Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə212/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   205   206   207   208   209   210   211   212   213

 

501


 

səviyyədə  demokratik  idarəçilik,  inkişaf  və  Yoxsulluğun  azaldılmasına  dair 

öhdəliklər də aiddir);  

 



ən zəif inkişaf etmiş ölkələrin xüsusi ehtiyaclarını ödəmək (buna həmin ölkələrin 

tərəfsız və kvotasız eksport imkanı əldə etmələri, həddən artıq borc altında olan 

yoxsul  ölkələrin  borcdan  azad  edilməri;  ikitərəfli  rəsmi  borcların  ləğv  edilməsi; 

Yoxsulluğun  azaldılması  sahəsində  çalışan  ölkələrə  daha  geniş  inkişaf  yönümlü 

yardımın göstərilməsi məsələri daxildir);  

 



inkişaf  etməkdə  olan  dənizə  çıxışı  olmayan  və  kiçik  ada  dövlətlərinin  xüsüsi 

ehtiyaçlarını ödəmək;  

 

borclarını  uzun  müddət  ərzində  ödənilə  biləcək  səviyyədə  saxlayə  bilməri  üçün 



müxtəlif  milli  və  beynalxalq  tədbirlər  vəsitəsilə  inkişaf  etməkdə  olan  ölkələrin 

borc problemləri ilə ətraflı şəkildə məşğul olmaq;  

 

inkişaf  etməkdə  olan  ölkələrlə  əməkdaşlıq  şəratində  gənclər  üçün  layiqlı  və 



məhsuldar iş imkanları yaratmaq;  

 



farmaseptik şirkətlərə  əməkdaşlıq şəraitində inkişaf etməkdə olan ölkələrdə əsas 

dərman preparatların asanlıqla əldə edilməsini təmin etmək;  

 

özəl sektorla əməkdaşlıq şəraitində ölkələrin, yeni texnologiyalardan, o cümlədən 



informasiya  və  kommunikasiya  texnoloqiyalarından  bəhrələnmək  imkanı 

yaratmaq. 

Bu məqsədlər 2015-ci ilin sonuna əldə edilməlidirlər. 

BMT ətraf mühitin qorunması üzrə beynəlxalq səylərin avanqardı rolunda çıxış edir. 

BMT ətraf mühitin qorunması üzrə müqavilələrin bağlanmasını təmin edir. Bu müqavilələr 

1980-ci  illərdə  gəmilərdən  axan  neft  nəticısində  çirklənməsi  60%  azaltmağa,  Şimali 

Amerika və Avropada ətraf mühitin transsərhəd çirklənməsini azaltmağa və həm sənayecə 

inkişaf  etmiş,  həm  də  inkişaf  etməkdə  olan  ölkələrdə  ozon  qatının  dağılmasına  gətirib 

çıxaran bir çox qazların istehsalının dayandırılmasına imkan vermişdir. 1972-ci ildə BMT-

nin  ətraf  mühit  üzrə  birinci  konfransının  keçirilməsindən  sonra  BMT  təsisatları  və 

proqramlarının dəstəyi ilə 300-dən artıq beynəlxalq müqavilə və sazişlər imzalanmışdır. Bu 

beynəlxalq sənədlər itmək təhlükəsi altında olan heyvan və bitki növlərini, dəniz mühitinin 

çirklənməsinin,  ozon  təbəqəsinin  dağılmasını,  təhlükəli  tullantıları,  bioloji  müxtəlifliyi, 

iqlimin  dəyişməsini,  səhralaşmanı,  balıqçılıq  təsərrüfatını,  sənaye  ximikatları  və 

pestisidlərini əhatə etmişdir. 



 

502


 

BMT-nini 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit 

və  inkişaf  üzrə  konfransında  razılaşdırılmış  ―XXI  əsr  üçün  gündəlik‖  ekoloji  cəhətdən 

təhlükəsizn  inkişafın  hərtərəfli  qlobal  proqramı  sayıla  bilər.  Bu  gündəlik  bir  çox  milli 

planların  və  yerli  təşəbbüslərin  əsasını  təşkil  etmişdir.  2002-ci  ildə  Cənubi  Afrikanın 

Yohannesburq şəhərində keçirilmiş Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyədə Ümumdünya 

Görüşü  əlavə  səylər  və  praktiki  qərarların  zəruri  olduğu  sahələri  müəyyən  etməyə,  əlavə 

siyasi dəstəyi mobilizasiya etməyə imkan vermişdir. 

BMT-nin  ətraf  mühit  üzrə  proqramı  (YUNEP)  ətraf  mühitdən  daha  rasional  istifadə 

edilməsi  üçün  ölkələrə  köməklik  göstərir,  planetin  ətraf  mühitinin  vəziyyətinin  müşahidə 

edir  və  beynəlxalq  müqavilələr  tədbirlər  proqramlarının  qəbul  edilməsi  məqsədilə 

konsensusun formalaşdırılmasına şərait  yaradır.BMT-nin egidası altında yaradılmış texniki 

orqanlar  ətraf  mühitin  vəziyyətini  diqqətlə  müşahidə  edirlər.  Məsələn,  YUNEP-in  iqlim 

dəyişkənliyi üzrə hökumətlərarası qrupu ümumdünya şəbəkəsi olmaqla özündə 120 ölkədən 

olan  1000-dən  artıq  aparıcı  elm  adamlarının  birləşdirir  və  qlobal  iqlim  dəyişkənliyi  üzrə 

biliklərin (onun səbəbləri, nəticələri, bu nəticələrin yüngülləşdirilməsi və onlara uyğunlaşma 

imkanları)  vəziyyətinin  qiymətləndirilməsini  həyata  keçirir.  Ozon  təbəqəsinə  aid  olan 

beynəlxalq  müqavilələr  çərçivəsində  də  analoji  elmi-texniki  orqanlar  fəaliyyət  göstərir. 

BMT rəhbərliyi altında  həyata keçirilən ekoloji sistemlərin qiymətləndirilməsi layihəsində 

dünyanın 1500-dən artıq elm adamı iştirak edir və onlar Yerdə həyatı təmin edən prosesləri, 

xüsusilə çölləri, meşələri, çayları, gölləri və okeanları öyrənirlər. Bu qiymətləndirmə qərar 

qəbul  edən  şəxslərə  planetin  ekoloji  sistemlərində  baş  verən  dəyişikliklərin  Yerdə  həyata 

təsiri barədə etibarlı elmi informasiya əldə etməyə imkan verir. BMTİP, YUNEP və Dünya 

Bankı  tərəfindən  idarə  edilən  Qlobal  Ekoloji  Fond  150-dən  artıq  inkişaf  etməkdə  olan  və 

keçid  iqtisadiyyatlı  ölkələrdə  iqlim  dəyişkənliyi  təhlükəsinin  azaldılması  üzrə,  bioloji 

müxtəlifliyin  qorunması  və  sabit  istifadəsi  üzrə,  beynalxalq  suların  qorunması  üzrə,  ozon 

təbəqəsini  dağıdan  maddələrdən  istifadənin  dayandırılması  üzrə  fəaliyyətin  həyata 

keçirilməsinə  3,5  milyard  dolar  ayırmış  və  müxtəlif  mənbələrdən  daha  8  milyard  dollar 

mobilizasiya etmişdir. 

 

12.5. Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi problemləri 

 



 

503


 

Beynəlxalq  ictmaiyyətin  iqtisadi  əməkdaşlıq  problemlərini  BMT  sistemi  və 

mexanizmləri  vasitəsilə  həll  etmək  istiqamətində  göstərdiyi  səylərə  baxmayaraq,  həll 

edilməsi  vacib  olan  bir  sıra  prinsipial  məsələlər  vardır.  Bu  məsələlərin  həlli  üçün  ya 

müvafiq yanaşmalar tapılmayıb,  ya qlobal xarakterli ayrı-ayrı amillər çətinaşılan maneələr 

yaradır,  ya  da  onların  həll  edilməməsi  qəbul  olunmuş  qərarların  yerinə  yetirilməsi 

mexanizminin az səmərəli olması ilə əlaqədardır. 

Bununla  əlaqədar,  BMT-nin  iqtisadi  fəaliyyəti  çərçivəsində  qəbul  edilmiş,  lakin 

yerinə yetirilməmiş bir sıra iri təşəbbüsləri, sənədləri və qərarları xatırlatmaq məqsədəuyğun 

olardı.  1974-cü  ildə  BMT-nin  Baş  Məclisinin  6-cı  Xüsusi  Sessiyasında  yeni  iqtisadi 

qaydanın bərqərar edilməsi üzrə Bəyannamə və Tədbirlər Proqramı qəbul edilmişdi. Lakin, 

ötən müddət ərzində proqramın həyata keçirilməsinin nəticələri yoxdur. 1975-ci ildə BMT 

Baş  Məclisinin  ―İnkişaf  və  beynəlxalq  iqtisadi  əməkdaşlıq  haqqında‖  qətnaməsində  əks 

olunmuş inkişaf ideyaları planında qlobal probelmlər üzrə danışıqlara başlamaq cəhdləri də 

uğursuzluqla nəticələnib. 

1960-cı ildə üç beynəlxalq inkişaf strategiyası (1960-1970-ci illər, 1970-1980-ci illər, 

1980-1990-cu illər) qəbul edilmiş, lakin onların heç birində irəli sürülən məqsədlərə (ÜDM-

nin,  sənayenin,  kənd  təsərrüfatının,  beynəlxalq  ticarətin,  iqtisadi  yardımın  artımı)  tam 

çatılmamışdır.  1990-cu  ildə  BMT  Baş  Məclisinin  iqtisadi  məsələlər  üzrə  18-ci  Xüsusi 

Sessiyasında  beynəlxalq  iqtisadi  əməkdaşlıq  haqqında  Bəyannamə  qəbul  edilmişdir.  On 

ildən  artıq  bir  vaxt  keçməsinə  baxmayaraq,  bu  sənədin  müddəalarının  həyata  keçirilməsi 

barədə müsbət söz söyləmək mümkün deyildir. 

Iqtisadi  sahədə  bir  çox  problemlərin  həll  edilməməsi  BMT-nin  avtoritetinin 

yüksəldilməsi  məsələsini  kəskin  şəkildə  gündəliyə  çıxarır.  BMT-nin  sülh  fəaliyyəti 

ümumilikdə tanınsa da, iqtisadi tərkib özünü daha zəif göstərir. 

Son  illərdə  beynəlxalq  iqtisadi  münasibətlərdə  baş  verən  dəyişikliklər  BMT-nin 

1960-cı,  1970-ci,  1980-ci  illər  sənədlərində  əks  edilmiş  ideyaların  həyata  keçirilməsinə 

əhəmiyyətli  təsir  göstərmişdir.  Sosialist  dövlətlərinin  Avropanın  siyasi  xəritəsindən  yox 

olmaları,  Qarşılıqlı  İqtisadi  Yardım  Şurasının  ləğvi  iqtisadi  arenada  qüvvələr  nisbətini 

dəyişdi.  Sosialist  ölkələri  tərəfindən  BMT-nin  iri  iqtisadi  sənədlərinə  salınmış  ideyalara 

tələb yox olmuşdur. 

Digər  tərəfdən,  mürəkkəb  iqtisadi  sənədlərin  işlənməsi  ilə  məşğul  olan  BMT 

orqanlarının fəaliyyəti də bir sıra narazılıqlar doğurur. Belə ki, proqramların və layihələrin 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə