Beş günlük rezident ol



Yüklə 258,71 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix17.09.2017
ölçüsü258,71 Kb.
#611
növüMühazirə
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

15 aprel 2014-ъц ил

6

m

 



Bəzi vəziyyətlər və ya obyektlərdə duyulan 

məntiqsiz  və  həddindən  artıq  qorxuya 

spesifik fobiya deyilir. Fobiyalar qadınlarda kişilərə 

nisbətən 2-3 dəfə daha çox ortaya çıxar.

Xüsusi fobiyanın 16 yaşından başlayır. Bir çoxları 

uşaqlığından bəri qorxularının olduğunu, bir qismi 

isə  yetkinlik  dövründən  sonra  meydana  gəldiyini 

söyləyər. 

Qorxuların səbəbi genetik, yəni irsi ola bilər. Xü-

susi  fobiyaların  əmələ  gəlməsində  insanların  ya-

şadığı mənfi hadisələrin rolu olduğunu düşünsək, 

doğru  olmaz.  Məsələn,  liftdə  qapalı  qaldıqdan 

sonra lift qorxusu yaşayan, it tərəfindən qovalan-

dıqdan  sonra  it  fobiyası  inkişaf  edən  insanlardan 

hamımızın xəbəri var. Ancaq bu cür təcrübələri ol-

mayanlarda da fobiyalara rast gəlinir.

Məntiqsiz  qorxunun  əlamətləri  -  məntiqli  və 

məntiqsiz  qorxu  əsnasında  yaşananlar,  yəni 

bədənimizlə  zehnimizdə  olan  dəyişikliklər  eynidir. 

Xüsusi  fobiyalarda  duyulan  qorxu  məntiqsizdir. 

Yüksək  bir  yerdən  aşağı  baxmaq  bir  çox  insan 

üçün  həyəcanverici,  qorxuducu  ola  bilər,  ancaq 

fobik adamda qorxu o qədər yüksəksir ki, yüksək 

binalara  belə  çıxa  bilməzlər.  Bəzən  də  normalda 

kimsənin  qorxmayacağı  vəziyyətlərdən  qorxma 

kimi  məntiqsiz  qorxular  ola  bilər.  Məsələn,  şüşə 

qırıqlarının, bıçaq kimi kəsici alətlərin batacaq qor-

xusu kimi. İnsanlar bunların bir az gülünc hal oldu-

ğunun fərqindədir və bundan utandığı üçün fobiya-

larından danışmaq istəməyə bilərlər.

Heyvan fobiyası

Ən çox görülən spesifik fobiya növüdür. Ən çox 

qorxulan heyvanlara pişik, it, quş, həşəratlar aiddir. 

Fobiyalar adamda qaçma davranışı inkişaf etdirir - 

heyvan saxlayan dostlarının evinə getməzlər. 

yüksəklik qorxusu 

İkinci ən məşhur spesifik fobiya növüdür. İnsan 

yüksək  binalara  çıxa  bilməz,  yüksəkdən  baxa 

bilməz, hətta otaqda pəncərəyə yaxın otura bilməz. 

Bir  çox  insan  üçün  keflə  oturub  istirahət  edəcəyi 

eyvanlar belə insanlar üçün əziyyətdir.



Qan və yaralanma fobiyası

Xalq  arasında  “qan  tutması“  olaraq  da  adlanan 

vəziyyətdir.  Qan  görəndə  narahatlıq  hissi  çox  in-

sanda rast gəlinən bir xüsusiyyətdir. Bu zaman hu-

şun itməsi baş verə bilər. Belə fobiklər həyat qurta-

rıcı müdaxilələrdən belə qaçarlar. Bir çox insan bu 

qorxuya görə xəstəxanaya getməz, xəstə insanlara 

baxa  bilməz,  tibbi  mövzularla  əlaqədar  televiziya 

proqramlarını seyr etməz. Bu cür insanlar həkimlik 

və tibb bacısı peşəsini seçməzlər.



Udma fobiyası

Bu xəstələrin tək qorxusu bir şey udarkən boğul-

maqdır. Yemək yeyərkən, su içərkən boğazlarında 

nəsə  qalar  və  boğular  deyə  qorxurlar.  Yemək  və 

içməkdən  qorxduqları  şeylərin  siyahısı  ola  bilər.  

Çox vaxt ləpələrdən, fındıq, qoz və s. kiçik dənəli 

şeylərdən uzaq durarlar. Yemək-içməkdən qaçma-

ğın nəticəsində çox arıqlayarlar.



Qaranlıq fobiyası

Bağlı,  qaranlıq  və  sıxlıq  olan  yerlərdə  duyulan 

qorxudur.  Bu  vəziyyətlərdə  tipik  nümunələr  ara-

sında lift, bağlı tavanlı otaqlar və dəhlizlər, qapıla-

rı  bağlı  və  sıxlıq  olan  avtobuslar,  yeraltı  keçidlər, 

metro  sayıla  bilər.  Əsas  qorxuları  bu  yerlərdə  sı-

xılıb qalmaq, çıxa bilməmək, nəfəs ala bilməmək, 

boğulmaqdır. Belə insanlar kinoya və teatra gedə 

bilməz,  getsələr  də  qıraq  kreslolarda  oturar.  Bo-

ğazlı geyimlərdə narahat ola bilərlər.



Nələrdən qorxuruq?

Obyektiv  fobiya:  həşərat,  kəpənək,  it,  iti  uclu 

əşya və s.

Vəziyyət fobiyası: Bağlı yer, açıq yer, lift, yüksək 

yer, qaranlıq və s.

Funksiya fobiyası: Yerini islatma, qaz çıxarma, 

tərləmə və s.

Bu  vəziyyətləri  yaşayan  bir  çox  insan  həkimə 

müraciət  etmir.  Bunun  da  ən  əhəmiyyətli  səbəbi 

fobiyaların xəstəlik deyil, xasiyyət, ya da şəxsiyyət 

xüsusiyyəti  olduğunu  düşünüməsidir.  Fobiyanın 

müalicə edilə bilmədiyinin düşünülməsi də bir baş-

qa əhəmiyyətli faktordur. Halbuki, spesifik fobiya-

ların müalicəsi mümkündür, üstəlik, müvəffəqiyyət 

nisbətləri  yüksəkdir.  Bu  qorxuların  müalicəsində 

dərmanların rolu azdır.

Fobiyalarımıza  özümüz  də  qalib  gələ  bilərik, 

sadəcə istəmək kifayətdir.



qadın.net

“Nevrologiya: praktiki məşğələlər” dərsliyi ən yeni elmi 

nailiyyətlər əsasında, nevrologiya elmi tarixinin təcrübəsi 

və digər müasir elm sahələrində aparılan araşdırmaların 

nəticələri nəzərə alınmaqla yazılmışdır.

Nevrologiya  -  sinir  sisteminin  normal  və  patoloji 

vəziyyətləri  barədə  elmdir.  Klinik  nevrologiya  isə  tibbin 

sinir  sistemi  xəstəliklərinin  klinik  təzahürünü,  epidemio-

logiyasını  və  patogenezini  öyrənən,  xəstəliklərin  diaqno-

zu,  müalicəsi  və  profilaktikası  üçün  metodlar  hazırlayan 

sahəsidir.

Nevrologiya  -  ən  vacib  tibb  sahələrindən  biridir.  Sinir 

sisteminin patologiyası orqanizmdə bir sıra funksional po-

zuntulara səbəb olur ki, bu da əksər hallarda xəstəliklərin 

yaranmasına gətirib çıxarır. Hal-hazırda klinik nevrologiya 

sahəsində elmi araşdırma üsullarının differensasiyası və 

inteqrasiyası prosesləri gedir ki, bu da yeni tədqiqat me-

todlarının yaranması ilə bağlıdır.

Kliniki  nevrologiyanın  əsaslarının  öyrənilməsi  ümumi 

profilli  həkimlər  üçün  də  vacibdir.  Bu  təkcə  bir  sıra  hal-

larda, xüsusilə təxirəsalınmaz vəziyyətlərdə sinir sistemi, 

onun normal və patoloji vəziyyətlərdə yerinə yetirdiyi funk-

siyanın  rolu  ilə  deyil,  həm  də  sinir  sistemi  xəstəliklərinin 

tibbi-sosial  xarakteri  ilə  müəyyən  olunur.  Əvvəllər  yalnız 

diaqnoz qoyula biləcək sinir xəstəlikləri artıq son onillikdə 

ən çox öyrənilmiş xəstəliklər sırasına daxil olmuşdur.  İn-

san beyni kimyəvi, anatomik, fizioloji, inkişaf nəzəriyyəsi 

və psixoloji yanaşma metodlarından istifadə edilməklə ən 

müxtəlif səviyyələrdə öyrənilir.

Ali tibb məktəblərində sinir sistemi xəstəlikləri kursunun 

tədrisi  zamanı  qarşıya  qoyulan  məqsədlər  tələbələrə  si-

nir sistemi xəstəliklərinə düçar olmuş xəstənin müayinəsi, 

bu zaman nevroloji əlamətlərin müəyyənləşdirilməsi, pa-

toloji prosesin xarakteri və lokalizasiyasının müəy yənləş-

dirilməsi,  köməkçi  tədqiqat  metodlarının  nəticələrinin 

düz gün  şərh  edilməsi,  ən  geniş  yayılmış  sinir  siste-

mi  xəstəliklərinin  diaqnozunun  qoyulması  və  onların 

müalicə və profilaktikası metodlarının əsaslarının mə nim-

sənilməsindən ibarətdir.

Dərslik Azərbaycanın və Rusiyanın tanınmış nevroloqu 

professor Zəhra Məmməd qızı Salayevanın xatirəsinə it-

haf edilmişdir.



y.QUSeV,

Rusiya Dövlət Tibb Universitetinin

nevrologiya və neyrocərrahiyyə kafedrasının

müdiri, Rusiya TEA-nın akademiki, professor

“Nevrologiya: 

praktiki məşğələlər”

Dosent Dilarə Gülablının (Dilarə Mahmudova) 

təqdim edilən bu kitabı Tibb Universitetinin Nevrolojı 

Klinikasında ali məktəb proqramına uyğun III-IV kurs 

tələbələrinin sərbəst işləməsi və xəstələrin nevrolojı 

statusunu müayinə etmək vərdişlərinə yiyələnmək

patolojı prosesin topik diaqnostikasını öyrənmək 

üçün nəzərdə tutulub. Kitaba norma və patologiyada 

hərəki aktivlik, hissiyyat, vegetativ innervasiya və ali 

psixi funksiyaların tədqiqi metodikaları daxil edilmiş-

dir.

Kitabı rezidenturaya hazırlıq dövründə sinir sis-

teminin morfo-funksional xüsusiyyətlərinə aid bilik 

səviyyəsini artırmaq məqsədilə hər bir həkim istifadə 

edə bilər.

Məntiqsiz qorxu – fobiya


Yüklə 258,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə