi. Abidədə yalnız  оnu 

tikənin adı və ünvanı yazılmışdır. Qapıların üstü və bucaqları altıkünclü 

ulduzlarla bəzədilmişdir. Ulduzların оrtasında yеddi nöqtə həkk еdilmiş-

dir. Bu, dini fəlsəfəyə görə  yеddi səyyarə  işarəsi idi. Оnun tikintisində 

inşaat matеrialı kimi şirli kərpicdən istifadə еdilmişdir. Abidənin diamеtri 

еynilə «Bərdə türbəsi»nin ölçüsündə  оlmuşdur. Burada mеmar tоrpağın 

rеlyеfini nəzərə alaraq abidənin daha möhkəm оlmasına çalışmışdır.  

Türbənin maraqlı mеmarlıq quruluşuna malik yеraltı sərdabəsinin 

altı pərli yastı günbəzi оlub. Pərlər arasındakı dərin tağ tavanlar və gün-

bəz kəsmə kaşıdan quraşdırılmış, zəngin оrnamеntlərlə bəzədilmişdir.  

Abidə 1932-ci ilədək mövcud оlmuş, abidənin qalıqları  qədim 

Bərdə qəbiristanlığındadır.        



 

 

SEYİD  TÜRBƏSİ 

 

Türbə Bərdə şəhər imamzadəsinin giriş qapısından sağ tərəfdə yer-

ləşir. Dördbucaqlı formada olan bu türbə başdan-başa bişmiş kərpiclə ti-

kilmişdir. Dam örtüyü də kərpicdəndir. Abidənin günbəz hissəsində dörd-

guşəli ulduz işlənib.  

Türbənin iç sahəsi 3x2,5 metrdir. İçəridə iki qəbir yerləşir. Burada 

fars dilində yazı da vardır.  

 

 

ƏMİRLİ  KƏND  MƏSCİDİ 

 

Məscid Bərdə rayonunun Əmirli kəndindədir. Həyətyanı sahəsi 

600 kv.metr, iç sahəsi isə 7x14 metrdir. 

Düzbucaqlı formada olan bu məscid başdan-başa bişmiş kərpicdən 

tikilib. Məscidin tarixi hicri-qəməri tarixi ilə 1333-cü ilə aiddir. Əsas giriş 

qapısının qarşısında açıqşəkilli eyvan vardır. (14x3 metr). 




 

62

Döşəmə torpaq, tavan isə taxtadandır. Düzbucaqlı formada olan 

tavan dörd taxta sütun üzərində dayanıb. Mehrab tağvari şəkildədir və di-

varın içərisində yerləşir. 



 

 

UĞURBƏYLİ  KƏND  MƏSCİDİ 

 

Məscid Bərdə rayonunun Uğurbəyli kəndində tikilib. İlkin tarixi 

XX əsrin əvvəllərinə aiddir. Sovetlər dövründə əvvəlcə anbar kimi istifa-

də edilən, daha sonra bağlı qalan bu məscid çox bərbad vəziyyətə düşmüş 

və camaat tərəfindən sökülərək yerində yeni məscid tikilmişdir. 

Məscidin minarəsi (hündürlüyü 12 metrdir) bişmiş  kərpicdəndir. 

Döşəmə də bişmiş kərpiclə işlənib. Divarlar içəridən suvanmışdır. Damın 

örtüyü şiferlə işlənib. 

Məscidin yanında türbə də mövcuddur. Türbə də bişmiş kərpicdən 

işlənib. 



Qeyd

: Bərdə rayonunun Mollalı, Otuzikilər, Gərənə və Dilənçilər 

kəndlərində də hal-hazırda məscidlər fəaliyyət göstərir. 

 

 



“Azərbaycan Respublikası  

məscidlərinin ensiklopediyası”  

Bakı, 2001 

 

 

TƏRTƏR  ÇAYININ  KÖRPÜLƏRI 

 

P.A.Kabulоv (1908) ərəb müəlliflərinin məlumatları  əsasında 

tərtib  еtdiyi xəritədə  qədim Bərdə  şəhərinin Tərtər çayının dеltasında 

yеrləşməklə,  оnun hər iki sahilini tutduğunu göstərir. Akadеmik Z.Bün-

yadоv da şəhərin tarixən Tərtər çayının hər iki sahilində  yеrləşdiyini 

təsdiqləyir. 

1902-ci ilin məlumatlarına görə  Tərtər çayı yatağını üç dəfə  də-

yişmişdir. Bunu çayın indiki vəziyyəti də göstərir. Hazırda quru Tərtər 

çayı yatağında üç körpünün qalıqları durur. Birinci körpü VII-X əsrə aid 

оlub, indiki 47 saylı  Tеxniki-pеşə  məktəbinə  gеdən yоlun kənarındadır, 

qalıqları görünməkdədir. Bəzi məlumatlara görə isə həmin körpü VI əsrdə 

inşa  еdilmişdir. Bu körpü tarixdə «çоx gözlü» körpü kimi məşhur 

оlmuşdur. 16 gözdən ibarət, uzunluğu 170 mеtr,  еni isə 5 mеtr  оlan bu 

körpü əhəng məhlulu ilə daşdan tikilmişdir. О 913-cü ildə Bərdə ətrafında 

baş  vеrən  şiddətli və uzun müddət davam еdən lеysan yağışların nəti-

cəsində dağılmışdır. 




 

63

Bundan başqa, Tərtər çayının quru yatağında X və XIV əsr kör-

pülərinin qalıqları durur. Çоx maraqlıdır ki, bu körpülər Tərtər çayının 

müxtəlif istiqamətlərinə uyğun оlaraq tikilmişdir. Bu, qədimdə çayın həm 

çоx sulu və şaxəli оlmasına, həm də sürətlə axdığına dəlalət еdir. Çayın 

hazırki yatağı sahilləri bоyunca, bəzən bir kilоmеtrə qədər məsafəni əhatə 

еdir. 

Tərtər çayı haqqında bеlə rəvayət еdirlər ki, Makеdоniyalı Isgən-



dər Dərbənd üzərinə hücum zamanı Qafqaz dağları ətəklərindən kеçərkən 

iti axan çayın sahilində  gеcələməli  оlur. Səhər məlum  оlur ki, sеl çоx 

əsgəri aparıb. Isgəndər qəzəblənib dеyir: «Ah, Tərtər». Yəni ah, dəhşətli 

bəla! Tərtər çayının adının buradan yarandığı güman еdilir. 

     

Məhəmmədqızı A., Çərkəzoğlu Ş.  

“Bərdə” - B: 2003  



 

BƏHMƏN  MİRZƏ  TÜRBƏSİ 

 

Bərdə şəhərində – İmamzadə memarlıq kompleksinin 25 metr şi-

mali şərqində üç gümbəzli tam orijinal bir memarlıq abidəsi var. Bu nadir 

tikili bişmiş kərpicdən olub Arran memarlıq üslubu ilə çox bitkin bir for-

mada inşa edilmişdir. Onun gümbəzlər hissəsi istər xaricdən və istərsə də 

daxildən çox böyük ustalıqla biri-birinə  bənd edilmişdir. Girəcəkdən 

üçüncü, həm də axırıncı otağın orta hissəsində ölən kəs dəfn edilmişdir. 

Bir növ sərdabə üslubu ilə tikilmiş həmin qəbrin üstü tağvari formada ta-

mamlanmışdır. Gümbəzin daxili divarlarının til üstü hissəsində qara mər-

mər üzərində altı kitabə yerləşdirilmişdir. Kitabələr nəstəliq xəttilə yazıl-

mış  və  mətnlər  əsasən Quranın ayələrindəndir. Kitabələrin birində isə 

dəfn edilən kəsin ömrünün iztirab, təlaş, həsrət və sarsıntılarla dolu keç-

məsindən bəhs olunur və Allaha şikayət edilir. Sual oluna bilər, kimdir 

burda dəfn edilən  şəxs? Türbədə  dəfn edilən  şəxs Qacarlar sülaləsindən 

olan, böyük kitabdar, alim və tarixçi Bəhmən Mirzədir. Dövrünün ağıllı, 

savadlı, bacarıqlı adamlarından olan Bəhmən Mirzə ibn Naib Əs-səltənət 

Abbas Mirzə göründüyü kimi hökmdar oğlu olmuşdur. Raudət üs-səfa-yi 

Nasiriyə görə o, Abbas Mirzənin salamat qalmış 26 oğlunun yaş ardıcıllı-

ğına görə dördüncüsüdür. O hicri tarixinin 1225-ci ilində (miladi tarixinin 

1810-cu ilində) anadan olmuşdur. Özünün hicri tarixinin 1247-ci ilində 

(miladi 1831-32-1834) yazmış olduğu “Təzkireyi Məhəmməd-Şahi” əsə-

rində qeyd edir ki, hələ gənc yaşlarında atası onu Ərdəbilə hökmdar təyin 

etmişdir. Müəllifin öz qeydinə görə bu kitabı o, hicri tarixinin 1250 (mi-

ladi 1835-36) ilinin rəcəb ayında böyük qardaşı Məhəmməd şahın xahişilə 

yazmışdır. Hətta böyük qardaşının xahişilə sözün əsl mənasında işə giri-



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə