BəRDƏliləR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə38/155
tarix26.10.2017
ölçüsü3,26 Mb.
#6617
1   ...   34   35   36   37   38   39   40   41   ...   155

 

139

Ruzgar xanım həm də «Natəvan» оpеrasının ariya və duеt mətn-

lərinin müəllifidir. 1999-2002-ci illərdə görkəmli bəstəkar, xalq artisti, 

prоfеssоr Vasif Adıgözəlоvla birlikdə bu əsər üzərində işləmişdir. 2003-

cü il dеkabrın 7-də əsər Оpеra və Balеt Tеatrında səhnəyə qоyulmuş və 

böyük uğur qazanmışdır.    

Rüzgar  Əfəndiyeva Azərbaycan poeziyasında xüsusi mövqeyi 

olan, elə ilk şeirlərindən öz dəsti-xətti ilə seçilən, tanınmış şairdir. 

Onun yaradıcılığı haqqında Xalq şairi Mirvarid Dilbazi, Məmməd 

Araz, Xəlil Rza Ulutürk, Vəli Nəbiyev, Boris Leonov (Moskva), Akif 

Əliyev, Sabir Rüstəmxanlı, Sərvaz, Qasım Qasımzadə, Nəriman Həsən-

zadə, öz fikirlərini söyləmişlər.  

Şeirləri dərsliklərə və dərs vəsaitlərinə salınmışdır.  

 Türkiyədə  dərc olunan “Şeir dəftəri” jurnalında Havva Abdulla-

yevanın Rüzgar Əfəndiyevanın yaradıcılığı haqqında maraqlı yazısı ve-

rilmişdir.  

Hazırda yaradıcılıq fəaliyyəti ilə  məşğuldur. “Rüstəm – Napole-

onun yavəri” romanı üzərində işləyir. 

 

 

 



 

 

 



 

 



 

140

 

 



 

 

ƏHMƏDOV  RZA  

BƏYLƏR  OĞLU 

 

1940-cı il iyunun 19-da Bərdə rayonu-

nun Saatlı kəndində doğulub. 1956-cı ildə 

Saatlı  kənd 7 illik məktəbi, 1959-cu ildə 

Bərdə rayon 1 nömrəli istinad orta məktə-

bini bitirib. Həmin il Azərbaycan Dövlət 

Tibb İnstitutuna daxil olub. Əmək fəaliyyə-

tinə hələ tələbə ikən, 1962-ci ildə N.Krups-

kaya adına Bakı şəhər doğum evində tera- 

piya şöbəsində tibb qardaşı kimi başlayıb. 1964-cü ildə Bakı şəhər təcili 

yardım məntəqəsinə feldşer təyin olunub.  

1965-ci ildə institutu bitirərək Azərbaycan SSR Səhiyyə Nazirli-

yinin göndərişi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb. Tə-

cili yardım məntəqəsinə  həkim təyin olunub. 1965-ci il dekabrın 20-də 

Mehdixanlı  kənd xəstəxanasına və  Vərəm sanatoriyasına terapevt təyin 

olunub. 1966-cı ildə Mehdixanlı kənd xəstəxanasına baş həkim vəzifəsinə 

keçirilib. Onun işlədiyi müddətdə  xəstəxananın yerləşdiyi bina yararsız 

olduğu üçün daha əlverişli binaya köçürülüb. 1966-cı və 1968-ci ildə Bakı 

şəhərində  Həkimləri Təkmilləşdirmə institutunda 4 aylıq kurs keçib. 

1969-cu ildə rayon Mərkəzi Xəstəxanasına metodik işlər üzrə müavin, 

1970-ci ildə  Bərdə  Şəhər Poliklinikasına sahə terapevti vəzifəsinə  təyin 

olunub. 1973-cü ildə Bakı şəhər Həkimləri Təkmilləşdirmə institutunda 4 

aylıq kurs keçdikdən sonra nevropatoloq ixtisası üzrə də işləməyə başla-

yıb.  


1975-ci ildə Bərdə Şəhər Poliklinikasına müdir, 1979-cu ildə Mər-

kəzi rayon xəstəxanasına baş  həkim vəzifəsinə irəli çəkilib. Baş  həkim 

işlədiyi müddətdə xəstəxanada ilk dəfə reanimasiya, 40 çarpayılıq rayon-

lararası nevrologiya şöbəsi açıb. 130 çarpayılıq yeni doğum evinin, 500 

gəlişli  şəhər poliklinikasının, Mirzəcəfərli kəndində 25 çarpayılıq xəstə-

xananın, sanitar – epidomoloji stansiyanın yeni binasının, uşaq xəstəxana-

sında yeni korpusun tikilməsi Rza həkimin adı ilə bağlıdır. 2 ədəd subar-

tezian quyusunun istifadəyə verilməsinə, kəndlərdə kolxozların hesabına 

kompleks poliklinikanın (aptek, 4 mənzilli yaşayış binası) tikilməsinə nail 

olub.   


1988-ci ildə öz ərizəsi ilə  işdən azad olunub, nevropatoloq işlə-

məyə başlayıb. Həmin il Xarkov şəhərində 4 aylıq reflekso-terapiya (Çin 




 

141

təbabəti) ixtisasartırma kursu keçib. 1996-cı ildə rayonlararası 40 çarpayı-

lıq nevroloji şöbəyə müdir təyin olunub.  

1991-ci ildə ali dərəcəli həkim ixtisası alıb, 20-yə yaxın elmi mə-

qaləsi respublika mətbuatında çap olunub. Müxtəlif illərdə təşəkkür və tə-

rifnamələr alıb. 2007-ci ilin yanvarında ailə vəziyyəti ilə əlaqədar olaraq 

Bakı şəhərinə köçüb. Həmin vaxtdan Bakı şəhər 5 saylı xəstəxanada nev-

roloji şöbədə nevropatoloq, refleksoterapevt işləyir.  

 

 

 



 

 

 




 

142

 

 



 

 

 

 

 

ƏKBƏROV  HACI 

MƏMMƏD  OĞLU 

 

 

Əkbərov Hacı Məmməd oğlu 1898-ci 

il dekabrın 5-də Bərdə şəhərində anadan 

olmuşdur. Qori Müəllimlər seminariya-

sında təhsil almışdır. Seminariyanı bitir-

dikdən sonra Bakı Dövlət Universitetinə 

daxil olmuş, iki fakültə: Şərqşünaslıq və 

hüquq fakültələrini bitirmişdir.  

Hacı müəllim Kəlbəcər rayonunda yerləşən  İstisu istirahət mərkə-

zinin ilk mühəndis və direktorlarından biri olmuşdur. Orada işlədiyi müd-

dətdə bu şəfalı suyun havayı axıb getməməsi, əhalinin səmərəli surətdə is-

tifadə etməsi üçün bacarıqla işləmiş, uğurlu nəticələr əldə etmişdir. Gör-

düyü işlər və qazandığı hörmət uzun müddət müalicəyə gəlib şəfa tapan 

insanların yaddaşında qalmışdır. 

Bir müddətdən sonra o, Bakıya qayıdır və burda öz peşəsi üzrə iş-

ləməyə başlayır. Ömrünün sonuna qədər Azərbaycan Respublikası Hü-

quqşünaslar kollegiyasının üzvü olmuşdur.  

Bir hüquqşünas kimi də ləyaqətlə işləmiş, peşəsinin dərin bilicisi 

və vurğunu olaraq böyük hörmət qazanmışdır. 

1971-ci ildə Bakıda vəfat etmişdir. 

 

 

 



 

 

 




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə