111
Şəkil 2.3. İstehsal amilinin artımının istehsaldan əldə edilən gəlirə təsiri.
Ehtimal edək ki, kapitalın həcmi GG
’
qədər artdı və bu zaman digər istehsal amilinin
(əməyin) həcmi və əmtəə 1 və 2-nin qiymətləri dəyişməz qaldı. Əgər G
’
nöqtəsindən
kapitalla təmin olunma dərəcəsinin dəyişmiş səviyyəsini əks etdirən yeni paraleloqram
çəksək aydın olar ki, kapitalla təmin olunma dərəcəsi artdıqdan sonra əməktutumlu əmtəə 1-
in istehsalı F
’
nöqtəsinə, kapitaltutumlu əmtəə 2-nin istehsalı isə E
’
nöqtəsinə keçəcəkdir.
Kapitalın həcminin artması nəticəsində kapitaltutumlu əmtəə 2-nin istehsalı EE
’
qədər
artmış, əməktutumlu əmtəə 1-in istehsalı isə FF
’
qədər azalmışdır. Bununla da, amillərdən
biri ilə təmin olunhma dərəcəsi yüksəldikdə, istehsalında həmin amildən daha çox intensiv
şəkildə istifadə edilən əmtəənin istehsalı artır və əksinə, istehsalında həmin amildən daha az
intensiv şəkildə istifadə edilən əmtəənin istehsalı azalır. EE
’
/OE > GG
’
/JG görmək də çətin
deyil. Bu o deməkdir ki, kapitalın həcminin artımı kapitaltutmlu əmtəə istehsalının həmin
artıma müvafiq çoxalmasına gətirib çıxarmışdır.
T.M.Rıbçınskinin teoreminin beynəlxalq ticarət üçün nəticələrini aşağıdakı kimi
formalaşdırmaq olar. Hekşer-Olinin istehsal amillərinin nisbəti nəzəriyyəsinə görə, ölkə
daha yaxşı təmin olunduğu amillərin istifadə edilməsi ilə istehsal olunmuş əmtəələri ixrac
edir. Rıbşinski teoremi isə göstərir ki, nisbətən daha bol olan amilin köməyi ilə ixrac
istehsalının genişlənməsi digər sahələrdə istehsalın düşməsinə səbəb olacaq və bu sahələrdə
idxal əmtəələrinə ehtiyac artacaq. Əksinə, nisbətən daha qıt olan amildən istifadənin
genişləndirilməsi idxaləvəzedici sahələrdə istehsalın artımına və idxala ehtiyacın azalmasına
gətirib çıxaracaq.
Rıbçinski teoremi ―holland sindromu‖nun daha ümumiləşdirilmiş halıdır və göstərir
ki, bir sahədə və ya sahələrdə istehsalın və ixracın aktiv şəkildə genişlənməsi, digər
sahələrdə istehsalın dayanmasına və hətta tənəzzülünə, onun idxal ilə əvəz edilməsinə
gətirib çıxarır. Ayrı-ayrı hallarda bu cür azalma böhran vəziyyətinə gətirib çıxara bilər, yəni
istehsalın genişlənməsindən və ixracın artmasından əldə edilən mənfəət mənfi halları ərtmək
üşün kifayət etməz və bu hətta, desənayeləşmə ilə nəticələnə bilər.
2.2. Beynəlxalq ticarəti masştab effekti və
qeyri-təkmil rəqabət baxımından izah edən nəzəriyyələr
Son zamanlar daha çox sayda iqtisadçılar belə bir qənaətə gəlirlər ki, klassik
nəzəriyyələr daha beynəlxalq ticarəti izah etmək iqtidarında deyillər. Çünki, əsas ticarət
ölkələri istehsal amilləri ilə demək olar ki, eyni nisbətlərdə təmin olunublar, ya da ticarət
eyni bir sahə çərçivəsində baş verir. Buna görə də, müqayisəli üstünlüklər nəzəriyyəsi və
istehsal amilləri nisbəti nəzəriyyəsi ilə əlaqədar olmayan beynəlxalq ticarətin alternativ
nəzəriyyələri, yeni modelləri meydana gəlmişdir ki, onlar da bazarın inhisarlaşmasının
müxtəlif səviyyələrini və istehsal amillərindən qeyri-optimal istifadə kimi faktorları nəzərə
alırlar.
Bu nəzəriyyələrdən biri ticarəti masştab effekti əsasında izah edir. Ümumi iqtisadi
nəzəriyyədən məlumdur ki, istehsalın masştabının artması nəticəsində əmtəə vahidinin
istehsal dəyəri azalır. Bu bir neçə səbəbdən baş verir:
ixtisaslaşma artımı – hər bir işçi bir istehsal funksiyasını yerinə yetirməklə onun
təkmil surətdə həyata
keçirilməsinə nail ola bilər;
istehsalın ayrılmazlığı – istehsalın masştabı artdığı hakda istehsala birbaşa surətdə
cəlb olunmayan yardımçı sahələrə çəkilən xərclər nisbi baxımdan azalır;
texnoloji qənaət – yeni keyfiyyətli məhsulun yaradılmasına çəkilən xərclər.
112
Masştab iqtisadiyyatı dedikdə istehsalın elə bir inkişafı nəzərdə tutulur ki, amil
xərclərinin bir vahid artımı istehsalın bir vahiddən artıq artımına gətirib çıxarır.
İstehsal amilləri ilə eyni dərəcədə təmin edilmiş (və ya elə bir dərəcədə təmin edilmiş
ki, arada olan fərq qarşlıqlı ticarətin izahı kimi çıxış edə bilməz) ölkələr arasında ticarət
masştab iqtisadiyyatı ilə izah edilir. Masştab iqtisadiyyatı modeli həmçinin ölkələr arasında
texnoloji yaxın və ya eynicins məhsullarla ticarəti də izah edir.
Ehtimal edək ki, iki ölkə identikdir və buna görə də, onların əmtəə 1 və 2 üzrə
təklifləri qovuşan istehsal imkanları yərisi ilə, bu əmtəələrə olan tələb isə qovuşan laqeydlik
əyriləri ilə xarakterizə olunur (şəkil 2.4).
Şəkil 2.4. Masştab effekti modelində beynəlxalq ticarət.
İqtisadiyyat masştab effekti ilə xarakterizə olunduğundan, istehsal imkanları əyrisi
hesablama nöqtəsi istiqamətində əyilmişdir. Ticarətə qədər hər iki ölkə 40 vahidə qədər
əmtəə 1 və 2 istehsal edir və istehlak edirlər (nöqtə A). Nisbi qiymət – P
1
/P
2
=P
A
və tələbi
müəyyən edən laqeydlik əyrisi – I-dir. Qeyd edək ki, A nöqtəsindəki balans həddən artıq
qeyri-dayanıqlıdır. İstehsal imkanları əyrisinin əyriliyinin spesifikliyi səbəbindən və
masştab effekti nəticəsində, nisbi qiymətdə A nöqtəsindən sağa isətnilən minimal hərəkət,
əmtəə 1-in qiymətinin aşağı düşməsinə səbəb olacaqdır və bu, birinci ölkə yalnız əmtəə 1-i
istehsal etməyə başlayana qədər davam edəcəkdir. Analoji olaraq, nisbi qiymətdə A
nöqtəsindən sola isətnilən minimal hərəkət, əmtəə 2-nin qiymətinin aşağı düşməsinə səbəb
2
0
4
0
6
0
8
0
100
2
0
4
0
6
0
8
0
100
120
B
A
E
Ə
m
təə 1
Əmtəə 2
A
P
I
II
120
'
B
0