Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə208/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   205   206   207   208   209   210   211   212   213

 

491


 

bu sənədlərdə  danışıqlarda  konkret  məsələlər üzrə  əldə  edilmiş  siyasi konsensus öz 

əksini tapır. 

2.

 



İnformasiya-analitika  işi.  Bu  zaman  danışıqlarda  iştirak  edən  nümayəndələr  üçün 

icmallar və digər materiallar hazırlanır, tədqiqatlar həyata keçirlir, nüvafiq tövsiyələr 

və təkliflər verilir. 

3.

 



İnkişaf etməkdə olan ölkələr, son illərdə isə keçid iqtisadiyyatlı ölkələr üçün texniki 

yardım proqramlarının hazırlanması və həyata keçirilməsi. 

YUNKTAD-ın fəaliyyətinin vacib nəticəsi kimi 1992-ci ildə Kolumbiyanın Kartahen 

şəhərində keçirilmiş 8-ci sessiyada qəbul edilmiş ―Kartahen öhdəlikləri‖ni göstərmək olar. 

Bu  sənəddə  qeyd  edilir  ki,  YUNKTAD-ın  fəaliyyətinin  hərəkətverici  qüvvəsi  müxtəlif 

regionlardan  olan  və  inkişaf  səviyyələrinə  malik  olan  ölkələrin  qarşılıqlı  maraqlarının 

tanınmasıdır. Konfransın siyasi tövsiyələri sırasında  inkişaf məsələləri  üzrə  (xüsusilə  milli 

və  beynəlxalq  səviyyələrdə  ―optimal  idarəetmə‖  sahəsi  üzrə),  bazar  məsələləri  və  onun 

iqtisadi  inkişafın  məqsədlərinin  reallaşdırılmasında  rolu  üzrə,  yoxsulluq  probleminin 

yüngülləşdirilməsi  məsələləri  üzrə,  insan  resurslarının  inkişafı  məsələləri  üzrə,  inkişafın 

əhəmiyyətli  amilləri  kimi  demokratiya  və  insan  haqları  məsələləri  dialoqun  keçirilməsi 

təkliflərini göstərmək olar. Ticarət və ekologiya arasında qarşılıqlı əlaqənin nəzərə alınması 

ilə ―dayanıqlı inkişaf‖ın təmin edilməsinin zəruriliyi xüsusi olaraq qeyd edilib. 

1996-cı  ildə  Midrandda  (CAR)  keçirilən  9-cu  sessiya  ―dünya  iqtisadiyyatının 

qloballaşması və  liberallaşması şəraitində artıma  və  dayanıqlı inkişafa  dəstək‖  mövzusuna 

həsr  edilmişdi  və  YUNTAD-ı  inkişaf  etməkdə  olan  ölkələrin  (xüsusilə  daha  az  inkişaf 

etmişlərin),  həmçinin  keçid  iqtisadiyyatlı  ölkələrin  beynəlxalq  iqtisadi  sistemə  daha  tam 

inteqrasiyası üçün dəstək verməyə istiqamətləndirdi. Konfrans ―Artım və inkişaf məqsədilə 

partnyorluq‖  adlı  yekun  sənəd  qəbil  etdi.  Sənəddə  yuxarıda  göstərilən  məsələlərlə  yanaşı, 

qloballaşma  proseslərinin  müxtəlif  iqtisadi  inkişaf  səviyyələrinə  malik  ölkələrə  fərqli 

təsirləri  qeyd  olunur  və  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələr  arasında,  inkişaf 

etməkdə  olan  ölkələrin özlərinin arasında,  həmçinin inkişaf proqramlarının həyata keçirən 

ölkələrin dövlət və özəl sektorları arasında sıx əməkdaşlığın vacibliyi vurğulanırdı. 

Midrand sessiyasında həmçinin qeyd edilmişdi ki, müəyyən mənada YUNKTAD heç 

də  yaxşı  günlərini  yaşamır.  Belə  ki,  YUNKTAD  və  ÜTT  arasında  müəyyən  mənada 

ziddiyyətlər  mövcuddur.  ÜTT  ticarət  siyasətinin  qlobal  məsələlərini  həll  etsə  də  heç  də 

bütün dövlətlər bu təşkilatın üzvü deyillər. Bununla yanaşı, YUNKTAD-da olan bürokratik 



 

492


 

sistem dünya ticarətinin mürəkkəb məsələlərini səmərəli həll etməyə imkan vermir. Lakin, 

Midrandda  belə  bir  qərara  gəlindi  ki,  dünya  ictimaiyyəti  hələ  ki  YUNKTAD-a  ehtiyac 

duyur. Bu təşkilat universal xarakter kəsb edir və inkişaf kontekstində ümumi ticarət-siyasi 

prinsiplərin işlənməsi ilə məşğul olmalıdır. ÜTT isə sırf ticarət məsələlərini həll etməlidir. 

2000-ci iln fevralında Banqkokda (Tailand) keçirilən 10-cu sessiya zamnı qəbul ediln 

bəyannamədə  əsasən  qloballaşmanın  doğurduğu  nəticələrə  (bu  prosesin  iqtisadi  inkişaf 

müsbət  və  mümkün  mənfi  təsirləri)  diqqət  yetirilirdi.  Qəbul  edilən  sənədin  ümumi  məğzi 

bundan ibarətdir ki, qloballaşma iqtisadi artım və inkişaf üçün güclü və dinamik qüvvədir, 

lakin ona müəyyən dərəcədə təsir edilməlidir ki, o, ―beynəlxalq səviyyədə uzunmüddətli və 

balanslaşdırılmış  artımın  əsasını  qoysun‖.  Bununla  əlaqədar,  Banqkok  konfransının 

iştirakçıları  milli  səviyyələrdə  həyata  keçirilən  siyasətlə  beynəlxalq  səviyyədə  həyata 

keçirilən siyasi tədbirlər arasında daha dolğun razılaşdırmanın təmin edilməsinin vacibliyini 

qeyd edirdilər. Bu ilk növbədə,  milli hökumətlər tərəfindən həyata keçirilən  makroiqtisadi 

və  sahələr  üzrə  siyasətlərə  və  beynəlxalq  təşkilatlar,  agentliklər  və  iqtisadi  qruplaşmalar 

tərəfindən həyata keçirilən siyasətlərə aiddir. Fəaliyyətinin çoxtərəfli əsasda quran müxtəlif 

beynəlxalq institutların işlərinin daha səmərəli koordinasiyası da vacib məsələdir. 

2004-cü  ilin  iyununda  Sao-Paoloda  (Braziliya)  keçirilən  11-ci  sessiya  iqtisadi  artım 

və  inkişaf  məqsədilə  milli  inkişaf  strategiyaları  və  qlobal  iqtisadi  proseslər  arasında 

ardıcıllığın  genişləndirilməsi  mövzusunda  həsr  edilmişdi.  Bu  mövzudan  çıxış  edilərək 

sessiya  zamanı  ticarət,  investisiya,  maliyyə,  texnologiya  və  inkişafla  əlaqədar  digər 

mövuzlar  üzrə  dəyirmi  masalar  təşkil  edilib.  Müzakirələr  zamanı  ticarətin  inkişaf 

məqsədlərinə  xidmət  etməsinin  təmin  edilməsi  yolları  diqqət  mərkəzində  olub  və  istehsal 

sektorunda rəqabət qabiliyyətliliyin artırılması məsələsinin vacibliyi vurğulanıb. 

YUNKTAD-ın fəaliyyətinin nəticələrini xarakterizə edərək, qeyd etmək lazımdır ki, 

təşkilatın bir çox qərarları və sənədləri tövsiyə xarakterli olublar. Bununla belə, YUNKTAD 

konkret  və  praktiki  əhəmiyyətli  nailiyyətlər  də  əldə  edib.  Onlar  sırasında  şağaıdakıları 

göstərmək olar: 

1.

 

Ümumi imtiyazlar  sistemi haqqında saziş  (1971-ci il). Inkişaf etməkdə  olan ölkələr 



tərəfindən sənayecə inkişaf etmiş ölkələrə güzəştli ixrac rejimini nəzərdə tutur (ildə 

təxminən 70 milyard dollar məbləğində). 

2.

 

Məhdudlaşdırıcı  işgüzar  praktikaya  nəzarət  üzrə  şoxtərəfli  əsasda  razılaşdırılmış 



prinsiplər və qaydalar haqqında saziş (1980-ci il). 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə