Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə213/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   205   206   207   208   209   210   211   212   213

 

504


 

BMT təşkilatlarının və digər institutlarının real imkanları nəzərə alınmadan tərtib edildiyi, 

layihə və proqramların xərclər hissəsində real maliyyə şərtlərinin nəzərə alınmadığı bildirlir. 

Bütün  bunlar  BMT-nin  iqtisadi  orqanlarının  fəaliyyətinin  səmərəliyinini  artırılması 

üçün tədbirlər kompleksinin həyata keçirilməsini zəruri edir. 

BMT öz  işini ―Minillik Bəyannaməsi‖ndə,  həmçinin qlobal konfranslarda  müəyyən 

edilən  prioritetlərə  uyğun  olaraq  qurmalıdır.  Öz  aktuallığını  itirən  məsələlər  üzrə 

fəaliyyətdən  imtina  edilməli,  yeni  məsələlər  (qloballaşma  və  onun  inkişaf  üçün  nəticələri, 

inkişaf  sahəsində  məqsədlərin  reallaşdırılması,  münaqişələrin  qarşısının  alınması  və 

terrorizmlə  mübarizə)  üzrə  isə  BMT  öz  biliklərini  dərinləşdirməli  və  öz  fəaliyyətini  daha 

məqsədyönlü və səmərəli etməlidir. 

1997-ci ildən etibarən  BMT-nin fəaliyyətində islahatlara start verilmişdir. Ilk addım 

olaraq  yenidən  təşkilatlanma  işlərinə  başlanılmış,  BMT-nin  departament,  fond  və 

proqramları  dörd  istiqamət  (sülh  və  təhlükəsizlik,  inkişaf,  iqtisadi  və  sosial  məsələlər, 

humanitar məsələlər) üzrə qruplaşdırılmışlar. Işin koordinasiyası üçün hər bir qrup üçün icra 

komitəsi  təşkil  edilmişdir.  Eyni  zamanda,  1996-cı  ildə  tutulmayan  1000-ə  yaxın  vəzifə 

birdəfəlik ixtisar edilmişdir.  

Daha  sonra  icra  komitələri  Baş  Rəhbərlər  Qrupunun  yaradılması  ilə  birbaşa  olaraq 

baş  katibin  dəftərxanası  ilə  birləşdirilmişlər.  Qrupun  ―kabineti‖nə  BMt-nin  bütün 

departament, fond və proqramlarının rəhbərləri daxildir. 

Təşkilat  strukturunun  gücləndirilməsi  üçün  bir  sıra  departamentlər  və  şöbələr 

birləşdirilmişdir. Məsələn üç departament yeni yaradılmış iqtisadi və sosial məsələlər üzrə 

departamentdə cəmləşdirilmişdir. 

Ölkələr  səviyyəsində  BMT-nin  təşkilatlanması  gücləndirilmişdir.  Belə  ki,  BMT-nin 

bütün  fond  və  proqramlarının  ölkələr  üzrə  şöbələri  1997-ci  ilə  qədər  adətən  ayrı-ayrı 

ofislərdə  yerləşirdilər.  Vəsaitin  qənaət  edilməsi  və  daha  səmərəli  birgə  işin  təşkili  üçün 

ümumi ofis sahələrindən və eyni xidmət təchizatçılardan istifadə etmək tövsiyə edilmiş, 50-

dən çox ölkədə BMT Evləri yaradılmışdır. 

Bundan əlavə, 1997-ci ildə  baş katib ölkələrdə iş planlarını bir-birlərinə inteqrasiya 

etmək  üçün  BMT-nin  rezident-əlaqələndiricilərinə  daha  geniş  səlahiyyətlər  vermişdir. 

Koordinasiyanı  yüngülləşdirmək  və  BMT-nin  yardımını  ölkələrin  strategiyaları  və 

prioritetlərinə  tam  uyğunlaşdırmaq  üçün  iki  əlavə  alət  yaradılmışdır:  ölkənini  ehtiyacını 




 

505


 

müəyyən  edən  Ölkənin  Vəziyyətinin  Ümumi  Qiymətləndirilməsi  və  İnkişaf  Məqsərilə 

Yardımın Göstərilməsi üzrə BMT-nin Çərçivə Proqramı. 

BMT sistemi təşkilatlarının fəaliyyətinin canlandırılmasında əsas addım 1944-cü ildə 

Bretton Vudsda yaradılan institutlarla münasibətlərin təkmilləşdirilməsi oldu. BMT-nin bir 

tərəfdən  Dünya  Bankı  ilə,  dugər  tərəfdən  isə  Beynəlxalq  Valyuta  Fondu  ilə  əməkdaşlıq 

dərəcəsi bu təşkilatlar yaradılarkən nəzərdə tutulan səviyyəyə heç zaman çatmayıb. 1998-ci 

ildən  başlayaraq  BMT-nin  İqtisadi  və  Sosial  Şurası  bretton-vuds  institutlarının  üzv-

ölkələrinin  müliyyə  nazirləri  ilə  bir  neçə  illik  görüşlər  keçirib.  Nəticədə  2002-ci  ildə 

Meksikanın  Monterrey  şəhərində  Dünya  Bankı  və  Beynəlxalq  Valyuta  Fondunun  aktiv 

iştirakı  ilə  İnkişafın  Maliyyələşdirilməsi  üzrə  Beynəlxalq  Konfrans  keçirilmiş,  bir  sıra 

mühüm nailiyyətlər əldə edilmişdir. 

2002-ci  il  mayın  1-dən  etibarən  əməkdaşların  işə  götürülməsi,  yerləşdirilməsi  və 

vəzifələrinin  artırılması  üçün  yeni  sistem  tətbiq  edilmişdir.  Bu  sistemdə  əməkdaşın 

nailiyyətləri və kompetentliyinə daha çox üstünlük verilir və onun vəzifədə olma müddəti və 

presedentlər  daha  az  nəzərə  alınır.  Yeni  kadr  mexanizmlərinin  ümumi  ―paketi‖nin  bir 

hissəsi olan bu  sistem çərçivəsində proqram rəhbərləri baş katiblə imzalanmış müqaviləyə 

uyğun olaraq, kadrların müstəqil yığılması səlahiyyətini alırlar. Bu müqaviləyə əsasən, onlar 

həm  də  əldə  olunmuş  nəticələrə  görə  məsuliyyət  daşıyırlar.  Beləliklə,  qərarların  qəbul 

edilməsində  məsuliyyətin  daha  aşağı  səviyyələrə  (əməliyyat  səviyyəli  əməkdaşlara  qədər) 

ötürülməsi istiqamətində planlı iş aparılır. 

Baş katib tərəfindən 2000-ci ilin avqustunda təqdim edilən ―İnsan resurslarının idarə 

edilməsinin islahatı‖ adlı hesabatda işçi yığımının və kadrların yerləşdirilməsinin müddətinə 

toxunulur.  BMT-nin  personalda  müxtəlif  ölkələrəin  nümayəndələrinin  təmsil  edilməsinin 

zəruriliyi prinsipinə daim əməl etməsi, həmçinin əməkdaşların yüksək peşəkarlığının təmin 

edilməsi  ilə  eyni  zamanda  gender  balansının  yaxşılaşdırılması  o  deməkdir  ki,  işə  qəbul 

haqqında qərar o biri təşkilatlarda olduğu kimi sürətlə qəbul edilə bilməz. Lakin son illərdə 

işə götürmə prosesinin orta müddəti 400 gün təşkil edirdi ki, bu da həddindən artıq çoxdur. 

Yeni  qəbul  edilmiş  sistem  bu  müddəti  90  günə  salmağı  nəzərdə  tutur.  Insan  resurslarının 

idarə edilməsi həmçinin əməkdaşların iki həftə ərzində üfiqi yerdəyişmələrini təsdiq etməli 

və həyata keçirməlidir. 

Proses  həmçinin  daha  şəffaf  xarakter  almışdır,  belə  ki,  bütün  boş  iş  yerləri  barədə 

məlumat BMT-nin internet saytında yerləşdirilmişdir. 



 

506


 

Baş katibin hesabatında həmçinin Katibliyin əməkdaşlarının mobilliyi məsələsinə də 

toxunulmuşdur.  Müxtəlif  peşə  sahibləri  olan  ixtisaslı  əməkdaşların  daxil  olduğu  daha 

universal vətəndaş xidmətlərinin yaradılması məqsədilə konkret bir vəzifədə qalma müddəti 

məhdudlaşdırılmışdır.  Eyni  zamanda,  mənzil-qərargahdan  daha  uzaq  nöqtələrdə  çalışanlar 

xüsusi olaraq stimullaşdırılır, personalın öyrənilməsi üçün əlavə proqramlar tətbiq edilir və 

artıq işləyən əməkdaşların səviyyələri artırılır. 

Digər  tərəfdən,  BMT-nin  rəhbər  həlqələrinin  əməkdaşları  insan  resurslarının  idarə 

edilməsi  sahəsində  intensiv  kur  keçməlidirlər  ki,  bu  da  kadrlarla  işin  keyfiyyətinin 

artırılmasında  mühüm  rol  oynaya  bilər.  Bundan  əlavə,  yeni  attestasiya  sistemi  tətbiq 

edilməyə başlanmışdır. 

Kardinal islahatlar sırasına daxili nəzarət xidmətləri üzrə baş katib müavininin təyin 

edilməsi,  əməliyyat  xərclərinin  ixtisar  edilməsi,  yüksək  vəzifəli  şəxslərin  sayının 

azaldılması  və  təxminən  1000-ə  yaxın  vəzifənin  ləğv  edilməsi  də  aiddir.  Səkkiz  il  ardıcıl 

olaraq BMT-nin müntəzəm büdcəsinin nominal dəyərdə ―sıfır‖ artımı təmin edilmişdir. 

Həyata keçirilən islahatları qısa şəkildə aşağıdakı kimi məcmulaşdırmaq olar: 

 

qeyri-prioritet  fəaliyyət  və  inzibati  xidmət  üçün  nəzərdə  tutulmuş  resursların  üzv-



dövlətlər  tərəfindən  müəyyən  edilən  prioritet  tədbirlərin  həyata  keçirilməsi  üçün 

istifadə edilməsi; 

 

inzibati  xərclərin  azaldılması  və  qənaət  edilən  vəsaitin  inkişaf  məqsədilə  həyata 



keçirilən fəaliyyətə yönəldilməsi

 



BMT-nin  dörd  əsas  istiqamət  (sülh  və  təhlükəsizlik,  inkişaf,  iqtisadi  və  sosial 

məsələlər, humanitar məsələlər) üzrə iş proqramının yenidən qurulması; 

 

BMT-nin  gündəlik  fəaliyyətinə  nəzarət  edilməsi  və  islahatların  gedişinin 



koordinasiya edilməsi üçün baş katibin birinci müavininin təyin edilməsi; 

 



vəzifəsi  təftişlərin,  qiymətləndirmələrin,  nəzarətin,  inspeksiyaların  və  təhqiqatların 

həyata keçirilməsi olan Daxili Nəzarət Xidməti İdarəsinin yaradılması; 

 

qərarların qəbul edilməsinin sürətləndirilməsi və koordinasiyanın yüksəldilməsi üçün 



BMT-nin baş rəhbərlərinin daxil olduğu kabinetin yaradılması; 

 



bütün  səviyyələrdə  personalın  idarə  edilməsinin  təkmilləşdirilməsi  məqsədilə 

kardinal kadr islahatlarının həyata keçirilməsi. 




 

507


 

2003-cü  ilin  sentyabrında  BMT  baş  katibi  təşkilatda  yeni  islahatlar  mərhələsinin 

başlandığını bəyan etdi. Onun təqdim etdiyi hesabatda BMT-nin sonrakı güclənməsi planı 

əks olunmuşdu. 

Hesabat  BMT-nin  bütün  təsisatlarına  və  fəaliyyət  növlərinə  təsir  edəcək 

yenidənqurmaları  müəyyən  edir.  Hesabatda  qeyd  olunur  ki,  vəzifə  heç  də  təşkilatın 

büdcəsinin  ixtisar  edilməsindən  ibarət  deyil.  Əsas  vəzifə  ondan  ibarətdir  ki,  təşkilat  öz 

fəaliyyətinə  tənqidi  yanaşmalı,  bu  fəaliyyətin  ―Minillik  Bəyannaməsi‖nin  məqsədlərinin 

reallaşdırılması nöqteyi-nəzərindən  aktual olub-olmadığı müəyyən edilməlidir. Əgər cavab 

mənfi olsa onda bu cür fəaliyyətdən imtina edilməlidir. 

Hesabatda islahatlar prosesinə aid olan praqmatik təkmilləşdirmə  təkliflərinin geniş 

paketi əks olunmuşdur ki, onlardan da bəziləri aşağıdakılardır: 

 

təşkilatın  iş  proqramlarının  hərtərəfli  icmalı:  bu,  təşkilatın  doğrudan  da  vacib  olan 



işlərlə  məşğul  olmasını  və  artıq  köhnəlmiş  və  ya  qarşıya  qoyulmuş  vəzifəyə  aid 

olmayan işlərə vaxt və vəsait xərcləməməsini təmin etmək üçündür; 

 

BMT-nin  insan  haqları  və  ictimai  informasiya  sahəsində  işinin  təkmilləşdirilməsi 



üzrə  ətraflı  təkliflər:  BMT  informasiya  mərkəzləri  şəbəkəsi  Qərbi  Avropadan 

başlayaraq,  regional  qovşaqların  yaradılması  yolu  ilə  yenidən  təşkil  ediləcəkdir. 

İctimai  İnformasiya  departamentinin  strukturunda  təkmilləşdirmələr  aparılacaq, 

kommunikasiya  sahəsində  razılaşdırılmış  strategiyalar  işlənəcək  və  kütləvi 

informasiya  vasitələri  və  kommunikasiya  sahələrində  yeni  texnologiyaların  verdiyi 

üstünlüklərdən istifadə ediləcək

 

təkrarlanmanın qarşısının alınması üçün iclasların və dərc edilən hesabatların sayının 



ixtisarı; 

 



ayrıca  götürülmüş  ölkə  səviyyəsində  BMT  təsisatları  arasında  koordinasiyanın 

yaxşılaşdırılması  üzrə  tədbirlər:  bu,  proqramların  birgə  tərtibi,  ümumi  informasiya 

bazasının  və  biliklərlə  mübadilə  şəbəkəsinin  yaradılması  və  resursların 

birləşdirilməsi yolu ilə həyata keçiriləcək; 

 

həddən  artıq  mürəkkəb  olan  və  iri  əmək  xərcləri  tələb  edən  büdcə  və  planlaşdırma 



sistemlərində dəyişikliklər edilməsi

 



BMT  və  vətəndaş  cəmiyyəti  arasında  münasibətlərin  müstəqil  ekspertlər  qrupu 

tərəfindən qiymətləndirilməsi və müvafiq tövsiyələrin irəli sürülməsi; 




 

508


 

 



BMT  əməkdaşlarının  stimullaşdırılması  və  onların  iş  keyfiyyətlərinin 

yüksəldilməsinə  yönəldilmiş təkliflər: bu, personalın  müxtəlif iş  yerləri, funksiyalar 

və  hətta  təşkilatlar  arasında  mobilliyinin  yüngülləşdirilməsi  vasitəsilə  həyata 

keçiriləcək. 

Bütün  deyilənlərə  baxmayaraq,  BMT  qlobal  bir  təşkilat  kimi  özünün  əhəmiyyətini 

saxlamaqdadır və bu ən azə aşağıdakılarla xarakterizə olunur: 

 

münaqişələrlə zəngin olan dünyada BMT hökumətlərə təcili məsləhətləşmələr həyata 



keçirməyə imkan verir və uzunmüddətli problemlərin həlli üçün forum rolunda çıxış 

edir; 


 

BMT vacib qlobal məsələlər (məsələn, ətraf mühit və qeyri-qanuni narkotiklər) üzrə 



fəaliyyəti  stimullaşdırır  və  bu  problemlərin  həlli  üçün  zəruri  olan  beynəlxalq 

əməkdaşlığın  təşkili  və  davam  etdirilməsi  üçün  saha  səmərəli  mexanizmlər  təklif 

edir; 



 



BMT  və  onun  təsisatları  iqtisadiyyatı  gücləndirməyə  və  maliyyə  bazarlarını 

sabitləşdirməyə  kömək  edirlər,  onlar  xəstəliklərlə  mübarizəyə,  ərzaq  istehsalının 

genişləndirilməsinə və həyat müddətinin artırılmasına dəstək verirlər

 



BMT  və  onun  təsisatları  zəif  qrupları  (uşaqlar,  qaçqınlar,  məcburi  köçkünlər, 

azlıqlar, yerli xalqlar və əlillər) müdafiə ilə təmin edirlər; 

 

BMT  və  onun  təsisatları  beynəlxalq  qarşılıqlı  əlaqə  sahələrində  mühüm  həyati 



əhəmiyyətə malik texniki və hüquqi normaların işlənməsinə şərait yaradırlar. 

 

 



 

 

 

 

 

 

 

 

 

 


 

509


 

Məsləhət görülən ədəbiyyat siyahısı 

 

1.



 

Международные экономические отношения / под редакцией проф. В.Е.Рыбалкина 

– Москва: ЮНИТИ, 2003 

2.

 



Акопова  Е.С.,  Воронкова  О.Н.,  Гаврилко  Н.Н.  Мировая  экономика  и 

международные экономические отношения. – Ростов-на-Дону: «Феникс», 2001. 

3.

 

Международные  экономические  отношения  /  под  редакцией  Н.Н.Ливенцева  – 



Москва: МГИМО, «Российская политическая энциклопедия», 2001. 

4.

 



Авдокушин  Е.Ф.  Международные  экономические  отношения.  –  Москва:  ИКЦ 

«Маркетинг», 2001 

5.

 

Пузакова Е.П. Международные экономические отношения. – Ростов-на-Дону: ИЦ 



«МарТ», 2000 

6.

 



Киреев  А.  Международная  экономика.  –  Москва:  Международные  отношения, 

1997, Ч. 1. 

7.

 

Хасбулатов Р.И.. Мировая экономика. – Москва: «Экономика», 2001, Т I və II  



8.

 

Основные  факты  об  Организации  Объединенных  Наций.  –  Москва:  «Весь  Мир», 



2000. 

9.

 



Кругман  П.Р.,  Обстфельд  М.  Международная  экономика.  5-е  изд.  –  Санкт-

Петербург: Питер, 2004 

10.

 

Кратко об ООН. – Нью-Йорк, 1999. 



11.

 

М.З.Бор, «История мировой экономики», Москва, 1998 



12.

 

«История мировой экономики», под редакцией Г.Б.Поляка, Москва, 1999 



13.

 

«История  мировой  экономики.  Хозяственные  реформы  1920-1990гг.»,  под 



редакцией А.Н.Марковой, Москва, 1995 

14.


 

«История  мирвой  экономики»,  под  редакцией  М.В.Конотопова,  С.И.Сметанина, 

Москва, 1997 

15.


 

Şamil  Qafarov.  İctimai  əmək  bölgüsü  və  onun  müasir  sosial-iqtisadi  problemləri.  – 

Bakı: BDU, 1999 

16.


 

Hacıyev  Ş.H.  ―Beynəlxalq  ticarət  nəzəriyyələri:  metodoloji  təkamül‖.  ―İqtisad  elmləri: 

nəzəriyyə və praktika‖ jurnalı, 1998, № 1-2, 3-4 

17.


 

Гаджиев  Ш.Г.  Азербайджан  на  пути  к  мировому  сообществу:  стратегия 

внешнеэкономического развития. – Киев: Експрес-об’ява, 2000 



 

510


 

18.


 

М.Портер, «Международная конкуренция», Москва, 1993 

19.

 

Киреев  А.  Международная  экономика.  –  Москва:  Международные  отношения, 



1997, Ч. 1 

20.


 

Международные  экономические  отношения  /  под  редакцией  Н.Н.Ливенцева  – 

Москва: МГИМО, «Российская политическая энциклопедия», 2001 

21.


 

Акопова  Е.С.,  Воронкова  О.Н.,  Гаврилко  Н.Н.  Мировая  экономика  и 

международные экономические отношения. – Ростов-на-Дону: «Феникс», 2001. 

22.


 

Дадалко В.А. Мировая экономика – Минск: «Ураджай», 2001. 

23.

 

Кузякин А.П., Семичев М.А. Мировая экономика – Москва: ТК Велби, 2002 



24.

 

В.И.Фомичев, «Международная торговля», Москва, 1998 



25.

 

Международные  экономические  отношения  /  под  редакцией  Н.Н.Ливенцева  – 



Москва: МГИМО, «Российская политическая энциклопедия», 2001. 

26.


 

Международные  экономические  отношения  /  под  редакцией  А.И.Евдокимова  – 

Москва: ТК Велби, 2003. 

27.


 

Дадалко В.А. Мировая экономика – Минск: «Ураджай», 2001. 

28.

 

Кузякин А.П., Семичев М.А. Мировая экономика – Москва: ТК Велби, 2002. 



29.

 

Международные  экономические  отношения  /  под  редакцией  Л.Е.Стровского  – 



Москва: ЮНИТИ, 2003. 

30.


 

Шумилов В.М. Международное экономическое право. – Ростов-на-Дону: Феникс, 

2003. 

31.


 

Р.  Познер.  Экономический  анализ  права.  –  Санкт-Петербург:  «Экономическая 

школа», 2004, Т I,II.  

32.


 

Карро Д., Жюйар П. Международное экономическое право. – Москва: Озон, 2001. 

33.

 

Декларация  об  установлении  нового  международного  экономического  порядка. 



Резолюция Генеральной Ассамблеи ООН № 3201 (S-VI). 

34.


 

Программа  действий  по  установлению  нового  международного  экономического 

порядка. Резолюция Генеральной Ассамблеи ООН № 3202 (S-VI). 

35.


 

А.Кинг,  Б.Шнайдер.  Первая  глобальная  революция.  Доклад  Римского  клуба.  – 

Москва: 1991. 

36.


 

Я.Тинберген. Пересмотр международного порядка. – Москва: 1980. 

37.

 

Север-Юг: взгляд на прогресс // Курьер ЮНЕСКО. 1994, № 2. 



38.

 

BMT-nin rəsmi İnternet saytı – www.un.org  




 

511


 

39.


 

World Investment Report 2003. UNCTAD, New York and Geneva, 2003. 

40.

 

Balance of Payments Statistics Yearbook 2003. IMF, Washington DC, 2003.  



41.

 

Handbook of Statistics 2003. UNCTAD, New York and Geneva, 2003. 



42.

 

Foreign Direct İnvestment Trends and Statistics. IMF, Washington DC, 2003.  



43.

 

International Migration Report 2002. United Nations. New York, 2002. 



44.

 

Trends in International Migration. Annual Report 2002. OECD. Paris, 2003. 



 

Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə