Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə209/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   205   206   207   208   209   210   211   212   213

 

493


 

3.

 



İnkişaf etməkdə  olan  ölkələr  arasında  ticarət imtiyazlarının qlobal sistemi haqqında 

saziş (1989-cu il). 

4.

 

Beynəlxalq  əmtəə  (kakao,  şəkər,  kauçuk,  cutu  və  cutu  məhsulları,  tropik  ağaclar, 



buğda)  sazişləri.  Bu  sazişlər  əsasında  müvafiq  beynəlxalq  təşkilatlar  fəaliyyət 

göstərirlər.  Bir  sıra  əmtəə  sazişləri  xammal  əmtəələri  üçün  inteqrasiya  edilmiş 

proqramın  (XƏİP)  reallaşdırılması  zamanı  imzalanıblar.  Bu  proqramın  işlənməsi 

barədə qərar 1976-ci ildə qəbul edilib. 

5.

 

Xammal  əmtəələri  (dəmir  filizi,  volfram,  nis,  nikel)  üzrə  hökumətlərarası  tədqiqat 



qrupları. Bu qrupların işində həm istehsalçı, həm də istehlakçı ölkələr iştirak edirlər. 

6.

 



XƏİP-in  reallaşdıırlması  məqsədilə  xammal  əmtəələri  üçün  Ümumi  Fondun 

yaradılması  (1989-cu  il).  Bu  fond  beynəlxalq  bufer  xammal  ehtiyatlarının  (bu 

ehtiyatlar  bazarın  sabitləşdirilməsi  və  qiymətlərin  tarazlaşdırılması  üçün  istifadə 

edilir)  yaradılmasını,  ayrı-ayrı  xammal  əmtəələri  üzrə  tədqiqatların  həyta 

keçirilməsini maliyyələşdirir. 

7.

 



İnkişaf  etməkdə  olan  ölkələrin  borclarının  ödənməsi  şərtlərinin  yüngülləşdirilməsi 

haqqında  saziş.  50-dən  artıq  inkişaf  etməkdə  olan  ölkə  borclanmadan  azad  olma 

imkanından istifadə etmişlər. Bu məbləğ 6,5 milyard dollar təşkil edib. 

8.

 



Borcun  restrukturizasiyası  sahəsində  beynəlxalq  hərəkətlərin  rəhbər  prinsiplərinin 

işlənməsi (1980-ci il). 

9.

 

Daha az inkişaf etmiş ölkələr üçün tədbirlər proqramı üzrə iki saziş (1981 və 1990-cu 



illər). 

10.


 

 BMT-nin  dəniz  nəqliyyatı  sahəsində  konvensiyalarının  işlənməsi:  xətti  gəmiçilikdə 

davranış qaydaları haqqında (1974-cü il), beynəlxalq dəniz yük daşımaları haqqında 

(1980-ci  il),  beynəlxalq  qarışıq  yük  daşımaları  haqqında  (1980-ci  il),  gəmilərin 

qeydiyyatı  şərtləri  haqqında  (1986-cı  il),  saxlama  və  ipoteka  girovu  dəniz  hüququ 

haqqında (1993-cü il). 

YUNKTAD-ın  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri  də  tarnsmilli  şirkətlər  üzrə 

proqramın  reallaşdırılması  çərçivəsində  görülən  işdir.  Bu  Proqram  YUNKTAD  tərəfindən 

1993-cü  ildən  etibarən  investisiyalar,  texnologiyalar  və  müəssisələrin  inkişafı  şöbəsi 

vasitəsilə  yerinə  yetirlir.  YUNKTAD  çərçivəsində  həmçinin  investisiyalar,  texnologiyalar, 

maliyyə məsələləri üzrə Komissiya da fəaliyyət göstərir. 



 

494


 

Beynəlxalq 

iqtisadi 

münasibətlərin 

çoxtərəfli 

tənzimlənməsi 

sisteminin 

formalaşmasına və inkişafına BMT-nin 14 ixtisaslaşmış təsisatı da müəyyən təsir göstərir. 

Bu  təşkilatların  əksəriyyəti  barəsində  əvvəlki  mövzularda  geniş  məlumat  verildiyindən 

burada yalnız onların bəzilərinin fəaliyyətinə toxunulacaqdır. 



Birləşmiş  Millətlərin  Sənaye  İnkişafı  üzrə  Təşkilatı  (YUNİDO)  BMT-nin 

ixtisaslaşmış  təsisatı  olmaqla  inkişaf  etməkdə  olan  ölkələrin  sənayeləşməsinə  dəstək 

məqsədilə  yaradılıb.  Bu  təşkilat  milli  və  beynəlxalq  resursların  mobilizasiyası  yolu  ilə 

inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına nail olmaq istəyir. YUNİDO 1966-cı ildə 

yaradılıb.  Ali  orqanı  iki  ildə  bir  dəfə  çağrılan  Baş  Konfransdır.  YUNİDO-nun  rəhbər 

orqanları Sınaye İnkişafı Şurası və Proqram və Büdcə məsələləri üzrə Komitədir. YUNİDO-

nun mənzil-qərargahı Vyanada yerləşir. 

YUNİDO-nun  fəaliyyəti  şərti  olaraq  əməliyyat  və  köməkçi  fəaliyyətlərinə  bölünür. 

BMT-nin  Baş  Məclisinin  qətnamələrindən  çıxış  edərək  YUNİDO-nun  əməliyyat 

fəaliyyətinə aşağıdakılar aiddir: 

 

siyasi,  iqtisadi,  maliyyə  vəziyyətlərinin,  texniki  amillərin  nəzərə  alınması  ilə 



sənayeləşmə proqramlarının hazırlanmasında ölkələrə tövsiyələr verilməsi və konkret 

yardım göstərilməsi; 

 

inkişaf etməkdə olan ölkələrdə istehsalın idarəedilməsi məsələləri üzrə təsisatların və 



orqanların yaradılması və gücləndirilməsi

 



sənaye  obyektlərinin  əsaslnadırılması  üzrə  elmi-tədqiqat  işlərinin  təşkili  və  həyata 

keçirilməsi; 

 

konkret  layihələrin  həyata  keçirilməsində  texniki  yardım  göstərilməsi,  xammal 



resurslarından istifadədə tövsiyələrin verilməsi və s. 

Köməkçi  fəaliyyət  özündə  informasiyanın  yığılması,  ümumiləşdirilməsi,  nəşr 

edilməsi və yayılmasını, hesabatların nəşr edilməsini və s.-ni əks etdirir. 

YUNİDO  Sənaye  və  Texnologiya  İnformasiyası  Bankına  malikdir  və  onun 

fəaliyyətini  və  milli  və  regional  səviyyəlrdə  digər  banklarla  əlaqəsini  təmin  edir.  Inkişaf 

etməkdə  olan  ölkələr  bu  bank  vasitəsilə  elmi-texniki  xarakterli  unformasiyaya  çıxış  əldə 

edirlər ki, bu da real yardımdır. 

1986-cı ildən etibarən YUNİDO BMT sisteminin ixtisaslaşmış təsisatı statusunu əldə 

edib.  Bu,  inzibati,  maliyyə,  kadr  müstəqilliyinin  təşkilati  məsələlərinə  toxunsa  da,  onun 

fəaliyyətinin mahiyyətini, məqsədlərini, prinsiplərini və istiqamətlərini dəyişməyib. Hazırda 




 

495


 

YUNİDO  özünün  müntəzəm  büdcəsinə  malikdir.  Bu  büdcə  üzvlük  haqları  hesabına 

formalaşır  və  əsasən  katibliyin  fəaliyyətinin  maliyyələşdirilməsi  üçün  istifadə  edilir. 

Əməliyyat  fəaliyyətinin  maliyyələşdirilməsi  BMT-nin  İnkişaf  Proqramının,  YUNİDO-nun 

Sənaye  İnkişafı  Fondunun,  üzv-dövlətlərin  könüllü  üzvlük  haqılarının  hesabına  həyata 

keçirilir. 



BMT-nin  Ərzaq  və  Kənd  Təsərrüfatı  Təşkilatı  (FAO)  BMT-nin  ixtisaslaşmış 

təsisatıdır. Onun vəzifəsi kənd təsərrüfatı məsələləri üzrə fəaliyyət göstərən hökumətlərarası 

təşkilatların fəaliyyətini, həmçinin fərdi və kollektiv səyləri koordinasiya etməkdir. Buradan 

məqsəd  əhalinin  kənd  təsərrüfatı  məhsulları  ilə  təmin  edilməsini  yaxşılaşdırmaqdır.  FAO 

1945-ci  ildə  yaradılmışdır,  ali  orqanı  iki  ildə  çağrılan  Konfransdır.  Mənzil-qərargahı 

Romada yerləşir. 

FAO-nun  əsas  vəzifələrindən  biri  inkişaf  etməkdə  olan  ölkələrə  kənd  təsərrüfatı, 

meşə  və  balıqçılıq  təsərrüfatı  sahələrində  yardımın  göstərilməsidir.  FAO  çərçivəsində 

yardım həm maddi, həm də qeyri-maddi xarakter kəsb edir. Inkişaf etməkdə olan ölkələrə 

ərzaq  göndərilir,  kənd  təsərrüfatı  istehsalının  inkişafında,  kadrların  hazırlanmasında, 

tövsiyələrin işlənməsində və s.-də texniki yardım göstərilir. 

YUNİDO və FAO BMT-nin ixtisaslşamış təsisatı statusuna malik olsa da, BMT-nin 

digər institutu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) BMT-nin Baş 

Məclisinin köməkçi orqanıdır. BMTİP inkişaf etməkdə olan ölkələrə iqtisadiyyatın mühüm 

sahələrində çoxtərəfli texniki və investisiya qoyuluşlarına hazrılıq yardımı gəstərir. 1965-ci 

ildə  yaradılmış  BMTİP-in  rəhbər  orqanı  Direktorlar  Şurasıdır.  Bu  şura  3  il  müddətinə 

seçilən 48 hökumət nümayəndələrindən ibarət olur. Şuranın ildə iki dəfə sessiyası keçirilir, 

onlar  arasındakı  müddətdə  isə  təşkilatın  fəaliyyətinə  Nyu-Yorkda  yerləşən  Katiblik 

rəhbərlik edir. 

BMTİP-in  yardımı  könüllü  üzvlük  haqıları  hesabına  maliyyələşdirlir.  Bu  yardım 

yalnız hökumətlər vasitəsilə həyata keçirilir. 1990-cı illərin sonuna BMTİP-in 140-a  yaxın 

ölkədə  bölmələri  var  idi  ki,  bu  bölmələr  də  180  ölkəyə  xidmət  göstərirdi.  Hazırda 

Direktorlar Şurasının çağırışı ilə BMTİP öz fəaliyyətini əsasən altı istiqamətə yönəltmişdir: 

yoxsulluqla  mübarizə;  idarəetmə  fəaliyyətinin  inkişaf  etdirilməsi;  inkişaf  etməkdə  olan 

ölkələr  arasında  texniki  əməkdaşlıq;  ətraf  mühit  və  təbii  resurslardan  rasional  istifadə; 

qadınların inkişafda iştirakı; inkişaf məqsədli texnologiyalar. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə