Bəxtiyar tuncay


yazdı  Avedaranın  kendininq  17  yıldan  sonqra  hampartsumundan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/149
tarix14.12.2017
ölçüsü5,01 Kb.
#15632
1   ...   21   22   23   24   25   26   27   28   ...   149

 
54 
yazdı  Avedaranın  kendininq  17  yıldan  sonqra  hampartsumundan  Jisus 
Krisdosnunq  Andioq  kerməninə  asori  tildə.  İncil  katiblərindən  Lukanın  peşəsi 
həkim idi. 72 həvvaridən biri idi və sonra həvvari Pavelin şagirdi oldu. İsa Məsihin 
qeybə çəkilməsindən 17 il sonra onun buyuruğu ilə Antakya şəhərində assur dilində 
öz “İncil”ini yazdı. 
Andioq II Bax: Andioqos 
andioqaçi (-lərgə) ism. – antakyalı (antioxiyalı) 
Andioqos  //  Andioq  (-nunq)  x.  ism.  (yun)  –  IV  Antox  Yepifan.  Böyük 
Antioxun ikinci oğlu və Suriya padşahı. Tarixdə Qüds (Yerusəlim) məbədini talan 
edən  və  40  mindən  artıq  yəhudini  məhv  edən  hökmdar  kimi  əbədiləşmişdir: 
Andioqos padşah aldı Erusalemni. Antiox padşah Qüdsü aldı (ələ keçirdi). 
andox zrf. – elə ora, geri, geriyə, yenidən, təzədən, eləcə də, həmçinin: Evet ki 
aşaxlandım  men,  neçik  oğlan  urulmış  töşlərindən  anasınınq  kendininq  da 
xaytğanı anınq andox anqar (Məz. 130/131:  2). Bəli, ovunub səsimi kəsmişəm, 
ana qucağından ayrılan, sonra da geri dönən körpə kimiyəm. Çıxqay can alardan 
da  xaytkaylar  andox  topraxqa  da  ol  kündən  tas  bolğay  barça  sağışları 
alarnınq  (Məz.  145/146:  4).  Onlar  canı  çıxan  kimi  torpağa  geri  dönər,  niyyətləri 
bircə  anda  yox  olar.  Egər  ki  kimesə  körsə  seni  ki,  biliklikinq  bar,  olturğan 
bujnitsada,  dügül  ki  sumenası  esininq  anınq  ki  muxanatlıx  bilə 
birləniptir,andox  yasalğay  yeməgə  xurbannı?  (l  Коr.  8:  10).  Əgər  vicdan 
məsuliyyəti  zəif  olan  şəxs  görsə  ki,  bilik  sahibi  olan  sən  də  həmçinin  büt  evində 
süfrəyə oturmusan, bütlərə təqdim olunan qurbanın ətini yeməyə cürət etməzmi? 
androniq ism. (< androniqos yun) – kişilərə qalib gələn, ərənləri yenən 
Anğarya x. ism. (yun) Ankara. Türkiyənin hazırki paytaxtı 
anğınça zrf. – onca,  o qədər ki,  o  vaxta qədər.  “Ol”  əvəzliyindən  törəmədir: 
Da  yarğuçi  bolmağay  1  yartın  işitkəy,  könününq  ya  egrininq,  gileyin angınça 
ki,  yüz  də  yüz  eksi  da  turmıyın  (Mxitar  Qoşun  “Törə  Bitiqi”  kitabından).  Qoy, 
hakim  bir  tərəfin,  -  istər  haqlı  tərəf  olsun,  istər  haqsız,  -  sözlərinə  nə  qədər  ki, 
onların hər ikisi üz-üzə durmayıblar, qulaq asmasın. 
anğren  (-lər)  ism.  (ort.  frs.)  –  qanuna  hörmət  etməyən  şəxs,  qamunu  pozan 
adam 
anğurya Bax: anquryalı 
Anğurya Bax: Anqarya 
anğuryalı  //  enquryalı  ism.–  ankaralı,  Ankara  sakini:  ´Çöraxçi  anguryalı 
cuvut. Ankaralı yəhudi çörəkçi. 
anğustiae (lat) Bax: totxarlıx və zabunlux 
animuş (-tan, -u, -un, -ların) ism. (lat) – ruh, şüurlu ilkin başlanğıc 
anı  əvz.  –  onu,  onun.  “O”  (ol)  əvəzliyinin  yönlük  və  bəzi  hallarda  yiyəlik 
hallarındakı forması: Xaçan kördi Herodes ki aldadılar anı tatarlar, yürəkləndi. 
İrod  tatarların  onu  aldatdıqlarını  görüb,  acıqlandı.  Anqar  ağzım  bilə  menim 
sarnadım da biyiklətiyim anı tilim bilə menim (Məz. 65/66: 17).  Ağzımla Onu 
səslədim, dilimlə Onu mədh etdim.  
anın Bax: anınq 
anınkibik Bax: anınqkibik 


 
55 
anınq
 
əvz. – onun. “O” (ol) əvəzliyinin yiyəlik halındakı forması:  Xırığından 
köknünqdir çıxqanı anınq, tinçlixi anınq çax xırığına anınq da kimsə bolmas 
ki,  yaşınğay  xızovundan  anınq  (Məz.  18/19:  7).  Bir  qırağından  göyün  çıxır, 
göylərdə  dövrə  vurur,    heç  nə  istisindən  gizlənə  bilmir  onun.  Yedilər  da  yerni 
öptülər  anqar  barça  semizləri  yerninq,  alnına  anınq  tüşkəylər  barçası  ki, 
enərlər  topraxqa  (Məz.  21/22:  30).  Bütün  dünya  zənginləri  yeyib-doyacaq,  
Rəbbin  hüzurunda  səcdə  qılacaq.  Torpağa  düşənlərin  hamısı  –    özlərini  ölümdən 
saxlaya  bilməyənlər    Onun  hüzurunda  diz  çökəcəklər.  Da  keçirdi  Israyelni 
arasından  anın  (Məz.  135/136:  14).  Və  keçirdi  İsraili  arasından  onun.  Sapqın 
yamandan  da  etkin  yaxşılıxnı,  xolğın  eminlikni  da  bar  artından  anınq  (Məz. 
33/34  15).  Şərdən  kənar  dur  və  yaxşılıq  elə,  sülh  dilə  və  ardınca  get  onun. 
Çağırınqız  Tenqrigə,  barça  yerlər,  salmos  aytınqız  atına  annq  da  berinqiz 
haybatnı  alğışına  anınq  (Məz.  65/66:  1,  2).  Ey  bütün  dünya  əhli,  cuşa  gəlib 
Tanrıya  nida  edin,  şərəfli  ismini  onun  tərənnüm  edin,  Onun  adına  şərəflə  həmd 
edin!  Boyum anınq bilə tiridir da oğlum xullux etkəy anqar (Məz. 21/22: 31). 
Ruhum Onun ilə yaşayır və oğlum (gələcək nəsillərim) Ona qulluq edəcək. Böliyim 
da men zağalsız anınq bilə da saat bolıyım törəsizlikimdən menim (Məz. 17/18:  
24).  Onunla  mən  kamala  çatmışam,  özümü  günahdan  qorumuşam.  Xoydu 
xaramğuluxnu  yapovun  kendininq  da  çöp-çövrəsina  anınqdırlar  otaxları 
kendininq  da  xaramğuluxlar  suvları  çax  bulutqa  dirə  havanınq  (Məz.  17/18: 
12).  Gizlənmək  üçün  ətrafını  zülmətə  bürüdü,  tufan  qoparan  qara  buludlardan 
Özünə çardaq qurdu. Hüzurundan Onun şəfəq saçdı, odlu közlər və dolu buludları 
yardı. Ot alnına anınq yaltrasar da çövrəsinə anınq dufan asrı (Məz. 49/50: 3).  
Önündə Onun yandırıb-yaxan alov var,   
Ətrafında Onun şiddətli tufan qopar.  
anınqki  (-dir,  -dirlər,  -ninq,  -gə,  -ni,  -n,  -ndən,  -lər,  -lərgə,  -lərni,  -lərdən)  – 
onunki, ona məxsus: Anınq  üçün  törə  tügəllənir  könülüknünq  tügəllikin barça 
adamilərgə  anınqkin  berməgə  (Mxitar  Qoşun  “Törə  bitiqi”ndən).  Ona  görə 
qanunlar təkmil olmalıdır ki, ədalət yerini tapsın və hər kəsinki özünə verilsin. 
anınqkibik  (-ninq,  -kə,  -ni,  -tən,  -lər,  -lərninq,  -lərninqdir,  -lərgə,  -lərni,  -
lərdən) // anınkibik zrf. – onun kimi: Evet yazdım sizgə ki, xoşulmağaysiz, egar 
ki  kimesə  xardaş  ündəlgən  ya  borniq  bolsa,  ya  grabaşd,  ya  aqah,  ya  pampas 
etüçi, ya cimri, ya kuç bilə yırtuçı, anınqkibik bilə ötmək ta yemagin (l Коr 5:  
11).  Əslində  mən  sizə  yazmışdım  ki,  siz  özünü  bacı-qardaş  adlandırıb,  lakin 
əxlaqsızlıq  edənlərlə,  tamahkarlıq,  bütpərəstlik,  böhtançılıq,  əyyaşlıq  və  yaxud 
soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri (onun kimiləri) ilə bir yerdə çörək 
belə,  yeməyin.  Siz  də  anınqkibik  kimsəlar  edinqiz,  yoxsa  yuvundunquz, 
arındınqız,  yoxsa  artarlandınqız  atına  Eyəmizninq  bizim  Yisus  Krisdosnunq 
da  Canı  bilə  Tenqrimizninq  (l  Коr  6:    11).  Sizlərdən  bəzisi  onun  kimi  idiniz. 
Amma  Rəbb  İsa  Məsihin  adı  ilə  və  Tanrımzın  Ruhu  ilə  yuyulub  təmizləndiniz, 
təqdis  olundunuz  və  saleh  sayıldınız.  Evet  men  bir  neməni  bundan  işkə 
keçirmədim.  Da  yazmadım  bunı  ki,  manqa  annqkibik  nemə  bolğay  (l  Коr  9:  
15). Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram 
ki, mənə də belə (onun kimi) edəsiniz.  
anlandır ~
 
Bax: aylandır ~ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə