Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə206/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   ...   202   203   204   205   206   207   208   209   ...   213

 

486


 

Əsas nəzarət  mexanizmi BMT-nin proqramların planlaşdırılması, büdcə və hesablar 

üzrə  İdarəsidir.  Bu  İdarəyə  BMT-nin  Nəzarətçisi  rəhbərlik  edir.  BMT  sisteminin  bütün 

ixtisaslaşmış təşkilatları və əsas proqramları özlərinin nəzarət bölmələrinə malikdirlər. 

BMT-nin  daxili  nəzaərt  xidməti  İdarəsi  BMT-nin  bütün  dünya  üzrə  fəaliyyətinin 

icmalı  ilə  məşğul  olur  və  vəsaitlərin  xərclənməsində  ehtimal  edilən  sui-istifadə, 

möhtəkirçilik  halları  barədə  gələn  xəbərləri  təhqiq  edir.  Bu  İdarənin  1004-cü  ildə 

yaradılmasından  sonra  keçən  müddət  ərzində  İdarə  BMT-yə  təxminən  87  milyon  dollar 

həcmində vəsaiti qənaət etməyə imkan vermişdir. İdarə bilavasitə Baş Məclisə hesabat verir 

və  konfidensial  ―qaynar  xətt‖ə  malikdir  ki,  bu  xətt  vasitəsilə  də  o  ehtimal  edilən 

qanunsuzluqlar barədə məlumat alır. 

Baş Məclis tərəfindən seçilən üç üzv dövlətin baş müfəttişlərinin daxil olduğu Xarici 

müfəttişlər  komissiyası  hesabatlılığı  yoxlayır.  Hər  bir  baş  mfəttiş  müfəttişləi  təyin  edir  və 

onlar BMT-nin bütün dünya üzrə bölmələrini təftiş edirlər. 

Baş  Məclis  tərəfindən  təyin  edilən  11  ölkədən  olan  inspektorların  daxil  olduğu 

Birləşmiş  İnspeksiya  Qrupu  BMT  sisteminin  müxtəlif  təşkilatlarının  daha  qənaətlə 

işləməsini  və  resurslardan  ən  optimal  yolla  istifadəsini  təmin  edir.  Bu  inspektorlar 

vəsaitlərdən  istifadənin  səmərəliliyinə  aid  bütün  məsələlərin  təhqiq  edilməsi  üçün  geniş 

səlahiyyətlərə malikdirlər və yerlərdə yoxlamalar apara bilərlər. 

BMT  tez-tez  maliyyə  böhranları  yaşayır  ki,  bu  da  üzv-dövlətlərin  üzvlük  haqlarını 

tam ödəmədikləri halda baş verir. Baxmayaraq ki, bu barədə qərar onların özləri tərəfindən 

qəbul  edilib.  Bir  sıra  ölkələr  üzvlük  haqqını  texniki  büdcə  prosedurları  və  ya  sadəcə 

yoxsulluq səbəbindən vaxtında ödəyə bilmirlər. Digərləri isə BMT-yə təzyiq etmək üçün və 

ya siyasi jest olaraq ödəmələri vaxtında həyata keçirmirlər. heç bir dövlət və ya özəl şirkət 

belə  şərtlər  altında  fəaliyyət  göstərə  bilməz.  Özü  də  üzv-dövlətlər  üzvlük  haqlarının  tam 

ödənilmədiyi şəraitdə belə  BMT-dən daha çox tədbirlər həyata keçirilməsini tələb etməkdə 

davam edirlər. 

Dövlətlər  tərəfindən  borclarını  ödəmək  üçün  həyata  keçirilən  səylər  nəticəsində 

BMT-nin  maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə  yaxşılaşıb, lakin,  borcun əhəmiyyətli bir 

hissəsi  hələ  də  ödənilməmiş  qalır,  ehtiyatlar  isə  artıq  tükənmişdir.  2001-ci  ilin  sonuna 

müntəzəm büdcəyə olan borcun həcmi ümimilikdə 240 milyon dollar təşkil edirdi ki, onun 

da 209,9 milyon dollarını cari il üçün borclar təşkil edirdi. BMT-nin həmin vaxta olan 189 

üzvündən  54-ü  üzvlük  haqlarını  tam  ödəməmişdilər.  Bununla  yanaşı,  BMT-nin  slühün 



 

487


 

dəstəklənməsi  üzrə  əməliyyatlarının  büdcələri  də  nəzərə  alınmaqla  borcun  həcmi  2,1 

milyard dollar təşkil edir. Bu məbləğin təxminən 38%-i – 691 milyon dolları ABŞ-ın payına 

düşür.  Göründüyü  kimi,  üzv-dövlətlər  öz  borclarını  ödəmək  və  maliyyə  öhdəliklərini 

vaxtında yerinə yetirmək üçün əlavə tədbirlər həyata keçirməlidirlər. yalnız bu halda BMT-

nin maliyyə sabitliyi bərpa olunar ki, yalnız belə olan halda bu təşkilat özünün rəngarəng və 

çoxçeşidli funksiyalarını tələb olunan keyfiyyətdə yeriən yetirə bilər. 

 

12.4. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlıq:  



əsas istiqamətlər və orqanlar sistemi 

 

 



Yarım əsrdən artıqdır ki, beynəlxalq ictimaiyyət dünya iqtisadiyyatında mövcud olan 

problemləri  BMT  və  onun  mexanizmləri  vasitəsilə  həll  etməyə  çalışır.  BMT-nin  50  illik 

fəaliyyət  praktikasının  təhlili  belə  bir  nəticə  çaxarmağa  imkan  verir  ki,  dünya  siyasi 

problemlərinin  rolunun  artması  ilə  yanaşı,  BMT-nin  fəaliyyətində  iqtisadi  aspektlər  də 

mühüm yer tutur. Bu ilk növbədə BMT-nin iqtisadi funksiyalarının genişlənməsində özünü 

göstərir. Dünya təsərrüfatının, beynəlxalq iqtisadi münasibətlərin bütün yeni sahələri onun 

təhlil predmeti olur, problemlərin həlli üçün tövsiyələr verilir, qərarların  yerinə  yetirilməsi 

üçün vasitələr təmin edilir. Bununla paralel  olaraq BMT özünün strukturu dəyişir, iqtisadi 

təsisatların  və  bu  təsisatlarda  iştirak  edən  ölkələrin  sayı  artır,  təsisatların  fəaliyyət  sahəsi, 

onların digər beynəlxalq, həmçinin milli institut və təşkilatlarla əlaqələri genişlənir. 

 

Dünya  iqtisadiyyatında  və  beynəlxalq  əmək  bölgüsündə  baş  verən  proseslərin 



mürəkkəbləşməsi, beynəlxalq təsərrüfat həyatının dinamizmi ilə əlaqədar BMT-nin iqtisadi 

fəaliyyətinin  əhəmiyyəti  daha  da  artır.  Bütün  bunlar  sürətli  və  səmərəli  qərarlar  qəbul 

edilməsini zəruri edir. 

 

Iqtisadi  fəaliyyəti  həyata  keçirməklə  BMT  ilk  növbədə  siyasi  təşkilat  olaraq  qalır. 



Siyasi  xarakter  əsas  prinsiplərin  izahında  və  tətbiqində,  dünya  iqtisadiyyatının  müxtəlif 

problemlərinə  yanaşmada  və  onların  həlli  yollarının  işlənməsində  özünü  aydın  surətdə 

göstərir.  

BMT  Nizamnaməsinin  1-ci  maddəsində  qısa  şəkildə  də  olsa  beynəlxalq 

əməkdaşlığın,  o  cümlədən  iqtisadi  əməkdaşlığın  məqsədləri  formalaşdırılmışdır. 

Nizamnamənin  bir  sıra  digər  maddələri  də  bilavasitə  iqtisadi  əməkdaşlıq  məsələlərinə 

toxunur. IX fəsil isə bütövlüklə beynəlxalq iqtisadi və sosial əməkdaşlığa həsr edilib. Belə 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə